MÜHAZİRƏ 3
MÖVCUD QİDA MƏHSULLARI İSTEHSALININ
TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ VƏ MÖVCUD QİDA
NƏZƏRİYYƏLƏRİ HAQQINDA
Son 20-30 il ərzində dünyada ənənəvi istehsal məhsullarının həcminin
artırılmasına və hazırlanan ərzağın bioloji dəyərliyinin yüksəlməsinə xeyli güc və
vəsaitlər xərclənmişdir. Bu özünü xüsusi olaraq taxıl istehsalında, onun tərkibinin
yaxşılaşdırılmasında və zülallarda aminturşuların zənginləşdirilməsində göstər-
mişdir. Buna baxmayaraq, adambaşına düşən istehlak normalarının keyfiyyət və
kəmiyyətcə inkişafına nail olunmamışdır.
Taxıl istehsalının intensivləşdirilməsilə əlaqədar işlər “yaşıl inqilab” adını
daşıyaraq, əsasən bioloji və iqlim dəyişmələrinə davamlı iri sortların
yaradılmasından ibarət olmuş, buğda, düyü, qarğıdalı və arpanın məhsuldarlığını
artırmaqla əlaqədar olmuşdur. Digər nailiyyət zülalların miqdarca və keyfiyyətcə
seleksiyası sahəsində olmuşdur ki, bu da daha yüksək tərkibdə və bioloji
dəyərlikdə taxıl növləri əldə etməyə imkan yaratmışdır.
Məsələn, düyünün seleksiyası onun tərkibində olan zülalın 7%-dən 9%-ə
qədər çatdırılmasına səbəb olmuşdur ki, bu halda dənin məhsuldarlığına və
keyfiyyətinə xələl gəlməmişdir.
İstehsalın yüksəlməsində ikinci amil aqrotexnika olmuşdur.
Keçən əsrin 80-ci illərində isə bitkiçilikdə yeni inqilab – “paxlalılar inqilabı”
ilə əlaqədar olmuşdur.
Ənənəvi istehsalın intensivləşdirilməsində digər istiqamət isə bioloji dəyərliyi
yüksək olan məhsulların yaradılması olmuşdur. O bu günə qədər davam edir və
qida məhsulunun kimyəvi analizi və qidalanma elminin inkişafı ilə əlaqədardır.
Kimyəvi texnologiya, biomühəndislik və biotexnologiya sahəsində qazanılmış
16
nailiyyətlər: zülal, aminturşular, vitaminlər və digər qida komponentlərinin
biotexnologiyası ona böyük təsir göstərmişdir.
Yüksək dəyərli məhsul alınmasının əsas məsələsi qəbul olunan bitki qidasının
kimyəvi tərkibi ilə orqanizmin bioloji tələbatı arasında olan fərqin götürülməsindən
ibarətdir. Zülal defisiti bu halda rasionda tam dəyərli zülal yaxud aminturşusu
çatışmazlığı ilə əlaqələndirilir ki, bu da onların birbaşa qidaya əlavə edilməsi
nəticəsində həll olunur. Eyni zamanda qida məhsulları çatışmayan vitaminlər və
mineral maddələrlə də zənginləşdirilir. Bu üsul iqtisadi baxımdan daha effektiv
sayılır (istehsal və istehlaka nisbətən). O, həmçinin bitki zülallarının heyvanat
zülalları ilə zənginləşdirilməsinə nisbətən də iqtisadi cəhətdən sərfəli sayılır.
Bu istehsal sahəsində əsas diqqət zənginləşdirilmiş və kombinələşdirilmiş
məhsulların alınmasına yönəldilmişdir.
Zənginləşdirilmiş məhsullar dedikdə, onlara (tərkibinə) müəyyən miqdar
zülal, aminturşular, vitaminlər və mineral duzların əlavə edilməsi ilə alınan
məhsullar nəzərdə tutulur ki, həmin məhsulların kimyəvi tərkibi məsləhət görülən
qidalanma normalarına uyğunlaşdırılır.
Kombinələşdirilmiş məhsullar isə bir-birini əvəzolunmaz komponentlərlə
qarşılıqlı
surətdə
zənginləşdirən
məhsulların
qarışığı
nəzərdə
tutulur.
Zənginləşdirmə prinsipi, yaxud çatışmayan əvəzolunmaz nutriyentlərin birbaşa
əlavə olunması və kombinələşdirmə prinsipi, yaxud məhsullar qarışığı ilə əldə
olunan qida sistemləri mahiyyət etibarilə yaxındırlar. Fərq ondan ibarətdir ki,
zənginləşdirmə zamanı qarışıqda olan komponentlərdən biri nisbətən az miqdarda
zənginləşdirmə üçün istifadə olunur və o daha təmiz olmalıdır.
Hər iki yanaşma, qida məhsullarının tərkibinin tarazlaşması və bioloji
dəyərliyinin artırılmasında və həmçinin eyni məqsədlə qida rasionlarında tətbiq
olunur. Əlbəttə, bu halda rasionda çeşid və qiymət mahiyyətcə dəyişməməlidir.
17
Çoxlu tədqiqatlarla təsdiq olunmuşdur ki, bunların hər ikisinin (üsulun) tətbiqi
tibbi-bioloji baxımdan da əlverişlidir. Nəticədə məhsullarda bitki zülallarının
bioloji dəyərliyi heyvanat məhsullarına uyğun yaxud ondan yüksək olur, hətta süd
zülallarından da. Hər iki prinsip yem istehsalında geniş tətbiq olunur.
Zənginləşdirmə tətbiq olunaraq yodlaşdırılmış xörək duzu ilə yod
çatışmazlığı, Fe
2
SO
4
-lə anemiya xəstəliyi aradan götürülür, yaxud şəkərə A
vitamini qatılmasına və s. nail olunur.
İnkişaf etməkdə olan ölkələrdə isə kokos yağını qarğıdalı yaxud soya yağı ilə
qarışdırmaqla qida rasionlarında çatışmayan polidoymamış yağ turşularının
varlığına nail olunur.
Bir sıra ölkədə də unlu qənnadı məmulatlarının zülallarla və çatışmayan
əvəzolunmaz aminturşuları ilə zənginləşdirilməsi istiqamətində böyük nailiyyətlər
əldə olunmuşdur. Məsələn, 100 q una 0,1 q lizin qatılması zülaldan istifadə
səviyyəsini 1 q artırır.
Qida rasionlarında bioloji dəyərliyi artırmaq üçün zənginləşdirmə ilə yanaşı,
qarşılıqlı zənginləşdirmə geniş tətbiq edilir. Bu halda bir bitkidə çatışmayan
aminturşusu digərində olan aminturşusu tamamlanır. Bu xüsusilə taxıl məhsulları
ilə paxlalıların qarışdırılaraq, onlardan məhsullar alınması zamanı əldə edilir.
Kombinələşdirilmiş məhsulları ən çox uşaqların qidalanması üçün inkişaf
etmiş ölkələrdə işlədirlər. Süd zülalı və taxıl zülalı əsasında alınan məhsullar bu
cəhətdən xüsusilə qiymətli hesab olunur.
Bununla belə, kombinələşdirilmiş məhsullar yüksək bioloji dəyərliyə malik
olmalarına baxmayaraq, dad və istehlak keyfiyyətlərinə görə yüksək hesab
olunmurlar, ona görə də məhdud miqdarda istifadə edilirlər.
Zənginləşdirmə ilə alınan məhsulların çatışmayan cəhətlərindən biri də ondan
ibarətdir ki, zülalların artıq miqdarda işlədilməsi ilkin məhsulun istehlak və
orqanoleptiki xassələrinə mənfi təsir göstərir. Ona görə də zülal qatqıları bu
18
məqsədlə 2-12%-dən artıq miqdarda istifadə olunmurlar. Bu da xammalın
tərkibində zülal defisiti problemini aradan götürmür.
Göründüyü kimi, qida zülalının böyük ehtiyatlarından qidalanma üçün
istifadə ənənəvi texnologiyaların tətbiqi ilə tam mənada özünü doğrultmur.
Bu da ərzaq məhsulları istehsalı sahəsində yeni strategiyanın işlənməsini ön
plana çəkir, daha doğrusu, zülalların və digər qida maddələrinin birbaşa emalı yolu
ilə yeni formalı qida məhsulları texnologiyasının işlənib hazırlanmasını tələb edir.
Məhz bunun nəticəsi olaraq, qida məhsulları istehsalında yeni texnologiyaların
işlənməsi artıq geniş miqyasda həyata keçirilməkdədir.
Ərzaq məhsullarının dünyada istehlakı və istehsalı problemlərinin təhlili onu
göstərir ki, hər hansı yeni texnologiyanın tətbiqi zamanı hökmən iqtisadi, sosial,
texniki, energetik, ekoloji, tibbi-bioloji və mədəni amilləri nəzərə almaq lazımdır.
Ona görə də yeni texnologiyaların tətbiqində əsas məsələ zülal və digər qida
maddələrinin gözəgəlimli və faydalı etməklə yanaşı, istehlakçıların tələbinin
ödənilməsi ilə həll olunmalıdır. Yalnız bu halda mövcud texnologiyalarda
meydana çıxan xüsusiyyətləri və ziddiyyətləri aradan götürmək mümkündür.
Yeni formalı məhsullar üçün müasir texnologiyalar, qida maddələrinin sənaye
emalı metodları tətbiq edilməklə, ərzaq xammalının kompleks xarakterli emalını
nəzərdə tutur. Bu zaman alınan məhsullar yeni formalı məhsullar adını daşıyırlar.
Onlar dadına, xarici görünüşünə, quruluşuna və fiziki-kimyəvi xassələrinə görə
təbii yaxud ənənəvi qida məhsullarına bənzər olmalıdırlar.
Əlbəttə, bu oxşarlıq üçün kimyəvi tərkibin eyni olması vacib sayılmır.
Əksinə, yeni formalı qida məhsulları, onların analoqu olan məhsullarla müqayisədə
bioloji dəyərliyinə görə yüksək, üstün texnoloji və istehlak xassələrinə malik ola
bilərlər. Onların tərkibi və xassələri tibbi-bioloji və tətbiqi araşdırmalarla nizam-
lanmalıdır.
19
Mövcud məhsulların müxtəlifliyi nəzərə alınaraq, yeni formalı məhsulların
yaradılması zamanı hökmən istehlakçılar üçün zəruri olan mövcud tələblər
(görünüşə, dada, quruluşa görə və s.) nəzərə alınmalıdır.
“Yeni formalı qida (məhsul)” termini onu göstərir ki, xarici görünüş, forma,
quruluş, tərkib və kompleks fiziki-kimyəvi xassələr məhsula təbii qida
maddələrinin emalı, qarışdırılması, formalanması və quruluş yaradılması
nəticəsində verilmişdir. Burada, şübhəsiz söhbət “süni” yaradılmadan, təbii qida
maddələrindən qida məhsulunun konstruksiya olunmasından gedir.
Qida maddələrinin yeni formalı məhsul üçün emalı, müasir fiziki-kimyəvi,
biokimya, qida texnologiyası və qidalanma ilə əlaqəli elmlərin nailiyyətlərinə
əsaslanır. Nəticədə tələb olunan tərkibdə və fiziki quruluşda, kompleks fiziki-
kimyəvi, orqanoleptiki və texnoloji xassələrə malik qida sisteminin yaranması
təmin olunur. Nəzərə alınmalıdır ki, emal edilən qida zülalları mənşəyindən (bitki,
heyvanat, mikroorqanizmlər) asılı olmayaraq biosintez məhsullarıdır. Əgər ilkin
qida maddələri, məsələn, aminturşular kimyəvi sintezlə alınmışsa, onlar əsasında
alınan qida sistemləri “sintetik” hesab olunurlar. Sintetik qida isə müalicə iaşəsində
və digər xüsusi məsələlərin həllində tətbiq olunur. Beləliklə, yeni formalı qida
məhsulları yalnız kütləvi istehlakçı üçün nəzərdə tutulur.
“Yeni formalı qida məhsulu” termini elmi mahiyyət daşıyır və elmi
ədəbiyyatda “süni”, “quruluşu yaradılmış”, yaxud tekstura verilmiş qida məhsulları
terminləri ilə yanaşı işlədilir. Bu terminlər isə məhsula ad verildikdə,
etiketləndirmə zamanı, onun kommersiya məqsədi ilə işlədilməsi hallarında
işlədilmirlər. Məsələn, dənəvər kürünün analoqu olan qara kürü süd zülalı əsasında
istehsal edilir və satışa “dənəvər zülal kürüsü” adı ilə buraxılır.
Yeni formalı qida məhsulları “analoq” və “zülal məhlulları” (durulaşdırıcıları)
şəklində istehsal olunurlar (daha doğrusu olmalıdırlar). Birincilər bu halda
müstəqil qida məhsulu (məsələn, kürü, kartof, vetçina) kimi, ikincilər isə ənənəvi
qida sistemləri ilə qarışdırılaraq (xəmir kütləsi, ət qiyməsi və s. ilə) işlədilirlər.
20
Birinci termin (analoq) qəbul üçün hazır olan mövcud məhsulu xarakterizə
edirsə, ikincisi mövcud qida sistemlərinin elementlərini ölçüsünə, formasına,
mexaniki, osmotik və adgeziya göstəricilərinə görə imitasiya edirlər.
Ənənəvi və yeni qida sistemlərinin emalı əsasında alınan məhsullar
“kombinələşdirilmiş” adını daşıyırlar. Bu məhsulların istehlak xassələri ənənəvi
məhsullar kimi yüksək keyfiyyətdə olmalıdır.
Zülal məhlulları, zülaldan başqa tərkiblərində karbohidratlar, yağlar,
vitaminlər, mineral maddələr, qida boyaqları, dad və ətirləndirici maddələr saxlaya
bilərlər. Elmi ədəbiyyatda onları çox zaman “zülal teksturası” yaxud “zülalın
Dostları ilə paylaş: |