Vəlibəyli kəndi (Laçın rayonu). Yerli məlumata görə əvvəlki adı
Qoşabulaq olan bu yaşayış məntəqəsini XX yüzilliyin əvvəllərində əvvəlcə
Laçın, sonralar isə Gorus rayonunun tabeçiliyində olmuş Bayandur kəndindən
köçüb gəlmiş Vəlibəy adlı şəxs binə etmişdir.
Vəlibəyli sözünün birinci komponenti Vəli alınma söz olub, ərəb dilində
“dost”, “yoldaş”, “həmdəm”, “müqəddəs adam” deməkdir [8, s. 40].
Antrotoponimin ikinci tərəfi olan bəy türk dillərindəki “böyük” sözündəndir.
Şəxs
adlarının
yaranmasında,
Azərbaycan
antroponim
sisteminin
zənginləşməsində fəal rolu olan bu leksem müxtəlif dövrlərdə türk dillərində
daha çox titul kimi işlənmişdir. Z.Verdiyeva bu haqda yazır: “Bəlkə də, “bəy”
titulların ən qədimidir, çünki ibtidai icma dövründə siniflər meydana gələndə
qəbilə başçılarına da “bəy” titulu irsi olmuşdur. Lakin sonralar irsi olmayan
yəni bir şəxsə ömürlük verilən “bəy”lik də meydana gəlmişdir” [112, s. 180].
1930-cu ilə kimi Azərbaycanda hakim qüvvələrdən olan bəyin 5
funksiyası, dərəcəsi olmuşdur. Bu dərəcə onlara xüsusi dövlət orqanları
tərəfindən verilirdi. Bunlardan ən alisi, böyüyü bəylərbəyi idi. Lakin sovet
hökuməti Azərbaycanda, eləcə də başqa türkdilli xalqlarda hakim qüvvə olan
ağaları, xanları, bəyləri bir sinif kimi ləğv etdi. Buna baxmayaraq “bəy” sözü
Azərbaycan antroponimiyasında öz fəal mövqeyini qoruyub saxlamışdı [62,
s.74].
Beləliklə, bu nəticəyə gəlmək olar ki, Vəlibəyli antropotoniminin mənası
“Vəlibəyə, onun tirəsinə mənsub kənd” deməkdir. N.Q
------------------------------
Qarabəyli kəndi (Laçın rayonu). Mənbələrdə bu ada həm antroponim,
həm də etnonim kimi rast gəlinir.
F.Sümer yazır ki, əsasən Şahrizar, Hulvan, Girmanşah, Dinəvər
yörələrindən ibarət olan Kürdüstanda qədimdən bəri qələbəlik türkmən camaatı
yaşayırdı. 1495-ci ildə burada sal/q/lardan olan Qarabeli adlı bir bəyin Söhrab
Binbədrbini məğlub etməsi nəticəsində Şahrizor və Doxuka (Touk - müstəqil
olmaq üzrə türkmənlər) bölgənin hər tərəfini ələ keçirmişlər. Bundan sonra
Bağdaddan Marağaya gedən ana yolda Dinəvər ilə Marağa arasındakı bir keçid
monqol dövrünə qədər onun adını daşımışdır [107, s. 140]. Qarabeli
antroponimi haqqında başqa məlumatımız yoxdur.
Q.Qeybullayev X əsrdə yaşamış Konstantin Baqryanorodanı Erdimə
əsaslanaraq ilkin orta əsrlərdə Cənubi Rusiya çöllərində yaşamış peçeneqlərin
içərisində qarabəy adlı bir tayfanın adını çəkir [73, s.145].
Qarabelli antroponimi ilə bu tayfa arasında hansısa bağlılığın olması
haqqında söz demək çətindir. Ancaq yayılma arealı geniş əraziləri əhatə edən
peçeneqlərin ilkin orta əsrlər dövründən başlayaraq Azərbaycan ərazilərində
məskun olmaları, onların azərbaycanlıların etnik təşəkkülündə iştirak etməsi
deməyə əsas verir ki, Qarabəyli oykonimi peçeneqlərin qarabəy tayfasının
adını əks etdirir.
Bundan başqa, XVII əsrin sonlarına qədər Türyançayın Tərtərçaya
töküldüyü yerdə Bəhram Qoçaq adlı bir Azərbaycan kəndi olmuşdur. Ağa
Məhəmməd şah Qacarın Qarabağa səfəri zamanı (1795-1797) bu kəndin
azərbaycanlı əhalisi dağılmış, ətraf kəndlərə səpələnmişdi. Lakin sonra geri
qayıdaraq Ulu Qarabəy, Kiçik Qarabəy və Yengicə adlı yeni kəndlər
salmışdılar. Sonralar çar höküməti idarələri erməni ailələrini orada
yerləşdirmiş, nəticədə kəndlərin adları Metsşen və Möhrətaq adlandırılmışdır
[73, s. 145].
Yeni salınmış yaşayış məntəqələrinin Ulu Qarabəy və Kiçik Qarabəy
adlandırılması iki amillə bağlı ola bilər. Ya kənd sakinləri bu kəndlərin qədim
adını bərpa etmişlər, ya da onlar qarabəy tayfasından olub, yeni saldıqları
yaşayış məntəqələrini mənsub olduqları tayfanın adı ilə Qarabəy
adlandırmışlar. Qarabəy adının bir neçə ərazidə təkrarlanması həmin coğrafi
adın etnonim mənşəli olduğunu göstərir.
Zənnimizcə, Ulu Qarabəy, Kiçik Qarabəy və Laçın rayonunun
onomastik sistemində bu vaxta qədər mühafizə olunan Qarabəyli
oykonimlərinin mənşəyi peçeneqlərin tərkibində ilkin orta əsrlər dövründə
Azərbaycana gəılmiş türk mənşəli qarabəy etnosunun adı ilə bağlıdır.
Qarabəy etnotoponiminin sonunda işlənən -li morfemi isə güman ki,
“qarabəy tayfasına mənsub qrup, tirə” mənasını bildirməyə xidmət edir. N.Q
Dostları ilə paylaş: |