27
süni qida məhsullarına emalı şərtlərini, dəyərini və imkanlarını şərtləndirir (təyin
edir). Beləliklə, funksional xassələr bütövlükdə süni qida məhsullarında zülallar və
polişəkərlərin quruluşyaratma funksiyası ilə əlaqədardır. Burada əsas mahiyyət
ondan ibarətdir ki, yeni formalı qida məhsulları yaratmaq üçün emal olunan
zülallar müxtəlif mənbələrdən və müxtəlif metodlarla əldə edilirlər. Məhz buna
görə də onlar fiziki-kimyəvi xassələrinə görə, məsələn, su mühitində həllolma
qabiliyyətlərinə görə (albuminlər, qlobulinlər və qlütelinlər və s.) yaxud bu və ya
digər dərəcədə heterogelinə (tərkiblərində çoxsaylı fraksiyaların olmasına) görə,
molekulyar xarakteristikalarının fərqliliyinə görə müxtəlif fiziki-kimyəvi xassələrə
malik olurlar. Məhz bu baxımdan, süni qida məhsulları alınmasında zülalların
emalı üçün heterogenlik və digər fiziki-kimyəvi xassələrin yaradılması üçün
onların emal üsullarına maraq həmişə çox olur. Bu proseslərin işlənib hazırlanması
isə hökmən su sistemləri mühitində digər qida komponentləri ilə birgə zülalların
necə xassə göstərməsini öyrənməyi tələb edir.
Beləliklə, süni qida məhsulları yaradılması problemləri nöqteyi-nəzərincə,
zülal-su sistemlərinin özü də müxtəlif fiziki-kimyəvi xassələrə malik zülallarla
olan su sistemlərinin öyrənilməsi, turş və neytral polişəkərlərin öyrənilməsi vacib
məsələlərdən hesab olunur.
D-qlyukan qruplarına aid neytral polişəkərlər (nişasta və onun komponentləri,
qlikogen) adətən qidanın əsas quruluş və energetik komponentləri hesab olunurlar.
Bir çox mövcud məhsullarda onların miqdarı, xüsusilə süni məhsullarda 10-30%-ə
qədər çata bilir. Bu da onu şərtləndirir ki, tərkibində zülal və qlyukan olan qatı
sistemlərin öyrənilməsi yeni formalı qida məhsulları üçün çox vacib sayılır.
Turşu xassəli polişəkərlər isə həlməşik yaradan birləşmələr olmaqla, qida
sənayesində geniş tətbiq olunurlar. Onların ən maraqlı nümayəndələri xətti, zəif
polielektrolit xassəsinə malik və molekullarında yan karboksil qrupları olan
Dostları ilə paylaş: