Mövzu №2. Toponimikanin tədqiqat tarixi. Azərbaycanın


Bakı: İşıq, 1987, 88  s.)



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə23/25
tarix02.01.2022
ölçüsü0,68 Mb.
#46714
1   ...   17   18   19   20   21   22   23   24   25
2. Dərs. Toponimika

Bakı: İşıq, 1987, 88  s.)  Fikrimizcə Alı antroponiminin əvvəlində gələn nağd 

(nəqq)  sözü  də  bu  şəxsdə  olan  müsbət  keyfiyyətlərə  görə  əhatəsində  olan 

insanlar tərəfindən ona verilən ayamadır.

 

Beləliklə 

Nağdalı  antropotoponimi  “təmiz  ad  qazanmış  Alı” 

mənasındadır. 



---------------------------  

Tərxanlı kəndi (Laçın  rayonu). Mənbələrdə qeyd olunur ki,  Eyvazuşağı 

kəndinin  (hazırda  mövcud deyil)  əhalisinin bir hissəsi Təbrizə gedərək Cənubi 

Azərbaycanda  Səttar  xanın  rəhbərlik  etdiyi  demokratik  hərəkatda  (1905-1911) 

iştirak  etmişdir.  Buna  görə  hərəkat  yatırıldıqdan  sonra  kənd  camaatını  çarizm 

bütövlükdə  sürgün  etmiş  və  yaşayış  məntəqəsi  tamamilə  yandırılmışdır.  Sovet 

hakimiyyəti  illərində  onların  bir  hissəsi  Azərbaycana  qayıdaraq  az  müddət 

Qubadlı  rayonunun  Başarat  sovetliyində  yaşamış,  sonra  köhnə  kəndlərinin 

yaxınlığındakı  Tərxan  yalı  adlı  indiki  sahəyə  köçərək  Tərxanlı  kəndini 

salmışlar  [15,  s.  466].  M.  Qaşqarlı  Tarxan  adının  islamdan  əvvəlki  dövrə  aid 

olduğunu və “bəy” mənasının bildirdiyini göstərir. 

Bu barədə daha ətraflı məlumat verən Q.Qeybullayev kutilərin hökmdarı 

İmanın  nəslindən  məlum  olan  21  nəfər  hökmadar  (e.ə  2204-2197)  adından 

birinin  Tiraqn  olduğunu  qeyd  edir  [93,  s.  19]  Bundan  başqa  hun  hökmdarı 



Eltəbir  Alpın  Aran hökmdarı Cavanşirlə  müqavilə bağlamaq  məqsədilə 682-ci 

ildə  Arana  göndərdiyi  elçilərdən  birinin  adı  Avçi  Tarxan  olmuşdur. 

Azərbaycanın  xalq  qəhrəmanı  Babəkin  yaxın  silahdaşlarından  birinin  adı  da 

Tərxan  idi.  Tərxan  həm  də  qədim  türklərdə  yüksək  rütbə,  titul  olmuşdur.  Bu 

sözün lüğəti mənasının “azad olunmuş” demək olduğunu göstərən Z.Verdiyeva 

doğru  qeyd  edir  ki,  onlar  (tarxan  titulunu  daşıyan  şəxslər  -  N.Q.)  dövlət 

qarşısında  müəyyən  xidmətlərinə  görə  hökmdarın  xüsusi  fərmanlarl  ilə  bütün 

vergilərdən  azad  olmuş  şəxslərdir.  Məzmunundan  da  ehtimal  demək  olar  ki, 

“Tərxan” titulu irsi yox, ömürlükdür [112, s. 180]. 

Bütün bunlar Tarxan titulu və ya şəxs adının və bu ad əsasında meydana 

çıxmış Tərxanlı antropotoponiminin qədim tarixə malik olduğunu göstərir. 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin