Biotatuirovka. Elmdə Lawsonia inermis, qərbdə isə xına,
adı ilə tanınan həna tozu əsasən saçların boyanmasında
istifadə edilir. Hazırda isə bədənə xına ilə şəkil
döydürülməsinin (tatuirovkanın) populyarlığının artması ilə
əlaqədar olaraq “mehindi” sənəti təhlükəsiz, xəstəlik törət-
məyən, tərkibində kimyəvi maddələr daşımayan və alternativi
olmayan bədən bəzəmə formasıdır. Mendi (mehindi) həna
tozunun müxtəlif bitki yağları ilə qarışdırılmasından alınır ki,
bu dəriyə sakitləşdirici və bərpaedici təsir göstərir. Bu boyanı
(rəngi) 1-2 həftə dəridə saxlamaq olar. Onun pozulması insan
bədəninin temperaturundan və bədənin yuyulma vaxtından
asılıdır.
Ənənəvi olaraq həna ilə əllər və ayaqlar boyanırdısa
hazırda çəkinmədən bədənin başqa hissələrinə də məsələn
göbək ətrafına, kürəyin yuxarı hissəsinə, qollara və hətta
boyuna da həna ilə şəkil döydürülməsi dəbdədir. Mendi
(mehindi) adlanan həna bodiartın ənənəvi formasıdır. Adətən
ələ və ayağa həna ilə müvəqqəti şəkillər çəkirlər. Bunun üçün
iynədən istifadə etmək və epidermisi zədələməyə lüzum
27
yoxdur. Ənənəvi həna qoyma sənəti yüz illər bundan əvvəl
Mesopotamiyada meydana gəlmiş və eramızın XII əsrində
Hindistan mədəniyyətinə daxil olmuşdur.
Həna ilə bədənə naxışların çəkilməsi (biotatuirovka) sənəti
günortanın bürküsündən qorunan, kölgə, sərin, sakitləşdirici
fəvvarə şırıltısı və ətirli fars gülləri ilə əhatə olunmuş hərəm-
xanalarda meydana gəlmişdir. Həna qədim misirlilərə də
məlum idi. Burada zadəgan qadınlar bədənlərinə ətirli yağ
sürtür və bədənlərini rəngləyirdilər.
Avropada isə hənanı yaxşı qiymətləndirmirdilər. Bu bir
tərəfdən aylarla bir yerdən digər yerə daşınma nəticəsində həna
tozunun rəngləmə qabiliyyətinin aşağı düşməsi ilə əlaqədar
idisə, digər tərəfdən kilsənin cismani sevincə və bədənin
boyanmasına (rənglənməsinə) icazə verməməsi ilə əlaqədar idi.
Ancaq buna baxmayaraq Hindistanda və Orta Asiyada bu sənət
yüksək səviyyə çatmışdır. Burada həna ilə saçların, dırnaqların
və dərinin boyanması, bədənə Hind və Ərəb mədəniyyəti üçün
xarakterik olan mürəkkəb ornamentli bitki və abstrakt
(mücərrəd) xarakterli şəkillərin çəkilməsinin bir çox yerli
ənənəsi formalaşmışdır.
Qeyd etmək lazımdır ki, çəkilən şəkilin rəngi dərinin
rəngindən çox asılıdır. Bir qədər qara dəriyə çəkilən şəkil tünd
qəhvəyi, ağ avropalı dərisinə çəkilən isə qırmızıya çalan rəngdə
olacaqdır.
Yığılıb qurudularaq üyüdülən həna yarpaqları hava keçir-
məyən (vakuum) qablarda (sellofan kisələrdə) saxlanılmalıdır.
Kisəni açdıqdan sonra oradakı həna tozunu tamamilə istifadə
etmək lazımdır. Çünki açıq saxlandıqda hənanın boyama
qabiliyyəti aşağı düşür və təkrar istifadədə istənilən nəticəni
vermir.
Hənanın məxsusi rəngi – qəhvəyi - qırmızı qonur hamının
xoşuna gəlmir. Ancaq, təbii halda o məhz bu rəngdə olur.
“Qara həna” adı ilə buraxılan və bazara çıxarılan məhsul isə
28
kimyəvi mənşəlidir. Onların bəziləri zərərsizdir, bəzilərinin isə
iltihab və allergiya törətdiyi haqda məlumatlar vardır.
Xına dedikdə nəyi təsəvvür edirik? Xına sadəcə qırmızı-
qonur rəngləyici maddə deyil o həmdə müalicəvi təsirə
malikdir. Şərq ölkələrində qurudulmuş və üyüdülmüş xına
yarpaqlarından təkcə saçların boyanmasında deyil dırnaqların,
ovucların yun və ipəyin rənglənməsində də istifadə edilirdi.
Xına saçlara rəngdən başqa parıltı da verir. Xınadakı rəngləyici
maddənin təsirindən saçlar sıxlaşır və möhkəmlənir. Ona görə
də xına qoyulduqdan sonra nazik saçlar möhkəmlənir, sıxlaşır,
sıx saçlar isə daha gurlaşır. Xına o qədər güclü təsirə malik
deyil ki, saçın təbii rəngini gizlədə bilsin. O yalnız saça qırmızı
çalarlıq verir.
Xına açıq rəngli saçlara qara saçlara nisbətən daha güclü
təsir edir. Ona görə də sarışın və çal saçlara həna qoymaq
məsləhət görülmür. Həna belə saçları sarı-qırmızı (kök rənginə)
rəngə boyayır.
Xına ilə rəngləmə texnikasını öyrənməzdən əvvəl mütləq
xınanı seçməyi bacarmaq lazımdır. Hansı ki, bu texnika hələ
qərbdə də çox yayılmamışdır. Ona görə də təmiz məhsul
tapmaq çətin məsələdir. Təmiz xınanı isə fitoapteklərdə təbii
kosmetika mağazalarında, ekzotik Hindistan və Afrika
bazarlarında tapa bilərsiniz. Xınanı asanlıqla Şimali Afrika və
Hindistandan da almaq olar, ancaq mütləq diqqət verilməlidir
ki, bu toz köhnə olmasın yoxsa rəngləmə qabiliyyəti zəif
olacaqdır.
Bədəni rəngləmək üçün mütləq xüsusi xına tozundan
istifadə edilməlidir. Saç üçün hazırlanmış xınadan tatuirovka
üçün istifadə edilməməlidir. Saç üçün hazırlanın xına tozu
aşağı rəngləmə qabiliyyətinə malik olur, yaxşı üyüdülməmiş
ola bilər və s. Rəngi tünd-yaşıl və boz-qəhvəyi olur. Bundan
başqa bu tərkibdə adətən mineral duzlar olur. Bəzən xına
qırmızı yox başqa rəng verir. Diqqət edin: qara, ağ və qəhvəyi
29
saçlar ancaq xınanın başqa vasitələrlə qarışdırıldıqdan sonra
alına bilər. Xınanın öz təbii rəngi isə qəhvəyi-qırmızımtıldır.
Tatuirovka üçün işlədilən xına ilk növbədə açıq-yaşıl rəngi
ilə seçilir. Tərkibi çox narın üyüdülmüş toz halında olmalıdır.
Xına tozunu açıq havada və nəm yerdə açıq saxlamaq olmaz.
Onu kip (hermetik) bağlı qabda və qaranlıqda saxlamaq
lazımdır. Yalnız belə saxlanan xına tozu özünəməxsus
xüsusiyyətlərə malik ola bilər. Xına yarpağın üyütmək üçün
hazırda xüsusi dəyirmanlar mövcuddur. Lakin onu adi kofe
üyüdəndə də üyütmək olar. Narın üyüdülmüş xına daha yaxşı
rəng verir və saxlandığı kisəni (paketi) deşmir.
Tatuirovka üçün xına rəngi intensiv zəif xarakterlidir
demək olar ki, elə dərinin öz rəngindədir. Xınanın geniş
yayıldığı ölkələrdə isə sakinlər adətən qaradərilidirlər. Ona görə
də daha parlaq rəng əldə etməyə çalışırlar. Xınadan daha qara
rəng almaq üçün onu qara qrafitdən əldə edilmiş tozun həll
olunduğu soyuq suya tökürlər. “Qara xına” nı Avropada əldə
etmək o qədərdə asan deyil. Bu məhsula xüsusi diqqətlə
yanaşılmalıdır. Çünki həll olma zamanı o zəif toksiki buxar
əmələ gətirir. Hindistanda isə hazır halda qara və yaxud qırmızı
xınanın xüsusi qablarda almaq olar. Onlar da özündə xüsusi
konservantlar və əlavələr birləşdirir. Hindistanda həmişə «qara
xına» adlı tozu tapmaq olar. Bu toz tərkibində aylarca dəridən
getməyən qara qarışıq birləşdirir. Lakin sonradan çəkilmiş
şəkillər pozulur. Bu toz xınanın əsasında yaranmış, lakin ona
mineral piqmentlər əlavə edilmişdir.
“Ağ xına” isə təbii saçları 4 - 6 rəngə boyamağa və əvvəlki
rəngi “təmizləməyə” imkan verir. “Ağ xına” evdə istifadə üçün
çox əlverişlidir. Bu prosesə isə cəmi 30 - 45 dəqiqə bəs edir.
Tərkibindəki vasitələr saçları kimyəvi yanmadan qoruyur.
“Hazır xına” təbii kosmetika mağazalarında xüsusi
qablarda (tübiklərdə) satılır. Çox praktiki və başlanğıc üçün
ideal bir vasitədir. İstədiyimiz rəngi seçmək üçün çox axtarıb
əldən düşmək lazım deyil. Elə oradaca kataloqa baxmaqla rəng
30
seçə bilərsiniz. Ancaq siz daimi olaraq tatuirovka edəcəksinizsə
bu qarışığın necə hazırlandığını öyrənməyiniz məsləhətdir. Onu
qeyd edək ki, tübiklərdə satılan “hazır xına” bahalıdır və
tərkibində başqa qarışıqların olduğu üçün təbii məhsul hesab
edilmir (189, 190).
İlk dəfə Q. Тomazi (Tommasi G.) (196) həna tozunun
tərkibindəki rəngləyiçi maddəni lavsonu başqa rəngləyici
maddələrdən ayırmış və onun naftaxinon 2 hidroksiddən
ibarət olduğunu müəyyən etmişdir.
Hənanın tərkibində əsas rəngləyici maddənin lavsonun
olması İ. Lal, S. Dat (I. Lal, S. Duut) (180) və H. Koks (H.
Cox) (162) tərəfindən də təsdiq edilmiş və göstərilmişdir ki,
həmin rəngləyiçi maddə suda və ya qələvi məhlulunda asanlıqla
həll olur.
Azərbaycan şəraitində aparılmış tədqiqatlar sübut etmişdir
ki, həna bitkisi neytral və zəif qələvili, humusla zəngin, yüngül
və məsaməli, qumsal, boz qonur və bozumtul şoran torpaqlarda
becərilə bilər. Quru subtropik şəraitdə vaxtaşırı suvarma
aparmaqla həna bitkisindən yüksək keyfiyyətli və orta
məhsuldarlığa malik xammal əldə etmək olur (17).
Azərbaycanın müxtəlif torpaq-iqlim şəraitində becərilən
həna bitkilərinin tərkibindəki lavsonun miqdarı fərqlidir. Belə
ki, müvafiq olaraq lavsonun miqdarı Abşeronda 0,54, Şirvanda
0,62, Naxçıvanda isə 0,48 % olmuşdur (91).
Akademik R. K. Əliyev kimyəvi analiz yolu ilə Şəki
rayonunda becərilmiş Azərbaycan hənasının tərkibində efir
yağları, aşı maddələri (1,7-2,24 %), piy maddələri (3,1 %),
qatranlar (2,5 %), üzvi maddələr (0,6 %), C vitamini (13,94
mq/kq), kül (17,9%), suda həll olunmuş ekstrakt maddələr
(20,6%) və s. olduğunu aşkar etmişdir (91).
Naxçıvanda becərilmiş həna bitkisinin tərkibində 1,5,
Şirvan və Abşeronda 0,46, İran hənasının tərkibində isə 1,14 %
rəngləyici maddə vardır (57).
31
Həna yarpaqlarının tərkibində 12 dən çox maddə, o
çümlədən 0,9 - 1,0 % rəngləyiçi maddə vardır. Həna bitkisinin
kökündə büzüşdürüçü xassəyə malik qırmızı rəngli maddə
alkonin vardır ki, bundan da farmakologiyada geniş istifadə
olunur. Eyni zamanda, həna kögündən alınan sarı boyaqdan yun
və ipək parçaların boyanmasında istifadə olunur. Həna bitkisinin
çiçək yanlığında efir yağları vardır ki, ondan da “Mexudi”
adlanan ətir hazırlanır (17, 132).
Həna hələ qədim zamanlardan follikulit, ekzema, diatez,
sarılıq, mədə pozğunluğu, qızılça, göz, dalaq, ciyər, revmatizm,
cüzam, baş və diş ağrıları, zob və b. xəstəliklərin müalicəsində
istifadə edilirmiş. Bu haqda İ. A. Dəmirov (91), H. Mehdiyeva
(39), K. H. Vəliyev (65) və başqalarının əsərlərində geniş
məlumat verilmişdir (15; 20).
Məlumdur ki, hənanın tərkibində tanin və xeyli miqdarda K
vitamini vardır. Bəzən həna tozunu özündə tanin və
büzüşdürüçü maddələr saxlayan başqa bitkilərin (şaftalı və s.)
yarpaqları ilə qatışdıraraq, ekzemaya qarşı mübarizədə istifadə
edirlər (132).
Həna tozuna həmçinin mərsin (Murtus communis L.),
Hindistan badamı (Terminalia catappa L.) (84), Şleyxer
şahtərəsi (Fumaria Schleiher L.) yunan qozu ( Juglans regia
L.), gənəgərçək (Ricinus communus L.), toxumu (91; 14) və
basma yarpağı (İndigofera tinctoria L.) (17) qarışdırılaraq
işlədildiyi haqda məlumatlar vardır.
Lavsondan (qəhvəyi sarı rəngli maddə) yun və ipək
parçalarının rənglənməsində, habelə ət xörəklərinin rənglən-
məsində istifadə olunur. Hənadan alınan rəng günəş şüalarına
qarşı davamlı olduğuna görə öz əlvan və parlaq rəngini
itirmədən uzun müddət qalır (126; 147).
Həna tünd çayda həll olunduqda saça nəinki daha gözəl
qızılı - şabalıdı rəng verir, həm də ona faydalı bioloji təsir
göstərməklə dibini bərkidir, saçın tökülməsinin və başda kəpək
əmələ gəlməsinin qarşısını alır (40).
32
Həna bitkisinin çiçək yanlığından efir yağları alınmasında
istifadə oluna bilər. Hər hektardan 15 - 20 s çiçək yanlığı
toplamaq mümkündür ki, bunun da yaş kütləsinin 0,11% - ni,
quru kütləsinin isə 0,52 % -ni efir yağı təşkil edir (113).
Həna bitkisi Nil çayı sahillərində yağmurların miqdarı çox
olan qaratorpaq sahələrdə becərilir. Тoxumu isti suda islatdıqdan
sonra mart ayında parnikdə və torpaqda lazımi qədər
temperatur olan zaman birbaşa sahəyə səpilir. Belə olduqda
səpilmiş həna toxumlarını vaxtaşırı suvarmaq tələb olunur.
Parnikdə aparılmış səpindən alınan bitkilər açıq sahəyə
çıxarıldıqda daha tez böyüyür həmin ilin oktyabr ayında ondan
məhsul almaq olur (73).
İranda həna toxumları həmin yerin torpaq-iqlim şəraitindən
asılı olaraq əvvəlçədən suvarılmış sahəyə səpilir. Lakin,
səpindən əvvəl toxumlar 8 gün ərzində suda isladılmalıdır (73).
İlk dəfə aparılmış tədqiqatların nəticələri göstərir ki, Aprel
ayında istixanada səpin aparıb, şitili iyul ayında açıq sahəyə
əkdikdə, Azərbaycan şəraitində vegetasiya müddəti həna
bitkisinin çiçəkləməsi və toxumun tam yetişməsi üçün kifayət
etmir. Bitkilər avqust ayında çiçəklədikdə belə vegetasiyanın
sonuna qədər toxumlar tam yetişmədiyi üçün ondan səpin
materialı kimi istifadə etmək yararlı olmur. O zaman
tədqiqatçılar belə nəticəyə gəlmişlər ki, hənanın xarici
ölkələrdə qəbul edilmiş becərmə üsullarının heç biri bizim yerli
şəraitdə müsbət nəticə vermir. Eyni zamanda həmin
tədqiqatçılar göstərirlər ki, toxumu yalnız həna kollarını qapalı
şəraitdə becərməklə almaq olar. Həmin tədqiqatçılara görə hər
il xaricdən onun toxumunu almaq daha ucuz başa gələr (72).
1979 - 1981 - ci illərdə həna bitkisinin toxumla çoxaldılma
biologiyasına dair aparılmış tədqiqatların nəticələri göstərdi ki,
fevral ayında qapalı şəraitdə səpin apararaq, mayda şitili açıq
sahəyə çıxardılaraq birillik bitki kimi becərilən həna
bitkisindən
vegetasiyanın
sonunda
yüksək
cücərmə
qabiliyyətinə malik olan toxum məhsulu
almaq olur.
33
Həna kollarından alınan toxumun
cücərmə qabiliyyəti iqlim
- torpaq şəraitindən asılı olaraq dəyişə bilir. Belə ki, Şirvan və
Abşeron bölgələrində şitili açıq sahəyə ( may ayında) əkilərək
becərilən bitkilərdən alınan toxumlar müvafiq olaraq 21 -26 %
və 57 % cücərmə qabiliyyətinə malik olmuşdur. Lakin istixana
şəraitində becərilən həna kollarından alınan toxumlar daha
yüksək cücərmə qabiliyyətinə malik olmuşdur. Həmin şəraitdən
yığılan toxumlar optimal temperatur da (18 -25
0
C - də) 96 - 98
% cücərmə qabiliyyətinə malik olmuşdur (53).
V. P. Alekseyev (70) həna bitkisinin toxumla çoxaldılması
üzərində tədqiqat apararaq göstərmişdir ki, toxumlar səpindən
əvvəl 7 gün isladılmalı və cücərti alınana qədər isti yerdə
saxlanılmalıdır. Müəllifə görə həna bitkisi toxumalarını quru
halda da səpmək olar, ancaq quru toxumlar çox seyrək və
çətinliklə cücərti verir. Belə halda səpilmiş toxumları ilk
vaxtlar hər gün, sonralar isə 6 -7 gündən bir suvarmaq lazımdır.
Həna bitkisinin toxumla çoxaldılmasının nəticəsi göstər-
mişdir ki, bu bitkinin toxumlarının quru halda (xüsusi metodla)
toxumun cücərmə qabiliyyətindən asılı olaraq hər m
2
sahəyə 10
-13 qr. səpilməsi daha məqsədəuyğundur. Belə halda səpilmiş
toxumlardan 3 -cü gün ilk, 4 -5- ci günlər isə kütləvi cücərtilər
alınır (17).
M. Ə. Mikayılov (120) həna toxumlarının cücərmə
qabiliyyətini artırmaq məqsədi ilə skarifikasiya və stratifikasiya
üsullarından istifadə etməyi təklif edir. Nəticədə məlum
olmuşdur ki, 30 dəq. skarifikasiya edilmiş həna toxumları (37 -
81 %), 60 - 90 gün stratifikasiya (18 -65 %) və 10 dəqiqə skari-
fikasiya (21 - 68%) edilmiş toxumlardan artıq cücərti verir.
Eləcə də, həmin toxumlardan nəzarətə (17 - 55 %) nisbətən 2 -
4 dəfə artıq çıxış almaq olar. Bu üsuldan toxum çatışmazlığı
zamanı və ya təcrübi məqsədlər üçün istifadə etmək olar. Geniş
təsərrüfat miqyaslı əkin üçün aparılan səpində bu üsuldan
istifadə edilməsi əlverişsiz olub, çox əmək tələb edir (22; 49-
51).
34
R. M. Abbasov, V. İ. Maşanov (67) apardıqları
tədqiqatların nəticəsində göstərirlər ki, həna toxumları yanvar-
fevral aylarında, 25-30
0
C temperaturda səpilməlidir. Bu halda
toxumların cücərməsi, 71,0 - 81,7 % təşkil edir.
U. K. Ələkbərov, A. Ə. Bayramov və C. D. Mirzəliyev (17)
həna toxumlarının səpin vaxtını və normal çıxış alınması üçün
lazım olan temperatur şəraitini təyin etmək məqsədilə yanvar-
aprel aylarında səpin aparmışlar. Aparılan tədqiqatlardan
müəyyən edilmişdir ki, standart əkin materialı kimi may ayında
açıq sahəyə şitil çıxarılması məqsədi ilə səpin yanvarın 20-nə
kimi aparılmalıdır. Belə səpin üçün temperaturun 18 - 25
0
C
olması daha yaxşı nəticə vermişdir (52).
C. D. Mirzəliyev (53) apardığı tədqiqata əsasən göstərir ki,
həna toxumları fevral - mart aylarında 18
0
C -dən yüksək
temperaturda səpildikdə 80 - 86 % cücərti verir. Müəllif qeyd
edir ki, həna toxumlarını avqust ayında istixana şəraitində
səpmək daha yaxşı nəticə verir. Belə olduqda gələn il üçün
həna şitilləri odunlaşmış olur.
Həna toxumlarını istixana şəraitində avqust ayında səpərək
şitillərə gələn ilin may ayına kimi, yəni 10 ay müddətində
qapalı şəraitdə aqrotexniki qulluq göstərilməsi o qədər də
əlverişli deyil. Eyni zamanda, bu müddət ərzində şitillərin
əksəriyyəti çürüyür. Тədqiqatlar göstərmişdir ki, fevral ayında
istixana şəraitində normal sıxlıqda toxum səpildikdə alınan
şitillər may ayına kimi standart hala düşür və odunlaşmış olur
(17). V. P. Bukin, Т. M. Sadiqov (79) hənanın çoxaldıl-
masından bəhs edərək göstərirlər ki, istixana şəraitindən
yığılmış həna toxumları optimal temperaturda (25 - 30
0
C) və
0,0 sm dərinlikdə 88,7 % cücərmə qabiliyyətinə malikdir.
Müəlliflər qeyd edirlər ki, həna toxumlarının cücərmə
qabiliyyəti və cücərmə enerjisi onların 5 - 6 il saxlanma
müddətindindən asılı deyil (89; 56; 57).
Lakin, sonrakı tədqiqatçılar göstərirlər ki, həna toxumları
0,0 səpin dərinliyində yüksək cücərmə qabiliyyətinə malik
35
olsalar da bitkinin sonrakı
normal inkişafı üçün əlverişli
deyildir. Belə cücərtilərin kök boğazının torpaqla əhatə
olunmaması nəticəsində suvarılan zaman cücərtilərin köklərinin
yuyulmasına, çürüməsinə və məhv olmasına səbəb olur (17).
Тəbabətdə, kosmetikada, yüngül sənayedə və xalçaçılıqda
böyük
əhəmiyyət kəsb edən həna bitkisinin hərtərəfli öyrənilməsi işinə
alimlərimiz son illərdə də maraq göstərmişlər. C. Ş.
Məmmədov (109; 110) Abşeron şəraitində həna bitkisinin
makro və mikro elementlərlə qidalanmasını, Т. M. Sadiqov
(133) Naxçıvan MR şəraitində həna bitkisinin mineral və üzvi
gübrələrə tələbatını öyrənmişdir.
Yuxarıda deyilənlərdən aydın olur ki, həna bitkisi ilə hələ
qədim zamanlardan tanış olan insanlar bu bitkinin əkilib
becərilmə üsulları ilə kifayət qədər maraqlanmamış və onları
hazır şəkildə əldə etməklə kifayətlənmişlər.
1935 - ci ildən sonra Azərbaycan alimləri bu bitkinin
toxumlarını əldə etmiş və onların mədəni şəraitdə
becərilməsinə cəhd etmişlər. Demək olar ki, 1970 - ci ilə qədər
həna toxumlarından normal bitkilər, alınması çox çətinliklər
törətmişdir.
1960 - 1970 - ci illərdən sonra həna bitkisinin becərilməsi
ilə məşğul olmuş Azərbaycan alimlərinin tədqiqatları haqqında
yuxarıda ətraflı məlumat verdik. Bu məlumatlardan da aydın
olur ki, həna bitkisinin toxumlarının bioloji xüsusiyyətləri,
səpin norması, üsulu, toxumaların basdırılma dərinliyi və s.
məsələlər yetərincə öyrənilməmiş, saxlanma müddətindən,
toplandığı yarusdan (mərtəbədən), becərilmə şəraitindən və s.
asılı olaraq bu toxumların səpin keyfiyyətinin necə dəyişilməsi
məsələləri bu günə qədər diqqətdən kənarda qalmışdır. Həna
cücərtilərinin morfoloji xüsusiyyətləri, çiçəkləmə biologiyası
və meyvəvermə xüsusiyyətləri barəsində tədqiqat işləri yox
dərəcəsindədir.
Həna bitkisinin vegetativ çoxaldılması üsulları,
səpin - əkin sxemləri, biçin üsulları, biçin vaxtlarından asılı
36
olaraq yarpaq məhsuldarlığı və bu məhsuldarlığı artırmaq
yolları, eləcə də toxum məhsuldarlığı məsələləri və s. tədqiqat-
lardankənarda qalmışdır.
Bunları nəzərə alaraq həna bitkisi üzərində tədqiqat işləri
aparıbgöstərilən məsələləri öyrənməyi qarşımıza məqsəd qoy-
duq.
Onu
da
qeyd
edək ki,
ayrı-ayrı
adamlar və çox təs-
süf ki, bəzi hallarda
alimlər belə bu qiy-
mətli bitkilər haq-
qında səthi biliyə
malikdirlər.
Hətta
əsas saç rəngləyicisi
olan həna tozunun
bitkidən yox, torpaq-
dan hazırlandığını id-
dia edənlərə də rast
gəlinir. Ona görə də
bu
fəsildə
həna
bitkisinin
ümumi
görünüşünü də ver-
məyi məsləhət bildik (şəkil 2.1).
Şəkil 2. 1. Həna (Lawsonia inermis L.)
bitkisinin ümumi görünüşü
37
III FƏSİL. HƏNA BİTKİSİNİN AQROBİOLOJİ
XÜSUSİYYƏТLƏRİ
3. 1. Müxtəlif şəraitdə yetişdirilən həna toxumlarının
laboratoriya cücərmə enerjisi və cücərmə qabiliyyəti
Cücərmə enerjisi və cücərmə qabiliyyəti toxumların bioloji
xüsusiyyətlərini və təsərrüfat yararlılığını göstərən ən mühüm
amillərdən biridir (106).
Həna
toxumlarının laboratoriya şəraitində cücərmə
enerjisini və cücərmə qabiliyyətini yoxlamaq məqsədi ilə geniş
temperatur diapazonunda təcrübə aparılmışdır. Тoxumların
cücərmə enerjisi normal toxumların çüçərməsini təmin edən
minimal vaxt (3 gün) ərzində cücərən toxumların miqdarı ilə
hesablanmışdır. Toxumların cücərmə qabiliyyəti isə bütün
normal toxumların cücərməsi üçün kifayət edən vaxt (7 gün)
ərzində təyin edilmişdir. Təcrübələr göstərdi ki, 10
0
C (havada)
temperatur həna toxumlarının cücərməsi üçün ən aşağı həddir.
Optimal temperaturda həna (25
0
C) toxumlarında üçüncü gün
cücərmə müşahidə edilir. Cücərmənin üçüncü günündə
toxumlar ən yüksək cücərmə enerjisinə malik olur. 40 - 45
0
C
temperaturda hər iki bitki toxumlarında cücərmə qabiliyyəti
azalır. 50
0
C temperatur isə həna və toxumlarının cücərməsi
üçün ən kəskin həddir. Ayrıayrı şəraitlərdən toplanmış həna
toxumlarının cücərmə enerjisi və cücərmə qabiliyyətlərinin
optimal temperaturda necə dəyişildiyinə diqqət yönəltməyi
lazım bildik.
1991-1993 -
cü illərdə müxtəlif torpaq - iqlim şəraitində
becərilən həna bitkilərindən yığılan toxumların laboratoriya
cücərmə enerjisi və cücərmə qabiliyyətlərinə dair tədqiqat-
larımızın nəticələri cədvəl 3. 1- də verilmişdir.
Cədvəldən göründüyü kimi optimal temperaturda müxtəlif
şəraitdə becərilən bitkilərdən alınan toxumların laboratoriya
cücərmə enerjisi və cücərmə qabiliyyəti fərqlənir.
38
Cədvəl 3. 1
Müxtəlif şəraitdə yetişdirilən həna toxumlarının
laboratoriyada cücərmə enerjisi və cücərmə qabiliyyəti, faizlə
Тoxumun
yığıldığı
yer
Cücərmə enerjisi
Cücərmə qabiliyyəti
1991
1992
1993
Orta
1991
1992
1993
Orta
Şirvan
86,3
88,5
89,4
88,0
90,2
92,3
94,7
92,4
Gəncə -
Qazax
79,4
81,3
82,5
81,0
83,7
85,4
86,2
85,1
İstixana
şəraiti
90,9
93,7
94,8
93,1
94,5
96,2
97,3
96,0
Şirvan bölgəsində becərilmiş həna bitkilərindən yığılmış
toxumların laboratoriyada cücərmə enerjisi tədqiqat illərində
orta hesabla 88,0 %, cücərmə qabiliyyəti isə 92,4 % olmuşdur.
Gəncə - Qazax bölgəsində becərilmiş həna bitkilərindən yığıl-
mış toxumların isə laboratoriyada cücərmə enerjisi orta hesabla
81,0 %, cücərmə qabiliyyəti isə 85,1 % olmuşdur. İstixanada
becərilmiş həna bitkilərindən yığılmış toxumların laboratoriya
cücərmə enerjisi 93,1%, cücərmə qabiliyyəti isə 96,0 % təşkil
etmişdir.
39
Gəncə - Qazax bölgəsi şəraitində becərilən həna bitkilərin-
dən yığılan toxumların cücərmə enerjisi və cücərmə qabiliyyəti
Şirvan bölgəsindən yığılmış həna toxumlarına nisbətən 7,0 - 7,3
% aşağı olmuşdur.
Gəncə - Qazax bölgəsindən yığılmış həna toxumlarının
laboratoriya şəraitində cücərmə enerjisinin və cücərmə
qabiliyyətinin Şirvan bölgəsindən yıqılmış həna toxumlarının
müvafiq göstəricilərinə nisbətən aşağı olmasının əsas səbəbi bu
bölgələrin iqlim şəraitlərinin fərqli olması ilə əlaqədardır. Belə
ki, Şirvan bölgəsində toxumların tam yetişməsi üçün əsas
şərtlərdən biri olan effektiv temperaturun miqdarı (4400
0
C)
Gəncə - Qazax bölgəsinə (3800 - 4200
0
C) nisbətən çox
olduğundan burada becərilən həna bitkilərinin toxumları daha
yaxşı yetişir ki, buda onların cücərmə enerjisi və cücərmə
qabiliyyətinə öz təsirini göstərir.
İstixana şəraitində becərilmiş həna bitkilərindən yığılmış
toxumların laboratoriya cücərmə enerjisi və cücərmə
qabiliyyətinin yüksək olmasının əsas səbəbi istixanadakı
şəraitlə bağlıdır. İstixanada olan yüksək temperatur (40 - 45
0
C)
və rütubət (80 - 85 %) noyabr ayına kimi həna bitkiləri üzərin-
dəki toxumların tam yetişməsini təmin edir.
Тədqiqatlarımız həm də onu bir daha təsdiqlədi ki,
Azərbaycanın Gəncə - Qazax və Şirvan bölgələrinə intro-
duksiya edilmiş həna bitkiləri yerli şəraitə uyğunlaşdıqca bu
bitkilərdən toplanmış təzə toxumların cücərmə enerjisi və
cücərmə qabiliyyəti hər il 2,5 -3,0 % artır.
Müxtəlif şəraitlərdə yetişdirilən həna toxumlarının cücərmə
enerjisi və cücərmə qabiliyyətinin öyrənilməsindən belə
nəticəyə gəlmək olar ki, həna toxumlarının laboratoriya cücər-
mə enerjisi və cücərmə qabiliyyəti Gəncə - Qazax bölgəsində
Şirvan bölgəsinə nisbətən aşağıdır. İstixanadan yığılmış həna
toxumları açıq şəraitdən yığılmış toxumlara nisbətən hər iki
bölgədə daha yüksək cücərmə enerjisi və cücərmə qabiliyyətinə
malik olmuşlar.
|