28. Qaraqoyunlu tayfa ittifaqı və Qaraqoyunlu dövləti. Qara Yusifin daxili və
xarici siyasəti.
Azərbaycan xalqının təşəkkülündə qaraqoyunlu tayfası mühüm rol oynamışdır.
Qaraqoyunlu tayfa birliyi Van gölünün cənubunda məskən salmış, XIV əsrin 70-ci
illərindən Ərzincan, Sivas və Kürdüstanın şimal torpaqlarında möhkəmlənmişlər.
Öncə Həmədan, sonra isə Qəzvinin qərbində yurd salmış Baharlı tayfası tərəfindən
idarə olunurdu. Tərkibində ayınlı, hacılı, alpout, saatlı və s. tayfalar da var idi.
Qaraqoyunlu tayfa ittifaqının bayrağında qara qoçun təsviri var idi. Tayfalar əsasən
qoyunçuluqla məşğul olurdu. Tayfa birləşməsinin əsasını Bayram Xoca qoymuş,onun
ö
lümündən sonra (1380), Qara Məhəmməd (1380-1389) tərəfindən möhkəmlənmiş,
1410-cu ildə isə Qara Yusif güclü dövlət halına gətirmişdir. Qaraqoyunlular Ağqoyunlu,
Cəlairilər və Teymurilərə qarşı mübarizə aparmışlar.
1382-ci ilin payızında Qara Məhəmməd Cəlairi şahzadəsi Şeyx Əliyə qalib gələrək
Təbrizi tutdu. 1387-ci ildə Teymur Naxcıvandan qaraqoyunlular üzərinə hücuma keçdi.
Qara Məhəmməd Çapaqcur döyüşündə Teymurun qüvvələrinə qalib gəldi. Cəlairi
ə
mirlərinin Təbrizə hücumunu eşidən Qara Məhəmməd 1388-ci ildə Təbrizi onlardan
geri ala bildi.
Qara Məhəmmədin ölümündən sonra Qaraqoyunlu tayfa ittifaqına Qara Yusif
başçılıq etdi (1389-1420).
1394-cü ildə Əmir Teymur tərəfindən məğlub edilən Sultan Əhməd Cəlairi və
müttəfiqi Qaraqoyunlu Qara Yusif Misir sultanı Berqoqun yanında sığınacaq tapdılar.
Misir Sultanı Berqoq Teymura qarşı mübarizədə Qaraqoyunlu və Cəlairi qüvvələrindən
istifadə edirdi. Lakin Berqoqun oğlu Sultan Fərəc Teymurla ttifaq yaratmaq üçün hər
ikisini həbsə aldı, yalnız 1405-ci il Teymurun ölümündən sonra onları həbsdən azad etdi.
1406-cı ildə müttəfiqlər iyunda Bağdadı, iyulun sonlarında isə Təbrizi ələ keçirdilər.
1406-cı ildə Təbriz yaxınlığında Şənbi-Qazan döyüşündə Teymuri Əbu Bəkr əzildi. Qara
Yusif 1408-ci il aprelin 21-d Əbubəkrin atası Miranşahı və 20 minlik ordusu ilə ona
köməyə gəlmiş qardaşı Şahruxu Sərdurud adlı yerdə məğlub etdi. Miranşah döyüşdə
öldürdü.
1410-cu ildə Qara Yusifin Ərzincana hücum edən Ağqoyunlu tayfa başçısı Qara
Yuluq Osman bəylə və Amiddəki Şimali Mesopatamiya hakimi ilə vuruşmasından
istifadə edən Sultan Əhməd Təbrizə hücum etdi.
Bundan xəbər tutan Qara Yusif 1410-cu il avqustun 30-da Şənbi-Qazan adlı yerdə
döyüşdə (II Şənbi Qazan döyüşü) Sultan Əhmədi məğlub edərək onu edam etdi.
Cəlairilər hakimiyyətinə son qoyuldu.
1410-cu il Şənbi
–Qazan döyüşündən sonra Şirvanşah I brahimin oğlu Kəyumərs
Təbrizə yaxınlaşdı. Qara Yusif onu əsir alıb sonra azad etdi. Bir müddət keçdikdən sonra
Qara Yusif Şirvana elçi göndərərək I brahimin tabe olmasını tələb etdi. Lakin I brahim
Ş
irvanın müstəqilliyini itirməmək üçün rədd cavabı verdi.1412-ci il noyabrın 6-dan
dekabrın 4- dək Kür çayı sahilindəki döyüşdə Qara Yusiflə I brahim üz-üzə gəldi. I
brahim və onun müttəfiqləri bu döyüşdə məğlub oldular. I brahim və oğlanları əsir
alınaraq Təbrizə aparıldı, ondan 1200 tümən bac tələb olundu. Şirvanşahın Təbrizdəki
tərəfdarları- tacirlər, sənətkarlar tələb olunan bacı verdikdən sonra I brahim azad
olundu və Qara Yusifin itaətini qəbul etdi. 1413-cü ildə brahim Şirvana qayıtdı.
Qara Yusif 1418-1420-ci illərdə Azərbaycana yürüş edən Teymuri Şahruxun
yürüşlərini dəf etdi. Lакin Qara Yusif döyüşlərin birində yaralandı və Təbriz
yaxınlığında Ucan adlı yerdə vəfat etdi (1420 noyabr 17-də). Varisləri: Qara İskəndər,
Ə
bu Səid, Cahanşah.
29. Səfəvilərin Ərdəbil hakimiyyəti
Səfəvilər sülaləsinin yüksəlişi monqol istilası dövrünə təsadüf edir. XIII yüzillikdə
monqolların işğal etdikləri ərazidə kortəbii surətdə sufi-dərviş təriqəti yarandı və
tezliklə sənətkar və kəndlilər arasında geniş yayıldı. XIII əsrin sonunda belə dərviş
ordenlərindən biri də Azərbaycanın Ərdəbil şəhərində yaranmışdı. Ordenin və Şeyxlər
sülaləsinin adı müqədddəs sayılan Şeyx Səfiəddin saq Əl-Musəvi əl-Ərdəbilinin (1252-
1334) adı ilə bağlı idi.
Rəvayətə görə, səfəvilərin banisi Şeyx Səfiəddin iyirmi birinci nəsildən olan
yedinci şiə mamı Musa Kazıımdan törəmədir, bu da bilavasitə Həzrət Əlinin və
Peyğəmbərin qızı Fatimənin iyirmi altıncı nəslidir.
XIV əsrin ikinci yarısı-XV əsrdə Ərdəbil təriqətinin təkcə Azərbaycanda deyil,
Rumda (Kiçik Asiya), farsda, raqda, Gilanda çoxlu müridləri və ardıcılları var idi.
Beləliklə, XV əsrin ikinci yarısında Ərdəbil feodal hakimiyyətinin əhəmiyyəti daha
da artdı. XIV-XV əsrlərdə Səfəvilər ağır həyat keçirən xalqın ədalətli hökmdar
haqqında baş tutmayan arzusunu təcəssüm etdirən şiəliyi Azərbaycanda sürətlə
yaydılar və ideoloji təbliğat vasitəsinə çevirdilər. Səfəvilərin müvəffəqiyyətinə səbəb
Ə
rdəbil şeyxlərinin başçılıq etdiyi hərəkatın ölkənin oturaq əhalisinin tələbini ifadə
etməsi idi.
Bu mübarizələr Şeyx Sədrəddin Musa(1334-1392), Şeyx Xacə Əli(1392-1427),
Ş
eyx brahim(1427-1447), Şeyx Cüneyd(1447-1460), Şeyx Heydər(1460-1488), Şeyx
Sultanəli(1488-1494) və nəhayət Şah smayılılın (1487-1524) dövründə daha kəskin
xarakter aldı.
Səfəvilərin tarixi dörd dövrə bölünür: I dövr (XIII əsrin sonlarından 1447-ci ilə
qədər)-Səfəvilər şiəliyi yayır, xalq kütlələrinin antifeodal hərəkatına başçılıq etməyə
çalışır, lakin hakimiyyətləri hələ ki, Ərdəbildən kənara çıxmır. II dövr(1447-1501)-
özlərini müstəqil ruhani feodalları kimi təqdim edir və Azərbaycanın siyasi həyatında
mühüm rol oynayırlar. III dövr (1501-1587) -Səfəvilərin hakimiyyəti yaranır,
möhkəmlənir və Azərbaycanın iqtisadi-sosial həyatında yenə də mühüm yer tutur.
IV dövr (1587-1736)-paytaxt sfahana köçürülür və dövlətin mahiyyəti dəyişilir.
Bu bölgü əsasında belə qənaətə gəlirik ki, Səfəvilərin Ərdəbil hakimiyyəti 1501, bütün
Azərbaycan hakimiyyəti isə 1736-cı ilədək davam etmişdir. Səfəvilərin Ərdəbil
hakimiyyəti mərkəzləşmiş Azərbaycan dövlətinin yaranması üçün “rüşeym” olmuşdur.
Ş
eyx Cüneyd 1460, Şeyx Heydər isə 1483, 1487, 1488-ci illərdə Azərbaycanın
ş
imalına yürüş etdilər. 1493-cü ildə əsirlikdən çıxan Sultanəli 1 il sonra Şəməsi
döyüşündə öldürüldü. Hakimiyyət başına smayıl gəlməli olsa da, bu hələ onunçün çox
tez idi. Beləliklə Səfəvilərin bütün Azərbaycana hökmranlıq etmək zamanı yetişmişdi.
30. Mə rkə zləş dirilmiş Azə rbaycan Sə fə vi dövlə tinin yaranması.
I Ş ah smayılın daxili və xarici siyasə ti.
1499-cu ildə smayıl Ərçivanda, daha sonra isə Çuxursəddə məskən salaraq öz
tərəfdarlarını topladı. 1500-cü ildə Ərzincanda gələcək planlar haqqında müşavirə
keçirildi və yekun qərar kimi ilk əvvəl 7 min nəfərlik qoşunla Şirvana hücum edildi.
Həmin ilin payızında Cabanı adlı yerdə Qızılbaşlar Şirvanşahları məğlub etdilər,
Ş
irvanşah Fərrux Yassar öldürüldü. 1501-ci ilin yazında smayılın qızılbaş qoşunları
Bakını tutdu. Şirvanşahların xəzinəsi onların əlinə keçdi. 1501-ci ilin payızında Şərur
yaxınlığında Ağqoyunluların bir qolunun rəhbəri Əlvənd Mirzənin 30 minlik qoşunu
darmadağın edildi və Sultan Diyarbəkirə qaçdı. Şeyx smayıl və tərəfdarları Təbrizə
daxil oldular, bununla da Azərbaycanda hakimiyyət Səfəvilər sülaləsinin əlinə keçdi.
Səfəvilər dövləti sosial-iqtisadi cəhətdən daha çox inkişaf etmiş Azərbaycan
ə
razisində yarandı. Bu dövlətdə əhalinin etnik və mədəni birliyə malik çoxluğunu
Azərbaycan türkləri təşkil edirdilər. Eyni zamanda türk soylu tayfalar siyasi, hərbi
komandanlıq, saray vəzifələri, maliyyə işlərində əsas yer tuturdular. Diplomatik
yazışmalar demək olar ki, əsasən Azərbaycanca aparılırdı, ilk dəfə olaraq Azərbaycan
dili rəsmən dövlət dili elan edilmişdi.
1503-cü ildə Şah smayılın çox təkidinə baxmayaraq Ağqoyunlu Murad Mirzə
onunla Almaqulağı(Həmədan) yaxınlığında döyüşə girdi və 70 minlik qoşunu smayılın
12 minlik qoşununa məğlub oldu, Murad Mirzə Şiraza qaçdı. Bununla da Ağqoyunlu
dövləti tamamilə süqut etdi. Bunun ardınca Şah smayıl elə həmin ili Qum, Kaşan və
sfahanı da özündən asılı vəziyyətə saldı. 1504-cü ildə isə Yəzd və Kirman da işğal
olunmuş torpaqlar siyahısına salındı. Öz qələbələri ilə tərəfdarlarını ruhlandıran gənc
hökmdar dayanmaq bilmirdi. O, öz qoşunu ilə birgə Qərbə doğru hərəkət etməyə
başladı və 1507-ci ildə Van ilə Ərzincanı, 1508-ci ildə isə Ərəb raqını tutdu. smayılın
qərbdə hərbi əməliyyatlar keçirməsindən istifadə edən Özbək xanı Şeybani xan
Xorasanı işğal etdi və şaha təhqiredici məktub yazdı, cavabında şah smayıl Xorasana
gələcəyini bildirdi. Həqiqətən də 1510-cu ildə Şah smayıl Xorasana doğru yürüşə
başladı və 1510-cu il dekabrın 1-də Mərv yaxınlığında Şeybani xanı taktiki fəndlə
məğlub etdi və Xorasanı tutdu. Artıq Səfəvilər dövləti uğurlu döyüşlər sayəsində Ön
Asiyada nəhəng bir imperiyaya çevrildi.
Səfəvilər dövründə Azərbaycanın ictimai-iqtisadi və sosial həyatında da mühüm
dəyişikliklər olmuşdu. Təsərrüfat həyatı dirçəlmiş, şəhərlər inkişaf edərək
genişlənmişdi. Xüsusilə də bu dövrdə sənətkarlıq və ticarət xeyli inkişaf edirdi. Təbriz,
Ş
amaxı, Ərdəbil, Bakı və başqa şəhərlər böyüyür və möhkəmlənirdi. Ən böyük şəhər
isə paytaxt Təbriz idi. Bu şəhər Qərb ilə Şərq arasında ticarətdə mühüm rol oynayırdı.
Azərbaycan Səfəvi dövlətinin dövlət quruluşu feodal despotik şahlıq idi. Hakimiyyətin
başında qeyri-məhdud hakimiyyətə malik olan şah dururdu. Ölkə ərazisi əvvəlcə 3,
daha sonra isə 4 Bəylərbəyliyinə bölünmüşdü. Bu bəylərbəyliklərinin başında da şah
tərəfindən təyin olunan bəylərbəyi dayanırdı. O, tabeliyində olan qoşunla təyin edildiyi
ə
razidə sabitliyin qorunmasına cavabdeh idi. Üsyanlar zamanı qonşu bəylərbəyilər bir-
birinə qoşunla kömək də edirdilər.
31. Səfəvilər dövləti I Şah Təhmasibin hakimiyyəti dövründə.
1524-cü ildə Şah I smayıl qəflətən vəfat etdi. Ondan sonra hakimiyyət başına gənc
Ş
ah I Təhmasib çıxdı. Bu zaman ölkədə feodallar arasında çəkişmələr yenidən başlandı.
Qızılbaş əmirləri hakimiyyətin zəifləməsindən istifadə edərək itaətdən boyun qaçırdılar.
Ə
slində dövlət işlərinə on yaşlı Təhmasibin qəyyumu, rumlu tayfasının başçısı Div
Sultan nəzarət etməyə başladı. Lakin ustaclı tayfasının əmirləri Köpək sultan və
Abdulla xan onun hakimiyyətinin möhkəmləndirilməsinə mane olurdular. Şahın gənc və
təcrübəsizliyindən istifadə edən iri tayfa başçıları hakimiyyətə gəlmək uğrunda bir-
birləri ilə qızğın mübarizəyə başladılar, qızılbaş tayfaları arasında gedən bu ziddiyyətlər
nəticəsində mərkəzi hakimiyyətin fəaliyyəti əslində dayandı. Ölkədə hərc-mərclik hökm
sürməyə başladı.
Div sultan Səfəvi dövlətini parçalamaqdan qurtarmaq üçün başqa tərəfdarlarına da
müraciət etdi. Kifayət qədər güc toplamış Div Sultan 1526-cı ildə Köpək Sultan
qüvvələrinə qalib gəldi. 1527-ci ilin iyunda Naxçıvanda Arpaçayı sahilində Div Sultan
Köpək Sultana yenidən qalib gəldi. O öldürüldü. Lakin az sonra Div Sultanın özü də
öldürüldü. Beləliklə Səfəvi səltənətində hərcmərclik qüvvətləndi. Təkəli tayfasından
Ş
ıxı Sultan ön plana çıxsa da Zülqədər tayfasından bir nəfər onu qətlə yetirdi. 1527-
1531-ci illər Səfəvilər səltənətində təkəli tayfasının hakimiyyətdə möhkəmləndirmək
cəhdi artıq həddi-buluğa çatmış olan I Təhmasib tərəfindən qətiyyətlə alınmağa
başlandı.
1531-ci ildə təkəli əmirlərindən biri Ülamə bəy Cənubi Azərbaycana yürüş
etdi.Təbrizi talan edib tayfanın bir hissəsilə Osmanlıya keçdi və sonralar Sultan I
Süleymanın Azərbaycana yürüşlərində iştirak etməyə başladı. Lakin Təhmasib tezliklə
itaətkarlıq göstərməyən feodalların müqavimətini qırdı.
I Təhməsibin ona qarşı xəyanətdə ittiham olunan Hüseyn xanı edam etdirməsi gənc
ş
ahın hakimiyyətə nəzarəti ələ almasına sübut idi. Lakin Təhmasibin yerli əyanların
müqavimətini qırmaq, dövləti möhkəmləndirmək cəhdləri uğurlu olsa da Osmanlı
dövləti ilə münasibətlərin pisləşməsi ümumi inkişafa müəyyən qədər mane olurdu.
Bitlisi ələ keçirən Ülamə bəy Sultan Süleymanı Azərbaycan və raqa yürüş etməyə
təhrik etdi. 1534-cü ilin yayında Sultan 100 minlik qoşunla Azərbaycan sərhədlərini
keçdi və qısa vaxt ərzində Cənubi Azərbaycanın xeyli hissəsini tutdu. Lakin qışın sərt
keçməsi, ərzağın çatışmaması, ən əsası isə Azərbaycanda ciddi müqavimətə rast
gəlmələri Osmanlıların buranı tərk etməsinə səbəb oldu.II yürüş 1535-ci ilin yazında
Təbrizə yürüşlə başladı, lakin buna qədər Şah I Təhmasib əhalini raqa və rana
köçürmüş,düşmən əlinə keçməməsi üçün onların yararlana biləcəyi hər şeyi məhv
eləmişdi.Bu isə düşmənin geri çəkilməsinə səbəb oldu.1548-ci ildə isə növbəti dəfə
Sultan yürüşə başladı, lakin eyni mənzərə ilə qarşılaşdı, üstəlik Şah paytaxtı
Osmanlılara yaxın olan Təbrizdən Qəzvin şəhərinə köçürtmüşdü.1552-ci ildə Şah I
Təhmasib müdafiədən fəal mübarizəyə keçdi və xeyli qənimət ələ keçirdi, düşmən
məğlub edildi.Buna cavab kimi 1554-cü ildə Sultan I Süleyman dördüncü dəfə
Azərbaycana yürüş etdi, Naxçıvana od vuruldu. Lakin buna baxmayaraq Səfəvi
qüvvələri düşmənə bir neçə dəfə ağır zərbələr vurdular.Şirvana hücum etmiş Qasım
Mirzənin qoşunu məğlub edildi. Cəhdlərinin boşa çıxdığını görən Sultan danışıqlara
getdi və 1555-ci ilin may ayında tərəflər arasında Amasiya sülh müqaviləsi
imzalandı.Sülhə əsasən Qərbi Gürcüstan və Qərbi Ermənistan Osmanlılara verildi, Şərqi
Gürcüstan,indiki Ermənistan isə Səfəvilərdə qaldı.
XVI əsrin otuzuncu illərində Şirvanda və Şəkidə əyanların özbaşınalığını görən
Ş
ah Təhmasib 1538-ci ildə Şirvanşahları tamamilə Səfəvilərə birləşdirdi. Şirvanşah II
Xəlilullahın ölümündən sonra (1524-1535) hakimiyyətə gələn Şeyxşahın oğlu Laxruxun
zəifliyindən istifadə edən yerli əyanlar Mərkəzi hakimiyyəti tanımaq istəmədilər. ona
görə də 1538-ci ildə Təhmasib Şirvanın yarımmüstəqilliyinə son qoydu. 1540-cı ildə
Bakı, 1541-ci ildə Tiflis tabe edildi. 1551-ci ildə Şəki birdəfəlik Səfəvi dövlətinə tabe
olundu. Bununla da onun dövründə vahid Azərbaycanın yaradılması prosesi uğurla
başa çatdırıldı. Bu I Təhmasibin ən böyük uğurlarından idi.
Ş
ah I Təhmasib, eyni zamanda, ölkədə ictimai vəziyyətin, mədəniyyətin inkişafı
üçün xeyli uğurlu addımlar atmışdır. Onun sarayında görkəmli alimlər, şairlər, incəsənət
xadimləri yaşamış və Şah onları himayə etmişdir.
32. Sə fə vilə r dövlə ti I Ş ah Abbasın hakimiyyə t dövründə
1587-ci ildə Mürşüdqulu xan, xüsusilə ustaclı və şamlu tayfalarından olan
qızılbaşların Xorasan qrupu Qəzvində on altı yaşlı Abbası şah elan etdilər. Bu vaxta
qədər Qaracadağ, Ərdəbil, Xalxal, Talış istisna olmaqla Azərbaycanın bütün vilayətləri
osmanlı türklərinin əlində idi. Qızılbaş dövləti inkişaf etmiş iqtisadi bölgələrində,
yüksək mədəniyyətindən, güclü hərbi potensialından məhrum edilmişdi. Qızılbaşların
Azərbaycan Səfəvi dövləti tənəzzülə uğrayırdı. 1587-ci ildə özbəklərlə müharibənin
qızğın vaxtında I Abbas atasının şəhərdə olmamasından istifadə edərək qızılbaş və fars
ə
yanlarının köməyilə Qəzvini tutdu. O, qızılbaş bürokratiyasını özünə sadiq dayaq elədi.
Ş
ah Abbas hər şeydən əvvəl orduya xüsusi əhəmiyyət verirdi. taətsiz feodallara
qarşı mübarizə aparmaq, xalq hərəkatını boğmaq və yürüşlər üçün qüdrətli nizami
orduya ehtiyac vardı. Ona görə də Şah Abbas hakimiyyətə gələndən sonra (1587-1629)
Səfəvilərin itirilmiş ərazisini geri qaytarmaq və sarsılmış qüdrətini bərpa etmək üçün
hərbi və inzibati islahat keçirdi. Nizami ordu yaradıldı. Eyni zamanda iranlılardan ibarət
olan şiə ruhani və məmurlarının dövlət işlərində iştirakını gücləndirdi. ri torpaq
sahiblərinin sıxışdırılması, edam edilmiş feodallann torpaqlarının ələ keçirilməsi
hesabına şah öz şəxsi torpaqlarını xeyli genişləndirdi. Bu mübarizədə xeyli feodal
hakim və əmirlər məhv edildi. Şah Abbas hakimiyyətə qarşı çıxan təkəli tayfasına
amansız divan tutdu. Onun əmrilə bir sıra tayfalar məhv edildi. Yeni şah dövlətin
maliyyə vəziyyətini yaxşılaşdırmaq məqsədilə yüksək dövlət vəzifələrinə irəli çəkilən
bütün şəxslərdən peşkəş adı ilə xəzinəyə müəyyən məbləğ verilməsini tələb etdi. Pul
islahatı keçirdi. Maliyyə işi qaydaya salındı. 7,7 qram ağırlığında olan qızıl və gümüş
skkələr (Abbası) uzun müddət təkcə Səfəvilər deyil, şərqdə sərbəst dövriyyədə
olmuşdur.
On illərlə davam edən dağıdıcı müharibələrdən sonra, 1590-cı ildə stanbulda
Səfəvi-Türkiyə dövlətləri arasında sülh müqaviləsi imzalandı. Sülh müqaviləsi
Azərbaycanı Səfəvi və Türkiyə dövlətləri arasında böldü, ölkənin böyük hissəsi
Osmanlı feodallarının sərəncamına keçdi. Şirvan, Qarabağ, Təbriz, Sərab, Marağa və
onların qərbində yerləşən digər torpaqlar Türkiyəyə verildi. Xalxal, Ərdəbil, Qaracadağ
və Talış Səfəvilər tərəfində qaldı. Beləliklə, Səfəvi-Osmanlı arasında bağlanmış 1590-cı
il müqaviləsi Azərbaycan torpaqlarını parçaladı. Əslində Amasiya müqaviləsinin şərtləri
tamamilə pozuldu.
Lakin I Şah Abbasın apardığı məqsədyönlü siyasət Səfəvilər dövlətinin tədricən
yenidən dirçəlməsinə şərait yaratdı. XVII əsrin əvvəllərindən Azərbaycanda Osmanlı
hakimiyyəti zəiflədi.
1603-cü ilin sentyabrından I Abbas Azərbaycan torpaqlarını geri qaytarmaq
məqsədilə hərbi yürüşə başladı. Öz növbəsində Təbrizlilər Osmanlılara qarşı üsyan
qaldırdılar. 1603-cü ilin oktyabrında I Abbas Təbrizi tutdu. Yürüşlərini davam etdirən I
Abbas Mərənd, Xoy, Salmas, daha sonra Culfa, Naxçıvanı və b. şəhərləri azad etdi.
1604-cü ilin iyun ayında rəvan qalası tutuldu. Elə bu ərəfədə Gürcüstanla məsələlər
Səfəvilərin xeyrinə həll olundu.
Bundan sonra Azərbaycanın şimal torpaqları uğrunda mübarizə davam etdirildi.
1606-cı ilin iyun ayında Gəncə, 1607-ci ilin qışında Bakı, 1607-ci ilin martında
Dərbənd tutuldu. 1612-ci ilin Sərab sülhünə görə 1555-ci ilin sülh müqaviləsinin şərtləri
bərpa olundu. 1618-ci ilin Mərənd sülhü bunu bir daha təsdiq etdi. 1639-cu il mayın 17-
də imzalanmış Qəsri-Şirin müqaviləsi Osmanlı-Səfəvi münasibətlərini bir daha yoluna
qoydu və 1612-ci ilin müqaviləsini təsdiq etdi. Bağdad daxil olmaqla ərəb raqı Osmanlı
dövlətinə verildi. Eyni zamanda Van, Qars, Axıska əraziləri də Osmanlı dövlətinə çatdı.
33.Səfəvilər dövlətində inzibati-idarəetmə, mülkiyyət formaları.
Tə sə rrüfat hə yatı
Səfəvilər dovləti 1501-ci ildə Şah smayıl Xətai tərəfindən yaranmışdır. Bu
dövlət bəzən Qızılbaşlar dövləti də adlanırdı. Dövlətin başında qeyri-məhdud
hakimiyyətə malik şah dururdu.O,eyni zamanda şiələrin ruhani başçısı hesab
edilirdi.Şahın yanında məşvərətçi orqan olan Ali məclis fəaliyyət göstərirdi. Ali məclis
Azərbaycan tayfalarının ən nüfuzlu əmirlərindən ibarət idi. Şahın dünyəvi və dini işlərdə
müavini vəkil adlanırdı və o dövlətdə ikinci şəxs sayılırdı. Səfəvi dövlətində baş
komandan əmir-ülüməra adlanırdı. Bu dövlətin əsas hərbi qüvvəsi Azərbaycan
tayfalarından ibarət çərik adlanan hərbi dəstə idi. Çərik atlı feodal qoşunu idi. Çərik
dəstəsinə qorçubaşı başçılıq edirdi. Mülki işlərə vəzir başçılıq edirdi.O,mədaxil və
məxaricə nəzarət edirdi. Dini işlərə isə sədr rəhbərlik edirdi. Məhkəmə işləri şəriət
normaları əsasında aparılırdı. Məhkəmədə hakimliyi qazılar, müftilər, şeyxülislam
edirdi.
Səfəvi dövlətinin ərazisi inzibati cəhətdən bəylərbəyiliklərə, onlar da
mahallara bölünürdü. Bəylərbəyi yalnız şah tərəfindən seçilirdi. Hər bir bəylərbəyi
müəyyən qədər qoşun saxlayırdı. Səfəvilər dövləti dövründə Azərbaycan inzibati
cəhətdən dörd bəylərbəyilikdən ibarət idi. Bunlar Şirvan, Qarabağ, Çuxursəəd və Təbriz
bəylərbəyi idi. Mahallara isə qolbəyi başçılıq edirdi.XVI əsrdə isə bu naib adlanırdı.
Daha kiçik inzibati ərazilərə isə sultan başçılıq edirdi. Ali hərbi inzibati mövqe tutan
şə
xs xan adlanırdı.Kətxudalar kəndlərə, kələntərlər isə şəhərlərə rəhbərlik edirdi.Hər bir
şə
hərdə asayişin qorunmasına darğa başçılıq edirdi və o, kələntərdən asılı idi.
Səfəvi dövlətində idarəetmədə irsilik prinsipi saxlanılırdı və bu müəyyən mənada
ölkənin abadlaşdırılması, təsərrüfatın inkişaf etdirilməsinə öz təsirini göstərirdi. Yerli
hakimlər də irsilik qaydasının saxlanılmasına can atırdılar.
Qızılbaşlar dövründə Azərbaycanda mülkiyyət formaları demək olar ki,
dəyişməmişdir. Dövlətə məxsus torpaqlar divan adlanırdı.Şah ailəsinə mənsub torpaqlar
isə xass və yaxud da xalisə toraqları idi. Feodalın şəxsi torpağı mülk,dini idarə torpağı
vəqf və camaata mənsub icma torpaqları hələ də mövcud olmuşdur. Soyurqal isə
məhdudlaşdırılmışdır və soyurqalı tiyul əvəz etmişdir.Məhdudlaşdırılmasına baxmayaraq
bu mülkiyyət forması da qalmaqda idi və vergi, məhkəmədən azad idi. Tiyul sahibi
tiyuldar adlanırdı və o,dövlətə xidmət etməyə borclu idi.Tiyul torpaqları şərti torpaqlar
idi və yalnız şahın icazəsi ilə irsən keçə bilərdi.Bu torpaqlar mülki və hərbi xidmət
müqabilində verilirdi.Vəqf torpaqları isə vergilərdən azad torpaqlar idi.Dövrün aparıcı
torpaq mülkiyyət formaları isə divan və xalisə olmuşdur.Divan torpaqlarından gələn gəlir
dövlət xərclərini ödəməyə sərf edilirdi. Xalisədən gələn gəlir isə şahın icazəsi ilə şah
soyadı üzvlərinə xərclənirdi.Mülk torpaqları isə azad alış və satış obyekti idi.Mülk sahibi
mülkədar adlanırdı və o istədiyi vaxt bu torpaqları bağışlaya,sata bilərdi. Camaat
torpaqları kəndlilərə məxsus torpaq idi. Bu torpaqlar bəzən feodallar tərəfindən
mənimsənilirdi,çünki bu torpaqları ələ keçirmək nisbətən asan olurdu.
Səfəvilər dövründə təsərrüfat həyatı canlanmış,təsərrüfatda bir sıra irəliləyişlər
olmuşdur. Lakin XVII əsrdə təsərrüfat həyatında geriləmə oldu.Bunun əsas səbəbi
Səfəvi-Osmanlı müharibələri olmuşdur.Sikkələr xarab olmuş və bunun nəticəsində
ə
mtəə-pul münasibətləri zəifləmişdir.Bu da təsərrüfata ziyan vurmuşdur.Bu vəziyyətdən
çıxış üçün isə əhalinin vergiləri üçqat artırılmışdır.Təsərrüfatda geriləmənin digər səbəbi
isə Hindistana dəniz yolunun kəşf edilməsi nəticəsində pək yolunun tədricən öz
ə
həmiyyətini itirməsi olmuşdur.
Kənd təsərrüfatında isə bir çox irəliləyişlər olmuşdur. XVI-XVII əsrlərdə
Azərbaycanda Şərq ölkələrinə məxsus bütün məhsullar demək olar ki, yetişdirilirdi.Kənd
təsərrüfatında bağçılıq,tərəvəzçilik inkişaf etdirilmişdir.Bu sahələrə görə Bakı, Naxçıvan,
Təbriz, Şamaxı fərqlənirdi.
Dostları ilə paylaş: |