Qərbi Avropa ölkələrinə sosioloji fikir (Kont.Spenser, Şteyn və s.)
Sosiologiya
elminin
banisi
fəlsəfədə
pozitivizm
cərəyanının
yaradıcılarından biri olan fransız filosofu Ogüst Kont (1798-1857) hesab
edilir. İlk dəfə məhz O.Kont kapitalizm cəmiyyətinin səciyyəvi
xüsusiyyətlərini öyrənmiş, onun mövcudluq və inkişaf qanunlarını formulə
etmişdir. Kontun təlimi mövcudluq qanunlarını öyrənən sosial statika və
hadisələrin inkişaf ardıcıllığını şərh edən sosial dinamika adlı iki hissədən
ibarət olub «sosial fizika» adlanırdı. Lakin 1839-cu ildə belçikalı statistik
Ketlenin də həmin termindən istifadə etdiyi məlum olduqda Kont yeni
termin – «sosiologiya» anlayışını irəli sürdü.
Kontun ideyaları, cəmiyyətin bütöv sosial orqanizm kimi fəaliyyəti
haqqında fikirləri ingilis filosofu Herbert Spenser (1820-1903) tərəfindən
daha da inkişaf etdirilmişdir. Spenserin «Sintetik fəlsəfə sistemi», «Elmi,
siyasi və fəlsəfi təcrübələr», «Əsas mənbələr» kimi əsərlərində cəmiyyət
bioloji və sosial amillərin qarşılıqlı təsirində olan vahid sistem kimi
qiymətləndirilir. Bu nəzəriyyəyə görə ictimai həyatın bütün tərəfləri üzvi
surətdə bir-biri ilə bağlıdır və bu əlaqələrsiz fəaliyyət gösətərə bilməz.
XIX əsrin ortalarında alman dilli ölkələrdə sosioloji ideyaların
yayılmasında Lüdviq fon Şteynin (1815-1890) əsərlərinin mühüm rolu
olmuşdur. Onun 1842-ci ildə nəşr olunmuş «Müasir Fransada sosializm və
kommunizm» adlı əsəri Almaniyada sosioloji fikrin təməlini qoymuşdur.
Alman sosioloqu Zombart (1863-1911) iddia edirdi ki, «Karl Marks
sosializmə dair bütün ideyalarını məhz Lüdviq fon Şteyndən əxz etmişdir».
7
Dostları ilə paylaş: |