Mövzu №2. Toponimikanin tədqiqat tarixi. Azərbaycanın



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə15/25
tarix02.01.2022
ölçüsü0,68 Mb.
#46714
1   ...   11   12   13   14   15   16   17   18   ...   25
2. Dərs. Toponimika

Zoonimik oronimlər. Azərbaycanın mürəkkəb fiziki-coğrafi şəraiti, 

relyefi, bitgi örtüyü ilə yanaşı zəngin heyvanlar aləmi də vardır. Qədim türk 

tayfaları içərisində İlan, Karğa, Kuyerçin, Kurt (Qurd), Kuşi (Quşçu), Tana 

və başqa adları daşıyan tayfalar olmuş və onların müəyyən hissələri 




müxtəlif tarixi dövrlərdə Azərbaycanda məskunlaşmışlar. Danaçı (Zaqatala 

rayonu), Qarğalıq (Masallı, Şərur, Xaçmaz rayonları), Quşçu (Daşkəsən, 

Qazax, Tovuz, Qobustan və Yevlax rayonları), Göyərçinli (Cəbrayıl 

rayonu), Qurdlar (Bərdə rayonu), İlanlı (Qobustan rayonu) kənd adları 

məhz həmin tayfaların adlarını əks etdirir. Lakin Azərbaycan toponimiyasında 

dana, qarğa, quş, göyərçin, qurd, ilan və başqa heyvan adları ilə 

bağlı Danaqıran dağı, Qarğalı təpə, Quş təpə, Göyərçin təpəsi, Qurdqobu, 



İlandağ oronimləri də vardır. Ona görə də oronimlərdə bəzi tayfa adları ilə 

heyvan adlarını ayırd etmək üçün bir qədər diqqətli olmaq lazım gəlir. 

Eynilə qədim türk mənşəli KazanKanlı tayfa adları ilə bağlı etnotoponimlərlə 

Qazangöz dağı, Qanlıdərə, Kotan örüşü oronimləri zahiri oxşarlığa 

malikdir. Heyvan və quş adları müsbət və mənfi relyef formaları coğrafi 

obyektlərdə əks olunmaqla zoonimik oronimlər yaranır. 

Ev heyvanları ilə bağlı yaranmış oronimlər azlıq təşkil edir. Bunlara 



at, dəvə, inək, buğa, keçi, öküz, dana, qatır və s. Bu baxımdan demək olar 

ki, oroqrafik obyektlərin bəziləri ev heyvanlarının adlarını əks etdirir: At 



ağılı dərəsi (Qubadlı rayonu), Atuçan qaya (Tovuz rayonu). 

Qədim insanlar coğrafi cəhət, səmt və bənzətmə (oxşatma) üsullarından 

istifadə etməklə coğrafi terminlər yaratmışlar. Belə coğrafi terminlərə 

dağ, yal, şiş yamac, gədik, güney, quzey, qaya, təpə, sırt, taxta, yoxuş, dik, 

yasamal, bazı, üst və s. sözləri nümunə göstərmək olar. Bunlardan 

bəzilərinin semantik mənaları haqqında qısa məlumat vermək istərdik. 

Azərbaycan paleohidronimlərinin linqvistik təhlili 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin