13. Azərbaycanda Sasani işğallarına qarşı üsyanlar
V əsrin əvvəlində Albaniya daxili müstəqilliyni saxlıyırdı, lakin Sasanilərdən asılı
vəziyyətə düşmüşdü. Mənbələrdə Urnayrdan sonrakı alban hökmdarları barədə məlumat
verilmir. II Yezdəgirdin (438-457) vaxtında Ön Qafqazı idarə edən Sasani mərzbanları
xristianlığa qarşı mübarizəni gücləndirdilər.
V
ə
srin
ortalarında
Albaniyada hakimyyətə II Vaçe gəldi (440-463). II Vaçe qaynı II Yezdəgirdin təkidi ilə
xristianlıqdan imtina etmiş və atəşpərəstliyi qəbul etmişdi. Lakin Sasanilərin dini
siyasətinə qarşı gizli mübarizə gedirdi. Alban çarı II Vaçe Sasanilərə qarşı mübarizəyə
qoşulmadı. Lakin Sasanilərə qarşı mübarizəyə alban xristianlarının dini başçısı katalikos
və hərbi rəislərdən biri qoşulmuşdu. 450-cı ildə Xalxal şəhəri yanında döyüşdə Sasani
dəstələri məğlub oldu. Albaniyada Sasani hakimyyətinə meyl güclü idi. Ancaq
xristianpərəst alban əyanları Sasani hakimyyətinə qarşı mübarizəyə qalxmışdılar.
II Yezdəgird Ön Qafqaza Vəzir Mihr Nersenin başçılığı altında ordu göndərdi.
Eyni zamanda o, xristianlığa qarşı təqibini dayandırdı, müxtəlif dinlərin azad ibadədini
elan etdi. 451-ci il mayın 26-da Avarayr çölündə müttəfiq dəstələr ilə Sasani ordusu
arasında döyüş oldu. Üsyançılar məğlub oldu. Xristian dininin tərəfdarları Aranı tərk
edib dağlarda məskən saldılar.
randa 2 il davam edən hakimiyyət uğrunda mübarizə zamanı (457-459)
Albaniyada II Vaçe daxili siyasətini dəyişdi. 457-ci ildə II Vaçe qaynı II Yezdəgirdin
vəfatından sonra zərdüştlük dinindən imtina etdi. II Vaçe randa baş vermiş siyasi
hadisələrdən istifadə edərək Albaniyada xristianlığı yaymaq məqsədilə Sasanilərin
tabeliyindən çıxdı. randa Firuz (459-484) hakimiyyətə gəldikdən sonra II Vaçe Cora
dərəsini tutdu, maskutları öz tərəfinə çəkdi və Qafqazın on bir hökmdarı ilə ittifaqa
girdi. II Vaçe Sasanilərlə müharibəyə başladı. Bu müharibə 460-cı ildə baş vermişdi,
çünki əvvəlki dövrlərdə Firuz xoşluqla II Vaçeni yola gətirmək istəyirdi və ona qarşı
ciddi tədbirlər görmürdü. Lakin münasibətlər kəskinləşəndə Firuz hunları alban
hökmdarına qarşı müharibəyə qaldırdı. Haylandur hunları 462-ci ildə Albaniyaya
soxuldular. Bir il uzanan bu müharibə II Vaçenin 463-cü ildə hakimyyətdən əl
çəkməsilə başa çatdı. Vaçenin xahişi ilə atasının miras qoyduğu mülk şah Firuz
tərəfindən onun sərəncamına verildi. Vaçe min evdən ibarət təsərrüfata sahib oldu. Vaçe
adi zahid həyatı sürməyə başladı. II Vaçedən sonra 30 il ərzində Albaniya müstəqilliyini
itirdi və Sasanilərin təyin etdiyi mərzban tərəfindən idarə olunmağa başladı. Moisey
Kalankatlı yazırdı ki, “Vaçedən Mömin Vaçaqana kimi 30 il müddətinə Albaniya
hökmdarsız qaldı”. II Vaçenin vəfatından sonra onun qardaşı Vaçaqan təxminən 470-ci
ildə öz fəaliyyətini Arsaxın hökmdarı kimi başlamışdı. Çox güman ki, şah Firuzun dini
siyasəti nəticəsində o, xristianlıqdan imtina edib atəşpərəstlik etiqadını qəbul etmişdi.
Moisey Kalankatlı xəbər verir ki, “Vaçaqan başqaları ilə birlikdə şahın dəhşətli qəzəbi
üzündən maqların dinini (atəşpərəstliyi) qəbul etdi, lakin Xristosa gizlincə pərəstiş
edirdi”.
Sasani şahı Balaşın (484-488) dövründə dini etiqadların azad təliminə ixtiyar
verildi. Vaçaqanın bütün Albaniyaya hökmdar olması üçün şərait yarandı. III Vaçaqan
(493-510) Albaniyada xristian dininin fəal təbliğinə başladı. O, əhaliyə zorla xristianlığı
qəbul etdirdi. Adamları xristian dininə sövq etmək üçün məktəblər açılırdı. Köhnə din
(bütpərəstlik) tərəfdarları, atəşpərəstlər və başqa etiqad sahibləri də təqib olunurdu. Bu
tədbirlərə baxmayaraq xristianlıq Albaniyada dərin kök sala bilmədi. Təxminən 510-cu
ildə III Vaçaqanın hakimiyyəti sona yetdi. Albaniyada mərzbanlıq idarəetməsi tətbiq
olundu. Sasanilər Ön Qafqaz ölkələrində müstəqil dövlət quruluşlarını ləğv etdilər.
14. Azə rbaycanda Ə rə b Xilafə ti dövründə mülkiyyə ti formaları, vergilə r.
Ə
rəblərin hakimiyyəti dövründə Azərbaycanda torpaq üzərində mülkiyyətin beş
forması mövcud idi.
Feodal torpaq mülkiyyətinin əsas növlərindən biri dövlət
torpaqları idi. Belə torpaqlar divan və ya xəlifə torpağı adlanırdı. Varisi ölən şəxslərin,
ə
məllərinə görə vəzifəsindən qovulan məmurların torpağı divan torpağına qatılırdı.
Geniş yayılmış torpaq mülkiyyəti formalarından biri iqta idi. qtanın iki forması
mövcud idi. Onlardan biri bağışlanan iqta idi ki, o, sahibinin şəxsi mülkiyyətinə çevrilə
bilir və nəsildən-nəslə keçirdi. Bağışlanan (xüsusi) iqta şairlərə və xüsusi istedadlı
şə
xlərə və dövlət qarşısında böyük xidməti olan adamlara verilirdi. qtanın
formalarından biri də icarə edilən iqta idi ki, onu hərbiçilərə verirdilər. Bu cür torpaqlar
irsən keçə bilməz, lazım gəldikdə isə geri alına bilərdı. Azərbaycanda yerli feodalların
irsi mülkiyyətində olan torpaq mülkləri qalmaqda idi. Ərəb mənbələrində belə torpaqlar
mülk, onun sahibi isə malik adlanırdı. Torpaq üzərindəki mülkiyyət formalarından biri
vəqf torpaqları idi. Bu torpaqlar Məkkə və Mədinə kimi müqəddəs şəhərlər üçün, din
uğrunda mübarizlər və şəhidlər üçün nəzərdə tutulurdu. Həmin torpaqlarda məscidlər və
müqəddəslərin şərəfinə türbələr tikilirdi.Vəqf torpaqları müsəlman dini idarələrinin
ixtiyarında idi. “Allahın mülkiyyəti” hesab edilən vəqf torpağı icarəyə verilsə də, onu nə
satmaq, nə almaq, nə də xüsusi mülkiyyətə keçirmək olmazdı. carəyə verilmiş vəqf
torpağı üç il əkilməyib istifadəsiz qalsa torpaq həmin adamın əlindən geri alınırdı.
Torpaq mülkiyyəti formalarından biri də icma torpaqları idi. Kəndlərdə əhaliyə məxsus
ə
kin yerləri, biçənəklər, otlaqlar, meşələr, qəbistanlıqlar və s. icma torpaqlarına daxil
idi.
Ə
rəblər başqa məsələlərdə olduğu
kimi, Sasanilərin vergi qaydasını bəzi dəyişikliklər etməklə qüvvədə saxladılar.
Ə
məvilər sülaləsinə qədər birinci dörd xəlifəinin dövründə vergilər xeyli yüngül idi.
Həmdə Sasanilərdən fərqli olaraq vergini tək-tək şəxslərdən deyil, bütün ölkədən
alırdılar. Azərbaycanda əhalinin bir qismi xristian olduğundan xəlifənin xəzinəsinə iki
adda vergi: xərac və cizyə verilirdi. Müsəlmanlar cizyə vergisindən azad idilər.
Xristianları itaətdə saxlamaqda xilafətə kömək etdiklərinə görə keşişlər və kilsə
vergidən azad edilir və dövlət tərəfindən himayə olunurdu. Dördüncü xəlifə Əli ibn Əbu
Talib vergilərin tonlanmasına dair ədalətli göstəriş verərək, əsas diqqəti xəracı yığmağa
deyil, torpağı səmərəli şəkildə əkib-becərməyə yönəldirdi. Əməvilər sülaləsindən xəlifə
Hişamın dövründə vergilərin alınması qaydasında dəyişiklik edildi. Onun göstərişi ilə
725-ci ildə Azərbaycanda əhali, mal-qara, torpaq siyahıya alındı, vaxtilə ləğv edilmiş
bəzi vergilər bərpa edildi. Bir sıra yeni - sənət məmulatı, kəbin kağızı və s. adda
vergilər tətbiq olundu. Hətta rahiblərdən cizyə vergisi alındı, onun məbləği artırıldı.
Abbasilərin dövründə (750-1258) vergi qaydasında yeni dəyişiklik edildi. Torpağın
ə
kilib-əkilməməsindən asılı olmayaraq vergi alınmağa başlandı. Xəlifə Mehdi vergiləri
bir qədər yüngülləşdirdi. Verginin miqdarı suvarma texnikasından asılı olaraq məhsulun
dörddə birindən yarısına qədər müəyyən edildi. Qəddarlığı ilə bütün xəlifələrdən seçilən
Harun-ər-Rəşidin dövründə (786-809) vergilər yenidən artırıldı. Azərbaycanın cənub
hissəindən ildə 4 milyon dirhəm, Muğandan 300 min dirhəm vergi alınırdı. Zimmilər
(xristianlar) daha çox vergi verirdilər. Vergilər təkcə xəracdan və cizyədən ibarət
deyildi. nsanın mənfəətləndiyi bütün sahələrdən, müharibə zamanı əldə edilən hərbi
qənimətlərdən, əsirlərdən, daşına bilən əmlakdan xüms (beşdə bir) deyilən vergi
alınırdı. Bundan başqa, mal-qaradan, əkin və meyvədən, qızıl və gümüşdən zəkat
(sədəqə) vergisi alınırdı. Zəkat ruhanilərin, yetimlərin, şikəstlərin və əlacsızların
ehtiyacına sərf olunurdu.
15. Azərbaycanda Ərəb xilafətinə qarşı milli-azadlıq mübarizəsi.
Xürrə milə r hə rə katı
Azərbaycanda azadlıq mübarizəsinin parlaq səhifələrindən biri ərəb Xilafətinə
qarşı 60 ildən artıq davam etmiş xürrəmilər hərəkatıdır. Azərbaycanın istiqlaliyyətini
bərpa etmək, onu yadellilərin tapdağından qurtarmaq xürrəmilərin əsas idealı idi.
Akademik Z.Bünyadov “xürrəm” sözünü pəhləvi dilində “xür”-od və “xvar”-Günəş
anlamında mənalandırmışdır. Xürrəmilərin ərəblərə qarşı azadlıq mübarizəsi 61 il
davam etmişdir. Onun üçdə iki hissəsini Babəkə qədərki dövr təşkil edir ki, onun da
xeyli hissəsinə Cavidan rəhbərlik etmişdi (808-ci ildən). 816-cı ildə döyüşlərin birində
Cavidan Əbu mranı öldürdü və bundan üç gün sonra aldığı yaradan özü də öldü. Babək
Cavidan mülkünün sahibi və xürrəmilər icmasının rəhbəri oldu. Babək bütün ömrü boyu
Xilafətə qarşı mübarizə aparmış və Azərbaycanda islamdan əvvəl mövcud olan qayda-
qanunları ola bilsin ki, bərpa etməyə çalışmışdı. Xürrəmilər Babəkə qədər Xilafətə
qarşı iki dəfə üsyan etdilər. Birinci üsyan 778-ci ildə baş verdi. 808-cı ildə xürrəmilərin
ə
rəblərə qarşı daha güclü bir isyanı başlandı. sfahanda başlanan bu üsyan bir çox
ə
raziləri bürüdü. Babək xürrəmilər icmasında rəhbərliyi ələ aldıqdan sonra vəziyyət
tamamilə dəyişdi. Azadlıq ordusunun əsas hərəkətverici qüvvəsini kəndlilər təşkil etsə
də, orada şəhər yoxsulları, sənətkarlar, orta və xırda feodallar, əhalinin müxtəlif
təbəqələrinə mənsub adamlar da az deyildi. Azadlıq mübarizəsi bir çox əraziləri bürüsə
də, bütün mənbələr təsdiq edir ki, Babəkin və xürrəmilərin vətəni Azərbaycan idi və
azadlıq mübarizəsi buradan başlanmışdı. 819-cu ilə qədər xəlifə xürrəmilərə qarşı
nizami ordu göndərmədi. Üsyançılara qarşı Azərbaycandakı hərbi hissələrin
qüvvələrindən istifadə etdi. Xəlifə Məmun 819-cu ildə sərkərdə Yəhya ibn Müazın
başçılığı ilə Babəkə qarşı ilk nizamı ordu göndərdi. Xürrəmilər bu ordunu əzdilər. Bu
qələbədən sonra on il müddətində üsyançılar Xilafətin bir neçə nizami ordusunu məhv
etdilər və sərkərdələrini əsir aldılar. 829-cu il iyunun 3-də Həşdadsər dağında
xürrəmilərlə həlledici döyüş başladı. Döyüşdə iştirak edən 150 minlik ərəb ordusundan
30 min nəfəri məhv edildi. Qanlı vuruşma zamanı sərkərdə Məhəmməd ibn Hümeyd
öldürüldü.Xürrəmilər 830-cu ildə qələbə çalaraq böyük strateji əhəmiyyəti olan
Həmədanı tutdular (birinci Həmədan döyüşü). Bu üsyançıların nizami ərəb orduları
üzərində beşinci parlaq qələbəsi idi. IX əsrin 30-cu illərin əvvəlləri azadlıq
müharibəsinin ən müvəffəqiyyətli dövrü idi. Üsyançılar xilafəti lərzəyə salmışdılar.
Bizansla müharibə, Suriya və Misirdəki üsyanlar xürrəmilərin azadlıq müharibəsi ilə bir
vaxta düşdüyündən Xilafəti çaşdırmışdı. 833-cü il dekabrın 25-də Həmədan
yaxınlığında şiddətli döyüş başlandı (ikinci Həməmdan döyüşü). Bu döyüşdə xürrəmilər
ilk dəfə olaraq ağır məğlubiyyətə düçar oldular. Həmədan döyüşündəki qələbə
Mötəsimə öz sələfinin üsyançılara qarşı tətbiq etdiyi hərbi taktikanın qüsurlarını anlatdı.
Bizansla müharibəni dayandırıb bütün ordunu, maddi və hərbi sursatı Babəkilərə qarşı
mübarizəyə sərf etdi. Afşin Heydər ibn Kavus 832-ci ildə xürrəmilərə qarşı vuruşan
ə
rəb ordusuna baş komandan təyin edildi. Müharibə uzandıqca qüvvələr nisbətindəki
fərq ərəblərin xeyrinə dəyişdi. Afşinin köməyinə göndərilmiş adlı-sanlı sərkərdə Buğa
ə
l-Kəbirlə 836-cı ildə Həşdadsər dağı yaxınlığındakı döyüşdə xürrəmilər onun
ordusunu əzdi, bir neçə sərkərdəsini məhv etdi.837-ci ilin avqustunda ərəb qoşunu Bəzz
qalasına yaxınlaşdı və onu mühasirəyə aldı. Döyüş daha yaxşı silahlanmış və təchiz
olunmuş düşmən üçün əlverişli vaxtda, 837-ci il avqustun 26-dabaşlandı. Bu döyüşdə
yaralananlardan və itkin düşənlərdən əlavə, ərəblərdən 100 min nəfər, üsyançılardan 80
min nəfər həlak olmuşdu. Bəzzin süqutundan və ailə üzvlərini itirdikdən sonra Babək
qardaşı Abdulla ilə birlikdə Arazdan keçib Arrana gəldi. Məqsədi Bizans imperatorunun
yanına getmək yeni qüvvə toplayıb ərəblərə qarşı müharibəni davam etdirmək idi. Lakin
Babək xəyanət nəticəsində ələ kecirildi və 838-ci il martın 14-də xəlifə Mötəsimin
hökmü ilə edam edildi. Bu hərəkat istiqlaliyyət uğrunda azadlıq müharibəsi idi. Xilafət
Azərbaycan xalqının mübarizə əzmini söndürə bilmədi.
Sacil_ər,_Salaril'>16. IX-XI əsrlərdə Azərbacyan feodal dövlətləri (Şirvanşahlar-Məzyədilər,
Sacilər, Salarilər)
Abbasilər imperiyasının dağılması gedişində Azərbaycanda bir sıra müstəqil
feodal dövlətləri meydana gəldi. IX-XI əsrlərdə Azərbaycanda yaranmaqda olan feodal
dövlətləri ərəblərin hakimiyyətindən imtina edir və özlərinin istiqlaliyyətinə nail
olurdular.
Ş
irvanş ahlar. Bu dövlətin yaradıcısı Heysəm ibn Xalid Şirvanın birinci rəsmi
məliki Yəzid ibn Məzyədin nəvələrindən idi. Ona görə də sülalə Məzyədilər (861-1538)
adlanırdı. IX əsrin 60-cı illərində xilafətdə başlanan yeni iğtişaşlardan istifadə edən
Heysəm ibn Xalid özünü Şirvanın müstəqil hakimi (şahı)elan etdi və mərkəzi hökümətlə
ə
laqəni kəsdi. Beləliklə, Şirvanın istiqlaliyyəti bərpa edildi. Məzyədilər sülaləsinin
hakimyyətinin ilk dövründə Şirvanşahların sərhədləri cənubda Kür çayı, şimalda
Dərbənd və Samur çayı, qərbdə Göyçay və Şəki, şərqdə Xəzər dənizi ilə əhatə edilirdi.
Məzyədilərin uğurlu siyasəti nəticəsində müxtəlif dövrlərdə Şəki, Beyləqan və Bərdə
Ş
irvanşahların tabeçiliyinə keçmişdi. Dövlətin paytaxtı əvvəlcə Şirvan, X əsrin birinci
rübündən etibarən Yəzidiyyə (Şamaxı) şəhəri olmuşdu. Məzyədi sülaləsinin uğurlu
siyasətinə baxmayaraq, bəzən özləri də asılı vəziyyətə düşürdülər. IX əsrin axırlarında
Məzyədilər öz vassaları ilə birlikdə əvvəlcə Sacilər, sonra isə Salarilər dövlətinə tabe
idilər. Daxili idarə işini öz əllərində saxlamaqla Məzyədilər onlara xərac verirdilər. XI
ə
srin 60-70-ci illərində Fəriburzun hakimiyyəti dövründə Şirvanda siyasi vəziyyət daha
da ağırlaşdı. Şəddadilər hakimi Şavurun Şirvana hücumları başlandı. Şavur Şirvanda bir
sıra qalaları ələ keçirdi və 40 min dinar xərac alıb geri qayıtdı. Ön Qafqazda
hakimiyyəti ələ keçirən səlcuq türklərinin Şirvanda da təsiri gücləndi. Sultan Məlikşahın
dövründə Dərbənd iqta şəklində raq hakiminə bağışlandı. Şirvanşah Məzyədilər daxili
istiqlaliyyətlərini saxlamaq şərtilə səlcuqların vassalına çevrildi və hər il sultanın
xəzinəsinə 40 min dinar xərac verməli oldu.Şirvanşahlar titulu ləğv edildi.Məzyədilərin
də iki növ qoşunu vardı. Əsas qoşun şahın xüsusi qvardiyasından ibarət idi. Bundan
ə
lavə iri feodalların və vilayət hakimlərinin xüsusi qoşun dəstələri olurdu.
Sacilə r dövlə ti. IX əsrdə xilafətə qarşı mübarizə şəraitində Azərbaycanda
meydana gələn feodal dövlətlərdən biri də paytaxtı Ərdəbil şəhəri olan Sacilər dövləti
(889-942-ci illər ) idi. Sacilər mənşəcə türk idilər. Əbu Sac Divdad və onun varisləri
Məhəmməd və Yusif müxtəlif vaxtlarda xilafətin əyalət hakimləri olmuş, Abbasilər
hakimyyətinə qarşı baş baş vermiş üsyanların yatırılmasında fəal iştirak etmişlər.
Sacilərin banisinin Əbu Sac Divdad hesib edilməsinə baxmayaraq, dövlət onun
ölümündən xeyli sonra oğlanları Məhəmmədin və Yusifin dövründə yaranmışdı.
Xidmətləri ilə xəlifənin rəğbətini qazandığına görə 889-cu ildə Məhəmməd
Azərbaycanın hakimi təyin olundu. 901-ci ilin martında Məhəmmədin ölümündən
sonra hakimiyyətə oğlu Divdad keçdi. Həmin ilin avqustunda əmisi Yusif Divdadı
hakimyyətdən salıb özü xəlifənin Azərbaycan hakimi və canişini oldu. Azərbaycan
bütövlüklə onun hakimiyyəti altında birləşmişdi. Yusif hər il Xilafətin xəzinəsinə 120
min dinar xərac verirdi. 927-ci il dekabrın 27-də Kufə şəhəri yaxınlığındakı döyüş
zamanı Yusifin qoşunu məğlub oldu. O özü yaralandı, əsir düşdü və öldürüldü. Yusifin
ölümündən sonra hakimiyyət əldən-ələ keçdi. Onun sərkərdəsi Deysəmin dövründə
Azərbaycan yenidən müharibə meydanına çevrildi. 942-ci ildə Sacilər sülaləsinin
hakimyyətini Salarilər əvəz etdilər.
Salarilər dövləti. Dövlətin yaradıcısı Mərzuban ibn MəhəmmədGilan
vilayətindəki Salarilər tayfasına mənsub olduğundan dövlət Salarilər adlandırıldı.O,
942-ci ildə Sacilər hakimi Deysəmi məğlub edərək Azərbaycanı tutdu. Həmin tarixdən
hakimyyət onun təmsil etdiyi Salarilər sülaləsinin (942-981) əlinə keçdi. Salarilər
dövlətinin də paytaxtı Ərdəbil idi. Salari hakimi Mərzuban ibn Məhəmməd çətin
mübarizə şəraitində Sacilər dövlətinin hakimyyəti altında olan Azərbaycan torpaqılarına
sahib olaraq öz səltənətini möhkəmləndirməyə çalışdı. Azərbaycanın şimal-qərb
vilayətlərini və Ərməniyəni öz hakimiyyəti altına keçirdi. Sacilərin dövründə olduğu
kimi, Şirvanşahlar Məzyədilərin dövləti Salarilərə tabe edildi. Bununla da Salarilərin
ş
imal sərhədi Dərbəndə qədər uzandı. Azərbaycanın cənub-şərq vilayətlərinin, xüsusilə,
Zəncanın, Əbhərin və Qəzvinin sfahan hakiminin asılılığında qalması Mərzubanı
narahat edirdi. Onun məqsədi Azərbaycanın qədim sərhədlərinin bütövlüyünə nail
olmaq idi. O, bu niyyətlə 948-ci ildə hərbi yürüşə başlayaraq Qəzvinə getdi. Savaş
Mərzubanın məğlubiyyəti ilə başa çatdı. O, sərkərdələri ilə birlikdə əsir düşdü. Lakin
Mərzuban anasının və yaxın adamlarının köməkliyi ilə 953-cü ildə əsirlikdən qaçıb
Ə
rdəbilə gələrək hakimyyəti ələ keçirdi. 957-ci ilin dekabrında Mərzuban ibn
Məhəmmədin ölümündən sonra oğlanları və qardaşı Vəhsudan arasında hakimyyət
uğurunda mübarizə nəticəsində mərkəzi dövlət zəiflədi və parçalandı. Mərzubanın oğlu
brahimin hakimiyyəti (961-981-ci illər) dövründə Məzyədilər, Dərbənd və Gəncə
vilayəti Salarilər dövlətinin tarkibindən çıxdı. Şəddadilər dövlətinin yaranması ilə
Arranın bir hissəsi və Ərməniyə də onların əlindən çıxdı. Belə bir şəraitdə Əhər və
Təbriz hakimi Rəvvadilər nəslindən olan Əbülheyca 981-ci ildə Salari brahimi məğlub
edib əsir aldı və dövlətin paytaxtı Ərdəbili tutmaqla hakimiyyəti öz əlinə keçirdi.
17. Şəddadilər və Rəvvadilər dövlətləri
X əsrin II yarısında Azərbaycanda yaranan müstəqil feodal dövlətlərdən biri də
Şə
ddadilər dövləti idi. Paytaxtı Gəncə səhəri idi. Ərazisinə əsasən
Kür və Araz çayları
arasındakı torpaqlar daxil idi. Dəbil şəhəri, Ərməniyyənin xeyli hissəsi Şaddadilər
dövlətinə tabe idi:
Şə
ki və Kxetiya çarlığının bəzi əraziləri müəyyən dövrlərdə bu dövlətdən asılı
olmuşdur. Şəddadilər dövləti Salarilərin ərazisində meydana gəlmişdi. Bu dövlətin
ə
sasını Məhəmməd ibn Şəddad qoymuşdu. O, Şəddadilərin zəiflədiyi dövrdə Dəbili
ə
ləkecirib müstəqil əmirlik yaratsa da burada möhkəmlənə bilmədi. Onun ölümündən
sonra oğlanları Fəzl və Ləşkəri Gəncəyə gələrək 971-ci ildə Salarilərin Gəncədəki
naibini qovub hakimiyyəti ələ keçirdilər. Salari hökmdarı brahim ibn Mərzuban
Şə
ddadilər dövlətini tanımağa məcbur oldu. Beləliklə, 971-ci ildə Şəddadilər dövləti
yarandı. Ləşkərinin dövründə Bərdə, Şəmkir, Ərməniyyənin xeyli hissəsi, Fəzlin
dövründə isə Beyləqan Şəddadilər dövlətinə birləşdirildi.
Fəzl uğurlu daxili və xarici siyasət yeritmiş, ticarət və hərbi məqsədlə Araz cayı
üzərində körpü saldırmış, öz adına pul kəsdirmişdir. Əbüləşvər Şavur hakimiyyəti
illərində (1050-1067) iqtisadi, ictimai həyatda, orduda islahatlar kecirmiş, Gürcüstan və
Ş
irvanşahlarla müharibələri davam etdirmiş, alan tayfalarından və Səlcuq türklərindən
qorunmaq ücün tədbirlər görmüşdür. Onun tapşırığı ilə Dəmirçi brahim 1063-cü ildə
Gəncənin dəmir qapılarını düzəltdi. Şavur hakimiyyətinin sonunda Səlçuqlardan asılılığı
qəbul etmişdir.
III Fəzlu (1074-1088) Səlcuqlara tabe olmaq istəmədikdə Səlcuq Sultanı 1088-ci
ildə Gəncəni ələ kecirib, III Fəzluni hakimiyyətdən saldı. Beləliklə 1088-ci ildə
Şə
ddadilər dövləti ləğv edildi. Bu dövlət monarxiya tipli dovlət idi, onun başçısı əmir
titulu daşıyırdı. Məlikşah III Fəzlunu əsir götürərək Bağdada göndərdi. O, 1991-ci ildə
orada əsirlikdə öldü. Məlikşah Gəncəyə öz əmirini təyin etdi. Şəddadilərin bütün ərazisi
ə
lə keçirildi. Sultan Məlikşah Gəncə əmirinin ixtiyarına 48 min nəfərlik qoşun verdi.
Şə
ddadilər dövləti feodal monarxiya tipli dövlət idi. Burada dövlətin başçısı mülki və
hərbi hakim idi. Məmurlardan biri sarayı idarə edən hacib idi. Vilayətləri isə əmirin
təyin etdiyi naiblər idarə edirdilər. bir qayda olaraq naiblər şahzadələrdən və ya sülalə
üzvlərindən ibarət olurdu. Mənbələrin məlumatında bildirilir ki, Şəddadilərin daimi
nizami ordusunun sayı 150 min nəfərə çatırdı.
X əsrin ortalarında və ikinci yarısında Əhər (Qaradağ) hakimi Əbülheyca
Rəvvadi Salarilər dövlətinin tərkibində ona xərac verən feodallardan idi. 981-ci ildə
Salari brahimə tabe olmayıb onunla mübarizə apararaq hakimiyyəti ələ kecirmiş və
Rəvvadilər dövlətinin əsasını qoymuşdur. Dövlətin paytaxtı Ərdəbildən Təbrizə
köcürüldü. Dövlətin ərazisi əsasən indiki ran Azərbaycanının ərazisini əhatə edirdi.
Rəvvadilər 987-ci ildə Ərmənyyəni özünə tabe etdi. Xoy və Urmu feodalları da onun
hakimiyyəti altına kecdi. Əbu Mənsur Vəhsudanın dövründə (1020-1059) mərkəzi
hakimiyyət daha da möhkəmləndi. 1042-ci ildə Təbrizdə güclü zəlzələ şəhəri dağıtdı.
Mənbələrin məlumatına görə, zəlzələ nəticəsində bir çox binalar və qalalar dağıldı, 40
mindən artıq adam tələf oldu, şəhərin müdafiə qabiliyyəti zəiflədi. Şəhərin ətrafındakı
qala hasarları dağıldığından Rəvvadi Vəhsudan Təbrizi tərk edib başqa qalaya köçdü.
Şə
hərin bərpa işləri başa çatdırılmamış Toğrul bəyin başçılıq etdiyi səlcuq türkləri
Təbrizə hücum etdilər. hücuma hazır olmayan Vəhsudan müqavimət göstərə bilmədi.
Ibn Əl Əsrinin yazdığına görə “Səlcuq hakimi Toğrul bəy bir sıra qələbələrdən sonra
1054-cü ildə Təbrizə gəldiyi zaman Rəvvadi hakimi Vəhsudan siyasi hakimiyyəti əlində
saxlamaq məqsədilə səlcuqların vasallığını qəbul etməyə məcbur oldu.
Səlcuq Sultanı Alp Arslanın dövründə(1063-1072) Rəvvadilərin daxili
müstəqilliyi ləğv edildi və 1065-ci ildə Təbrizə Səlcuq əmiri təyin edildi. Süqut
etməsinə baxmayaraq bir əsrə qədər mövcud olmuş Rəvvadilər dövləti ölkənin iqtisadi,
ictimai, siyasi və mədəni həyatında mühüm rol oynamışdı. Bununla da Rəvvadilər döləti
süqut etdi. Rəvvadilər və Saddadilər dövləti Səlcuq hücumları nəticəsində ləğv edildilər.
|