e) Talışdilli oronimlər. Siyaband dağı (siya «qara»), Ağabalaband
(Lerik rayonu), Ambudimə yamacı (dimə “yamac”) (Lerik rayonu) və s.
Azərbaycan oronimiyasında mənşəyi məlum olmayan oronimlərə də
rast gəlmək mümkündür. Bu oronimlərdən biri Şirvan düzü ilə Pirsaat çayı
vadisində yerləşən Ləngəbiz oronimidir. Qusar rayonu ərazisində Ləngəbiz
dərə və Lənkəran-Astara zonasında Ləngəbiz dağ adları vardır. Hər üç
oronim fars dilində ləng «vadi», «çökəklik» və mənası aydın olmayan biz
sözlərindən ibarətdir. Ağarlıca dağ (Quba rayonu), Eserti dağı (Dəvəçi
rayonu), Koşbərə dərəsi (Qax rayonu) və s. oronimlərin də mənşəyi məlum
deyil. Dissertasiyada Abşeron, Acıdərə, Ağdağ, Ahudağ, Alaciki, Beşbarmaq,
Beşyataq, Gilov, Danaqırançöl, Diridağ kimi oronimlərin etimologiyası
üzərində ətraflı dayanılmışdır. İnsan təfəkkürünün məhsulu olan
oronimlərin yaranması milli və mənəvi sərvət olub, maddi həyat tərzinin
təzahürüdür. Oronimlər Azərbaycan ərazisində məskunlaşan xalqların dili,
tarixi, adət-ənənələri, təsərrüfat həyatının sosial-coğrafi mahiyyəti baxımından
öyrənilməsi çox əhəmiyyətlidir, qiymətli mənbədir.
Dostları ilə paylaş: |