MÜHAZİRƏ 10
YENİ FORMALI (SÜNİ) SÜD MƏHSULLARININ İSTEHSAL
TEXNOLOGİYASI
Plan:
1) Süni qida məhsullarının alınması üsulları.
2) Süni süd və süd məhsullarının alınması.
1) Süni qida məhsullarının alınması üsulları.
Qida məhsulları istehsalında yeni istiqamət sayılan süni qida məhsulları
istehlakçılar arasında o zaman müvəffəqiyyət qazana bilərlər ki, onlar ucuz başa
gələ bilər, işlədilməsi rahat olsun və rasional qidalanmanın tələblərinə cavab verə
bilirlər.
Son illər dünya miqyasında bu məhsulların sürətlə inkişafı əsas etibarilə uşaq
qidaları, pəhriz və profilaktiki məhsullar istehsalında özünü müşahidə etdirir.
Bunların içərisində süni süd, ət və yarma məhsulları, makaron yaradılması,
kombinələşdirilmiş məhsullar və s. son illər xüsusilə maraq doğurmuşdur. Buna isə
təkcə soyadan zülal istehsalının inkişafı ilə deyil, həm də digər mənbələrdən
zülalların emalı ilə əlaqədar elmi biliklər nəticəsində nail olmuşlar. Hazırda,
bununla əlaqədar çoxsaylı patentlərin meydana çıxması da bu dediklərimizi təsdiq
edir.
Bununla belə, süni qida məhsulları istehsalında mövcud çətinliklər onların
istehsal metodları və keyfiyyətlərinin tənzimlənməsi metodlarının tam mənada
işlənməməsi ilə əlaqədardır.
Bütövlükdə götürdükdə, müxtəlif formalı süni qida məhsullarının alınma
üsulları biri digərindən qida sistemlərinin formalaşmasına (liflərin, qatlar və
qranulların alınmasına və s. görə) və həmçinin quruluşlarının yaranması üsullarına
görə fərqlənirlər. Ona görə də süni qida məhsullarının alınma üsullarını son məh-
62
sulun tipinə görə təsnifləşdirilməsi məqsədəuyğun hesab edilir. Bu da əsasən
zülalların, emal olunan maye sistemlərin funksional xassələrinə, tərkibinə, forma
və quruluşyaratma qabiliyyətinə görə həyata keçirilməlidir.
Bu nöqteyi-nəzərdən süni süd və süd məhsulları istehsalı xüsusilə maraqlıdır.
Dostları ilə paylaş: |