1847-ci il “Kə ndli Ə sasnamə lə ri”. Azərbaycanın sahibkar kəndində bəy-kəndli
münasibətlərinə tam hüquqi aydınlıq gətirmək və bu münasibətləri rəsmi şəkildə
tənzimləmək üçün çar höküməti 1847-ci ilin aprelin 20-i və dekabrın 28-də “Kəndli
Ə
sasnamələri” adlanan sənəd qəbul etdi. Bu sənəd Şuşa, Şamaxı, Şəki, Bakı, Quba və
Lənkəran qəzalarının bəy kəndlilərinə, həmçinin Qazax, Şəmşəddil və Borçalı
məntəqələrinin ağa kəndlilərinə aid idi. Bu sənədə görə 15 yaşından yuxarı kişi xeylağı
olan kəndli 5 desyatinə qədər torpaq payı ilə təmin olunmalı, bunun əvəzində kəndli
taxil məhsulunun ondabirini, çəltik, meyvə-tərəvəz məhsulunun üçdə birini malcəhət
vergisi şəkilində bəyə ödəməli idi. Kəndli torpağı bəyin iş eyvanı, toxumu və
alətlərindən istifadə edərək becərirdisə, malcəhət məhsulun beşdəbirini təşkil edirdi.
Otlaqlardan istifadə edən kəndlilər bəyə çöpbaşı vergisi ödəməli idilər,bəy
təsərrüfatında biyara çıxmaq üçün hər kəndli ailəsi bir kişi ayırmalı idi. Biyara çıxan
kəndli ildə 18 gün əkin-biçin işi aparmalı idi. Kəndli biyara çıxmaq istəmirdisə,
ə
vəzində pul ödəməli idi. Bütün kəndlilər hamılıqla ildə iki gün bəyin təsərrüfatında
ə
vrəz adlanan işi yerinə yetirməli idi. Bəyin ev işlərini görmək üçün hər on kəndli ailəsi
bir kişi ödəməli idi. “Əsasnamələr”lə bəylərə kəndlilər üzərində polis və məhkəmə
hüququ, kəndlilərə isə yaşayış yerini dəyişib başqa kəndlərə keçmək hüququ
verilirdi.Başqa bəyin kəndinə keçmək istəyən kəndli bütün vergi və mükəlləfiyyətləri
ə
vvəlcədən ödəməli və onu qəbul edəcək bəyində razılığını almalı idi. 1847-ci il
“Kəndli Əsasnamələri” ali müsəlman zümrəsi ilə kəndlilər arasındakı qarşılıqlı
münasibətləri rəsmiləşdirərək qanuni şəklə saldı.
45. XIX ə srin I yarısında Ş imali Azə rbaycan mə də niyyə ti
Maarif. XIX əsrin birinci yarısı Şimali Azərbaycanda maarif işində yeni bir
dövrdür. Bu dövrdə qabaqcıl ziyalılar Azərbaycanda xalq maarifini yüksəltməklə
xalqın savadlanması qayğısına qalır,yeni tipli təhsil ocaqları açmaq üçün hakim
dairələrə müraciətlər edirdilər. Həmin dövr Azərbaycan ziyalıları arasında A.Bakıxanov
və M.F.Axundov xüsusi yer tuturdular.
XIX əsrin birinci yarısında Şimali Azərbaycanda təhsil ocaqları,əsasən
məscidlərin nəzdindəki məktəblər və mədrəsələr idi. 1858-ci ildə Şamaxı
quberniyasında 4700 nəfərin təhsil aldığı 299 məktəb və mədrəsə var idi.Şimali
Azərbaycan işğal edildikdən sonra milli maarifçilərin səyi ilə Azərbaycan-rus
məktəbləri yaradıldı.Bu tipli məktəblər XIX əsrin 30-cu illərində Şuşada, Nuxada,
Bakıda, Gəncədə, Şamaxıda və Naxçıvanda açılmışdı. Sonrakı illərdə bu məktəblərdən
ə
lavə dörd sinifli məktəblər də açıldı. Bu tədris müəssisələrini açmaqda çar hökumətinin
ə
sas məqsədi yerli inzibati idarələrdə müstəmləkə siyasətini yürütməkdə ona kömək edə
biləcək tərcüməçilər, mirzələr-bir sözlə, etibarlı milli kadrlar yetişdirmək idi.
Elm. XIX yüzilliyin birinci yarısında Azərbaycanda çox inkişaf etmiş elm
sahələrindən biri tarix elmi idi. Həmin dövrdə yaşayıb yaratmış Mirzə Adıgözəl bəy,
Mirzə Camal, Kərim Ağa Fateh, Seyid Əbdül Həmid bu gün də əhəmiyyətini saxlayan
bir sıra qiymətli tarix əsərləri yaratmışlar. Əsasən xanlıqlar dövrünün tarixinə həsr
edilmiş həmin əsərlərdən fərli olaraq A.Bakıxanovun “Gülüstani- rəm”ində qədim
dövrdən başlamış XIX yüzilliyin əvvəllərindək Şirvanın tarixi öz əksini tapmışdır.
Azərbaycanlı alimlər rus şərqşünaslığının əsasının qoyulması və inkişafında da mühüm
rol oynamışlar. XIX yüzilliyin başlanğıcında Mirzə Cəfər Topçubaşov Peterburq
universitetində Şərq dillərini tədris etmiş, ran ədəbiyyatı kafedrasının müdiri olmuşdur.
Görkəmli şərqşünas alim Mirzə Məhəmmədəli Kazımbəy Qazan universitetində ran
ə
dəbiyyatı, türk-tatar dilləri müəllimi, professoru, fakültə dekanı olmuşdu. Şərqşünaslıq
sahəsində 100-dən çox əsər yazmış M.Kazımbəy Azərbaycan dilinin qrammatikasını
nəşr etdirmişdi. Məşhur səyyah-alim Hacı Zeynalabdin Şirvani Şərq ölkələrinin çoxunu
gəzmiş, 36 il müddətində 60 min km qədər yol qət etmiş, əsərlərində gəzdiyi, gördüyü
ölkələrin xalqlarının iqtisadi-mədəni həyatını, məişət və adətlərini təsvir etmişdir. XIX
yüzilliyin 30-cu illərində Azərbaycan mətbuatının əsası qoyulmuşdu. 1832-ci ildə
Tiflisdə həftədə bir dəfə “Tatar xəbərləri” qəzeti çıxmağa başlamışdı. 1850-ci illərin
sonlarında Şamaxı quberniyasında iki kiçik mətbəə fəaliyyət göstərirdi.
Ə
dəbiyyat. XIX yüzilliyin birinci yarısında Azərbaycan ədəbiyyatı iki-
romantikvə realist cərəyan istiqamətində inkişaf edirdi. Görkəmli mütəfəkkir Mirzə Şəfi
Vazeh (1794-1852) Gəncədə memar ailəsində anadan olmuşdu. M.Ş.Vazeh lirik şerlər
yazmış, əsərlərində azadlıq müjdəçisi kimi çıxış etmişdir. A.Bakıxanov da Qüdsi
təxəllüsü ilə bir çox bədii əsərlər yazmışdır. Realist ədəbi cərəyana smayıl bəy
Qutqaşınlı da daxil idi Qutqaşınlı fransız dilində yazılmış “Rəşid bəy və Səadət xanım”
povestinin müəllifidir. Azərbaycan satirik poeziyasının görkəmli nümayəndəsi Qasım
bəy Zakir (1786-1857) olmuşdur. XIX yüzillikdə Azərbaycan mədəniyyətinin ən böyük
nümayəndəsi heç şübhəsiz ki, maarifçi-demokrat, görkəmli ictimai xadim, Azərbaycan
realist ədəbiyyatının əsasını qoymuş Mirzə Fətəli Axundov (1812-1878) olmuşdur.
M.F.Axundov Azərbaycan ədəbiyyatında dramaturgiyanın əsasını qoymuşdur. 50-ci
illərdə yazdığı dram əsərlərlərini o dövrün güzgüsü adlandırmaq olar.
ncəsənət. XIX yüzilliyin biirnci yarısında Azərbaycanın xalq musiqisi, təsviri və
tətbiqi incəsənəti, memarlığı inkişaf edir, teatr sənəti sahəsində ilk addımlar atılırdı. Bu
dövrdə aşıq sənət ilə sıx bağlı olan musiqili folklor xeyli inkişaf etdi, aşıq dəstələrinin
çıxışları kütlələr arasında böyük rəğbətlə qarşılanırdı. Azərbaycanın gözəl güçəsi
Qarabağ xanəndələr məskəni idi. Azərbaycanda ilk teatr tamaşalarının qoyulmasıda bu
dövrdə olmuşdur. Şuşa, Lənkəran və Şamaxı şəhərlərində teatr tamaşaları qoyulurdu.
Təsviri incəsənət sahəsində realist ənənələr inkişaf edirdi. Bu ənənələr görkəmli
rəssam Mirzə Qədim rəvananının yaradıcılığında öz parlaq əksini tapmışdır.
Azərbaycan tətbiqi sənətinin ən gözəl nümunələri ölkənin bir çox yerində geniş inkişaf
etmiş xalçaçılığda, tikmələrdə, təkalduzçuluqda, zərgərlikdə öz əksini tapmışdır.
Memarlıq sənəti sahəsində də görkəmli nailiyyətlər əldə edilmişdir. Bu dövrdə Şamaxı
şə
hərinin bərpasına başlanmış, bəzi inzibati, yeni tipli yaşayış binaları tikilmişdir.
46. XIX ə srin 60-70-ci illə rində Ş imali Azə rbaycanda burjua islahatlarının
keçirilmə si
1870-ci il kə ndli islahatı.1861-ci ildə Rusiyada kəndli islahatı keçirilmlş və
təhkimçilik hüququ ləğv edilmişdi. Çar hökuməti XIX əsrin 60-cı illərinin əvvəllərində
Ş
imali Azərbaycanda kəndli islahatının keçirilməsinə hazırlıq görməyə başladı. Rusiya
hökuməti nəhayət 1870-ci il mayən 14-də Azərbaycanən sahibkar kəndində islahat
keçirilməsini nəzərdə tutan Əsasnaməni təsdiq etdi. Əsasnamədə kəndlilərə azadlıq
verilməsi, torpaq, vergi və mükəlləfiyyət məsələlərinə toxunulmuşdu. Əsasnamə ilə
Azərbaycanın sahibkar kəndlilərinin feodal asılılq münasibətlərinə son qoyulması və
onlara azadlıq verilməsi elan edilirdi. Əsasnaməyə görə kəndlinin istifadəsində olan
torpaq və əkin sahələri, meyvə, tut, üzüm bağları onun pay torpağı elan edilirdi və
həmin pay torpağı kəndlinin daimi istifadəsinə verilirdi.Kəndli öz pay torpağını hissə-
hissə və ya bütöv şəkildə sahibkarla qarşılıqlı razılığa əsasən satın ala bilərdi,ancaq satın
alınacaq torpaqlar bir ev və ya kəndli ailəsi üçün 15 desyatindən çox ola bilməzdi.
Satınalma zamanı kəndliyə dövlət tərəfindən heç bir yardım göstərilmirdi.Sahibkar
kəndlilərinin satın alacaqları torpaqların qiymətləri çox yüksək müəyyən edilmişdi və
bütövlükdə Rusiyadakından 7,7 dəfə baha idi. Üstəlik dövlət də “ödənc” əməliyyatının
həyata keçirilməsinə heç bir maddi yardım göstərmirdi. Rusiyada torpağın satın
alınması həmdə məcburi idi. 1870-ci il kəndli islahatı Azərbaycanın sahibkar kəndlisini
torpaq mülkiyyətçisinə çevirmək əvəzinə, onların yalnız torpaqdan daimi istifadə
hüququnu qanuni şəklə salmışdı. 1870-ci ildən 1912-ci ilədək Şimali Azərbaycanın çox
az – çəmi 40 sahibkar kəndində 2 min desyatin torpaq sahəsi kəndlilər tərəfindən satın
alınmışdı.Buna görə də sahibkar kəndliləri 1912-ci il aqrar islahatına qədər öz pay
torpaqlarının mülkiyyətçisinə çevrilə bilmədiklərindən uzun müddət “müvəqqəti
mükəlləfiyyətli” hesab edilmişdilər. Biyar mükəlləfiyyəti 1870-ci il islahatına görə ləğv
edilmişdi.Biyar hər desyatin pay torpağına görə otuz qəpik pulla əvəz olunurdu.1870-ci
il islahatı kəvddə kapitalist münasibətlərinin inkişafına müəyyən yol açmışdı.
Məhkəmə islahatı.1864-cü il noyabrın 20-də Rusiyada həyata keçirilən
məhkəmə islahatına görə silki məhkəmə ləğv edilir,bütün zümrələr üçün eyni olan
ümumi məhkəmə yaradılırdı.Məhkəmə islahatı Şimali Azərbaycanda guya əhalinin
“ictimai şüur baxımından geri qalması” bəhanəsi ilə bir qədər gec və ləng həyata
keçirildi. Bu zaman Rusiyadan fərqli olaraq 22 noyabr 1866-cı il Nizamnaməsi əsas
götürüldü. Nizamnaməyə görə Azərbaycanda məhkəmədə andlı iclasçıların iştirakı
nəzərdə tutulmamışdı. Məhkəmə hakimləri seçki yolu ilə seçilmir, yalnız Qafqaz
canişininin təqdimatı əsasında təyin edilirdilər. Hakim vəzifəsinə bir qayda olaraq
azərbaycanlılar təyin edilmirdilər. Azərbaycanlı yalnız hakimin müavini vəzifəsini tuta
bilərdi. Məhkəmə yalnız rus dilində aparıldığından iclaslarda tərçüməçi iştirak
edirdi.Quberniyalarda yaradılan dairə məhkəmələri Şimali Azərbaycanda ən ali
məhkəmə distansiyası olub, Tiflis Məhkəmə Palatasına tabe idi. Barışıq məhkəməsi isə
bir pillə aşağı məhkəmə orqanı hesab olunurdu. Qafqaz canişini tərəfindən təyin olunan
barışıq hakimləri mülki işlərə, şəxsi münaqişələrə və xırda cinayət işlərinə baxırdılar.
Şə
hə r islahatı.XIX əsrin 60-70-cı illərində həyata keçirilən burjua islahatlarından
biri də şəhər islahatı idi. 16 iyun 1870-ci ildə Rusiyada şəhər idarə orqanlarının təşkili
haqqında Əsasnamə qəbul edildi. XIX əsrin 70-ci illərində Şimali Azərbaycanda şəhər
statusuna malik olan 10 şəhər var idi. Şəhərlərimizdə ictimai idarə sistemi mövcud
olmayıb, şəhər təsərrüfatı tamamilə polis idarəsinin ixtiyarında idi. Çar höküməti 1870-
ci il Əsasnaməsini Azərbaycan şəhərlərinə tətbiq etməyə tələsmirdi.70-ci il Şəhər
Ə
sasnaməsi ilk dəfə 1878-ci ildə yalnız Bakı şəhərində tətbiq edildi. Əvvəlcə 6-9
dekabr 1877-ci ildə əmlak senzi əsasında Bakı Şəhər Dumasına seçkilər keçirildi. Şəhər
ə
halisi ödədiyi verginin miqdarına uyğun olaraq üç qrupa bölündü və hər qrup Dumaya
24 qlasnı-deputat (üzv) seçə bilərdi. Şəhərin əsil sahibi olan Azərbaycan əhalisindən
seçilən deputatların sayı xristian qlasnıların sayından çox ola bilməzdi. Əsasnaməyə
uyğun olaraq şəhərin aşağıdakı ictimai idarə orqanları yaradılmışdı: 1. Şəhər Duması, 2.
Dumanın icraedici orqanı olan Şəhər idarəsi. Bu iki orqanın başçısı (qlava) yalnız rus
olmalıdı idi. Başçını Şəhər Duması seçsə də, Daxili şlər Nazirliyi təsdiq edirdi. Bakı
Şə
hər Duması 8 yanvar 1878-ci ildə açıldı. Şəhər Dumasının səlahiyyət dairəsinə şəhər
təsərrüfatının idarə edilməsi, yerli ticarət və sənayenin himayə edilməsi, yanğınla
mübarizə, səhiyyə, xalq təhsili kimi sahələr daxil idi. Bakı Şəhər Dumasında bütün işlər
rus dilində aparılırdı. Çar höküməti 1892-ci ildə yeni Şəhər Əsasnaməsi verərək
qubernatorların şəhərlərin özünüidarə işlərinə müdaxilələr etmək sahəsində hüquqlarını
genişləndirdi. Bu Əsasnaməyə uyğun olaraq 1897-ci ildə Gəncədə tam həcmli şəhər
özünüidarəsi, Lənkəran, Nuxa, Şamaxı, Quba və digər şəhərlərdə isə sadələşdirilmiş
ictimai idarələr yaradıldı.
nzibati idarə sistemində də yiş ikliklə r.1859-cu ildə Şamaxıda baş verən
zəlzələdən sonra quberniyanın mərkəzi Bakıya köçürüldü və Şamaxı quberniyası Bakı
quberniyası adlandırıldı. 1860-cı il inzibati islahatana görə Dərbənd quberniyası ləğv
edildi, Quba qəzası Bakı quberniyasının tərkibinə qatıldı. Şimali Azərbaycanın inzibati-
ə
razi bölgüsündə ən ciddi dəyişiklik 1868-ci ildə mərkəzi Gəncə olmaqla, Yelizavetpol
quberniyasının yaradılması oldu. 1883-cü ildə çar höküməti Qafqaz canişinliyini ləğv
etdi və diyarın idarəsi Qafqazdakı mülki hissə üzrə baş rəisə tapşırıldı.
47. XIX əsrin ikinci yarısında Şimali Azərbaycanda neft sənayesi
XIX yüzilliyin son rübündə bütün dünyanın diqqətini özünə cəlb edən Bakının
zəngin neft sərvəti 70-ci illərə qədər Rusiyada geniş yayıla bilmədi. 1872-ci ildə neft
sənayesinin inkişafına əngəl törədən iltizam sistemi ləğv edildi. Həmin ilin dekabrında
neft yataqları müzaidə(torq) vasitəsilə ayrı-ayrı kapital sahiblərinə uzun müddətli
icarəyə verildi (əslində auksiyon vasitəsilə sahibkarlara satıldı). 60-cı illərin
ə
vvəllərindən buruqla quyu qazmağa dəfələrlə cəhd edildi və 1871-ci ildə buna nail
olundu. Balaxanıda Mirzoyev qardaşlarının mədənlərində mexaniki üsulla qazılan quyu
45 metrə çatan kimi neft verdi. 1873-cü ildə buruqla quyu qazmaq işində ilk buxar
mühərriklərindən istifadə olundu. 70-ci illərin əvvəllərindən etibarən Balaxanıda,
Zabratda, Bibi-Heybətdə, Binəqədidə neftin fontan vurması buraya marağı artırmaqla
bərabər, neftli torpaq sahəsinin qiymətini min manatdan 45 min manata qaldırdı.
ΧΙΧ əsrin 70-ci illərindən 1917-ci il fevral burjua-demokratik inqilabının
qələbəsinə qədər Bakıda neft sənayesinin tarixini üç dövrə bölürlər (1872-1900, 1901-
1913, 1914-1917). Dövrlərin hər biri səciyyəvi cəhətləri ilə bir-birindən fərqlənir.
Birinci dövr neft sənayesinin sürətlə təşəkkülü və tərəqqisi dövrü idi.
Neft sənayesi inkişafının birinci dövründə burada əsas rolu yerli və rus kapitalı
oynayırdı. Neft istehsalı ilə məşğul olan şirkətlərin sayı ildən-ilə artırdı. Xarici kapitalın
ilk nümayəndəsi isveç təbəəsi Robert Nobel oldu. Nobel qardaşları Bakıya 70-ci illərin
ortalarında gəlsələr də öz şirkətlərini 1879-cu ildə təşkil edə bildilər. 1873-cü ildə
Bakıda 12 şirkət olduğu halda, əsrin sonunda onların sayı 140-a çatırdı. 1870-ci ildən
1901-ci ilə qədər neft istehsalı 165 dəfə artaraq 3 mln puddan 667 mln puda çatdı. Bakı
neft sənayesi dünya neft istehsalının yarıdan çoxunu və Rusiyadakının 95 faizini verirdi.
70-ci illərin sonunadək neft Xəzər dənizi və Volqa ilə yelkənli gəmilər vasitəsilə
boçkalarda Rusiyanın daxili əyalətlərinə daşınırdı. D. .Mendeleyevin təklifi ilə 1897-
1907-ci illərdə Bakı ilə Batum arasında çəkilmiş 829 verst uzunluğunda neft kəməri
iqtisadi cəhətdən çox faydalı oldu. Həmin kəmər vasitəsilə ildə 60 mln pud neft nəql
edilirdi. 70-ci illərdə neftayırma zavodların sayı 47-yə çatdı. Onların içərisində
H.Z.Tağıyevin və Kələntərovun zavodları fərqlənirdi. Xırda neftayıran zavodların
təmərküzləşməsi nəticəsində əsrin sonunda neftayıran zavodların sayı 101-ə endi. Ağ
neft zavodlarının 20-də sürtgü yağları hazırlanırdı. Neftin emalı sahəsində əldə edilən
nailiyyətlərdən biri də 70-ci illərin sonunda neft qalıqlarından kükürd turşusu istehsal
edən müstəqil zavodların yaranması idi.
Az vaxtda Bakıda onlarla neft sənaye milyonçuları meydana çıxdı. Onların
arasında azərbaycanlı kapitalistlərdən H.Z.Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov,
Şə
msi Əsədullayev və b. da var idi. Xarici kapital Nobel qardaşları, Vişau (ingilis),
Rotşild (Fransa) kimi milyonçularla təmsil olunurdu. Bakı neft maqnatları 1884-cü ildə
xüsusi bir mərkəz, neft sənayeçiləri qurultayı yaratdılar. 1893-cü ildə Peterburqda “Bakı
kerasin zavodçularının ittifaqı” yarandı.
48. XIX ə srin ikinci yarısında Azə rbaycan mə də niyyə ti
Azərbaycanın sosial-iqtisadi və siyasi həyatında baş verən dəyişikliklər ΧΙΧ
ə
srin ikinci yarısında mədəniyyətdə də əksini tapırdı. Əsrin birinci yarısında
fəaliyyət göstərən məktəblər və mədrəsələr yenə qalmaqda idi.
Rusiyada həyata keçirilən məktəb islahatları 70-ci illərdən başlayaraq
Azərbaycanda ibtidai təhsil sahəsində canlanmaya səbəb oldu. Məktəbdə təhsil
müddəti dörd il idi. Tədris planına ana dili, şəriət, rus dili, hesab, coğrafiya, tarix,
nəğmə, təbiətşünaslıq fənləri daxil idi. 1887-ci ildə Bakıda Rus-Azərbaycan
məktəbi açıldı. Onun rəhbərləri S.M.Qənizadə və H. Mahmudbəyov idi.
1864-cü ildə Zaqatalada təhsil müddəti bir il olan qız məktəbi açıldı.
Naxçıvan, Yelizavetpol, Şamaxı, Nuxa, Şuşada dördsinifli qəza məktəbləri (cəmisi
5) açılmışdı. XIX əsrin 70-ci illərində Yelizavetpolda orta məktəb, Bakıda Real
məktəb və s. açılmışdı.
1876-cı ildə Qori şəhərində Zaqafqaziya Müəllimlər Seminariyası təşkil
olundu. 1879-cu ildə həmin seminariyada Azərbaycan bölməsi yaradıldı.
1896-cı ildə Bakıda H.Z.Tağıyev öz puluna qızlar məktəbi açdı.
Kitabxanalar açılırdı. Məsələn N.Nərimanov 1894-cü ildə qiraətxana açdı.
ΧΙΧ əsrdə Azərbaycanda fəlsəfi və ictimai fikirin inkişafı M.F.Axundovun
adı ilə bağlıdır. Onun yaradıcılığı və dünyagörüşü ΧΙΧ əsrin 60-70-ci illərində
fəlsəfi fikir tarixində bütöv hadisə idi. O, həm də Azərbaycanda dramaturgiyanın
banisi hesab olunur (altı komediyası).
ΧΙΧ əsrin ikinci yarısında poeziya əsas etibarilə dörd qol üzrə – yazılı
ə
dəbiyyatda aşıq şeri, realist satirik cərəyan, qəzəl şeiri və dini mərsiyyə şeiri –
inkişaf edirdi. Bu dövrün xalq aşıqlarından Dədə Ələsgər, aşıq Nəcəfqulu, Hüseyn
Bozalqanlı, Çoban Əfqan, Mola Cümə və başqaları böyük şöhrət qazanmışdı.
Qəzəlçiliyin geniş yayılması ilə əlaqədar olaraq Bakıda, Şamaxıda,
Qarabağda, Lənkəranda, Ordubadda şairlərin bir sıra ədəbi məclisləri təşkil
olunmuşdu. Şuşadakı «məclisi-üns» ədəbi məclisin üzvlərindən biri xan qızı
Xurşidbanu Natəvan (1832-1897) idi.
Bu dövrdə realist satirik poeziyanın ən görkəmli nümayəndəsi S.Ə.Şirvani
idi. O, zəngin irs qoyub getmişdi.
1875-ci il iyunun 22-də H.B.Zərdabinin «Əkinçi» qəzetinin birinci nömrəsi
çapdan çıxdı. 1877-ci il sentyabrın 29-dək çap olunan «Əkinçi» qəzeti ayda iki
dəfə 300-400 tirajla çap olunmaqla cəmi 56 nömrəsi çıxmışdı. 1873-cü il martın
22-də M.F.Axundovun “Hacı-Qara” komediyası tamaşaya qoyulmuşdu. Bu işdə
H.B.Zərdabinin böyük rolu olmuşdu. Bununla Azərbaycanda Teatr sənətinin əsası
qoyulmuşdu.
1879-cu ildə Tiflisdə Azərbaycan dilində «Ziya» adlı yeni qəzet çıxmağa
başladı. 1880-ci ilin sonunda «Ziya» qəzeti «Ziyayi Qafqaziyyə» adı ilə çıxmağa
başladı. Onun nəşri 1884-cü ilin iyun ayına qədər davam etdi. 70-90-cı illərdə
Bakıda burjuaziyanın vəsaiti ilə onun ideologiyasını təbliğ edən bir sıra
(«Bakinskiye izvestiya», «Kaspi» və s.) qəzetlər nəşr edilirdi. 1873-cü ildə Bakıda
çalışan bir sıra ziyalının təşəbbüsü ilə Milli teatr yaradıldı.
ΧΙΧ əsrin ikinci yarısında musiqi ifaçılığı sahəsində istedadlı ustalar
yetişmişdi. Onların sırasına Xarrat Qulu, Sadıqcan, Hacı Hüsü, Cabbar Qaryağdı,
Ə
ləsgər Abdullayev, Keçəçi Məmməd və onlarla başqaları daxil idi. Keçmiş
ə
srlərdə tikilmiş abidələrin bərpası sahəsində də iş aparılırdı. 50-ci illərdə Şəkidə
xan sarayının bərpası başa çatdırıldı. Rəssamlıqda və təsviri sənətdə
M.M.Nəvvabın, X.Natəvanın, M.Q. rəvaninin əsərləri marağa səbəb olurdu.
49. XX ə srin ə vvə llə rində Ş imali Azə rbaycanda siyasi partiyaların yaranması
1900-1903-cü illərin sənaye böhranı bütövlükdə Rusiya imperiyası, o cümlədən
Azərbaycanda siyasi mübarizəni kəskinləşdirmişdi. Fəhlə hərəkatı genişlənir, eyni
zamanda partiyalaşma prosesi gedirdi. Belə bir şəraitdə bir sıra siyasi təşkilatlar - Difai,
Qeyrət, Müadafiə, ttifaqi-müsəlman, Hümmət, Müsavat kimi siyasi partiyalar və
təşkilatlar yaradılmışdı.
1901-ci ilin yazında Rusiya Sosial–Demokrat Fəhlə Partiyasının Bank komitəsi
yarandı. 1902-ci ilin aprelində Bakıda ilk kütləvi fəhlə nümayişi baş verdi. 1903-cü ilin
yayında Bakıda ilk ümumi tətil başlandı. Iyulun 4-də hərəkat ümumBakı miqyasını aldı.
Fəhlələr 8 saatlıq iş günü əmək haqqının artırılması, iş şəraitinin yaxşılaşdırılmasını və
s. tələb edirdi.
Birinci Rus burjua demokratik inqilabı gedişində, 1905-ci il oktyabrın 17-də çar
II Nikolay “Manifest” imzaladı. Söz, mətbuat, yığıncaq, ittifaq, partiya yaratmaq,
Dövlət Duması çağırmaq haqqında söz verildi. Bundan istifadə edərək müxtəlif
istiqamətli qüvvələr bir sıra partiya və təşkilatlar yaratdı. Məsələn, “17 oktyabr ittifaqı”,
“Kadetlər” (konstitusiya-demokrat partiyası). Hümmət, RSDFP-nin Bakı Komutəsi
leqal iş şəraitinə keçdi. 1905-1907-ci il I rus inqilabının təsiri altında Umumrusiya
müsəlmanlarının siyasi təşkilatı olan « ttifaqi-müsəlman» - Ümumrusiya Müsəlman
ttifaqı yarandı.
1905-1906-cı illərdə Əhməd bəy Ağayevin təşəbbüsü ilə rus-erməni birliyinə
qarşı mübarizə təşkilatı kimi «Difai» (dəf etmək-qarşısını almaq) siyasi təşkilatı
yaradıldı. Onun tərkibinə Əhməd bəy Ağayev, Qarabəy Qarabəyov, Məmməd Həsən
Hacinski və b. daxil idilər.«Difai»nin fəaliyyəti1912-1917-ci illərə qədər davam
etmişdi.
1905-ci ildə Gəncədə “Qeyrət” Partiyası yaradıldı. “Qeyrət” Partiyasının ideyası-
muxtariyyət və Rusiyanın federativ quruluşu idi. Partyianın lideləriA.Xasməmmədov,
N. Yusifbəyli olmuşdur. “Qeyrət” Partiyası 1908- 1912-ci illərədək fəaliyyət
göstərmişdir.
1907-ci ildə “Müdafiə” partiyası yarandı. Partiyanın rəhbəri I Dövlət Dumasının
deputatı smayılxan Ziyadxanov idi. Müdafiə partiyanın ideyası mülkədar torpaqlarının
kəndlilər arasında bölüşdürülməsi, müsəlmanlar arasında ictimai birliklərin yaradılması,
onların maarifləndirilməsi idi. “Müdafiə” partiyası 1908-ci ilə qədər fəaliyyət
göstərmişdir.
Azərbaycanda milli hərəkatın rəhbəri olmuş “Müsavat” (bərabərlik) partiyası
1911-ci ildə yaradılmışdı. (yaradanlar: Tağı Nağı oğlu, Məmməd Əli Rəsulzadə, Abbas
Kazımzadə). Partiyanın ideya rəhbəri olan Məmməd Əmin Rəsulzadə bu zaman siyasi
mühacirətdə idi. 1913-cü ildə M.Rəsulzadə Rusiyadakı əfv ümumi ilə əlaqədar olaraq
mühacirətdən geri dönür və həmin vaxtdan «Müsavat»a rəhbərlik edir. Partiya qeyri-
leqal idi və 1917-ci ilin fevralına qədər gizli, ciddi məxfilik şəraitində işləmişdi.
«Müsavat»ın ilk proqramı 1912-ci ildə qəbul edilərək, kitabça şəklində çap olunmuşdu.
Proqramda millətlər arasında fərq qoymadan bütün müsəlman xalqlarının birləşməsi,
müstəqillik uğrunda mübarizə aparan müsəlman ölkələrinə maddi və mənəvi kömək
göstərilməsi və s. kimi vəzifələr yer almışdı.
50. XX əsrin əvvəllərində Şimali Azərbaycanda siyasi mübarizə və kütləvi fəhlə
hərəkatı
XX əsrin əvvəllərində sənaye böhranı ilə əlaqədar meydana çıxan ağır iqtisadi
vəziyyət, digər tərəfdən isə 1901-ci ildə yaradılmış Bakı sosial-demokrat təşkilatı
tərəfindən siyasi təbliğatın gücləndirilməsi həmin ildə bir sıra fəhlə çıxışlarına gətirib
çıxardı. Bu təşkilat RSDFP-nin Bakı Komitəsi idi və 1901-ci ilin yazında yaradılmışdı.
Onun tərkibi ilkin vaxtlar ruslar, ermənilər, gürcülər və başqa millətlərin
nümayəndələrindən ibarət idi. Azərbaycanlılar yox idi. B r birinin ardınca Bakıda, həm
də qəzalarda tətillər baş verirdi. 1902-ci ilin yanvarında Bakıda fövqəladə vəziyyət elan
olundu. Lakin fəhlə çıxışlarının qarşısını almaq mümkün olmadı. 1902-ci ilin aprelində
kütləvi fəhlə çıxışları oldu. 1902-ci ilin yazında 1 May nümayişi təşkil olundu. Həmin
ilin iyunundan oktyabrınadək bir sıra tətil çıxışları oldu. nqilabi çıxışlar 1903-cü ildə də
davam etdi. Bakıda fəhlələrin ilk ümumi tətili 1903-cü ilin yayında baş verdi. 1903-cü il
iyulun 4-də tətil ümumi xarakter aldı. Fəhlə aktivlərindən ibarət Tətil Komitəsi
yaradıldı. Tətilçilər kapitalistlər qarşısında 8 saatlıq iş günü, 2 mart və 27 aprel
nümayişləri vaxtı həbs olunmuş fəhlələrin azad edilməsi, əmək haqqının artırılması, iş
şə
raitinin yaxşılışdırılması, səhiyyə yardımı və s. kimi tələblər qoymuşdu. 5-8 iyul
nümayişlərində 50 minə qədər nümayişçi iştirak edirdi.
Iyulun 14-dən Bakı tətilinin təsiri altında Tiflisdə, Batumidə, Rusiyanın başqa
regionlarında nümayişlər keçirildi. Bakı tətili iyulun 22-də dayandırıldı.
1904-cü ilin avqust ayında Bakıda Şendrikov qardaşları tərəfindən yaradılan
"Balaxanı və Bibiheybət fəhlələrinin təşkilatı" adlı menşevik təşkilatı əsasən iqtisadi
mübarizəyə çağırır, bolşeviklərə qarşı çıxış edirdilər. 1904-cü ilin payızında ilk olaraq
Xəzər-Qara dəniz cəmiyyətinin fəhlələri, ardınca Nobel, Rotşild, Mantaşev və digər
mədənlərinin fəhlələri işi dayandırdılar. Bütün Rusiyada əks-səda doğuran güclü tətil
Bakıdakı dekabr ümumi tətili idi. Tətil 13 dekabr 1904-cü ildə Balaxanı fəhlələri
tərəfindən başlandı. Sonra “Xəzər-Qaradəniz cəmiyyəti”, Nobel, Rotşild, Mantaşev,
Mirzəyev firmalarının fəhlələri, Bibi Heybət, Sabunçu və s. firmaların işçiləri də
qoşuldular. Fəhlələr 8 saatlıq iş günü, söz, mətbuat, yığıncaq azadlığı, əmək haqqının
25-30% artırılması, cərimələrin ləğv olunması və s. tələbləri irəli sürmüşdü. Uzun sürən
tətil hərəkatı fəhlələrin qələbəsi ilə başa çatdı. Dekabrın 30-da Rusiya fəhlə hərəkatı
tarixində ilk kollektiv müqavilə imzalandı. Bu müavilə "Mazut konstitusiya"sı adı ilə
məşhurdur. Beləliklə, XX əsrin əvvəlindən bəri Azərbaycanda yetişən inqilabi böhran
1904-cü ilin dekabrında güclü ümumi tətillə başa çatdı.
1905-ci ildə Rusiyada 9 yanvar bazar günündə fəhlələrin gülləboran edilməsi ilə
bağlı qanlı bazar günü hadisələri Bakıda geniş əks-səda yaratdı. Yanvar ayında Bakıda
və Bakı quberniyasının ərazisində 25 müəssisənin fəhlələri tətil etdi. Gədəbəy mis
mədənlərinin, Ləki zəy zavodunun, Nuxa və Şuşa ipək emalı fabriklərinin fəhlələri tətilə
qoşuldular. Gəncə dəmiryol fəhlələri tətilə başladılar. Tətil tezliklə Bakı, Hacıqabul,
Kürdəmir, Yevlax, Ağstafa və digər əsas dəmiryol stansiyalarmı əhatə etdi. 1905-ci il
iyun-iyul aylarında Bakı və qəzalardakı sənaye müəssisələrinin 75 %-ni tətil bürüdü.
Bəzi yerlərdə hətta tətil komitələri yaradıldı. Təbii ki, hökumət bu tətilləri zor gücünə
yatırmağa üstünlük verdi. Tarixə Birinci Rus burjua-demokratik inqilabı kimi daxil
olmuş bu hərəkat Bakıda da geniş vüsət aldı. Inqilabi hərəkatın təsiri altında çar
höküməti bir sıra güzəştlərə getdi. 1905-ci ilin 17 oktyabr Manifesti ilə bir sıra
güzəştlər-söz, mətbuat, yığıncaq, ittifaq, azadlığı verildi. Dövlət Dumasının (parlament)
çağrılması qərara alındı. 1907-ci ildə inqilab məğlub oldu.
Dostları ilə paylaş: |