25
tinə dair fikir söyləməyə imkan yaradır. Bu mədəniyyətin
təşəkkülündə bəzi etnik qrupların təsirinin izləri də hiss olunur. Lakin
Hett mədəniyyətində əsasən Hatt ənənələri üstünlük təşkil edir.
Şumer-Akkad mədəniyyətinin bəzi cəhətləri də Hett mədəniyyətində
öz əksini tapmışdır. Bir vaxtlar Hett aləmində prototürk etnik
tayfalarının iştirakı haqqında fikirlər səslənsə də, çox təəssüf ki, Hett
etnik və dil dünyası ciddi tədqiq olunmamışdır.
Bildiyimiz kimi, Sarqon (2316-2261) və Naram-Suen (2236-
2200) Akkad sülaləsinin ən görkəmli nümayəndələri olmuşlar.
Onlarla bağlı rəvayətlər Hett ədəbiyyatında da öz əksini tapmışdır.
Onu da qeyd edək ki, Şumer-Akkad ədəbiyyatının təsiri Hett
ədəbiyyatının digər sahələrində də özünü göstərir. Eyni zamanda
onların mixi yazı sistemindən
hetlər də istifadə etmiş, hətta “Gilqamış
haqqında dastan” Hett dilinə tərcümə olunmuşdur. Hetlər Şumer-
Akkad yazılı nümunələrindən asan istifadə etmək üçün üçdilli lüğət
Şumer-Akkad-Hett lüğəti də tərtib etmişdilər.
İlkin ədəbiyyat nümunələrindən sayılan III Hattuşilinin həyat
və fəaliyyəti haqqında mətn dövrümüzə qədər gəlib çatmışdır.
Mətnin sonunda III Hattuşilinin belə bir müraciəti verilmişdir:
“Gələcəkdə kim olursa olsun-oğlum, nəvəm
yaxud da nəticəm-
hakimiyyətə irsən yiyələnərsə, qoy allahlar içərisində Samuxi
şəhərinin ilahəsi İştara ehtiram göstərsin”. Buradan aydın olur ki,
dini dünyagörüşü baxımından akkadlar da hetlər kimi İştar ilahəsinə
sitayiş etmişlər.
Hett hökmdarlarının kitabələri və salnamələri də ilkin
ədəbiyyat nümunələrindən hesab olunur. Buraya “Anitanın kitabəsi”,
I Hattuşilin, I Suppiluliumun “Salnamələri” və s. daxildir.
Bütün qədim xalqların ictimai həyatında olduğu kimi, hetlərin
də məişətində və ideologiyasında din
və dini təsəvvürlər mühüm
əhəmiyyət daşımışdır. Təbii ki, hetlərdə də
26
çoxallahlılıq mövcud olmuş və allahların da əksər hissəsi Hatt
mənşəli hesab edilmişlər. Arinna şəhərinin Günəş ilahəsi Vurusem,
Səma tufan allahı və onun qadını Hett
panteonunda baş allahlardan
hesab olunur. Eyni zamanda, Hett panteonunda Hatt, Hurri, Akkad,
Hind-Avropa (luvi, nesi, pala, Hind İran), prototürk və hələ də
mənşəyi məlum olmayan etnos və xalqların dini baxışları da öz
ifadəsini tapmışdır.
Hett dövlətinin hər bir vilayət və icmasında yerli ibadətgahlar
olmuşdur. Allah və ilahələrə isə xüsusi
ibadətgahlarda sitayiş
edilmişdir.
Dini təsəvvürlər kimi ibtidai insan cəmiyyətində ovsun (maqiya)
da mövcud idi. Bildiyimiz kimi, ovsun ömürlük insan həyatına daxil
olaraq ən qədim təfəkkür tərzini özündə hələ də saxlayır. Hetlərin
ictimai-iqtisadi həyatına dərin nüfuz etmiş ovsun Hett ədəbiyyatında
da müəyyən iz qoymuşdur. Hetlər həyatın müxtəlif sahələrində-ailə
münasibətlərində, dolanışıq arzusunda,
düşmənə nifrət, dosta uğur
arzulamaqda ovsuna müraciət etmişlər.
Hetlərə qədərki memarlıq saxsı-gil qablar və əşyalar
istehsalından ibarət olmuşdur. Yeni Hett padşahlığı dövründə isə
artıq əzəmətli daş heykəllər yaradılmışdır. Belə maddi-mədəniyyət
nümunələrini hökmdar saraylarında və yaxud qayalıqlarda
hazırlayırdılar. Heykəllərin çoxu Hett hökmdarlarını təsvir edirdi.
Hetlər maraqlı möhürlər də hazırlayırdılar. Dairəvi və yaxud
dördbucaq şəklində olan bu möhürlərin üzərində hökmdar təsvirləri,
kənarlarında isə heroqlif işarələri həkk olunurdu. Hett möhürləri həm
forma, həm də məzmun baxımından şumer-akkad möhürlərindən
fərqlənirdi.
Hetlərin spesifik və bənzərsiz mədəniyyəti
digər Şərq
xalqlarının da mədəniyyətinə öz təsirini göstərmişdir.