xüsusiyyətləri.
Dünya xalqlarının mifologiyasında insanlar tərəfindən
ilahiləşdirilmiş obyektlərin əsil adının çəkilməsinə qoyulmuş tabu (yasaq)
müqəddəs sayılan çayların, göllərin ikinci dərəcəli (qeyri-əsas) adlarının
yaranmasına yol açmışdır. Türk xalqları mifologiyası və folklorunda su
hövzələrinin hər hansı heyvan (çox vaxt totem) adı ilə bağlı olduğunu
göstərilir. Dil və onun daşıyıcılarının tarixini, tarixi coğrafiyasını, hər bir
ölkənin hidronimləri mürəkkəb tarixi inkişafın nəticəsidir və çeşidli qədimlik
dərəcəsinə malik dövrlərə aid müxtəlif mənşəli qatlardan ibarətdir. Bunların
bəziləri dialekt materialları əsasında yaranmışdır və bu hidronimlərin
mənaları dialekt materialları əsasında açılır. Məsələn, Temsəçayı hidronimini
buna nümunə göstərmək olar. Azərbaycan dilinin qərb qrupu dialekt və
şivələrinə daxil olan Ayrım şivələrində temsə sözü «kötük» mənasında
işlənir. Yəni Temsəçayı hidroniminin mənası “kötüklü çay” (daşlı çay kimi
nəzərdə tutulur) deməkdir. Bəzi hidronimlər isə su hövzəsinin forma və
ölçüsü ilə əlaqədardır. Məsələn, Qazan göl, Güzgü göl və s.
Elə hidronimlər də var ki, onlar meşələrdə və çay sahillərində
yaşayan quş və heyvanların adları ilə bağlı yaranmışdır. Məsələn, Ördək
göl, Camış gölü və s. Antroponim, təxəllüs və ləbqəblərin iştirakı ilə
yaranan hidronimlər də mövcuddur. Müq. et: Həsən suyu, Həsən çay və s.
Hidronimlərin yaranma tarixi çox qədimdir. Tayfa, qəbilə ərazilərini
adlandırmaq ehtiyacı ilə bağlı bir sıra yerlər tayfa və qəbilə adları əsasında
yaranmışdır. Məlumdur ki, su hövzələrinə ad birinci növbədə onun sahilində
yaşayan xalq tərəfindən verilir. Etimioloji cəhətdən maraqlı olan çay
adları haqqında danışarkən ilk növbədə nəzərə almaq lazımdır ki, uzaq
keçmişdə insanlar çaya çox zaman sadəcə olaraq su demişlər. Tədqiqatçıların
fikrincə, Kür, Don, Dunay, Volqa, Araz və s. çayların adları ilkin dövrlərdə
“su” mənasında işlənmişdir. Bəzi çay adları isə sahilində yerləşdikləri
şəhər, kənd, qəsəbə və s. adları əsasında formalaşır. Məsələn, Qudyalçay öz
adını Quba şəhərinin adından, Dəvəçiçay Dəvəçi şəhərinin adından, Şabrançay
isə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olmuş Şabran
şəhərinin adından almışdır. Azərbaycanın bir sıra hidrooronimlərinin,
əsasən çay adlarının ikinci komponenti yerində «çay» mənasında olan su
sözünün işlənməsinə tez-tez rast gəlinir. Müq. et: Ağsu. Ağsu və Kürdəmir
rayonlarından axan çayın adı; Qax rayonunda çay adı; Qarasu. Zaqatala
rayonundakı Qanıx (Alazani) çayının qolu və s. Bu qəbildən olan
paleooronimlərdən biri də Alazani çayına axıb tökülən Qabırrı çayının adıdır
(Bu
çayın digər adı İoridir).
Qabırrı (
Qabırlı) hidroniminin tərkibində sözün
əsasını təşkil edən qabır leksimi aydın görünür. Cığataq ləhcəsində «səsküy
salmaq, gurultu qoparmaq, coşmaq, şiddətlənmək» mənasında kabursözünün
işləndiyi qeydə alınmışdır.28 Fikrimizcə, kabur- sözü qədim dövr
Azərbaycan ərazisində fəaliyyət göstərən dialekt (dil) eleimentlərindən biri
kimi təqdim edilə bilər. Görünür, çaya «səs-küylü, qurultulu» mənalı kabur
sözü onun səciyyəvi cəhətinə görə verilmişdir. Türk xalqlarında çayların
göstərilən cəhətinə görə adlandırılması tarixən xarakterik olmuşdur.
Tərkibində çay, su, göl, bulaq, dəniz, arx, bataqlıq, quyu və s. sözlər
işlənən hidronimlər xalis Azərbaycan sözlərindən ibarətdir. Bu ümumi
cəhətdən (məlumatdan) sonra bəzi hidronimik vahidlərin mənşəyi və
semantikası barədə bir qədər genişliyi ilə danışmaq istərdik.
Dostları ilə paylaş: