Sənaye müəssisələrində partlayışlar, adətən qurğuların dağılması və
deformasiyaya uğraması, yanğınlar, enerji sisteminin sıradan çıxması, texnoloji
boru kəmərlərindən və tutumlardan zərərli maddələrin kənara sızması ilə müşayiət
olunur. Partlayışın törətdiyi istehsalat qəzalarının nəticələri, xaraktercə, müharibə
cihazların, hazır məhsul yarımfabrikatların; neftayırma zavodlarında- benzin
buxarları və digər qarışıqların; dəyirmanlarda- unun; şəkər zavodlarında- şəkər
tozunun; ağac emalı kombinatlarında- mişar tozunun və lak-boyaq buxarlarının
Bir çox ölkələrdəki kömür və filiz mədənlərində kömür tozunun və qazların
partlayışı nəticəsində çox ağır yeraltı qəzalar olur. Belə partlayışlar adətən
yanğınlar, uçqunlar və s.törədir.
Məişətdə işlədilən qaz balonlarının partayışları daha tez-tez baş verir, nəticədə
yanğınlar törəyir, insanlar məhv olur.
İstehsalat qəzaları zamanı hər hansı partlayışın zərbə dalğası böyük insan
tələfatına və qurğu hissələrinin dağılmasına səbəb olur. Partlayışın gücü artdıqca
onların yaratdığı zədələnmə ocağının ölçüləri də artır. Zərbə dalğasının qurğuların
elementlərinə təsiri mürəkkəb yüklənmə kompleksi ilə xarakterizə olunur: birbaşa
təsir, əks olunan təsir,kənarlardan təsir, içəridən təsir,seysmik partlayış dalğasının
təsiri və s.
Dostları ilə paylaş: