hələlik soyadan, onun dezodarasiyası, emulsiya halına salınması və s. nəticəsində
Bu, əsasən soyadan alınan soya unu, soya konsentratı və soya izolyatının
Adətən süni süd məhsulları üçün işlədilən soya konsentratları və izolyatları
yaxşı dispersliyə malik olur və rəngsiz, iysiz, dadsız olurlar. Həm də 1%-li soya
izolyatı 12% bitki yağını emulsiya əmələgətirmə qabiliyyətinə malik olur. soya
izolyatı yaxşı köpükləmə qabiliyyətinə malik olduğundan, ondan sabitləşdirici kimi
66
də istifadə edirlər. Bu məqsədlə çalınmış məhsulların alınmasında işlədilir. Südlü
jele və pəhriz məhsulları bu qəbildən olan məhsullardır.
ABŞ-da aşağı kalorili, tərkibində yüksək tərkibi polidoymamış yağ turşuları
olan süni pəhriz süd məhsulları geniş istehsal edilir. Süni qaymaq, qəhvə ağardıcısı,
kremlər, salat sousları, pendirlər və s. bunlara aiddir. Supro 610 markalı soya
izolyatı əsas bunlar üçün işlədilir. Onun tərkibində əvəzedilməz aminturşular
yüksək səviyyədə paylanmışdır.
Soya zülalı əsasında ABŞ-da, həmçinin meyvə içkiləri və sərinləşdirici içkilər
də istehsal olunur. Quru banan içkisi (soya-təbaşir), quru soya südü (infa-soya),
soya pendiri (çuz-o-soya) və s. bunlara aiddir. Zülal tərkibinə, yağ tərkibi və
karbohidrat tərkibinə görə onlar (infa soya – 2,8%, çuz-o-soya – 16,0%, soya-
təbaşir – 23,6%) xeyli fərqlənirlər.
Son illər dünyada araxis və fındıqdan da süni süd məhsulları istehsalı üçün
tədqiqatlar aparılır (Hindistan, Rusiya). Bunun üçün onlardan un alınır və sonradan
onu emal edirlər. Bunların hamısında əsas prinsip zülalların (10%-dən çox)
ayrılmasıdır.
Yaşı yarpaqlı bitki zülalları da süni süd məhsulları üçün yararlıdırlar.
Hazırda qarğıdalı-soya südü, buğda-soya südü Amerikada geniş istehsal edilir.
Bu məqsədlə bitkilərin səmənisindən istifadə olunmağa başlanmışdır (tədqiqatlar
var).
Dostları ilə paylaş: