Cəmiyyət, sivilizasiya və sosial münasibətlər anlayışlarının qarşılıqlı
əlaqəsi
Geniş mənada cəmiyyət bəşəriyyət deməkdir, yəni onun
yaranmasından bu günə qədər insan təbiətində gedən proseslər deməkdir.
İnsanlar çoxmüddətli birliklər, kollektivlər yaratmasalar yaşaya bilməzlər.
Bu geniş mənada cəmiyyət məkan və zaman anlayışında bütöv
münasibətlərin sosial məcmusudur.
Cəmiyyət – bir-biri ilə qarşılıqlı fəaliyyətdə olan insanların özləridirlər;
dövlət – onları idarəedən hakimiyyət orqanıdır və nəhayət, ölkə - insanların
yaşadığı, ümumi tarixi və mədəniyyəti olan müəyyən ərazidir.
O.Kont hesab edirdi ki, cəmiyyət ümumiyyətlə insanları özünə məxsus
qayda və bənzərinə görə formalaşdırır.
İnkişafı əks etdirən proseslərin qanunauyğun nəticəsi olaraq
sivilizasiya yaranmışdır. Sivilizasiya cəmiyyətin maddi və mədəni inkişafı
nəticəsində yaranan ictimai inkişafın səviyyəsi və pillələrinin
göstəricisidir. O, latın sözü olub «civis» - vətəndaş, «civitas» - cəmiyyət,
«civilis» - mədəni, sivilizasiyalı deməkdir.
Hər bir cəmiyyət ictimai münasibətlərin müəyyən tipi ilə səciyyələnir.
İctimai münasibətlər yalnız cəmiyyətdə mövcud olan insanların sosial
fəaliyyəti, yəni istehsalat, siyasət, mənəvi həyat və digər sahələrdəki
fəaliyyəti prosesində meydana gələn xüsusi növ əlaqələr və qarşılıqlı
təsirlərdir. Bu münasibətlər ictimai münasibətlər adlandırılır. Onlar böyük
insan kütlələri, sosial qrupları və siniflərin qarşılıqlı təsirindən meydana
gəlir.
5
Dostları ilə paylaş: |