Mövzu №2. Toponimikanin tədqiqat tarixi. Azərbaycanın


Azərbaycan paleooronimlərinin relyef formalarına ad verməyə görə



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə10/25
tarix02.01.2022
ölçüsü0,68 Mb.
#46714
1   ...   6   7   8   9   10   11   12   13   ...   25
2. Dərs. Toponimika

Azərbaycan paleooronimlərinin relyef formalarına ad verməyə görə 

nominativ təsnifatı

 Azərbaycan oronimiyası aşağıdakı xarakterik cəhətlərinə 

görə təsnif etməyə imkan verir: spesifik oronimlər, metaforik oronimlər, 



etnonimik oronimlər, patronimik oronimlər, antroponimik oronimlər, 

oykonimik 

oronimlər, hidronimik oronimlər, zoonimik oronimlər, fitonomik 

oronimlər. 



Spesifik oronimlər. Spesifik oronimlər əlamətlərinə, relyef formasına, 

hündür və alçaqlığına, bitgi örtüyünə, sayına və s. görə adlandırılır. Müq. 

et: Bozqaya, Bozdağ, Bozyal, Ağ yal və s. Keçəl yal, Təkbir dağı, Qoşadərə 

və s. Oroqrafik obyektlərdən bir qrupu ərazisindən və yaxınlığından axan 

çayın, suyun, kanalın suyunun dadını (acı, şor yaxud duzlu olmasına) əks 

etdirir. Məsələn, Acıdərə, Duzlu qobu, Acıdərə dağı oronimlərinə bu adlar 

həmin dərədən axan Acısu çayının adını əks etdirməsinə görə verilmişdir. 

Azərbaycan tarixən etnik tərkibinin müxtəlifliyi ilə fərqlənən ölkələrdən 

biridir. Respublikamızın oronimiyasında müxtəlif tarixi dövrlərdə 

məskun olmuş etnosların və tayfaların adını əks etdirən etnonimik 

oronimlər vardır. Qədim və orta əsr mənbələrində Şimali Azərbaycan 

ərazisini əhatə etmiş Qafqaz Albaniyasında Alban, Hun, Çul, Şirak, Şirvan 

və başqa tayfaların yaşadığı qeyd olunmuşdur.25 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin