Mülki müdafiə qüvvələri mülki müdafiənin qoşun hissələrindən, ştatlı qəza-
xilasetmə dəstələrindən, hərbiləşməmiş mülki müdafiə dəstələrindən, həmçinin
nazirliklərin, baş idarələrin və icra hakimiyyəti başçılarının tabeliyində qalmaqla
xüsusi mülki müdafiənin vəzifələrinin yerinə yrtirilməsinə cəlb olunan müxtəlif
Mülki müdafiə qüvvələri FH-in nəticələrini aradan qaldırarkən QX və DTİ yerinə
yetirmək, bu işləri təmin etmək, eləcə də mülki müdafiə üzrə başqa vəzifələri icra
etmək üçündür. Mülki müdafiə qüvvələrinin əsasını hərbiləşməmiş dəstələr təşkil
edir. Bunlar sülh və müharibə vaxtı yerinə yetiriləsi tədbirlərdə iştirak edən mülki
müdafiə qüvvələrinin sayca ən böyük hissələridir.
Xatırladaq ki, mülki müdafiə dəstələri ərazi –istehsalat prinsipi üzrə Naxçıvan
Muxtar Rspublikasında, rayonlarda, şəhərlərdə, obyektlərdə və yaşayış
məntəqələrində yaradılır.
Mülki müdafiə dəstələri tabeliyinə və məqsədinə görə aşağıdakı növlərə bölünür:
Tabeliyinə görə - ərazi dəstələri və obyekt mülki müdafiə dəstələri.
Yerinə yetirdikləri vəzifələrə görə - obyektlərdə ümumi məqsədli mülki müdafiə
dəstələri, xidmət dəstələrin (xüsusi məqsədli dəstələr), kimyəvi təhlükəli
obyektlərdə isə ixtisaslaşdırılmış dəstələr yaradılır.
Ümumi məqsədli dəstələr zədələnmə ocağında xilasetmə işləri aparmaq, təbii
fəlakətlərin və istehsalat qəzalarının nəticələrini aradan qaldırmaq üçün nəzərdə
tutulur.
Mülki müdafiə xidmət dəstələri – xüsusi təyinatlı dəstələr kəşfiyyat, tibbi yardım,
yanğınsöndürmə, rabitə, dozimetrik və kimyəvi nəzarət və s. xidmət dəstələri
sayılır.
Dostları ilə paylaş: