Mövzu №2.
Toponimikanin tədqiqat tarixi. Azərbaycanın
paleotoponimlərinin bəzilərinə aid, Yunan-Roma, Bizans və ərəb
müəlliflərinin əsərlərində mülahizə və fikirlər.
XVIII-XIX əsrin məşhur Azərbaycan səyyahı H.Z.Şirvaninin
(1780-1838),
A.A.Bakıxanovun
(1794-1848),
M.H.Vəlilinin
(Baharlının (1892-1937)) əsərlərində coğrafi adların mənşəyi və
mənasına dair verilən izahatların əhəmiyyəti. Respublikamızın
görkəmli alimlərinin Azərbaycan coğrafi adlarının
öyrənilməsində misilsiz xidmətləri.
(N.Q) Toponimlərin xalqın daha qədim tarixi ilə bağlı olan bu tipinin
(oykonimlərin) hərtərəfli öyrənilməsi sahəsində müəyyən işlər görülsə də,
onlar yetərincə deyil və indiki Kəlbəcər-Laçın bölgəsinin tarixən mövcud
olmuş ümumi etnotoponimik mənzərəsinin açılması üçün kifayət etmir.
Regionun bir sıra toponimləri hələ qədim müəlliflərin əsərlərində bu və
ya başqa formada xatırlanır. Mousey Kalankatyklunun “Albaniya tarixi”
kitabında Qarabağın (Arsax) vilayətlərinə məxsus toponimlərin də adlarına rast
gəlirik. 831-ci ildə Babək Fəzli darmadağın edir. Həmin il baybakanlılar bir
neçə kəndin, o cümlədən Həkəri (Zəngilan rayonu) kəndinin əhalisini qılıncdan
keçirmişlər. Sonra isə üsyan qaldıran kəndlilər Qoroz (Oorçu kəndi-Zəngilan
rayonu) qalasına sığınmışlar [70, s. 195].
Kəlbəcər və Laçın regionundakı Çorman kəndlərinin adında da qədim
türk tayfasının izini görürük. Doğrudur, tədqiqatçıların bu toponim haqında
fikirləri müxtəlifdir. “Albaniya tarixi”ndə də hələ 5-ci əsrdə Tsri şəhərində baş
verən hadisələr barədə məlumat verilir [70, s.56].Tədqiqatçılar Tsri toponimini
Çur etnonimi ilə əlaqələndirirlər. Peçeneqlərə məxsus olan bu tayfanın adı
Kəlbəcər və Laçın rayonları ilə yanaşı Qəbələ (Corlu kəndi) və Yardımlı
(Çoryurd kəndi) rayonlarında da toponimlərdə yaşamaqdadır [65, s. 95].
Quşçu kəndi Laçın rayonunda yerləşir. İlk dəfə N.A.Aristov quşçu
tayfasının hunlarla əlaqədar olduğunu qeyd etmişdir [124, s. 277-456].
N.Piqulevskaya isə tarixi mənbələrə istinadən göstərir ki, kuşanların (qara
hunların) türk köklü qədim tayfa olmasının ehtimalı çoxdur [159, s.47-51].
Araşdırmalar göstərir ki, Quşçu etnoniminə həsr olunmuş tədqiqat Azərbaycan
etnotoponimiyasının öyrənilməsində xüsusi rolu olan Ə.Hüseynzadəyə
məxsusdur. Quşçuların yayılma arealı Azərbaycan və Orta Asiya (Türkmənstan
Özbəkstan və s.) toponimiyasında geniş yer tutur.
Oğuz elinin bir qanadı olan baharlıların izinə Zəngilan rayonunda
(Baharlı kəndi) da rast gəlirik. Ş.F.Fərzəlibəyli bütün Qaraqoyunlu
rəhbərlərinin bu oymaqdan çıxdığını qeyd edibdir [54, s. 6]. Tədqiqatçı
alimlərimizin əksəriyyəti baharlıları qayı türkləri ilə əlaqələndirirlər.
Qeyd etmək lazımdır ki, Azərbaycan ərazisində toponimlərin tədqiqinin
ilkin
mərhələsi
Hacı
Zeynalabdin
Şirvaninin,
A.A.Bakıxanovun,
M.F.Axundovun və Məhəmməd Həsən Vəliyevin (Baharlı) adı ilə bağlıdır.
Hacı Zeynalabdin Şirvani yazdığı “Cənnət bağı səyahətləri” , “Səyahət
bağı” əsərlərində Azərbaycan, Mərkəzi Asiya, Yaxın Şərq ölkələrinin
coğrafiyası və etnoqrafiyası haqqında qiymətli məlumatlar vermişdir. Onun
coğrafi adların mənşəyi haqqındakı yazılarından bu gün də tədqiqatçılarımız
bəhrələnirlər. “Səyahət bostanı“ adlı əsərində Muğan adının mənşəyinə
toxunaraq yazır: “Elə deyirlər ki, oranı Muğan adlı bir adam bina etmişdir və
bəziləri deyirlər ki, oranı muğlar və möbüdlər abad eləmişdir, bəziləri də bu
fikirdədir ki, Gəncə, Qarabağ, Bərdə Muğan şəhəridir” [69]. Hacı Zeynalabdin
Şirvaninin bu fikri ilə qismən razılaşan tədqiqatçılarımız da var.
Coğrafiyaşünas alim R.M.Yüzbaşov yazır ki, Muğan şəhərinin ilk sakinləri
muğ qəbiləsinə mənsub əhalidən ibarət olmuşdur. Toponimdəki “an” sonluq
olub məkan, yurd bildirir. Bir sıra tədqiqatçılar Muğan coğrafi adını Midiya
tayfalarından biri olan maq tayfasının adı ilə əlaqələndirir.
Görkəmli tarixçi A.A.Bakıxanovun (1794-1847) “Gülistani-İrəm”
əsərində Muğanlı, Zəngi, Çıraq, Şamlı, Xələc toponimləri haqqında maraqlı
fikirləri bu gün də öz əhəmiyyətini itirməmişdir. O yazır ki, bir çox tayfalar
kimi Xələc də İran və Rum ölkələrində mövcud olan tərəkəmə və sair elat kimi
türk tayfalarındandır [23, s. 20].
Umay Türkeş-Günayın “Türklərin Tarihi” əsərində Kəlbəcər-Laçın
bölgəsində yerləşən bəzi yaşayış məskənləri haqqında da məlumatlar əldə edə
bilirik. XI əsrdə müsəlman olan bir sıra tayfalarla yanaşı xalaclar da
Oğuzlardan ayrıldıqdan sonra Türkmən adlanmışlar. Sonrakı zamanlarda
səlcuqlar türkmənlərin digər torpaqlara axınının qarşısını almırlar, bu da
Azərbaycan və Anadolunun türkləşməsi ilə nəticələnmişdir. Xalac, Arran,
Muğan və digər tayfalar bu yerlərdə yurd sahibi olmuşlar [183, s. 215-217].
Quşçu kəndi (Laçın rayonu). Quşçu tayfasını mütəxəssislər türk və
monqol kökənli olmaq üzrə iki yerə ayrırlar. Əvvəlcə bu tayfanın adı haqqında.
Quşçu sözünün mənşəyi, mənası müxtəlif şəkildə izah edilmişdir. Yekdil rəy
bu adın türk dilində olduğudur. Koşsı və ya quşçu etnoniminin mənasını bütün
tədqiqatçılar türk dilləri mövqeyindən müəyyən edir (Quştutan, QT, s. 471):
“quşbazlar” [110, s. 8], “alıcı quşlar ovçusu” [118, s. 129], “alıcı quşlar üzrə
mütəxəssis” [143, s. 92].
Başqırdların özü tayfanın adını bununla analoji və ya buna yaxın şəkildə
(“quş ovçuları”) şərh edir. Təkcə bu, tayfanın monqol mənşəli olduğu faktını
şübhə altına qoyur. Rəşidəddin, əgər diqqətlə yuxarıda göstərilən sitata baxılsa,
ümumiyyətlə “quşçian” – şahinlərin deyil, yalnız onların başçıları, Durban
əmiri Puladın qardaşı Mazuk-quşçi əmirin əsli durban tayfasından olduğunu
deyir. Rəşidəddinin mətnindəki mənaya görə, quşçi – monqolların, xüsusən
durban tayfasının fəth etdiyi türk qəbilə qrupudur ki, öz fatehləri – əmirlərin
əmri altında kaan sarayında xidmət edirdi. Bu fikir qırğız quşçularının tarixi ilə
təsdiqlənir: V.V.Radlovun fikrincə, qırğız quçu (quşçu) qəbiləsi və bəzi digər
qəbilələr “Tyan-Şan və Yenisey vadisinin qırğızları arasında əlaqənin
olduğunu” göstərir. Əgər quşçu (koşso) etnoniminin Çin mənbələrinə görə qeşu
tayfası ilə eyniləşdirilməsi düzgündürsə [161, s. 22], onda VI-VII əsrlərdə
quşçular Orta Asiyaya doğru türk ekspansiyasında iştirak edir və Qərbi Türk
xaqanlığında törəmələrdən birini təşkil edirdi. S.M.Abramzon qırğız quşçu
tayfasını mənşəcə Altay, İrtış ətrafı və Şərqi Tyan-Şanyanda qədim türk dövrü
ilə əlaqəli olan qrupa aid edir [119, s. 60]. Qeyd edək ki, bununla bağlı olaraq
türk xanı Muğan xanın (VI əsr) xan titulu ilə yanaşı Quşu soy adı da var idi
[142, s. 28].
Nəticə olaraq qeyd etməliyik ki, quşçu deyilən etnonim türk xalqının
qədim sənətini ifadə edir
Laçın rayonuna bağlı kəndlərdən biri də Çıraqlı kəndidir. Çıraq adı bəzi
mənbələrdə Şirak, Sirak kimi yazılır. Əvvəlcə Şirak haqqında.
Tarixi mənbələrdən şirakların hələ Qafqaz Albaniyası ərazisində
yaşamaları məlumdur. Şirak etnonimi mənbələrdə həm də sirak kimi qeyd
olunur. Tarixşünaslıqda əvvəllər şirakların mənbəyi haqqında müəyyən qədər
tərəddüdlər olsa da, sonrakı araşdırmalar zamanı bu tərəddüdlər aradan
qaldırılmışdır. Antik mənbələrdə şiraklar haqqında bəzi məlumatlar qorunub
saxlanılmışdır.
Antik müəllif Tatsit (Annallar, XII, 15) Şimalda “şirakların çarı Zorsin”
ifadəsini işlədir. Müəllifin Zorsin kimi yazdığı ad latın dilində “ç” səsi
olmadığına görə Çursin kimi oxunmalıdır. Çursin türkcə “çur” – “qəhrəman”,
“çin” (şin, sin) – “kimi” sözlərindən ibarətdir. Beləliklə, ad "qəhrəman kimi"
anlamındadır.
I əsr müəllifi Strabon Şimalda şirakların bir hökmdarının adını Abeak
kimi göstərir. Bu ad da türkcədir. Altay dillərində “abaqa – “əmi”
mənasındadır. VIII əsrdə Altayda telenqutların başçısı Abak, teleutlar]ın XVII
əsrdə xanı Abak adlanırdı. XIII əsrdə Çingiz xanın nəslindən Abaqa xanın adı
da mənşəcə bu sözlə bağlıdır. Çuvaşlarda indi də Abak və Abayak şəxs adları
var.
L.Tolstoy “Xorəzm vahəsinin tarixi onomastikası”na aid məqaləsində
qara-sirak qaraqalpak qəbiləsindən bəhs edir [166, 246-254]. Özbəklərdə
Çuvan-Sirak, Katta-Sirak, türkmənlərdə Çirakçi adlı tayfalar vardı. Təkcə bu
fakt sarmatların sirak türk mənşəli olduğunu aydın göstərir. V.İ.Abayevin
şirakları irandilli sayması və hətta sirak sözünü osetin dili əsasında “rəvan rəqs
edən” kimi izah etməsi isə elmi həqiqətə uyğun deyil.
Maraqlısı odur ki, şirak tayfasnın adı topnimlərdə həm də Çıraqlı
(Siraklı, Şiraklı) kimi qalmışdır. Azərbaycanda Çıraqlı adlı 4 kənd vardır.
Çıraqqalanın adı da bu etnonimlə əlaqələndirilir.
Deməli, hələ eramızdan əvvəl Şimaldan gəlmiş türk şiraklar Şimali
Azərbaycanda məskunlaşmış və heç şübhəsiz ki, Azərbaycan türklərinin
etnogenezində mühüm rol oynamışlar [104, s. 123].
Dostları ilə paylaş: |