56
Eyni zamanda onu da qeyd etmək lazımdır ki, mikroorqanizmlərdən bioküt-
lənin alınması sənaye miqyasında mümkündür. Hesablamalar göstərmişdir ki, 50
mln. ton neftin emalı ilə 25 mln. ton zülal əldə etmək mümkündür ki, bu da ildə 2
mlrd. insanın qidalanmasına bəs edir. 100 mln ton balığın emalında isə 15 mln ton
zülal əldə etmək olur (bu da müqayisədə). Hələlik onların (mayaların) alınması
yem məqsədilə həyata keçirilir və soya zülalından (un hesabına) baha başa gəlir.
Mayalardan zülal alınması mexanizmi onların hüceyrə qişasının mexaniki
yolla dağılmasına əsaslanır ki, bu da üzvi həlledicilərin içərisində aparılır və
lipidlərin kənar edilməsini sürətləndirir. Başqa bir üsul onların qızdırılmış yeyinti
yağlarında su mühitində emalı metodudur yaxud maya biokütləsinin qızdırılmış
turşularla (xlorid) emal edilməsi metodudur.
Dəniz yosunlarından (spirulina, xlorella və s.) zülal alınması isə ekoloji
cəhətdən də sərfəlidir. Bu halda paralel olaraq, turşu xassəli polişəkərlər də istehsal
etmək mümkün olur.
Spirulina hələ qədimdən Afrikada bir sıra qəbilələrin ondan qurudulmuş
şəkildə qidaya istifadə edilən xammal kimi məlumdur. Tərkibdə 65%-ə qədər zülal
və çoxlu miqdar vitaminlər vardır. Onun istehsalına 1972-ci ildən (gündə 1 ton)
Meksikada başlanmışdır.
Dostları ilə paylaş: