Sosioloji tədqiqatların proqramı
Sosioloji tədqiqatların hazırlanması bəzilərinin düşündükləri kimi
anketin tərtibindən deyil, proqramın tərtibindən başlanır. Tədqiqat
proqramının elmi surətdə tərtibi böyük əhəmiyyət kəsb edir. Çünki
tədqiqatın nəticələri xeyli dərəcədə bu sənədin səviyyəsindən asılıdır.
Proqram sosioloqun həyata keçirdiyi prosedurların (informasiyanın
toplanması, işlənməsi və təhlili) nəzəri-metodoloji əsasını təşkil edir.
Sosioloji tədqiqat proqramı özündə aşağıdakı cəhətləri birləşdirir:
1. Problemin, tədqiqat obyektinin və predmetinin müəyyən
edilməsi.
2. Tədqiqatın xarakterinin, məqsəd və vəzifələrinin müəyyən
edilməsi.
3. Əsas anlayışların irəli sürülərək izahının verilməsi.
4. Əməli fərziyyələrin irəli sürülməsi.
5. Tədqiqatın strateji planının hazırlanması.
6. Respondentlərin seçilməsi planının tərtibi.
7. Məlumatların toplanması metodlarının təsviri.
8. Məlumatların təhlili sxeminin təsviri.
Proqramda nəzəri (metodoloji) və metodiki (prosedur) bölmələri
fərqləndirmək olar. Bunlardan birincisinə problemin qoyuluşundan tutmuş
respondentlərin seçilməsinə qədər olan cəhətlər, ikincisinə isə
məlumatların toplanması, işlənməsi və təhlili aiddir. Birinci bölmə
sosioloqdan əsaslı nəzəri hazırlıq tələb edir. O, tədqiqat obyektini məntiqi
təhlilə məruz qoymağı bacarmalıdır.
Proqramın ikinci bölməsi ilkin sosial informasiyanın toplanması
metodlarının səciyyəsini müəyyən edir.
6
Dostları ilə paylaş: |