Azərbaycan Tarixi Fənni Üzrə mtahan Suallarının Cavabları



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə4/9
tarix01.01.2017
ölçüsü0,62 Mb.
#4025
1   2   3   4   5   6   7   8   9

18. Azərbaycan Səlcuqilər imperiyasının tərkibində 

 Azərbaycanın  ərazisində  XI  əsrin  ortalarında  eyni  vaxtda  üç  müstəqil  dövlətin  - 

Ş

irvanşahlar,  Şəddadilər  və  Rəvvadilər  dövlətinin  olması  ölkənin  iqtisadi  inkişafını 



ləngitməklə yanaşı, onun müdafiə qüvvəsini də zəiflədirdi. Belə bir vaxtda Orta Asiya, 

ran,  raq,  Suriya,  Misir,  Kicik  Asiya,  Ön  Qafqaz  xalqları  ilə  birlikdə  Azərbaycan  da 

Səlcuqların hakimiyyəti altına kecdi. XI əsrin əvvəllərində oğuzların bir hissəsi Xorasan 

tərəfdən  yaxın  Şərq ölkələrinə,  digər hissəsi  Xəzərin  şimalından keçərək  Avropaya  və 

Balkan yarımadasına yayıldı. Səlcuqlar IX əsrdə Xəzər dənizi ilə Aral gölü arasındakı 

ə

razıdə yaşayırdılar. Qəznəvilər dövlətinin başçısı Sultan I Mahmud (988-1030) Səlcuq 



tayfalarını 1009-cu ildə Xorasan əyalətində yerləşdirdi. Səlcuqlar 1038-ci ildə Nişapuru  

ə

lə kecirdi və Toğrul bəy özünü Sultan elan edərək Səlcuqlar imperiyasının (1038-1157) 



ə

sasını  qoydu.  Sultan  Toğrul  bəy  (1038-1063)  XI  əsrin  50-ci  illərinin  ortalarında 

Azərbaycana  daxil  oldu.  Rəvvadi  hakimi  Vəhsudan  və  Şəddadi  hakimi  Şavur 

müqavimət  göstərmədən  tabe  oldular.  Toğrul  1055-ci  ildə  xilafətin  paytaxtı  Bağdadı 

tutdu  və  siyasi  hakimiyyəti  ələ  kecirdi.  Sultan  Alp  Arslan  (1063-1072)  Naxçıvanı  ələ 

kecirdi,  1067-ci  ildə  Arrana  səfər  etdi.  1069-cu  ilin  yayında  Gəncəyə  gəldi.  Şaddadi 

hakimi Fəzl qala qapılarının və xəzınənin açarını ona təqdim etdi. Şirvanşah Fəriburz da 

Gəncəyə  gələrək  ona  itaət  etdi.  Alp  Arslan  1070-ci  ildə  Gəncədən  Şəkiyə,  oradan 

Gürcüstana  yürüş  etdi.  Şirvanşahlar  bu  dəfə  də  daxili  müstəqilliyi  saxlaya  bildi. 

Səlcuqların  uğurlu  xarici  siyasətindən  vahiməyə  düşən  Bizans  imperiyası  onların  qərb 

istiqamətində yürüşünü dayandırmaq məqsədilə böyük hərbi hazırlıqdan sonra 1071-ci 

ildə Malazgird şəhəri yaxınlığında müharibəyə başladı.  

1071-ci  ildə  Malazgird  şəhəri  yaxınlığında  Səlcuqlar  Bizans  imperiyasının 

ordusunu  darmadağın  etdi  və  Kicik  Asiyanın  xeyli  hissəsini  ələ  kecirdi.  Alp  Arslanın 

Azərbaycandan uzaqda olmasından istifadə edən Şəddadi hakimi III Fəzlun Səlcuqlara 

xərac  vermədi.  Məlikşahın  dövründə  (1072-1092)  Səlcuqlar  imperiyası  daha  da 

qüdrətləndi.  O,  1088-ci  ildə  Azərbaycana  qoşun  göndərib  Gəncəni  ələ  kecirdi  və 

Şə

ddadilərin sonuncu hakimi Fəzlunu hakimiyyətdən saldı, oğlu Məhəmmədi Gəncəyə 



hakim  təyin  etdi.  Bundan  sonra  sultan  Məlikşah  Şirvanşah  I  Fəriburzu  Gəncəyə  -  öz 

iqamətgahına dəvət etdi. Burada onu birdəfəlik 70 min dinar bac və hər il 40 min dinar 



xərac  verməyə  məcbur  etdi.  Səlcuqilər  dövləti  ön  Qafqazda  çiçəkləndiyi  zaman  türk 

tayfalarının Azərbaycana yeni axını gücləndi. Onlar burada tezliklə oturaq həyat tərzinə 

keçdilər  və  maskunlaşdılar.  Səlcuqilər  dövlətinin  ilk  sultanlarının  (Toğrul  bəy,  Alp 

Arslan  və  Məlikşah)  həyata  keçirdiyi  sosial-iqtisadi  və  hərbi  tədbirlər  feodal 

münasibətlərini  daha  da  möhkəmləndirdi,  sənətkarlığın,  ticarətin  inkişafına  zəmin 

yaratdı.  Lakin  səlcuq  dövləti  hərbi-feodal  xüsusiyyətli  dövlət  olduğundan  hərbi-siyasi 

birlik iqtisadi birlikdən güclü idi. Məlikşahın hakimiyyəti imperiyanın çiçəklənməsinin 

son mərhələsi oldu. Məlikşahın ölümündən sonra hakimiyyət uğrunda oğlanları arasında 

mübarizə  başlandı.  Börgüyarığın  və  Məhəmmədin  dövründə  dövlətin  ərazisi  iki  yerə 

parçalandı.  Sultan  Səncərin  dövründə  də  (1118-1157)  dövlət  tənəzzül  etdi  və  bir  necə 

yerə bölündü. O sıradan Girman, Konya, Suriya,  raq səlcuq sultanlığı və Kiçik Asiyada 

bir  sıra  əmirliklər  yarandı.  Azərbaycan  raq  sultanlığına  daxil  idi.  Səlcuq  sultanları 

formal  şəkildə  hökmdar  sayılırdılar.  Əslində  dövləti  onların  atabəyləri  idarə  edirdi. 

Məsələn,  raq  sultanlığını 1136-cı  ildən  Azərbaycan  Atabəyləri  Şəmsəddin  Eldəniz və 

onun varisləri idarə edirdi.  

Səlcuqilər  dövləti  türkdilli  xalqların  hərbi-siyasi,  sosial-iqtisadi  və  mədəni 

inkişafında  əhəmiyyətli  rol  oynadı.  Orta  əsrlərdəki  digər  imperiyalar  kimi  səlcuq 

imperiyası da əbədi olmadı. Sultan Məlikşahın ölümündən sonra sülalə üzvləri arasında 

hakimiyyət uğrunda mübarizənin kəskinləşməsi dövləti taqətdən saldı.  

Azərbaycanda  “iqta”  sistemi  Sasanilərin  və  ərəblərin  hakimiyyəti  dövründən 

mövcud  olsa  da,  sultan  Məlikşahın  dövründə  daha  da  genişləndi.  Hakim  sülalənin 

üzvlərinə  və  iri  feodallara  “iqta”  adı  ilə  şəhərlər  və  əyalətlər  bağışlanırdı.  “ qta” 

torpağında çalışan kəndlilər vergini “iqta”-nın sahibinə verir və onun tələb etdiyi əlavə 

mükəlləfiyyətləri yerinə yetirirdilər. 



19. Azərbaycan Atabəylər (Eldəgizlər) dövləti 

XII  əsrin  30-cu  illərində  Azərbaycan  Atabəylər  dövləti  meydana  gəldi.  Bu 

dövlətin  yaradıcısı  Şəmsəddin  Eldəniz  idi.  O,  Sultan  II  Toğrulun  oğlu  Arslan  Şahin 

Atabəyi  idi.  Toğrulun  ölümündən  sonra  Sultan  Məsud  Şəmsəddin  Eldənizi  Möminə 

xatunla evləndirib 1136-cı ildə Arranı iqta şəklində Eldənizə bağışladı. Eldəniz tədricən 

bütün Azərbaycana sahib oldu.  



Eldənizlər dövlətinin tarixi üç dövrə bölünür: təşəkkül (1136-1160); çiçəklənmə 

(1161-1191)  və  tənəzzül  (1191-1225)  dövrləri.  Eldəniz  1160-cı  ildə  Həmədanı  ələ 

kecirdi,  Arslan  Şahı  Sultan  taxtında  əyləşdirdi,  özü  isə  raq  Səlcuq  dövlətinin  böyük 

atabəyi  oldu.  Əslində  dövləti  o  idarə  edirdi.  Oğlanları  Cahan  Pəhləvanı  Hacib,  Qızıl 

Arslanı  baş sərkərdə təyin  etdi.  Təbriz  və Naxçıvan  Azərbaycan  Atabəyləri  dövlətinin 

paytaxtı  oldu.  Tədricən  Rey,  Qum,  Qəzvin,  Ərdəbil,  Marağa,  Girman  Azərbaycan 

Atabəylərindən asılı oldu. 

Eldənizin  dövründə  gürcü  hakimi  ilə  düşməncilik  münasibətləri  hökm 

sürmüşdür.  Hər  iki  ölkənin  hakimi  60-70-ci  illərdə  bir-birinin  ərazisinə  hücumlar 

etmişlər. Mənbələrdə qeyd edilir ki, gürcü çarı III Georgi 1161-ci ilin yayında 30 min 

nəfərlik qoşunla  Gəncəyə  və  Dəbil şəhərinə soxulub  oranı qarət  etdi.  əhalidən on min 

nəfər öldürdü və bir o qədər də əsir götürdü. Gürcü hakiminin bu vəhşi hərəkətinə cavab 

olaraq Atabəy Eldəniz 1163-cü ilin yanvarında öz vasalları ilə birlikdə 500 min nəfərlik 

qoşunla Gürcüstana hücum edərək bir aydan artıq vuruşdu. Xeyli adam öldürdü və hərbi 

qənimət ələ keçirdi. 

Buna  baxmayaraq  gürcü  çarı  1164  və  1166-cı  illərdə  Azərbaycana  yenidən 

hücumlar  etmiş,  Gəncəyə  gəlmiş,  qətlə  və  talana  başlamışdı.  Eldənizlər  hər  dəfə 

gürcülərin hücumlarını daha ağır zərbələrlə dəf etmişlər. 

Edənizin  ölümündən  sonra  Sultan  III  Toğrulun  Atabəyi  Məhəmməd  Cahan 

Pəhləvan  oldu.  O,  Azərbaycanın  idarə  olunmasını  qardaşı  Qızıl  Arslana  tapşırdı. 

Dövlətin  paytaxtı  Həmədana  köcürüldüyünə  görə  Təbriz  Azərbaycan  hakimi  Qızıl 

Arslanın iqamətgahına çevrildi. 

Atabəy Cahan Pəhləvanın hakimiyyəti (1175-1186) illərində Eldənizlərin ərazisi 

daha da genişləndi. 

Dövlət  iqtisadi  və  siyasi  cəhətdən  gücləndi.  Gürcü  çarı  onunla  sülh  bağladı, 

Xarəzmşah  dostluq  münasibəti  saxladı,  Misirin  və  Suriyanın  hakimi  ilə  mübahisələr 

sülh yolu ilə həll olundu. 

Cahan  Pəhləvanın  ölümündən  sonra  hakimiyyətə  Qızıl  Arslan  kecdi. 

Hakimiyyət  uğrunda  daxili  çəkişmələr  olsa  da  qələbə  caldı.  O,  Şirvana  hücüm  etdi, 

Ş

irvanşah  Axistanı  Şamaxıdan  Bakıya  köçməyə  məcbur  etdi.  Gürcüstana  yürüş  edib 



qənimətlə qayıtdı. 

Qızıl Arslanın ölümündən sonra hakimiyyət uğrunda daxili çəkişmələr yenidən 

başlandı.  Atabəy  Əbu  Bəkrin  hakimiyyəti  (1191-1210)  illərində  ölkənin  daxilində 

feodal  ara  münasibətləri  genişləndi.  O,  sələflərinin  ənənələrini  yaşada  bilmədi.  Cahan 

Pəhləvanın  qadınları  və  oğlanları  arasında  hakimiyyət  uğrunda  mübarizə  yenidən 

kəskinləşdi.  Eldənizlərin  yaratdığı  mərkəzi  hakimiyyət  parçalandı.  Iraq,  Rey,  Mosul, 

sfahan onların asılılığından xilas oldu. Eldənizlərin əlində ancaq Azərbaycan torpaqları 

qaldı.  


Zəif  iradəli  Əbu  Bəkr  20  illik  hakimiyyəti  dövründə  təmsil  etdiyi  sülalənin 

nüfuzunu zəiflətdi. Mənbələrdə deyildiyi kimi, onu dövlət işlərindən çox şəxsi istirahəti 

maraqlandırırdı. Onun dövründə xəzinəyə gələn ümumi gəlir xeyli azalmış və dövlətin 

iqtisadiyyatı  sarsılmışdı.  Əbu  Bəkrin  ölümündən  sonra  hakimiyyətə  qardaşı  Atabəy 

Özbək  keçdi.  Atabəy  Özbəyin  dövründə  (1210-1225)  Azərbaycan  Atabəylər  dövləti 

daha da zəiflədi. Ölkə gürcü və Xarəzmşahların hücumuna məruz qaldı. Xarəzmşahdan 

aslılığı qəbul etdi. Atabəylərin bütün xəzinəsi xarəzmşahların əlinə keçdi. Monqolların 

birinci yürüşündən sonra xarəzmşahın oğlanları Qiyasəddin və Cəlaləddin Azərbaycana 

soxuldu. Atabəy Özbək müqavimət göstərə bilmədi. 

1225-ci  ildə  Cəlaləddin  Təbrizi  tutanda  Atabəy  Özbək  əvvəl  Gəncəyə,  oradan 

Ə

lincə qalasına qaçdı və həmin il orada öldü. Bununla da Eldənizlər sülaləsinin tarixi 



sona çatdı. Şirvanşahlarda olduğu kimi Azərbaycan Atabəylər dövlətində də hakimiyyət 

irsi  xarakter  daşıyırdı.  Dövləti  Eldənizlər  nəslindən  olan  hökmdarlar  idarə  edirdilər. 

onlar atabəyləri olduqları Səlcuq sultanlarının əvəzində bütövlükdə  ranın,  raqın, Yaxın 

Şə

rqin xeyli ərazisini əhatə edən Səlcuq dövlətini idarə edirdilər. sultanların hakimiyyəti 



formal  xarakter  daşıyırdı.  Ordunu,  xəzinəni  və  əsas  dövlət  aparatını  əllərinə  alan 

Eldənizlər  sultanlarla  hesablaşmır,  müstəqil  xarici  siyasət  yeridir,  fərmanlar  verir, 

iqtalar bağışlayır, öz yaxın adamlarını mühüm dövlət vəzifələrində yerləşdirirdilər. 

 

20.IX-XII əsrlərdə Azərbaycan mədəniyyəti 

IX-XI  əsrlərdə  yaranan  müstəqil  feodal  dövlətlərin,  daha  sonra  bərpa  olunan 

Ş

irvanşahlar  və  Azərbaycan  Atabəylər  dövlətlərinin  yaranması  nəticəsində  ölkənin 



siyasi  və  iqtisadi  həyatında  baş  verən  dəyişikliklər  ölkə  mədəniyyətinin  inkişafına  da 

müsbət  təsir  göstərmişdir.  IX-XII  əsrlərdə  müsəlman  Şərqində  elm  və  mədəniyyət 

yüksək  səviyyədə  idi.  Həmin  xalqların  mədəniyyəti  bir-birinə  qarşılıqlı  təsir  etməklə 

tərəqqi  edirdi.  12-ci  yüzillik  əbəs  yerə  Azərbaycan  mədəniyyətinin  “qızıl  dövrü” 

adlandırılmır.  Bu  intibah  dövrü  xalqımız  üçün  ona  görə  qiymətlidir  ki,  dünya 

poeziyasının  günəşi  Nizami  Gəncəvi  və  onun  müasirlərinin,  ədəbiyyatımızın, 

incəsənətimizin və elmimizin böyük dühalarının yaşadığı dövrdür. Şəhərlərdə məscidlər 

yanında  mədrəsələr  və  məhəlli  məktəblər  –  molla  xanalar  vardı.  Bu  mədrəsələr  və 

məktəblərdə  dini  elmlərlə  bərabər  təbabət,  nücum,  şərq  dilləri,  ədəbiyyat,  məntiq  və 

başqa  fənlər  tədris  olunurdu.  Məktəblərdə  oxuyanlar  feodalların,  tacirlərin  və 

ruhanilərin  övladları  idi.  Geniş  xalq  kütləsi  elmdən  və  təhsildən  məhrum  edilmişdi. 

Fazil Fəridəddin Şirvani astronomiya elmi ilə məşğul olmuş, bir sıra ulduz cədvəli tərtib 

etmiş,  görkəmli  filosof  Bəhmənyar,  Xətib  Təbrizli  də  bu  dövrdə  yaşayıb-

yaratmışdır.Təbrizli  alimlərdən  Əbu  Zəkəriyyə  Yəhya  ibn  Əli  və  Əbu  Mənsur  ibn 

Ə

hməd  də  bir  sıra  görkəmli  əsərlərin  müəllifi  olmuşlar.Hüquqşünaslıq  sahəsində 



Ş

amaxılı  Əbubəkr  Məhəmməd  Şirvani,  Bərdəi  Məhəmməd  ibn  Abdulla  məşhur 

idilər.Dünyəvi  elmlərlə  yanaşı,  nəqqaşlıq  və  xəttatlıq  da  inkişaf    etmişdi.  Azərbaycan 

memarlığının  özünəməxsus  xüsusiyyəti  var  idi.  Araz  çayı  üzərindəki  Xudafərin 

körpüsü,  Şamaxıda  Gülüstan  qalası,  Naxçıvanda  Əlincə  qalası,  Lerikdə  Oğlanqala, 

Bakida Qız qalası belə möhtəşəm abidələrdəndir. Bu dövrün görkəmli sənətkarlarından 

biri  naxçıvanlı  Əcəmi  Əbubəkr  idi.  Onun  Naxçıvanda  tikdiyi  Yusif  ibn  Küseyirin  və 

Atabəy  Məhəmməd  Cahan  Pəhləvanın  arvadı  Möminə  xatunun  türbələri  başdan-başa 

həndəsi  nəqşlər  və  kitabələrlə  bəzədilmişdir.  Naxçıvan  memarlıq  məktəbinin  təsiri  ilə 

Ə

lincə  çayı  sahilindəki  Xanəgah  kəndində  sərdabə,  Urmiyada  Üç  günbəz,  Marağada 



Göy  günbəz  və  başqa  abidələr  yaradılmışdır.  Şifahi  və  yazılı  ədəbiyyat  inkişaf  edirdi. 

Aşıq,  xalq  yaradıcılığı  ilə  bərabər  ədəbiyyatın  klassik  formaları  inkişaf  edirdi.  X-XI 

ə

srlərin yadigarı olan  “Dədə Qorqud” dastanları şifahi xalq yaradıcılığının ana dilində 



ə

n böyük abidəsidir.X-XII əsrlərdə yazılı ədəbiyyatın geniş yayılmış formalarından biri 

saray ədəbiyyatı idi. XI əsr Saray şerinin ən görkəmli nümayəndəsi Qətran Təbrizidir. 

Saray  şairləri    içərisində  Əbülüla  Gəncəvini,  Fələki  Şirvanini  xüsusi  qeyd  etmək 

olar.XII  əsrdə  saraydan  kənarda  inkişaf  edən  ədəbiyyatın  görkəmli  nümayəndəsi 

Məhsəti  Gəncəvidir.  Onun  rübailəri  xalq  içərisində  geniş  yayılmışdır.XII  əsr 

Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri Əfzələddin Xaqanidir. O, ərəb və 

fars  dillərində  sərbəst  danışır,  dilçiliyi,  fəlsəfəni,  məntiqi,  nücumu,    riyaziyyatı, 

qanunşünaslığı  və  şəriəti  gözəl  bilirdi.  “Mədain  xərabələri”  adlı  fəlsəfi  şerini, 

“Həbsiyyə”  adlı  şerlərini  yazmışdır.  Xaqani 1156-cı  ildə  Yaxın  Şərqdə səyahətə  çıxır. 

O,  1160–cı  ildə  səyahətini  başa  çatdırıb,  yenidən  saray  məngənəsinə  düşür.  O, 

Ş

irvanşah  Axsitanın  təhqirlərinə  dözməyərək,  1170-ci  Beyləqana  qaçarkən  şahın 



adamları  tərəfindən  tutulub,  geri  qaytarılır  və  Şabran  qalasına  salınır.  Həbsxanada 

olduğu 7 ay müddətində o, “Həbsiyyə” adlı şerlərini yazır. Xaqani 1173-cü ildə ailəsi ilə 

birlikdə Təbrizə köçür və ömrünün sonuna qədər orada yaşayır. Milli mədəniyyətimizin 

“qızıl əsrini” yaradanlardan ən görkəmlisi Nizami Gəncəvidir. Onun yaradıcılığı ilə orta 

ə

sr  Azərbaycan  ədəbiyyatında  və  ictimai  fikir  tarixində  yeni  bir  dövr  başlanmışdır. 



Nizami  Gəncəvinin  ölməz  poemaları  “Sirlər  xəzinəsi”,  “Xosrov  və  Şirin”,  “Leyli  və 

Məcnun”,  “Yeddi  gözəl”  və  “ skəndərnamə”dir.  Bu  incilər  şairin  “Xəmsə”  adlanan 

divanını  təşkil  edir.  Nizaminin  irsi  mənəvi  mədəniyyətimizin  yaradıcıları  üçün  gözəl 

sənətkarlıq məktəbidir. Nizami Gəncəvi öz əsərlərində zalımları pisləməklə, məzlumları 

haqsızlığa  qarşı,  mübarizəyə  çağırmaqla  yanaşı,  gah  etiraz,  bəzən  də  nəsihət  yolu  ilə 

hakimləri zülmdən və cəzadan əl çəkməyə, ədalətə və nəcibliyə çağırmışdı. 

Nizami  Gəncəvi  “Yeddi  Gözəl”  poemasında  insan  ləyaqətini  yüksəldən,  onun 

mənəvi aləmini zənginləşdirən problemlərə toxunmuşdu. Şair ömrünün son illərini şah 

ə

səri  olan  “ sgəndərnamə”ni  yazmağa  sərf  etmişdi.  Bu  əsər  ona  əbədi  dünya  şöhrəti 



qazandırdı.  IX-XII  əsrlərdə  sənət  ustaları  oyma,  həkketmə,  zərbetmə,  kaşıçılıq, 

xalçaçılıq, tətbiqi incəsənətin başqa sahələrində gözəl sənət nümunələri göstərirdilər. 

 

21. Monqol feodal dövlətinin yaranması və möhkəmlənməsi. Monqolların 

Azərbaycana I işğalcı yürüşü 

XIII  əsrin  əvvəllərində  Mərkəzi  Asiyada  Çingiz  xanın  (1206-1227)  başçılığı  ilə 

güclü  Monqol  dövləti  yarandı.  1206-cı  ildə  monqol  noyonlarının  qurultayında 

Çingizxan  monqol  tayfalarının  xaqanı  elan  edildi.  Monqol  dövlətinin  paytaxtı 

Qaraqorum  şəhəri  idi.  Mərkəzləşdirilmiş  idarə  sisteminə  malik  güclü  ordu 

yaradan  Çingiz  xan  işğalçılıq  yürüşlərinə  başladı.  1211-ci ilədək    Sibir xalqları, 

1211-1215-ci illərdə Şimali Çin ərazisi, 1219-da isə Orta Asiya–Azərbaycanın şərq  

sərhədlərində  mövcud  olan  Xarəzm  dövləti  işğala  məruz  qaldı.  Xarəzmşah 

dövlətinin  süqutunda  başqa  amillərlə  yanaşı  Xarəzmşah  Məhəmmədin  qorxaq 

siyasəti,  gözləmək  mövqeyi,  yalnız  müdafiəyə  üstünlük  verməsi  də  öz  rolunu 

oynamışdı.  1218-ci  ildə  Otrar  şəhərində  Çingizxana  mal  aparan  tacirlərin  qətlə 

yetirilməsi  monqolların  Orta  Asiyaya  hücumu  üçün  bəhanə  oldu.  Tarixə  “Otrar 

faciəsi”  kimi  daxil  olmuş  bu  hadisə  Xarəzmşah  dövlətinin  süqutunun  başlanğıcı 

oldu. 1220-ci ilin ilk aylarında  Buxara, Səmərqənd, Otrar kimi şəhərləri xarabaya 

çevirən  monqollar  qısa  müddət  ərzində  bütün  Orta  Asiyaya  sahib  oldular. 

Xarəzmşah  Məhəmməd  biabırcasına  ölkədən  qaçdı.  Sonralar  Xəzər  dənizindəki 

adalardan  birində  öldü.  Qaçmış  Məhəmmədi  izləmək  və  başqa  ərazilərdə 


kəşfiyyat üçün qoşun göndərildi. Bu qoşuna Çingiz xanın yaxın silahdaşları olan 

Cəbə və Subutay noyonlar başçılıq edirdi.  

Çingizxanın  ordularının  Azərbaycanda  ilk  gəlişi  1220-ci  ilə  aid  edilir.  Monqol 

sərkərdələri Cəbə və Subutay 30 minlik dəstələri ilə bütün  Xorasan  və  Fars  raqının 

ə

razisindən keçərək 1221-ci ilin yanvar ayında Azərbaycana soxuldular. Ölkənin 



bir  sıra  yaşayış  məskənlərini  viran  edib  Təbrizə  yaxınlaşdılar.  O  zaman  Atabəy 

Özbək Təbrizdə otururdu. Monqollar möhkəm qala divarları ilə əhatə olunmuş Təbrizi 

3  dəfə  mühasirəyə  alsalar  da  hər  dəfə  böyük  xərac  almaqla  kifayətlənib  şəhərə 

girməmişdilər.  Şəhərin  müdafiəsinə  şəhər    rəisi  Şəmsəddin  Tuğrayi  rəhbərlik  edirdi. 

Atabəy  Özbək  və  gürcü  çarı  Georgi  monqollara  qarşı  saziş  bağlasalar  da 

monqollar  müttəfiqləri  qabaqlaya  bilmişdilər.  Atabəy  Özbək  şəhəri  tərk  edərək 

Naxçıvana,  Əlincə  qalasına  çəkildi.  Atabəy  hökmdarının  zəifliyi  bir-birinin 

ardınca  şəhərlərin  işğalına  səbəb  oldu.  Bu  dövrdə  hər  şəhərin  öz  qornizonu-

döyüşçüsü  olduğu  halda,  onlar  birləşib  vahid  şəkildə  düşmənə  cavab 

vermədikləri  üçün,  monqollar  1221-ci  ildə  Marağa,  Sərab,  Ərdəbil,  Xoy,  Səlmas, 

Həmədan, Naxçıvan, Ərdəbil kimi bir çox Azərbaycan şəhərlərini  dağıtdılar.  1221-ci 

ilin  oktyabr  ayında  (ramazan  ayında)  Beyləqan  şəhəri  xüsusi  amansızlıqla 

tutuldu,  dağıdıldı  və  qarət  olundu.  Beyləqandan  sonra    monqollar  Gəncəyə 

yaxınlaşırlar. Gəncənin qala divarları ilə möhkəm müdafiə olunduğunu, əhalinin 

mərdliyini  nəzərə  alan  monqollar  oradan  da    təzminat  almaqla  kifayətlənib 

şə

hərə  girmədi.  1222-ci  ildə  Şirvanın  paytaxtı  Şamaxını  mühasirəyə  alındı. 



Ş

amaxılılar şəhərin  müdafiəsinə yaxşı hazırlaşsalar da, monqollar üç gün gərgin 

döyüşlərlərdən sonra  güclü hücumla şəhəri alıb çoxlu adam qırdılar. 

Monqol  qoşunları  buradan  şimal  istiqamətində  yönəldi  və  Dərbənddən 

keçərək geri qayıtmağı qərara atdılar. Dərbəndin çox güclü müdafiə olunduğunu 

bildikləri üçün Dərbəndə girmədən Dərbənd keçidindən şimala qalxan gizli yolla 

Azərbaycandan  çıxdılar.  Bununla  da  monqolların  Azərbaycana  birinci  yürüşü 

sona  çatdı.  Onlar  1223-cü  ilin  may  ayında  Kalka  çayı  sahilində  rus  və  qıpçaq 

qoşunlarını məğlub edib, oradan Krıma və daha sonra Volqa bulqarlarına hücum 


etdilər.  Yaxşı  möhkəmləndirilmiş  bulqar  şəhərlərini  tuta  bilməyən  monqollar 

Volqanın  aşağı  axarlarından  keçərək  Orta  Asiyaya,  oradan  da  Qaraqorum 

şə

hərinə, Monqolustana qayıtdılar.  



Bununla da monqolların Azərbaycana birinci yürüşü başa çatdı. 

 

22. Hülakülər dövlətinin yaranması. Azərbaycan Hülakülər dövlətinin 



tərkibində 

1253-cü  ildə  monqol  xaqanı  -  Çingiz  xanın  nəvəsi,  Tuluy  xaqanın  oğlu 

Münkə  xaqan    Ön  Asiyada  istilaları  davam  etdirmək  üçün  göndərdiyi  böyük 

orduya  onun  qardaşı  Şahzadə  Hülakü  xan  başçılıq  edirdi.  1253-1256-cı  illərdə 

Hülakü  xan  istiladan  kənarda  qalmış  Ön  Asiya  ərazilərini  də  zəbt  etdi.    Onun 

qoşunları 1256-cı ildə Azərbaycanı, 1258-ci ildə Bağdadı alırlar. Döyüşə Hülakü 

xan  özü  və  onun  sərkərdəsi  Baqu  rəhbərlik  edirdi.  508  il  davam  edən  Abbasilər 

sülaləsinin  son  nümayəndəsi  əl-Müstəsim  öldürüldü.  Beləliklə,  Yaxın  və  Orta 

Şə

rqdə  raq-i  Ərəb,  raq-i  Əcəm,  Gürcüstan,  Azərbaycan,  Fars,  Kiçik  Asiya, 



Rum,  Kirman,  Xorasan,  Xuzistan  və  digər  ölkələr  daxil  olmaqla  geniş  ərazini 

ə

hatə  edən  Hülakülər  dövləti  yarandı.  Amu-Dəryadan  Aralıq  dənizinə, 



Dərbənddən  ran körfəzinə qədər olan ərazidə yeni-5-ci Monqol Ulusu yaradıldı. 

Bu  dövlət  Hülakülər  dövləti  adlanmaqla  yanaşı,  hökmdarları  Elxan  rütbəsi 

daşıdığı üçün Elxanilər dövləti də adlanırdı. 

Hülakü  xan  (1256-1265-cı  illər)  Azərbaycanda  möhkəmləndi.  Azərbaycan 

Hülakülər-Elxanilər  dövlətinin  mərkəzi  vilayətinə  çevrilir.  Ölkənin  paytaxtı 

Marağa,  Təbriz  və  XIV  əsrdə  Sultaniyyə  şəhərləri  idi.  Azərbaycan  100  il  boyu 

Qızıl  Orda  xanları  ilə  Hülakülər  arasında  döyüş  meydanına  çevrilmişdi.  Qızıl 

Ordalılar  1263,  1265,  1288,  1290,  1318  və  b.  illərdə  Azərbaycana  basqınlar 

etmişdilər. 

 Şirvanşahlar  dövləti  Elxanilərdən  vassal  asılı  dövlət  idi.  Lakin  Hülakü 

xanın  hakimiyyəti  illərində  Şirvan  xüsusi  nəzarət  altında  saxlanılırdı.  1260-cı 

ildə  isə  Şirvanşah  II  Axsitan  Hülakü  xanın  əmri  ilə  öldürüldü.  Hülakü  xan  II 



Fərruxzadı Şirvana hakim təyin etdi. Hülakü hökmdarı Abaqa xanın (1265-1282) 

ölümündən  sonra  hakimiyyət  uğrunda  ayrı-ayrı  şəxslər  arasında  mübarizə 

gücləndi.  Feodal  ara  müharibələri  nəticəsində  Abaqa  xanın  varisləri  Əhməd 

xanın  (1282-1284),    Arqun  xanın  (1284-1291),  Keyxatu  xanın  (1291-1295)  və 

Hülakü  xanın  nəvəsi  Baydu  xanın  (1295)  dövründə  dövlətin  daxili  və  xarici 

vəziyyəti daha da gərginləşdi. Arqun xanın oğlu Keyxatu xanın dövründə (1291-

1295)  maliyyə  vəziyyətini  düzəltmək  üçün  kağız  pullar  (çao)  buraxıldı.  Lakin 

bunun  köməyi  olmadı.  Arqun  xanın  başqa  oğlu  Qazan  xan  (1295-1304) 

hakimiyyəti  dövründə  vəziyyəti  nizama  salmaq  məqsədilə  bir  sıra  islahatlar,  o 

cümlədən müsəlman ruhaniləri və yerli feodallarla yaxınlaşmaq üçün dini islahat 

həyata  keçirdi,  islam  dinini  qəbul  etdi.  Qazan  xanın  islahatları  Hülakülər 

dövlətinin  müvəqqəti  möhkəmlənməsinə  səbəb  oldu.  Bu  vəziyyət  Qazan  xanın 

qardaşı  Məhəmməd  Xudabəndənin  (Ölcaytunun)  (1304-1316)  hakimiyyəti 

dövründə  də  davam  etdi.  O,  Qazan  xanın  bütün  qanunlarının  qüvvədə  qaldığı 

barədə  yarlıq  vermişdi.  Onun  ölümündən  sonra  isə  vəziyyət  kəskin  sürətdə 

dəyişdi.  12  yaşlı  Əbu-Səidin  hakimiyyətə  (1316-1335)  gəlməsi  mərkəzi 

hakimiyyəti tamamilə zəiflədir. Əbu-Səidin hakimiyyətinin ilk illərində dövlətin 

bütün  işləri  Sulduz  tayfasından  olan  Çobanın  əlində  cəmləşmişdi.  O,  Hülakülər 

dövlətinin  faktiki hakiminə  çevrilmişdi  və  Çobani  əmirləri  sarayda  böyük  nüfuz 

sahibi  olmuşdu.  Çobani  əmirlərinin  yüksəlməsindən  narahat  olmağa  başlayan 

Ə

bu-Səid  1328-ci  ildə  Çobanı  öldürtdü.  Daha  sonra  Əbu-Səidin  (1335-ci  il) 



özünün  də  öldürülməsindən  sonra  isə  Hülakü  dövləti  parçalanır.  Çobanilərin, 

Cəlairilərin  və  Xorasan  əmirlərinin  başçılıq  etdikləri  feodal  çəkişmələri  başladı. 

Ara  müharibələri  nəticəsində  Hülakülər  dövləti  müxtəlif  hissələrə  parçalandı. 

Cəlairilər-Bağdadda,  Xorasan  əmirləri-Xorasanda,  Çobanilər  isə  Azərbaycanda 

möhkəmləndilər (Çobanın oğulları Həsən Çoban, Məlik Əşrəf).  


Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin