Elmi-texniki tərəqqinin nailiyyətinə baxmayaraq cəmiyyət üçün fəaliyyət
təhlükəsi, o cümlədən də təbii fəlakətlərin törətdiyi təhlükə artmaqdadır. Təbii
fəlakətlərdən zərər çəkənlərin sayı ildə təxminən 6% artır. Bu, əhalinin sürətli
artımı və iri şəhərlərdə çox sıx halda məsunlaşması, təbii mühitin korlanması və
təhlükəli kortəbii hadisələrin güclənməsinə imkan yaranması, eləcə də bir çox
ölkələr arasında kommunikasiya və texnoloji əlaqələrin poulması ilə izah edilir.
Epidemoloji fəlakətlər üzrə Elmi-Mərkəzin(Brüssel) məlumatlarına görə,
1965-ci ildən 1992-ci ilədək dünyada təbii fəlakətlərdən 3,6 milyon insan məhv
olmuş, 3 milyarddan çox adam zərər çəkmiş, ümumi iqtisadi ziyan 340 milyard
dollardan artıq olmuşdur.
Ən çox iqtisadi itkilər törədən fəlakətlər subasma, quraqlıq və zəlzələdir;
bunlar möcud olan bütün fövqəladə hadisələrin müvafiq surətdə 32,22 və 10 faizini
təşkil edir. Bütün kortəbii təhlükələri aşağıdakı növlərə aid etmək mümkündür:
geofiziki, geoloji, meteoroloji və aqrometeoroloji, dəniz hidroloji, hidroloji
təhlükəli hadisələr, insanların infeksion, heyvanların (yolxucu) xəstəliklər və kənd
təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərə məruz qalması.
Dostları ilə paylaş: