Mövzu №2. Toponimikanin tədqiqat tarixi. Azərbaycanın


Respublikamızın  görkəmli  alimlərinin    Azərbaycan  coğrafi  adlarının



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə19/25
tarix02.01.2022
ölçüsü0,68 Mb.
#46714
1   ...   15   16   17   18   19   20   21   22   ...   25
2. Dərs. Toponimika

Respublikamızın  görkəmli  alimlərinin    Azərbaycan  coğrafi  adlarının 

öyrənilməsində xidmətləri. 

Bayat  kənd.  Hazırda  Azərbaycan  ərazisində  bir  neçə  Bayat  kəndi  var. 

Onlardan biri də Ağcabədi bölgəsində qərar tutur. Rus üsul-idarəsi dönəmində 

Şuşa  qəzasına,  xanlıq  çağında  Kəbirli  mahalına  bağlı  idi.  Bəylərbəylik 

zamanında  isə  özü  nahiyə  mərkəzi  olmuşdu.  Bayat  kəndi  Bayat  elinin  bir 

oymağının yerləşməsindən yaranıb.   Bayat eli haqqında "Kitabi-Dədə Qorqud" 

abidəsində  məlumat  var.  "Bayat  boyundan  Qorqud  ata  derlər  bir  ər  qopdu. 

Oğuzun ol kişi bilicisiydi".  Bayat etnotoponiminin çox geniş arealda yayıldığı 

da  bəllidir.  Orta  çağ  tarixçiləri  öz  əsərlərində  bugünkü  bəşərin  Nuh 

əleyhüssəlam  övladları  olduğu  fikrini  təsdiqləyirlər.  Tufanda  Nuh  gəmisində 

Nuhun  Ham,  Sam,  Yasəf  adlı  3  oğlu  varmış.  Yasəfin  nəvəsi  Alınca  xanın 

nəvəsi  Qara  xanın  oğludur.  Oğuz  xanın  da  6  oğlu  olmuşdur.  Onlardan  üçü 

(Günxan,  Ayxan,  Ulduzxan)  -"Boz  ox"  adı  ilə  hakimiyyəti  idarə  etmiş  üçü 

(Məngli xan, Dağ xan, Dəniz xan) - "Üç ox"-lar isə onlara tabe olmuşdur. Əldə 

olan  qaynaqlara  görə  nəinki  Azərbaycanın hətta  bir  çox  türk  xalqlarının  kökü 

oğuzlarla bağlıdır.  

  M.Kalankaytlının  "Alban  tarixi"  əsərində  Boqayat  adlı  yaşayış  yerindən  - 

qaladan  danışılır  və  onun  Bərdə  həndəvərində  yerləşdiyi  göstərilir.  "Alban 

tarixi"ndəki 

Boqayat 

qalası 


Bərdə 

ətrafındadır. 

Boyat//Bayat//Bayatlılar//Sincan-Boyat//Qızıltəpə-Boyat// 

Boyatansüxtə//Bayatlı//Keşlakbayat//Əlbayat//Boqayat  (Tanrı  odu)  və  s. 

paralelləri  olan  bu  adın  müxtəlif  ərazilərdə,  o  cümlədən  Azərbaycanda  da 

arealları vardır. Azərbaycanda məskun yerlərin siyahısı Kitabında isə Bayat adı 

ilə bağlı aşağıdakı kənd sovetlikləri, kəndlər və onların əhalisinin  milli tərkibi 

göstərilmişdir. Ağcabədidə -Bayat kəndi,   Göyçayda -Bayat, Şabranda Sincan 

Bayat,  Uzun  Bayat  kəndləri,  Şamaxıda-  Bayat  k..  Hələ  XIX  yüzildə 

Azərbaycanın topoqraf alimi İbrahim ağa Vəkilov Azərbaycanda "Bayat" adlı 5 

kənd göstərir. Onlardan biri əvvəlki Şuşa, o biri Göyçay, biri Salyan, biri Quba, 

o  biri  isə  Şamaxı  qəzalarında  idi.  Mütəxəssislərdən  Qiyasəddin  Qeybullayev, 

Tofiq  Əhmədov,  Afat  Qurbanov  da  bayat/boyat  tayfalarının  Azərbaycandakı 

yaşayış  ərazilərini  göstərib  onların  Azərbaycana  gəlmə  tarixini  qeyd  etmişlər. 

B.Budaqov  bayat  tayfası  haqqında  danışarkən  qeyd  edir  ki,  onlar  XIV-XV 

yüzillərdə  Səfəvilər  dövlətinin  yaranmasında  fəal  iştirak  etmişlər.  A.Axundov 

isə  bayatların  Azərbaycana  gəlişini  IX  yüzilin  ikinci  yarısına  aid  edir.  Bu 

tayfanın  adı  ilə  bağlı  Türkmənistandakı  yaşayış  məskənlərinin  (Darqanata, 

Dənev,  Xocambaz  və  Carcou)  adlarını  çəkir,  onların  Boyat  toponimi  adı  ilə 

adlandığını qeyd edir. Məhəmmədhəsən bəy Vəliyev-Baharlı Bayat tayfalarının 

Azərbaycana  gəlişindən  söz  açmış,  onların  Səfəvilər  tərəfindən  indiki  Quba 

qəzasında  ləzgiləri  tabe  etmək  və  yerli  hökmdarların  qüvvətlənməsi  üçün 




yerləşdirilməsini  qeyd  etmişdir.  O,  həmçinin  Bayatların  öz  adlarını  verdiyi 

kəndlərin adını da göstərmişdir. Göyçay qəzasında -Boyat-Məlik Umud, Bayat-

Nadir, Cavad qəzasında -Sincan Bayat, Uzun Bayat, Şamaxı qəzasında -Bayat 

Şuşa qəzasında  -Bayat. Beləliklə,  Azərbaycan ərazisində  Ağcabədi rayonunda 

Boyat kənd adı, Ucar, Neftçala və Şamaxı rayonlarında eyni adlı Boyat kəndi, 

Dəvəçi  rayonunda  Boyat  və  Sincan  Boyat  kəndləri,  Dərbənddə  Boyatlar 

məhəlləsi  var.  Qərbi  Azərbaycanın  Quqark  (Qara  kilsə)  rayonunda  Bayatlar 

kəndi  olmuşdur.  Tədqiqatçılarımız  Bayat  adının  mənşəyini  və  mənasını 

müxtəlif baxımdan açıqlayırlar. XII yüzil dünyanın ən böyük dilçilərindən olan 

Mahmud  Qaşğarlı  özünün  "Türk  dilinin  lüğəti"  əsərində  Bayat boyunun  adını 

çəkir  və  onu  Oğuz  tayfasının  bir  qolu  kimi  göstərmişdir.  O,  bu  sözün  "ulu 

tanrı"  mənası  verdiyini  qeyd  etmişdir.  XV  yüzil  türk  -uyğur  şairi,  alim  Yusif 

Balasaqunlu özünün məşhur "Kutadqu biliq" əsərində Bayat adını qeyd edir. O, 

Bayat tanrı adını çəkir və "Bayat adlı  ilə sözüm başladım"-deyə onu  yad edir. 

Bəzi tədqiqatçılar Bayatın su ilə bağlı ərən-tanrı olduğunu göstərməkdədir. Bu 

barədə L.N.Qumilyov öz əsərində qeyd etmişdir ki, qədim türklər (o sıradan da 

azərbaycanlılar) təbiətin sahibləri sayılan və Yer-Su adlandırılan ərən-tanrılara 

inam  bəsləmişlər.  Əbülqazi  xan  Xivəli  isə  "Bayat"ın  mənasını  "dövlətli"  kimi 

izah  etmişdir.  Əjdər  Fərzəli  Boyat  adının  mənasını  açarkən  yazır:  "Boyatla 

bağlı  köhnəlmək  mənasında  boyat,  boyatımaq  isə  boqu  -  Tanrıya  qalmaq 

məzmunundadır.  Necə  ki,  andıra  qalmaq  da  elə  tanrıya  qalmaqdır.  Və 

"tanrı"dakı  səslərin  yerdəyişməsindən  yaranmış  "andır"  (antır)  sözü  dünya 

dillərinin  bir  qismində  -  ən  çox  hind-Avropa  dillərində  "tanrı"  məzmununda 

işlənir.  Əslində  "Bayat"  tanrı  adı  da  "Bayat"  qəbilə  adından  asılı  olmayaraq 

mövcud  olub.  Dindar  qocalar  tanrını  belə  səciyyələndirərdilər:  "Ey  bu 

dünyanın sahibi!"  Bəy-bay da odlu-sulu  yerin - dünyanın sahibinə deyilib. Və 

belə  imtiyaz  sahibi  "ibtidai  oğuzun  təsəvvüründə"  yalnız  tanrı  ola  bilərdi. 

"Bay"dan  törənmiş  "Baq"  hələ  5  min  il  əvvəl  Şumer  mənbələrində  tanrı 

mənasındadır. "Boqoy at" variantında da "boq" komponenti məhz tanrını təmsil 

edir. Boqoyat-Boq ata-Tanrı ata, Boq-od-Tanrı-od Boyat-Bəy ata, həm də Bəy 

odu,  Tanrı  odu"  kimi  açıqlanmışdır.  Bayat  soyunun  dünyada  məşhur  həmişə 

yaşar,  ad-san  qazanmış  nümayəndələri  var.  Harada  doğulmasından  asılı 

olmayaraq  Füzuli  də  Bayat  boyundandır.  Qarabağın  -  Ağcabədinin  Bayat 

kəndindən  olan  Süleyman  kişinin  oğludur  və  Iraqa  da  məhz  həmin  mahaldan 

köçüb getmişlər. Ağcabədi bölgəsi XVIII yüzilin ortalarınadək Bayad nahiyəsi 

adlanırdı.  M.P.Vaqif,  XV  yüzildə  yaşamış  məşhur  tarixçi,  "Cami-cəmayin" 

əsərinin  müəllifi  Həsən  Bayati,  XII  əsrdə yaşayıb-yaratmış  Bayat Abbas,  türk 

şairi Yəhya Kamal Bayatlı, Səməd Vurğun da bu boya mənsubdur. 

Ənvər Ç. 

-------------------------------  





Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin