Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının "Sosial-siyasi elmlər" bölməsi tərəfindən



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə7/38
tarix02.01.2022
ölçüsü1,3 Mb.
#47953
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   38
D rs v saiti Az rbaycan Respublikas T hsil Nazirliyi Elmi-Metod

 
§4. QƏDİM MİSİR MƏDƏNİYYƏTİ 
 
Misirdə yazı e.ə. IV minilliyin sonlarında meydana çıxmışdır. 
Müxtəlif dövrləri  əks etdirən Misir yazı abidələri indiyə  qədər 
qalmaqdadır. Misirdə  də ilk yazı növü şumerlərdə olduğu kimi 
piktoqrafiya, yəni şəkli yazı olmuşdur. 
Burada yazılar əsasən   papirus üzərində cızılırdı ki, bu da onlar 
üçün kağızı  əvəz edirdi. Yazı “lövhəsi” düzəltmək məqsədilə 
misirlilər papirusun qabığını hissə-hissə kiçik zolaqlarla kəsir, sonra 
onları sıra ilə bir-birinə yapışdırırdılar. 
Papirus hissələrinin uzunluğu bəzən 40 metrə çatırdı. Yazılmış 
papirusu burur və iplə bağlayırdılar. 
Misir yazısı qarışıq yazı hesab olunur. Bu yazıda 700 işarə ilə 
yanaşı, 21 heroqlif də vardır ki, onlar ayrı-ayrı hərfləri ifadə edirlər. 
Misir yazılarını ilk dəfə 1822-ci ildə fransız alimi Şampolon 
oxumuşdur. 
Misir yazısını öyrənmək olduqca çətin idi. Məktəbdə oxuyan 
şagirdlər sərbəst və asan yazmağı 5-6 il müddətinə öyrənirdilər. 
Təlim prosesində  şagirdləri müxtəlif  şəkildə  cəzalandırırdılar. 
Baxmayaraq ki, məktəblərdə oxuyanlar var- 


 
21
lıların və adlı-sanlı adamların övladları idi, mirzəlik çox hörmətli 
sənət hesab olunduğundan valideynlər bu münasibətə (övladlarının 
mirzələr tərəfindən cəzalandırılmasına) pis yanaşmırdılar. 
Papiruslardan olan Misir dəftərlərinin kənarlarında çox vaxt belə bir 
atalar sözü yazılırdı: “Uşağın qulaqları belindədir,  ancaq döyüldüyü 
zaman qulaq asır”. 
Misir yazı sistemi təkmilləşdikcə, onun dil quruluşu da 
minilliklər ərzində dəyişmişdir. III-VII əsrlərdə qədim Misir dili artıq 
ölü dillərdən hesab olunurdu. Həmin dövrdə Misirdə çipti dilindən 
istifadə olunurdu. 
Bildiyimiz kimi, VII əsrdən başlayaraq  ərəb dili yayılmağa 
başlanmışdır (İslamla bağlı). Hazırda Misir ərazisində dörd milyon 
yerli çipti yaşayır. Onlar xristian olsalar da, ərəb dilində danışır, 
ancaq öz ibadətlərini çipti dilində edirlər. 
Qədim Misirdə  bədii  ədəbiyyatın  əsasında  şifahi xalq 
yaradıcılığı dayanır. Ən qədim əsərlər e.ə. V minilliyə aiddir. Qədim 
misirlilər üç min il ərzində müxtəlif janrlarda zəngin bədii ədəbiyyat 
nümunələri yaratmışlar. Şifahi xalq yaradıcılığına daxil olan nağıllar 
əsasən  əkinçi həyat tərzini, dünyagörüşünü  əks etdirırdi. Belə 
nağıllarla yanaşı fironlar və  əyanlara həsr edilmiş nağıllar da geniş 
yayılmışdı. Fironlar üçün onların sevdiyi nağıllar yazılırdı və adətən 
mumiya ilə birlikdə sərdabələrinə qoyulurdu. Qədim misirlilər nağıl 
vasitəsilə müdrikliyi, humanistliyi tərənnüm edir, sadə insanların 
əqlini, mübarizliyini, dönməzliyini göstərməyə çalışırdılar. Belə 
nağıllardan “Gəmi qəzasına uğrayan adam”, “Düz və  əyri haqqında 
nağıl”, “Firon Xufu və cadugərlər”, “İki qardaş haqqında nağıl” və s. 
göstərmək olar. 
Qədim misirlilər təbiətdə  və insan həyatında olan hadisələri 
dini ideologiya ilə izah edirdilər. Misirlilərin ölən və yenidən dirilən 
təbiət allahı hesab etdikləri Osiris haqqında  əfsanə bu baxımdan 
səciyyəvidir. 
 


 
22
Orta və Yeni səltənət dövründə ədəbiyyatda mövcud dövlət və 
ictimai quruluşu müdafiə edən nəsihətlərə  təsadüf olunur. Belə 
nəsihətlərdə sosial ziddiyyətlər, yuxarıların aşağıdakılara münasibəti, 
xalq üsyanlarının xoşagəlməz nəticələri və s. öz əksini tapır. Bu 
nəsihətlərə misal olaraq, “Heraklopol hökmdarı Axtoyun oğlu 
Merikaya nəsihəti”, “I Amenemxetin nəsihəti”, “Duauf oğlu Axtoyun 
nəsihəti”, “İpuserin kəlamı”, “Nefertifin nəsihəti” və s. göstərə 
bilərik. 
Sinifli cəmiyyətin meydana çıxması ilə bağlı incəsənət firon 
hakimiyyətinin güclənməsinə xidmət etməyə başladı. 
Qədim Misir memarlağlında dinin təsiri aydın hiss olunur. 
Ehramların klassik nümunəsi Sakkarada təmsil olunmuşdur. 
Buradakı pilləli ehram firon Coserə  həsr olunmuşdur. IV sülalə 
fironlarından Xufu (hündürlüyü 147 m.), Menkauha (hündürlüyü 6 
m.), Xafra (hündürlüyü 140 m.) gözəl ehramlar tikdirmişlər. 
Məbədlərin divarlarında ilahiləşdirilmiş firon həyatı ilə yanaşı sadə 
insanların, məsələn, dalaşan qayıqçılar, işləyən sənətkarlar, dəfn 
mərasimləri və s. təsvirlər həkk olunmuşdur. 
Yeni səltənət zamanında incəsənət və memarlıq özünün daha 
yüksək inkişaf dövrünü yaşayır. Belə ki, qayalar yarılıb yeraltı dəfn 
sərdabələri yaradılır. Məsələn, I Setinin yeraltı sərdabəsində yüzdən 
çox otaq vardır.  Ən  əzəmətli memarlıq nümunəsi Fivadakı (Karpak 
və Lüksorla) Ason məbədi hesab olunur. Bu məbədin böyük salonu 
16 cərgədə ucaldılmış 134 sütundan ibarət imiş. Həmin salonun 12 
mərkəz sütununun hündürlüyü 21 metr imiş. Salonun sahəsi isə 5 
min kv/m-dən çox imiş. 
Misir memarlığının  əsas sahəsini heykəltəraşlıq təşkil edirdi. 
Bütün məbəd və saraylar heykəllərlə dolu olmuşdur.  Əsasən misir 
allahlarından və fironlardan ibarət olan bu heykəllər içərisində sadə 
insanlara həsr olunmuş heykəllər də var idi. 
 


 
23
Dini təsəvvürlər Misirdə cəmiyyətin bütün təbəqələrində özünü 
göstərdiyi kimi, mədəniyyətdə də izini qoymuşdur. Qədim misirlilərin 
ideologiyasını din təşkil edirdi. Dini təsəvvürlərin sadə formaları-
fetişizm (əşyalara sitayiş) və totemizm (heyvanlara sitayiş) qədim 
Misir tarixində mövcud olmuşdur. Misirdə dini sistem getdikcə 
inkişaf edərək Yeni səltənət dövründə daha da mükəmməlləşdi. 
Allahlar haqqında təsəvvürlər müxtəlif təbiət qüvvələrinin və ictimai 
hadisələrin təcəssümü kimi yaranmışdı. Dini təsəvvürlərin  əsasında 
yerli, vilayət və ümummisir ibadətgahları möhkəmlənirdi. 
Misirin  ən qədim dövründə  əcdadlara və  mərhumlara ibadət 
mövcud olmuşdur. İbadətdə də təbəqələşmə özünü göstərirdi. Zaman 
keçdikcə Misirdə ibadətin məzmun və forması dəyişir. 
Qədim misirlilər fironun şəxsiyyətini ilahiləşdirmişdilər. 
Əvvəlcə onu allahın oğlu, daha sonra isə allah adlandırdılar. Firona 
kainatın allahı kimi sitayiş  və ibadət olunurdu. İncəsənətdə  də 
hökmdarın allah oğlu olması fikri təbliğ edilirdi. Firona ibadət üçün 
məbədlərdə xüsusi otaqlar təşkil olunmuşdu. Bu otaqlara “böyük ev” 
adı verilmişdi. XVIII sülalə zamanı “firon” sözü artıq hökmdar 
mənasında işlənirdi. 
Dinin bu şəkildə  təsirinə baxmayaraq, bu dövrdə insanlarda 
“bilik” haqqında təsəvvürlər də mövcud idi. Məktəblər fəaliyyət 
göstərir, verilən biliklər tətbiqi mahiyyət kəsb edirdi. Misirlilər hesab 
və  həndəsə sahəsində sadə biliklərə malik idilər. Biliklər zəruri 
təlabatdan yaranırdı. Riyaziyyatda ən böyük müvəffəqiyyət onluq 
say sisteminin yaradılması idi. Yazıda 1, 10, 100, 1000, 10000, 
1000000 kimi işarələrdən istifadə olunurdu. 
Astronomiyada da bəzi nailiyyətlər qazanılmışdı. Belə ki, artıq 
misirlilər planeti ulduzdan fərqləndirirdilər. Bu, onların ulduzlar 
haqda tərtib etdikləri ilkin xəritədən də  


 
24
görünür. Onlar xüsusi təqvim yaradaraq ili hər bir ayı 30 gündən 
ibarət olan 12 aya bölmüşdülər. İl 365 günə bərabər idi. Misir təqvim 
ili tropik ildən dörddə bir sutka geri qalırdı. Bu fərq 120 ildə bir aya 
bərabər olurdu. 
Su və günəş saatlarının ixtirası  da      misirlilərin nailiyyətləri 
sırasına daxil idi. 
Təbabət də digər elm sahələrindən geridə qalmırdı. Bəzi 
xəstəliklərin müalicəsi müəyyənləşdirilmişdi. Həkimlər insan 
anatomiyası ilə bağlı tədqiqatlar aparırdılar. 
Misir Qədim  Şərqin inkişaf etmiş  mədəniyyət mərkəzlərindən 
biri hesab olunurdu. Sivilizasiyaya uyğun dövlət sistemi, 
iqtisadiyyat, mədəniyyətin müxtəlif sahələri üç min il ərzində öz 
mövcudluğunu qorumuş  və digər ölkələrə  də  təsirini göstərmişdir. 
Misir Qədim Şərqdə ən uzunömürlü dövlətlərdən biri olmuşdur. 

Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin