İctimai rəyin sosiologiyası
Hələ ən qədim zamanlardan başlayaraq mütəfəkkirlər «ictimai rəy»
anlayışını diqqət mərkəzində saxlayırlar. İctimai rəyin gücü, tarixi prosesin
subyektlərinin fəaliyyətinə onun fəal təsiri heç kimdə şubhə doğurmur.
Məsələn, İntibah dövrünün görkəmli mütəfəkkiri N.Makiavelli (1469-1527)
özünün məşhur «Hökmdar» adlı əsərində bu fenomenin son dərəcə
əhəmiyyətli xarakter daşıdığını göstərmişdir. Lakin bizim hazırda nəzərdə
tütdüğümüz mənada bu anlayışa ingilis dövlət xadimi C.Solsberinin
əsərlərində rast gəlinir. 1159-cu ildə Solsberinin çıxışlarının birində bu söz
birləşməsi irəli sürüldükdən az sonra digər ölkələrə də keçərək ictimai
fikrin mərkəzində dayanır. XVIII əsrin sonlarından etibarən isə ictimai rəy
hamı tərəfindən qəbul edilən anlayışa çevrilir.
|