Lolabağırlı formasında işlənir. Buna görə də kənd sakinləri adın birinci tərəfi
olan lola leksemini lal sözünün sinonimi kimi götürərək onimi “Lal Bağıra
mənsub yaşayış yeri” mənasında izah edirlər. Əbəttə, adın bu şəkildə yozumu
həqiqətə uyğun deyil. Antrotoponimin birinci komponenti lələ dilimizdə:
“Keçmişdə kübar və varlı ailələrdə oğlan uşağının tərbiyəçisi, böyüyə, yaşlı
kişilərə müraciət forması kimi işlənir, hörmət əlaməti olaraq yaşlı adamların
Atabəylər dövlətinin süqutundan sorna da şahzadənin tərbiyəçisi olan əmirlər
dövlətinin ilk illərinin təsvirini verən hadisələr şərh edilərkən “Əhsənüt-
təvarix”də lələ istilahı “atabəy” kimi işləmiş və Qara Yusifin oğlu Pir Budağın
Tarixdən bəllidir ki, Şah İsmayıl Xətainin tərbiyəçisi olmuş Hüseyn bəy
“atabəy” titulu yerinə “lələ” işlədilməsi səfəvilərlə bağlı olmuşdur.
“Lələ” bu vəzifəyə şəxsən şah tərəfindən təyin edilir və şahzadənin
bütün hərbi, mülki və mali işlərinin onun adından həll edirdi [112, s. 167].
Məntəqə adının ikinci komponenti bağır leksik vahidinə həm ərəb, həm
də türk dilərində rast gəlinir. “Kitabi-Dədə Qorqud”da oxuyuruq: “dəli ozan
gəldi baş endirdi, bağır basdı, salam verdi”. Burada bağır “sinə” mənasındadır
[71, s. 38].
Osman Mirzənin yazdığına görə islam tarixində beşinci imamın adı
Məhəmməd, təxəllüsü Bağır olmuşdur. Burada isə bağır öyrənən mənasındadır,
yəni “öyrənən Məhəmməd” [87, s. 39] . Görünür bu sözün ərəbcə “hərtərəfli
inkişaf etmiş geniş bilik sahibi, bilikli” mənasını ifadə etməsi də bununla
əlaqədardır. Buradan belə nəticəyə gəlmək olar ki, bağır sözü milli dil vahidi
kimi Azərbaycan dilinin opelyativ leksikasında çoxdan mövcud olsa da,
onomastik vahid kimi dilimizə ərəb dilindən keçib, mənsub olduğu dildə etdiyi
anlamda işləməkdədir.
Sonda qeyd edək ki, Lələbağırlı antropotopnimi əslində tərbiyəçi və ya
hörmət əlaməti olaraq lələ deyə müraciət olunan “Bağıra mənsub kənd”
mənasındadır. Bu gün də bəzi rayonlarda ataya lələ deyə müraciət edənlər var.
Lələ böyük, tərbiyyə verən mənasındadır.
Dostları ilə paylaş: