Yem zülallarının bir sıra məhsullar istehsalında heyvanat zülallarına konversiyası
Məhsul
Konversiya, %-
lə
Məhsul
Konversiya, %-
lə
Məhsul
Konversiya, %-
lə
Mal əti
6-10
Dovşan əti
17
Süd
23-38
Qoyun əti
9
Quş əti
17
Yumurta
25-31
Donuz əti
12-15
Balıq
20
Cücə əti
(broyler)
31
Müəyyən olunmuşdur ki, üçzəncirli qida istehsalı prosesdə yemin məhsula
konversiyası 3-dən 28%-ə qədər miqdarda baş verirsə, yem zülalının heyvanat
zülalına konversiyası 6-38% miqdarda baş verir. Başqa sözlə, heyvanat məhsulu
istehsalında bitki zülalının
4
3
hissəsi itirilir. Məsələn, bifşteks alınması üçün
təxminən 95% zülal itirilir. Ona görə də mal əti zülalı 30-50 dəfə baha olur (soya
unu zülalına nisbətən).
Onu da nəzərə almaq lazımdır ki, ənənəvi üsullarla qida məhsulu istehsalı
biosferanın çirklənməsinə, tərkibinin dəyişilməsinə gətirib çıxarır. Bu isə son
nəticədə, hələ qədimdən ekoloji fəlakətlərə - səhraların yaranmasına, əhalinin
köçürülməsinə, bir sıra xalqların yer üzündən silinməsinə gətirib çıxarmışdır.
Ekoloji krizislər kənd təsərrüfatının intensiv və ekstensiv üsullarla,
mexanikləşdirilməsi və kimyalaşdırılması zamanı da baş verir (Nümunələrlə:
gübrənin, pestisidlərin torpağa, suya təsirini, onun da yosunlara, insanlara, balığa
14
təsirini göstərməli). Hazırda, yalnız gübrələr tətbiq etməklə qəbul olunan qidanın
4
1
hissəsi əldə edilir.
Ənənəvi istehsalın çatışmayan xüsusiyyətlərindən biri də əhalinin fasiləsiz
tələbi ilə dövri istehsal arasında, ənənəvi məhsulların tərkibinin dəyişkənliyi ilə
istehlakçıların tələbi arasında ziddiyyətlər doğurmasıdır.
Bütün bunlar, mövcud texnologiya və üsullarla məhsul istehsalında zülalların
rasionda miqdarca azaldılmasına gətirib çıxarır. Bu çatışmazlığın aradan
qaldırılması isə istər-istəməz yeni yollarla yüksək bioloji dəyərliyə malik
məhsulların yaradılmasını ön plana çəkir.
|