yaşadığı ərazi də onun adı ilə adlandırılmışdır. Hər bir nəsil və tirə
müəyyən tayfanın xırda, kiçik qolundan ibarətdir və bunların hər birinə aid
oronimlər var. Oronimlərdə əksini tapmış patronimlərin əksəriyyətinin
hansı tayfaya mənsub olmasını müəyyən etmək mümkün deyildir.
Patronimik oronimlər etnonimik oronimlərə nisbətən çoxluq təşkil edir.
Belə oronimlərə misal olaraq Alxaslı dağı (Laçın rayonu), Bayramlı təpəsi
(Cəbrayıl rayonu) və s. onomastik vahidlərini nümunə göstərmək olar.
Dostları ilə paylaş: