Şəkil 1. Nəm toxuma texnologiyası ilə zülal lifləri və İMV məhsullarının alınması
Süni İMV məhsullarının istehsalında yeni üsullardan biri də İngiltərədə təklif
olunmuşdur (Anson və Peder tərəfindən). Burada zülal həlməşiyini almaq üçün
qatı zülal dispersiyalarının qızdırılması metodundan istifadə olunur. Bu halda nəm
toxunmadan imtina edilir (şəkil 2).
Bunun üçün 20-40%-li soya zülalı dispersiyasını qalın iplər şəklində (bir
neçə ....................) ekstruziya olunur, üzərinə tozşəkilli əlaqələndirici səpilir
(nişasta quru süd qarışığı), zəif preslənir və kütlə qızdırılır. Əlaqələndiricinin incə
və cod (bərk) təbəqələri arasında boşluqlar zülal həlməşiyi lifləri (ipləri) arasındakı
boşluqları doldurur və bu da ətə məxsus qeyri-bircinsli quruluş yaradır (yeyəndə
çeynəmə hissini yaradır). Bu üsul hələ ki, sənayedə yayılmamışdır.
Dostları ilə paylaş: |