§2. MƏDƏNİYYƏT VƏ SİVİLİZASİYA
Sivilizasiya latınca “sivilis” sözündən alınıb və mülki, ictimai
mənasını bildirir. Bu söz bir neçə məna ifadə edir. Belə ki, marksist
ədəbiyyatda maddi mədəniyyəti, ictimai inkişafın səviyyəsini, bəşər
tarixinin barbarlıqdan sonra gələn mərhələsini bildirmək üçün
sivilizasiya anlayışından istifadə olunur.
Tarixin müxtəlif mərhələlərində xalqların və mədəniyyətlərin
taleyi elm, sənət xadimlərini həmişə narahat etmişdir. Müxtəlif
dövrlərdə mədəniyyət və sivilizasiya anlayışlarına görkəmli
şəxsiyyətlər tərəfindən bir-birindən fərqli münasibətlər bildirilmişdir.
Məs., İ.Kantın fikrincə, insan öz əxlaq və davranış qaydalarını
müəyyən etdikdən sonra sivilizasiya yaranır.
“Sivilizasiya” dedikdə, bir tərəfdən, cəmiyyətin və
mədəniyyətin inkişaf səviyyəsi, digər tərəfdən isə mədəni dəyərlərin
(maddi və mənəvi) mənimsənilməsi səviyyəsi nəzərdə tutulur ki, bu
da bütün ictimai həyatı və onun spesifikasını göstərir. Şübhəsiz,
müəyyən sivilizasiyadan söhbət gedərkən, sivilizasiyanı
mədəniyyətdən fərqləndirən iki əlamət əsas hesab oluna bilər.
Sivilizasiyanın birinci əlaməti – onun
12
cəmiyyətin və mədəniyyətin inkişaf səviyyəsi kimi başa düşülməsi
etnoqrafik, tarixi, sosioloji və fəlsəfi ədəbiyyatda geniş tədqiq
olunmuşdur. Əslində elə bu əlamətin öyrənilməsi zamanı
sivilizasiyanı çox vaxt mədəniyyətlə eyniləşdirirlər. E.Teylor öz
tədqiqatlarında belə də yazmışdır: “Mədəniyyət və yaxud
sivilizasiya”. Lakin o, eyni zamanda bəzi fərqləri də göstərə
bilmişdir.
Sivilizasiyanın ikinci əlaməti-mədəniyyətin mənimsənilməsi
üsulu elmi ədəbiyyatda çox az işlənmişdir... Bəşər tarixi bir daha
göstərir ki, mədəniyyətin mənimsənilməsi üsulu necədirsə,
sivilizasiya da elədir. Məsələn, təsadüfi deyildir ki, biz Qərb və Şərq
sivilizasiyasını bir-birindən fərqləndiririk.
Qərb-Şərq münasibətlərinin tarixi qədimdir. Misir, Finikiya,
Karfagen Qərb dünyasına çox şey bəxş etmişdir. Farslar yunan aləmi
ilə qarşılaşmış, Makedoniyalı İsgəndər dünyanı fəth etmək məqsədilə
Şərqə yürüş etmişdir.
Xristianlıq Şərqdə yaransa da Qərbi fəth etmiş və Bibliyanı
Qərbə töhfə vermişdir. Silah gücünə Şərqi fəth etsə də, Şərq aləmi
tərəfindən mənəvi baxımdan fəth olunmuş Roma, həm öz dini
həyatına Şərq, o cümlədən fars Mitri ibadətini tətbiq edir, həm də
Hindistandan qiymətli sərvətləri talan edib aparırdı. Vizantiya
Romanı əvəz etdi və Şərqlə Qərbin əlaqəsi daha da möhkəmləndi.
Cənubda ərəblərin fəthləri nəticəsində Siciliya, xüsusilə də İspaniya
onların təsirini xeyli müddət saxladı və onu Avropanın başqa
dövlətlərinə ötürdü. Yunan elmi irsinin qorunmasında ərəblərin və
yəhudilərin Avropaya əhəmiyyətli dərəcədə köməyi olmuşdur.
1096-cı ildə Fələstindəki müqəddəs yerləri müsəlmanların
hakimiyyətindən qurtarmaq şüarı altında katolik kilsəsinin təşəbbüsü
ilə Qərbi Avropa feodallarının Şərqdə işğalçılıq müharibələri - Xaç
yürüşlərinin başlanması Şərq-Qərb əlaqələrini daha da artırdı. 1270-
ci ilə qədər davam
13
edən bu vəziyyət Şərq sözlərinin qərb dilinə keçməsinə, Şərq
mədəniyyətinin qərbdə yayılmasına şərait yaratdı.
“Böyük elm əsri adlandırılan XVII əsrdə şərqşünaslıq elminin
əsası qoyulur, Qərb Şərqi öyrənməyə başlayır. XVIII əsrdən Avropa
“1001 gecə nağılları”na heyran qalır. Bu nağıllar bitib-tükənməyən
təqlidlər yaradır. Hindistanın möcüzəli aləmi Qərb qarşısında açılır,
missionerlər həvəslə Çini öyrənir, Tibetdə Dalay Lamanı ziyarət
edirlər. Qərb alimləri qədim fars dilini öyrənir, fransız entuziast-
tədqiqatçısı sayəsində “Avesta” məlum olur.
XIX əsrdə müqayisəli dilşünaslığın qələbəsi Asiya və
Avropanın bir çox xalqlarının yaxın qohumluğunu aşkara çıxarır.
Misir heroqlifləri və mixi yazılara aid edilən kəşflər qədim Şərqin
nəhəng yeni dünyasını açır və xalqların minillik tarixinə dair söz
açmağa imkan yaradır (Bu barədə irəlidə ətraflı danışacağıq). Şərq və
onun müxtəlif dilləri, xalqları sürətlə öyrənilir, illər keçdikcə bu
sahədə yeni-yeni nailiyyətlər qazanılır. Araşdırmalar nəticəsində hər
iki tərəfdə analogiyanın, oxşarlığın, bəzən isə eyniliyin olduğu
aydınlaşır. Bütün bunlar isə nəticəsi eyni hadisələrə, eyni inkişaf
qanunlarına malik ümumbəşəri dünyadır.
Yalnız mənəvi sahədə deyil, maddi mədəniyyətin-
sivilizasiyanın mükəmməlləşməsində də yüksək səviyyə qazanmış
Şərq mədəniyyətinin minillık inkişafına baxmayaraq, Şərqin
qazandığı bütün uğurlar dəqiq və təbiət elmlərinin zəif inkişafı
şəraitində təzahür etmişdir.
Mənəvi yaradıcılıq: fəlsəfə, incəsənət, hətta texnika sahəsində
Şərqin əldə etdiyi qeyri-adi nailiyyətlərin mümkünlüyü üçün Şərqin
nə qədər nəhəng, demək olar ki, fövqəlbəşəri gərginlik çəkdiyi,
müstəsna əhəmiyyətə malik olan intiusiyaya qadirliyi məlumdur. Bu
sahədə o, zəif inkişaflı nəzəriyyəni böyük təcrübə ilə əvəzləmişdir.
Maraqlıdır ki, elmi ədəbiyyatlarda çox vaxt sivilizasiyanı
Qərblə bağlayır, Şərqin nailiyyətlərini isə bir növ köl-
14
gədə saxlayırlar. Biz bu mövzunu işləyərkən sivilizasiya və
mədəniyyəti Şərq-Qərb kontekstində araşdırmağa çalışdıq. Və
məlum oldu ki, yuxarıda qeyd etdiyimiz sahələrdə Şərqin uğurları
Qərbin nailiyyətlərindən heç də az deyil, bəzən daha çoxdur. Lakin
onu demək lazımdır ki, bu nailiyyətlərin əsasları müxtəlifdir. Çünki,
hər hansı mədəni inkişaf, bu nailiyyətləri qazanmaq üçün göstərilən
fəaliyyətlər bir-birindən müəyyən qədər fərqli olmuşdur. Yalnız
mənəvi nailiyyətlərin çox az hissəsi eyni yollarla qazanılmışdır.
Öz intellekti ilə öyünən Şərqlə elm yolunda qarşılaşan Avropa
anladı ki, Şərq dünyasına qədim məftunluq ədalətlidir, onun
müdrikliyi bəşəriyyətə lazımdır. Eyni zamanda bəşəriyyətin sayca
böyük hissəsini Şərq təşkil edir. Odur ki, Qərb Şərqi nə qədər fəth
etsə də, Şərq öz qədimliyini, adət-ənənəsini mühafizə edib saxlaya
bilir.
XIX əsrin sonu, XX əsrin əvvəllərində elm və texnika
sahəsində edilən kəşflər dünyanın dərk olunmasında, yenidən
qurulmasında, istehsal və həyatın maddi bazasının əsaslı
dəyişdirilməsi və təkmilləşdirilməsində yeni dövrə keçidi
zəruriləşdirdi. Dəqiq və təbiət elmləri sahəsində böyük kəşflər,
maye yanacaq, radio dalğaları, rentgen şüalarının alınması və istifadə
edilməsində qazanılan uğurlar istehsalda ciddi elmi-texniki inqilaba
imkan yaratdı. II Dünya müharibəsindən sonra bəşəriyyət elm,
texnika və istehsalı intensiv şəkildə əlaqələndirən ETİ dövrünə
qədəm qoydu. Bu dövr elmi-texniki yaradıcılığı, mədəniyyəti, maddi
istehsalı, tədavül və məişət sahəsini elektron avtomatlaşdırılmasını və
ETİ-nin uğurlarının geniş tətbiqi nəticəsində məhsuldar qüvvələrdə
yeni inqilabi dəyişmə prosesini keyfiyyətcə yeni səviyyəyə qaldırdı.
Kosmik fəzanın fəthi və atomun sülh məqsədləri üçün istifadəsi
dövrümüzün fərqləndirici xüsusiyyətlərindən biri oldu.
Dünyanın, o cümlədən Şərq-Qərb əlaqələrinin əsas mühərriki
olan iqtisadi mexanizm dünya dövlətlərinin
15
bir-birindən asılılığını daha da gücləndirmiş, dünya bazarı
genislənmiş və yeni mərhələyə çatmışdır. Keçən əsrlərdə Qərbdə baş
vermiş elmi-texniki və iqtisadi irəliləyişlər Şərqin geridə qalmış
ölkələrinin müstəmləkə və yarımmüstəmləkəyə çevrilməsinə şərait
yaratmaqla bərabər, obyektiv surətdə dünya əlaqələrini daha da
möhkəmləndirmiş, Şərqlə Qərbin iqtisadi baxımdan bir-birinə daha
mükəmməl bağlanmasına gətirib çıxarmışdır.
Elmi-texniki və iqtisadi cəhətdən belə əlaqələr həm Şərqdə,
həm də Qərbdə həyatın digər sahələrinə də öz təsirini göstərmişdir.
Avropanın keçən əsrlərdə Şərqdən və yunanlardan necə
faydalanması, müasir dövrdə bizim onlardan faydalanmağımız üçün
klassik nümunədir.
Avropada çağdaş tərəqqiyə gətirən yol iki heyrətdən baş alıb:
“rıtsar orta əsrləri” islam mədəniyyətinə, XVI əsrin intibah zirvələri
isə antik mədəniyyətə “qayıdışın” əlaməti altından keçib. Lakin
Avropa hər iki mənbədən yalnız özünə faydalı və doğma olan,
Şərqdən və yunanlardan zirvələrə qalxmaqda ona kömək olan
dəyərləri götürürdü.
Dövrümüzün görkəmli filosoflarından olan Albert Kamyunun
fikrincə, nəticə etibarilə ədəbiyyat, mədəniyyət “tarixi idarə edənlərə
xidmət edə bilməz, o, bu tarixdən əzab çəkənlərə xidmət etməlidir”.
Onun vəzifəsi: “birincisi-həqiqətə xidmət etməkdir, ikincisi-azadlığa
xidmət etməkdir. Ümumiyyətlə, insani dəyərlərə xidmət etməyən
sənət, əslində milli və bədii dəyərlərdən məhrumdur.
Yalnız şəxsiyyət və ziyalın deyil, dövrü də öncə mənəvi-əxlaqi
dəyərlər, sonradan isə “elm, texnika, kibernetika” və başqa texnogen
atributlar səciyyələndirir. Əgər bu axrıncılar nəticə etibarilə insan
(bəşər) haqlarında humanitar kamilliyə, qlobal rifaha, təbiət-cəmiyyət
çərçivəsində saflığa, təmizliyə xidmət göstərmirsə, sivilizasiyadan
danışmaq mənasızdır. Məhz Şərqdə sivilizasiya ilə mənəvi kamillik,
16
qlobal inkişafla insan haqları arasında əbədi birlik hələ qədimdə dərk
edilib və öz klassik əksini keçən əsrin əvvəllərində M.Ə.Sabirin
aşağıdakı məşhur beytində tapıb:
Kim ki, insanı sevir, aşiqi-hürriyyət olur,
Bəli, Hürriyyət olan yerdə də insanlıq olur.
Dostları ilə paylaş: |