“Qİda məhsullarinin texnologiyasi” kafedrasi



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə3/29
tarix02.01.2022
ölçüsü0,73 Mb.
#47146
1   2   3   4   5   6   7   8   9   ...   29
yeni-formak-qida-Yazgul-Muhazir-m-tni-son

MÜHAZİRƏ   2

 

YENİ FORMALI QİDA MƏHSULLARI YARADILMASINI 

ŞƏRTLƏNDİRƏN ƏSAS ƏLAMƏTLƏR, MÖVCUD 

TEXNOLOGİYALARLA QİDA MƏHSULLARI İSTEHSALININ 

ÇATIŞMAZLIQLARI

 

 



Hal-hazırda tam mənada, demək olar ki, dünya miqyasında qida məhsullarının 

istehsalı  planetimizin  əhalisi  üçün  tələb  olunan  miqdarda  və  keyfiyyətdə  həyata 

keçirilmir.  Bu  özünü  xüsusi  olaraq  onda  göstərir  ki,  insan  orqanizmi  üçün  tələb 

olunan miqdarda zülalla təminat və kalori sayı yerinə yetirilmir. 

Dünyada  ərzaq  probleminin  həllində  qeyri-bərabər  miqdarda  istehsalın 

mövcudluğu  və ərzaq xammalının bölüşdürülməsi  və istehlakının ayrı-ayrı ölkələr 

və  regionlar  üzrə  qeyri-bərabər  şəkildə  olması  da  əhalinin  qida  məhsulları  ilə 

təminatına  mənfi təsir  göstərir.  Bütün bunlar əhalinin az qala 60%-indən çoxunun 

normal  qidalanmamasına,  xüsusilə  zülala  olan  ehtiyacının  ödənilməməsinə  səbəb 

olmuşdur.  Başqa  sözlə,  dünya  miqyasında  Asiya,  Afrika  və  Latın  Amerikası 

ölkələri  əhalisinin  xeyli  hissəsi  hal-hazırda  aclıqdan  və  normal  qidalanmama 

ucbatından əziyyət çəkir. 

Normal  qidalanmamanın  səbəblərinə  əksər  ölkələrin  maliyyə  sisteminin 

zəifliyi,  burada  sənaye  sahələrinin  geniş  inkişaf  etməməsi,  texnoloji  və  nəqliyyat 

bazalarının  zəifliyi,  kənd  təsərrüfatının  monokultura  (dar)  səviyyəsində 

mövcudluğu, ixtisasçı kadrların çatışmazlığı, qidalanma sahəsində əhalinin normal 

biliyə malik olmaması, elm və texnikanın mövcud inkişaf səviyyəsindən hərtərəfli 

istifadə edilməməsi və s. aiddir. Əlbəttə, buna mənfi təsir edən səbəblərdən biri də 

inkişaf  etmiş  ölkələrdə  təsərrüfat  sahələrində,  xüsusilə  kənd  təsərrüfatında  müasir 

emal  metodlarının  tətbiqi  ilə  əhali  və  ölkələr  arasında  gəlir  və  xərclərin  düzgün 

bölüşdürülməməsi,  kiçik  təsərrüfat  sahələrinin  sıxışdırılıb  aradan  çıxarılması, 

məşğuliyyəti  əsasən  kənd  təsərrüfatı  ilə  əlaqədar  olan  bir  sıra  ölkələrdə  əhalinin 




 

alıcılıq  qabiliyyəti  və  qidaya  olan  tələbatının  aşağı  düşməsidir.  Başqa  sözlə,  yeni 



texnika  və  texnologiyaların  tətbiqindən  əldə  olunan  mənfəətin  xalqın  bütün 

təbəqələrinə  çatmamasıdır.  Beləliklə,  dünyada,  o  cümlədən  bizim  ölkəmizdə  də 

elm  və  texnikanın,  texnologiyaların  yüksək  sürətlə  inkişaf  etməsinə  baxmayaraq, 

ərzaq  məhsullarına  və qida təminatına olan tələbat  hələ də tam  və yüksək  mənada 

ödənilmir ki, bu da ölkələrin sosial-iqtisadi baxımdan inkişafına qeyri-bərabər təsir 

göstərir. 

Əhali  sayının  artımı  da,  ekoloji  tarazlığın  pozulması,  təbii  fəlakətlər  və  bir 

sıra qeyri-təbii fəlakətlərin mövcudluğu ərzaq qıtlığını doğuran səbəblərdəndir. 

Bütün bunlar dövlətlərarası inteqrasiyanı artırmağı tələb etməklə bərabər, qida 

məhsulları  istehsalı  tempinin  artırılmasını,  yeni-yeni  xammal  mənbələrinin 

tapılmasını,  ənənəvi  istehsalla  bərabər,  keyfiyyətcə  yeni  istehsal  metodlarının 

işlənib hazırlanmasını və tətbiqini ön plana çəkir. 

Bildiyimiz  kimi,  ənənəvi  baxımdan  qidalanma  probleminin  həlli  əsasən 

torpaqşünaslıqda  məhsuldarlığın  artırılması,  heyvandarlığın  genişləndirilməsi, 

quşçuluq,  balıqçılıq  sahələrinin  inkişafı,  qida  xammalının  istehsalı  və  saxlanması 

zamanı  meydana çıxan  itkilərin azaldılması  ilə əlaqədardır. Bununla belə, ənənəvi 

üsullarla  qida  məhsullarının  istehsalında  qida  zülalı  çatışmazlığının  mövcudluğu 

halında,  rasional  şəkildə  istifadə  olunmayan  çoxlu  miqdarda  zülalla  zəngin 

ehtiyatların  yaranması  da  meydana  çıxır.  Buraya  yağ  verən  bitkilərin,  paxlalıların 

və  dənli  bitkilərin,  südün,  mayaların,  təkhüceyrəli  orqanizmlərin,  yarpaqlı  tərəvəz 

bitkilərinin,  qeyri-ənənəvi  balıq  və  digər  dəniz  məhsullarının  emalı  zamanı 

meydana çıxan və tam istifadə olunmayan ehtiyatlar aiddir. Bunların hamısı zülalla 

zəngin olan ehtiyatlardır ki, hələ də zülal şəklində tam istifadə oluna bilmirlər. 

Zülalların  geniş  istifadə  olunmasını  çətinləşdirən  səbəblərdən  biri  də,  onların 

istehlakçılar  üçün  əlverişli  görünüşdə  olmamalarıdır.  Belə  ki,  zülallar  yüksək 

molekullu birləşmələr olmaqla dada, iyə malik deyillər və əsasən rəngsizdirlər. Bu 




 

səbəbdən  də,  təcrübədə  adları  çəkilən  mənbələrdən  çıxarılan  zülallar  toz  şəklində, 



məhlul və pastalar şəklində qidalanma üçün geniş istifadə edilə bilmirlər. 

Ənənəvi  məhsullara  zülalların  qatqı  kimi  işlədilməsi  isə  hələ  də  məhduddur 

və  bir  sıra  hallarda  onların  istifadəsi,  rəngsizləşdirilən  məhsulun  mövcud  unikal 

strukturasının  (quruluşun)  pozulmasına  gətirib  çıxarır.  Bəzən  isə  onların  dadı  və 

istehlak keyfiyyətinin aşağı düşməsinə səbəb olur. 

Bütün  bunlar,  müxtəlif  mənşəli  zülallar  əsasında  yeni,  yeni  forma  və 

quruluşlu  qida  məhsulları  hazırlanması  üsullarının  əsas  məsələlərini  meydana 

çıxarır ki, bunların həlli də ənənəvi metodları bilmədən mümkün deyildir. 

Elmdə  bu  istiqamət  keçən  əsrin  80-ci  illərindən  meydana  çıxmış,  çox  zaman 

o, süni qida məhsullarının – yeni formalı qida məhsullarının istehsalı adını daşıyır. 

Yeni  formalı  qida  məhsullarının  istehsalında  əsas  tələb  ondan  ibarətdir  ki, 

zülalı  qida  kimi  münasib-cəlbedici  görünüşdə  və  xassələrdə  geniş  istehlaka  cəlb 

etmək  təmin  olunsun.  Başqa  sözlə,  yeni  formalı  qida  məhsullarının  istehsalında 

yeni  istiqamət  ucuz,  tam  dəyərli  və  insan  üçün  cəlbedici  qida  məhsullarını 

yaratmaqdır.  20-30  ildən  çoxdur  ki,  dünyada  bu  istiqamət  xeyli  genişlənmiş,  bir 

sıra ölkələrdə, hətta sənaye sahəsinə çevrilmişdir. 

Bu  işin  elmi  cəhətdən  əsaslandırılması  və  izahı  əsasən  Moskvada  –  keçmiş 

SSRİ dövründə Nesmeyanov adına Element-Üzvi Tərkibli Birləşmələr İnstitutunda 

(rusca İNEOS) V.B.Tolstoquzov, Braudo E.B. və başqalarının rəhbərliyi altında və 

bilavasitə  iştirakı  ilə  həyata  keçirilmiş  və  indi  də  davam  etməkdədir.  İlk  ideya  isə 

akademik A.M.Nesmeyanov tərəfindən 1961-ci ildə irəli sürülmüşdür.  

Hal-hazırda  iki  istiqamətdə  aparılan  tədqiqatlar  onu  göstərir  ki,  kənd 

təsərrüfatı  xammalının  kompleks  emalı  hesabına  və  süni  qida  məhsullarının 

alınması  hesabına  kənd  təsərrüfatı  istehsalında  effektivliyə  nail  olmaq  və  qida 

məhsullarına olan artan tələbatı ödəmək mümkün olacaqdır. 



 

Buradan belə fikir yaranır ki, yaxın gələcəkdə yeni formalı qida məhsullarının 



yaranması  hesabına  ənənəvi  qida  məhsulları  istehsalı  ilə  müqayisədə  nisbətlər 

dəyişəcək, bitki zülalının istehsalı yüksələcək və onun birbaşa emalı hesabına ət və 

süd  məhsullarını  xatırladan,  onlardan  keyfiyyətcə  heç  fərqlənməyən  məhsulların 

istehsalı  artacaqdır.  Bu  isə  son  mərhələdə  mikrobioloji  metodlarla  zülal  və  digər 

qida  maddələri  əsasında  təşkil  olunmuş  süni  qida  məhsulları  istehsalının  kənd 

təsərrüfatının tətbiqi olmadan inkişafına gətirib çıxarmalıdır. 

Ona  görə  də  yeni  formalı  qida  məhsulları  texnologiyalarının  işlənib 

hazırlanmasında  əsas  elmi  və  elmi-praktiki  problemlərin  öyrənilməsi  ilk  növbədə 

zülalların emalı problemlərinin öyrənilməsindən başlanır. 

Bunun  üçün  ilk əvvəl ənənəvi  məhsullar  istehsalı səviyyəsi  və zülal  istehlakı 

ilə əlaqədar məsələlər dünya miqyasında təhlil olunmalıdır. 

Dünya  əhalisinin  sayca  artımı  onu  göstərir  ki,  bizim  eranın  başlanğıcından 

keçən  16  əsr  ərzində  inkişaf  tempi  hər  il  0,1%  olmaqla,  son  dövrlər  0,2%-ə 

çatmışdır. Belə bir inkişaf XX əsrdə demoqrafik partlayış adını almışdır. 

Eramızın  əvvəlində  əhali  sayı  200  mln  nəfər  olmuşsa,  onun  sayı  18  əsrdən 

sonra – 1930-cu ildə 1 mlrd., ondan 100 il sonra isə 1930-cu ildə 2 mlrd., 1960-cı 

ildə 3 mlrd., 4-cü artım 4 mlrd., ondan 15 il sonra 1976-cı ildə baş vermişdir.  

Beləliklə,  BMT  məlumatları  əsas  götürülməklə  onu  demək  olar  ki,  XX  əsrin 

sonunda  dünya  əhalisi  1,5  dəfə  artmışdır.  Buna  baxmayaraq,  bəşəriyyətin 

qidalanma səviyyəsi istər miqdarca, istərsə də keyfiyyət baxımından aşağıdır. Qida 

məhsullarının  miqdarca  çatışmazlığı  orta  hesabla  dünya  əhalisinin  15%-ni  əhatə 

edir. Bu, ilk növbədə kalori (enerji) çatışmazlığı ilə əlaqədardır. 

Qida  fiziologiyası  və  digər  elmlərdən  məlumdur  ki,  insanların  kaloriyə  olan 

tələbatı  onların  yaşı,  cinsi  və  həyat  fəaliyyətinə,  peşəsinə  uyğun  olaraq  iqlim  və 

digər  şərtlərdən  asılıdır  və  əsasən  karbohidratlar  və  yağlar  (qidanın  energetik 

komponentlərinin) hesabına ödənilir. Bu ödəniş müxtəlif ölkələr üzrə müxtəlifdir. 




10 

 

XX  əsrin  sonuna  kimi  qəbul  olunmuş  normalara  görə  1  gündə  hər  bir  insan 



qidalanma  hesabına    3000  kkal  (orta  hesabla)  qəbul  etməlidir.  Bunun  daha  da 

artırılması  piylənməyə  və  çəki  artımına  gətirib  çıxarır  ki,  bunlar  da  xəstəliklərin 

artımına səbəb olurlar və son nəticədə ömrün azalmasına gətirib çıxarır. 

Beləliklə, inkişaf etməkdə olan ölkələrdə kasıb təbəqə üçün qida probleminin 

həlli  kalori  defisitinin  aradan  götürülməsi  ilə  əlaqədar  olursa,  inkişaf  etmiş 

ölkələrdə əksinə, onun aşağı salınmasına yönəldilməlidir. 

Yaxud  əsrlərlə  aclığın  qarşısının  alınması  fiziki  işlə  daha  çox  məşğul  olanlar 

üçün  həyata  keçirilirdisə,  hazırda  bu  iş,  indiki  halda  əqli  əməklə  məşğul  olanlar 

üçün  qidanın  keyfiyyətinin  yüksəldilməsi  və  rasionda  enerji  dəyərinin  aşağı 

salınması hesabına həll olunmalıdır. 

Bütövlükdə  götürdükdə,  qidalanma  probleminin  miqdar  aspekti  rasionda  tam 

dəyərli  zülalların  çatışmazlığı  ilə  əlaqədardır  və  bu  dünya  əhalisinin  2/3  hissəsini 

əhatə  edir  və  inkişaf  etməkdə  olan  Asiya,  Afrika  və  Latın  Amerika  ölkələrində 

özünü daha qabarıq göstərir. 

Qidalanma  probleminin  keyfiyyət  tərəfi  isə  qəbul  olunan  bitki  zülallarının 

tərkibcə  ayrı-ayrı  aminturşuları  ilə  dəyərləndirilməməsidir.  Çünki  mövcud  20 

aminturşudan  zülalların  tərkibində  8-9-u  əvəzedilməz  sayılır,  yerdə  qalanlarını  isə 

insan orqanizminin özü sintez edə bilir. 

Başqa  sözlə,  orqanizmin  ehtiyacı  üçün  tələb  olunan  əvəzedilməz 

aminturşunun  minimal  miqdarı  orqanizmin  digər  aminturşularla  təmin  olunması 

dərəcəsini təyin edir və bu da zülalın bioloji dəyərliyini müəyyənləşdirir. 

Bitki  zülallarından  fərqli  olaraq,  heyvanat  xammalının  zülalları  aminturşu 

tərkibinə  görə  orqanizmin  əvəzolunmaz  aminturşulara  olan  tələbatına  daha  çox 

cavab verir. 




11 

 

BMT-nin  qidalanma  problemi  ilə  məşğul  olan  beynəlxalq  FAO  təşkilatının 



məlumatına  görə  müxtəlif  ölkələrdə  zülalların  gündəlik  istehlakı  aşağıdakı 

cədvəldəki kimi olmuşdur. 

Cədvəl 1 

Göstəricilər 

Gün ərzində əhalinin hər bir nəfərinə düşən zülal 

istehlakı (...........................), q 

1961-1963 

1980 


2000 


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin