IV F Ə S İ L. HƏNA BİTKİSİNİN BECƏRİLMƏ
ÜSULLARI
4. 1. Səpin müddətinin standart həna şitillərinin alınmasına
təsiri
Həna bitkilərindən yüksək keyfiyyətli yarpaq və toxum
məhsulu əldə etmək üçün optimal səpin müddətinin təyin
edilməsi vacib məsələlərdən biridir. Bu məsələni həll etmək
üçün müxtəlif bölgələrdə və şəraitdə müxtəlif vaxtlarda həna
toxumları səpib onlardan normal şitillərin alınması üsullarını
araşdırmışıq.
Araşdırmalarımızın nəticələri aşağıdakı cədvəldə verilir.
Cədvəldən görünür ki, Şirvan bölgəsində blok tipli istixanada
düzəldilmiş ləmələrdə (polkalarda ) 10. I ayda səpin aparmaqla
1 kv.m dən orta hesabla 792 ədəd standart həna şitili əldə
edilmişdir. 20. I ayda səpin apardıqda 841 ədəd, 30. I ayda
səpin apardıqda isə 791 ədəd standart həna şitili alınmışdır. Bu
bölgədə istixananın torpağında 5. X ayda səpilmiş həna toxum-
larından 496 ədəd, 15. X ayda səpilmiş həna toxumlarından 531
ədəd, 25. X ayda səpilmiş həna toxumlarından isə 513 ədəd
standart şitil alınmışdır.
Standart həna şitilləri dedikdə istixana və parnikdə 4 - 4,5
ay ərzində aqrotexniki qulluq göstərilməklə becərilib
hündürlüyü 25 - 30 sm, kök boğazının diametri 2 -3 mm və
daha böyük, çətirinin diametri 8 - 10 sm, kök dairəsi 5-10 sm,
əsas kökün uzunluğu 12 -16 sm, gövdəsi qonurlaşmış şitillər
nəzərdə tutulur.
Həmin vaxtlarda Gəncə-Qazax bölgəsində də istixananın
ləmələrində və torpağında həna toxumları səpilmişdir.
İstixanada düzəldilmiş ləmələrdə 10. I aydakı səpinin hər kv. m
- dən orta hesabla 813 ədəd, 20. I aydakı səpindən 927 ədəd,
30. I aydakı səpindən isə 804 ədəd standart həna şitilləri
götürülmüşdür. İstixananın torpağında 5. X aydakı səpindən
orta hesabla 570 ədəd, 15. X aydakı səpindən 599 ədəd, 25. X
52
aydakı səpindən isə 541 ədəd standart həna şitilləri əldə
olunmuşdur.
Parnikdə də səpin vaxtının standart həna şitillərinin
alınmasına təsirini öyrənmişik. Məlum olub ki, Gəncə - Qazax
bölgəsində 10. II ayda səpin aparmaqla 1 kv. m dən orta
hesabla 481 ədəd, 20. II ayda səpin aparmaqla 493 ədəd, 28. II
ayda səpin aparmaqla 394 ədəd standart həna şitilləri əldə
etmək mümkündür (cədvəl 4. 1).
Parnikin üstü şüşə çərçivə ilə örtülü olduğundan dibinə
tökülmüş bioloji istilik mənbəyi peyinin hesabına güclü istilik
əmələ gəlir. Bu isti nəticəsində həna toxumunda əmələ gəlmiş
çox zərif rüşeyim kökcük tez məhv olur. Daha artıq enerjili
toxumlardan əmələ gələn rüşeyim kökcüyü isə bu istiyə
dözərək inkişaf edir. Ona görə də parnikdə vahid sahədən
istixananın ləmələrinə nisbətən az standart şitil əldə olunur.
Müxtəlif bölgələrdə və şəraitdə aparılmış səpindən alınmış
20 günlük cücərtilərin miqdarının standart şitillərin miqdarın-
dan artıq olmasına baxmayaraq sonrakı dövrlərdə şitillər
standartlaşana qədər bu cücərtilərin təxminən 20-30 % i
müxtəlif səbəblər üzündən məhv olur (şəkil 4.1).
Тədqiqatlardan məlum oldu ki, hər iki bölgədə istixananın
ləmələrində aparılan səpindən torpaqda aparılan səpinə nisbətən
daha artıq standart həna şitilləri əldə olunur.
Müxtəlif bölgələrdə və şəraitdə səpin müddətlərinin
standart həna şitillərinin alınmasına təsirinin öyrənilməsi həm
də onu göstərdi ki, eyni vaxtda, eyni şəraitdə səpin apardıqda 1
m
2
sahədən Gəncə - Qazax bölgəsində əldə olunmuş standart
həna şitillərinin miqdarı Şirvan bölgəsindən əldə olunmuş
standart həna şitillərinin miqdarından orta hesabla 60 - 90 ədəd
artıq olmuşdur. Bunun əsas səbəbi Şirvan torpaqlarının fiziki
kimyəvi xüsusiyyətləri ilə izah olunur.
Müxtəlif bölgələrdə səpin müddətinin standart həna
şitillərinin alınmasına təsirinin öyrənilməsindən belə nəticəyə
gəldik ki, Şirvan və Gəncə - Qazax bölgəsində istixananın
53
54
(blok tipli) ləmələrində həna toxumlarının optimal səpin vaxtı
20. I ay hesab olunur. Əgər istixananın ləmələri yoxdursa,
toxumu birbaşa torpağa səpmək lazım gəlirsə, onda bu iş üçün
ən optimal vaxt 15. X aydır. Çünki, torpaqdakı qida maddələri
qidalı qarışığa nisbətən azdır. Qranulometrik tərkib (kəsəklərin
ölçüsü və s.) zərif cücərtilərin üzə çıxmasına mane olduğundan
şitillər zəif inkişaf edirlər. Ona görə də torpağa birbaşa səpin
standart şitil almaq üçün bir neçə ay əvvəl aparılmalıdır. Əgər,
ümumiyyətlə istixana yoxdursa, onda parnikdə də həna şitilləri
yetişdirilə bilər. Parnikə həna toxumlarının səpilməsinin ən
əlverişli vaxtı isə 20. II ay hesab olunur (46).
Şəkil 4. 1. Müxtəlif vaxtlarda səpilmiş həna toxumlarından
alınmış cücərtilər
55
4. 2. Səpin normasının standart həna şitillərinin alınmasına
təsiri
Həna bitkilərinin becərilməsində toxumların optimal səpin
normasının müəyyən edilməsinin böyük əhəmiyyəti vardır. Bu
məqsədlə həna toxumlarının müxtəlif səpin normasının bir
kvadrat metrdən alınan standart həna şitillərinin miqdarına
təsiri öyrənilmişdir. Müəyyən edilmişdir ki, Şirvan bölgəsində
istixananın ləmələrinə 1 kv. m - ə 8 q hesabı ilə həna toxumu
səpdikdə 798 ədəd, 10 q hesabı ilə həna toxumu səpdikdə 841
ədəd, 12 q hesabı ilə səpin apardıqda isə 777 ədəd standart həna
şitilləri almaq olar. İstixananın torpağında isə 1 kv. m-ə 10 q
toxum səpilməklə 483 ədəd, 12 q toxum səpməklə 531 ədəd, 14
q toxum səpməklə 494 ədəd standart həna şitili əldə
olunmuşdur (cədvəl 4. 2).
Gəncə - Qazax bölgəsində də eyni qaydada səpin aparıl-
mışdır. İstixananın ləmələrinə 1 kv. m - ə 8 q hesabı ilə həna
toxumu səpildikdə 820 ədəd, 10 q toxum səpildikdə 927 ədəd,
12 q toxum səpildikdə isə 788 ədəd standart həna şitili alınmış-
dır. İstixananın torpağında isə 1 kv. m - ə 10 q toxum səpməklə
512 ədəd, 12 q toxum səpməklə 599 ədəd, 14 q toxum
səpməklə 529 ədəd standart həna şitilləri götürülmüşdür
(cədvəl 4. 2).
Cədvəldəki rəqəmlərdən görünür ki, istər Şirvan
bölgəsində, istərsə də Gəncə - Qazax bölgəsində 1 kv. m də
alınmış 20 günlük həna cücərtilərinin miqdarı həmin sahədən
əldə olunan standart şitillərin miqdarından xeyli çoxdur. Lakin,
buna baxmayaraq bu cücərtilərin bir hissəsi sonradan tələf olub
sıradan çıxır, bir hissəsi isə əkin vaxtına qədər tam yetişib
standartlaşmır. Məlum olmuşdur ki, həna cücərtiləri Şirvan
bölgəsində Gəncə - Qazax bölgəsinə nisbətən artıq tələf olur.
Buna görə də Gəncə - Qazax bölgəsində 1 kv. m dən alınan
standart şitillərin miqdarı Şirvan bölgəsinə nisbətən üstünlük
təşkil edir. Çünki toxumların səpilməsi üçün düzəldilmiş qidalı
qarışığın (substratın) tərkibində (1:1:1 nisbətində torpaq, peyin
56
57
və çay qumu) istifadə olunan torpaq (bölgələr üzrə) kimyəvi
tərkibinə görə bir - birindən fərqlənir. Aydın olur ki, Gəncə -
Qazax bölgəsinin torpaqları bu iş üçün daha əlverişlidir.
Səpin normasının standart həna şitillərinin alınmasına
təsirini öyrənmək üçün parnikdə də səpin aparılmış və məlum
olmuşdur ki, parnikdə 1 kv. m-ə 10 q həna toxumu səpilməklə
427 ədəd, 12 q. həna toxumu səpməklə 493 ədəd, 14 q. toxum
səpməklə 429 ədəd standart həna şitili əldə etmək mümkündür.
Beləliklə, müxtəlif bölgələrdə səpin normasının standart
həna şitillərinin alınmasına təsirinin öyrənilməsi göstərdi ki, hər
iki bölgədə standart həna şitilləri əldə etmək üçün ən yaxşı
səpin norması istixananın ləmələrində 1 kv. m-ə 10 q, torpa-
ğında isə 12 q. hesab edilməlidir. Əgər səpini parnikdə aparmaq
lazım gələrsə o halda 1 kv.m-ə 12 q. həna toxumu səpilməlidir.
4. 3. Тoxumların basdırılma dərinliyinin standart həna
şitillərinin alınmasına təsiri
Тoxumla çoxaldılan bitkilərdə toxumların basdırılma
dərinliyinə xüsusi diqqət yetirilməlidir. Həna kimi xırda
toxumlu bitkilərin çoxaldılması zamanı daha diqqətli olmaq
tələb olunur. Çünki, bu bitkilərin toxumları dərinə düşdükdə
cücərib torpağın üzünə çıxa bilmir. Dayaz basdırma zamanı isə
toxumlar yüngül olduğundan suvarma zamanı asanlıqla üzə
çıxaraq suvarma suyu ilə yuyulub aparılır və ya sahənin bir
yerində toplanır. Bu da öz növbəsində seyrək cücərtilərin
alınmasına, bəzi hallarda isə təkrar səpinlərin aparılmasına
səbəb olur. O dur ki, hər bir bitkinin toxumlarının optimal
basdırılma dərinliyi müəyyən olunmalıdır.
1991-1993-cü illərdə Şirvan və Gəncə - Qazax bölgələrində
tədqiqat apararkən örtülü və açıq sahələrdə həna toxumlarının
basdırılma dərinliyinin 1 kv. m-dən alınan standart həna
şitillərinin miqdarına təsiri öyrənilmişdir.
58
Məlum olmuşdur ki, Şirvan bölgəsində istixananın
ləmələrində həna toxumları 2,5 mm dərinlikdə səpildikdə 1 kv.
m dən orta hesabla 652 ədəd, 3,0 mm dərinlikdə səpildikdə 841
ədəd, 3,5 mm dərinlikdə səpildikdə isə 762 ədəd standart həna
şitilləri alınır. İstixananın torpağında isə 3,0; 4,0 və 5,0 mm
dərinlikdə aparılan səpinlərdən müvafiq olaraq 385; 531 və 478
ədəd standart həna şitilləri götürülmüşdür (cədvəl 4. 3).
Тorpağa birbaşa səpindən alınan şitillərin ləmələrdən alınan
şitillərə nisbətən az olmasının səbəbi torpağın qranulometrik
hissələrinin təsiri nəticəsində zərif cücərtilərin üzə çıxmaqda
çətinlik çəkməsi və çox halda məhv olması ilə bağlıdır.
Eyni normalarda səpin Gəncə - Qazax bölgəsində də
aparılmışdır. Bu bölgədə istixananın ləmələrində həna
toxumları 2,5 mm dərinlikdə səpildikdə orta hesabla 691 ədəd,
3,0 mm dərinlikdə səpildikdə 927 ədəd, 3,5 mm dərinlikdə
səpildikdə isə 783 ədəd standart şitil əldə olunmuşdur.
İstixananın torpağında isə 3,0 mm dərinlikdə səpin apardıqda
478 ədəd, 4,0 mm dərinlikdə səpin apardıqda 599 ədəd, 5,0 mm
dərinlikdə səpin apardıqda isə 517 ədəd standart həna şitili əldə
olunmuşdur.
Cədvəldən (4. 3) aydın olunur ki, hər iki bölgədə alınan
cücərtilərin miqdarı standartlaşmış şitillərin miqdarına nisbətən
xeyli artıqdır. İstixananın ləmələrində 2,5 mm, torpağında isə
3,0 mm dərinlikdə aparılmış səpindən alınmış cücərtilərin
miqdarı həmin yerlərdə 3,5 və 5,0 mm dərinlikdə səpindən
alınan cücərtilərin miqdarından çox olmuşdur. Buna
baxmayaraq bu cücərtilərin kökləri torpaqla az örtüldüyündən
suvarma zamanı yuyulmuş və nəticədə cücərtilərin çoxu tələf
olmuşdur. İstixananın ləmələrində 3,5 mm, torpağında isə 5,0
mm dərinlikdə səpindən alınmış cücərtilərin tədqiqindən belə
məlum olur ki, bu dərinliklər həna toxumlarının səpilməsi üçün
yararlı deyildir. Çünki, toxumlar çox xırda, alınan cücərtilər isə
həddindən artıq zərif olduğundan onların heç də hamısı
59
torpağın səthinə çıxa bilmir (şəkil 4. 1). Bu hal tədqiqat
aparılan hər iki bölgədə özünü göstərmişdir.
Lakin tədqiqatlarımızdan belə məlum oldu ki, eyni şəraitdə,
eyni dərinlikdə səpin apardıqda Gəncə - Qazax bölgəsində
Şirvan bölgəsinə nisbətən daha çox standart həna şitilləri
götürmək mümkündür.
Тoxumların basdırılma dərinliyinin standart həna
şitillərinin alınmasına təsiri parnik şəraitində də öyrənilmişdir.
Məlum olmuşdur ki, parnikdə 3,0 mm dərinlikdə səpin
apardıqda hər kv. mdən orta hesabla 449 ədəd, 4,0 mm
dərinlikdə səpin apardıqda 493 ədəd, 5,0 mm dərinlikdə səpin
apardıqda isə 484
ədəd standart həna
şitilləri əldə etmək
mümkündür (cəd-
vəl 4. 3).
3,0 mm dərinlikdə
səpindən
alınan
cücərtilərin kök-
ləri torpaqla az
örtüldüyündən su-
varma
zamanı
çoxu su ilə yuyu-
lub aparılır. 5,0
mm isə həna to-
xumları üçün dərin
olduğundan ancaq
yüksək enerjili to-
xumlar cücərib üzə
çıxa
Şəkil 4. 2. Müxtəlif dərinlikdə səpilmiş həna
toxumlarından alınan şitillər
60
61
bilirlər (şəkil 4. 2)
Beləliklə, toxumların basdırılma dərinliyinin standart həna
şitillərinin alınmasına təsirinin öyrənilməsindən belə nəticəyə
gəldik ki, həm Şirvan bölgəsində, həm də Gəncə - Qazax bölgə-
sində istixananın ləmələrində həna toxumlarının optimal
basdırılma dərinliyi 3,0 mm, istixananın torpağında və parnikdə
isə 4,0 mm - dir.
4. 4. Həna qələmlərinin əkilmə vəziyyətinin onlardan
alınan şitillərin yerüstü və yeraltı hissələrinin böyüməsinə
təsiri
Apardığımız təçrübələr göstərir ki, həna bitkisinin vegetativ
yolla (həm örtülü, həm də açıq şəraitdə) qələmlər (çiliklər)
vasitəsilə çoxaldılması mümkündür. Bundan başqa, həna
bitkisinin budaqlarını basdırmaqla da çoxaltmaq olar. Bu üsulla
çoxaltma adətən, çoxillik həna bitkiləri olan istixanalarda
aparılır. Həna bitkisi, odunlaşmış gövdələrindən hazırlanmış
qələmlərlə yanaşı, həmçinin yaşıl, yarım-odunlaşmış qələmləri
(çilikləri) ilə də çoxalır. Yarım-odunlaşmış qələmlərlə çoxaltma
payızda oktyabr ayında aparılır. Bu məqsədlə açıq sahədə
becərilən bitkilərin 3-5 - ci buğumarasından 8-10 sm uzun-
luğunda qələmlər kəsilib heteroauksin məhlulunda (1 litr suya
100 mq) 4 - 6 saat saxlandıqdan sonra əkilir. Belə məhlul
hazırlanıb təcrübədə istifadə edilən zaman temperaturu 25
0
C
dən yuxarı olmalıdır (124). Yuxarıda təsvir edilən qaydada
hazırladığımız qələmlər, istixananın ləmələrində torpaqdan, çay
qumundan və çürümüş peyindən 1:1:1 nisbətində hazırla-
dığımız substratlara (qida qarışığına) vurulmuşdur. Qələmlərin
yüksək kök verməsinə nail olmaq üçün vurulduqdan
(əkildikdən) sonra üstü kip şüşə və ya polietilen örtüklə
örtülmüşdür. Əks halda qələmlər üzərində rütubəti saxlamaq
olmur. Qələmlərin birinci göz tumurcuğu və ya uc tərəfindən
62
1 sm gövdəsi yer səthində qalmaqla hər kv. m-ə 600 -700 ədəd
əkilməsi məqsədəuyğundur.
Əkindən 2-3 həftə sonra ayrı-ayrı qələmlərdə (çiliklərdə)
köklər əmələ gəlməyə başlamışdır. 30 - 40 gündən sonra isə
əksər qələmlərdə kök sistemi əmələ gələrək inkişaf edir.
Bundan sonra yaxşı kök sisteminə malik olan qələmlər qidalı
dibçəklərə və ya birbaşa açıq sahəyə köçürülmüşdür.
İstixanada çoxillik bitkilər olduqda qələmlə çoxaltmanı
bütün il boyu davam etdirmək olur. Açıq sahədən isə qələm
götürmək üçün ən yaxşı vaxt axırıncı biçindən (oktyabr)
qabaqdır. Bu dövrdə istixanada da çox keyfiyyətli anac bitki
olur. Nəticədə götürülmüş qələmlər normal kök bağlayıb yaxşı
inkişaf edirlər (45).
İstixana şəraitində müxtəlif vəziyyətdə əkilən həna
qələmlərindən alınmış şitillərin yerüstü və yeraltı hissələrinin
böyümə və inkişafına qələmlərin əkilmə vəziyyətinin təsirini
öyrənmək üçün hər iki bölgədə həna qələmlərinin üç isti-
qamətdə: şaquli, üfüqi və əksinə əkilməsini sınaqdan
keçirmişik. Bu təcrübəni aparmaqda məqsədimiz həna qələm-
lərinin (çiliklərinin) polyarlıq (qütblük) qanununa tabe olub -
olmamasını öyrənmək olmuşdur. Bu qanunun öyrənilməsi
işində Pfefferin işləri artıq hamıya məlumdur. Həna
qələmələrinin “əksinə” əkilməsi dedikdə qələmin (çiliyin)
apikal (təpə, yuxarı) hissəsinin aşağı, bazal (qaidə, aşağı) hissə-
sinin isə yuxarı vəziyyətdə əkini nəzərdə tutulur. Həna
bitkisinin gövdə hissəsi hamar və parlaq olduğundan çiliklər
kəsildikdən sonra onların aşağı və yuxarı hissələrini bir-
birindən ayırmaq çətin olur. Тəsadüfən əksinə əkilmiş çilikdən
əmələ gələn şitilləri şaquli və üfiqi əkilmiş çiliklərdən əmələ
gələn şitillərlə müqayisə etmək üçün bu məsələni sınaqdan
keçirməyi lazım bildik. Sınaqlarımızın nəticələri cədvəl 4. 4 və
4. 5 - də verilir.
63
64
65
Cədvəl 4. 4 - dən aydın olur ki, Şirvan bölgəsində şaquli
istiqamətdə əkilmiş həna qələmlərindən alınan şitillər bioloji
xüsusiyyətləri ilə əlaqədar olaraq normal böyürlər. Bu cür
şitillərin hündürlüyü 3 aydan sonra orta hesabla 32,2 sm, çətirin
diametri 5,0 sm, kök boğazının diametri 1,9 mm, yan budaq-
larının sayı 2,0 ədəd olur. Qütblüyü pozulmadan şaquli
basdırılmış qələmlərdən alınan şitillərin əsas kökünün uzunluğu
orta hesabla 16,7 sm-ə, kök sisteminin diametri 3,4 sm-ə, yan
köklərinin sayı 3,0 ədədə, aşağı hissəsində əsas kökün qalınlığı
isə 1,9 mm-ə bərabər olmuşdur.
Gəncə - Qazax bölgəsində şaquli istiqamətdə əkilmiş həna
qələmlərindən
alınmış
şitillərin Şirvan
bölgəsinə
nisbətən hün-
dürlüyü 4,1 sm,
çətirin diametri
0,5 sm, kök
boğazının
diametri 0,3 sm,
yan budaqların
sayı 0,6 ədəd,
əsas kökün uz-
unluğu 0,5 sm,
kök sisteminin
diametri 0,4 sm, yan köklərin çətirin diametri 5,0 sm, kök
boğazının diametri 1,9 mm, yan budaqlarının sayı 2,0 ədəd
olur. Qütblüyü pozulmadan şaquli basdırılmış qələmlərdən
alınan şitillərin əsas kökünün uzunluğu orta hesabla 16,7 sm-ə,
kök sisteminin diametri 3,4 sm-ə, yan köklərinin sayı 3,0
ədədə, aşağı hissəsində əsas kökün qalınlığı isə 1,9 mm-ə
bərabər olmuşdur. Yan budaqların sayı 0,3 ədəd, aşağı hissədə
əsas kökün qalınlığı isə 0,3 mm artıq olmuşdur (cədvəl 4. 5)
Şəkil 4. 3. Şaquli istiqamətdə basdırılmış həna
qələmlərindən alınmış şitillər
66
Gəncə - Qazax bölgəsində şaquli istiqamətdə əkilmiş
qələmlərdən alınmış şitillər şəkil 4. 3 - də verilir.
Hər iki bölgədə 2,0 sm dərinlikdə üfiqi istiqamətdə əkilmiş
qələmlərdən alınan şitillər şaquli istiqamətdə əkilmiş qələmlər-
dən alınan şitillərə nisbətən daha yaxşı böyüyürlər. Bu
variantda (üfüqi) şitillərin Şirvan bölgəsində hündürlüyü orta
hesabla 30,3 sm, çətirinin diametri 8,9 sm, kök boğazının dia-
metri 1,9 mm, yan budaqlarının sayı 2,9 ədəd, əsas kökün
uzunluğu 14,7 sm, kök sisteminin diametri 4,9 sm, yan köklərin
sayı 5,1 ədəd, kökün qalınlığı isə 2,0 mm-ə bərabər olmuşdur
(cədvəl 4. 4).
Gəncə - Qazax
bölgə-sində üfüqi
istiqamətdə əkilmiş
həna qələmlərindən
alınanşitillərin hün-
dürlüyü
Şirvan
bölgəsinə nisbətən
orta hesabla 3,9
sm, çətirin diametri
0,9 sm, kök bo-
ğazının
diametri
0,1 mm, yan bu-
daqlarının sayı 0,2
ədəd, əsas kökün
uzunluğu 3,5 sm,
kök sisteminin dia-
metri 1,3 sm, yan
köklərin sayı 0,8 ədəd, aşağı hissədə əsas kökün qalınlığı isə
0,6 mm artıq olmuşdur (cədvəl 4. 5).
Üfüqü istiqamətdə əkilmiş həna qələmlərindən alınmış
şitillər şəkil 4. 4 - də verilir.
Qütblüyü pozularaq (əksinə) əkilmiş həna qələmlərindən
alınmış şitillərin yerüstü və yeraltı hissələrinin böyüməsi hər iki
Şəkil 4. 4. Üfüqi istiqamətdə basdırılmış
həna qələmlərindən alınmış şitillər
67
bölgədə şaquli və üfüqi vəziyyətdə əkilən qələmlərdən alı-
nanlara nisbətən xeyli geri qalmış, bu şitillər çox zəif inkişaf
etmişlər.
Apardığımız tədqiqatlardan belə nəticəyə gəldik ki, hər iki
bölgədə üfüqi istiqamətdə əkilmiş qələmlərin qida sahəsinin
bö-yüklüyü onlardan alınan şitillərin da-ha yaxşı böyümə-sinə,
yan budaqlarının sayının çoxalmasına səbəb olur. Bu
vəziyyətdə əkilmiş qələmlərdən 2 - 4 ədəd müstəqil inkişaf
edən şitil almaq olar. Deməli üfüqi istiqamətdə basdırılmış qəl-
əmlərin vegetativ çoxaltmada əhəmiyyəti şaquli və əksinə
basdırılmış qələmlərə nisbətən yüksəkdir.
4. 5. Həna şitillərinin açıq sahədə əkin vaxtı və onun
yarpaq məhsuldarlığına təsiri
Açıq sahəyə şitilləri əkilən bitkilərdə əkin vaxtının düzgün
təyin edilməsinin şitillərin sonrakı inkişafında əhəmiyyəti
əvəzedilməzdir. Yeni torpaq - iqlim şəraitində introduksiya
edilmiş bitkiləri açıq sahəyə əkən zaman xüsusilə diqqətli
olmaq tələb olunur. Çünki, bu torpaq-iqlim şəraiti bitkinin
uyğunlaşıb yaşadığı ərazinin və ya onun vətəninin torpaq-iqlim
şəraitindən fərqlidir. Ona görə də çalışmaq lazımdır ki, bu
bitkilər əkilən zaman ekoloji amillərin təsiri nisbətən əlverişli
olsun.
Həna bitkisi də yeni introduksiya olunmuş bitkilərdəndir.
Vətənində çoxillik bitki olmasına baxmayaraq Azərbaycan
şəraitində özünü birillik bitki kimi aparır. Yuxarıdakı fəsildə
qeyd olunduğu kimi həna toxumları istixanada səpilir və alınan
şitillərə 4 - 4,5 ay aqrotexniki qulluq göstərməklə becərilir.
İstixanada becərilib standart hala düşmüş şitilləri açıq sahəyə
əkməzdən bir ay qabaq istixananın temperaturu açıq sahəyə
uyğunlaşdırılır.
68
Apardığımız tədqiqatlar zamanı istixanada yetişdirdiyimiz həna
şitillərinin Gəncə - Qazax və Şirvan bölgələrində açıq sahəyə
əkin vaxtının yarpaq məhsuldarlığına təsirini öyrənmişik. Тəd-
qiqatlarımızın nəticələri cədvəl 4.6 - da verilir. Cədvəldən
görünür ki, həna şitillərini açıq sahəyə Şirvan bölgəsində 10. IV
ayda əkdikdə hektardan iki biçində orta hesabla 10,4 s, 20. IV
ayda əkdikdə 10,8 s, 30. IV ayda əkdikdə isə 10,1 s quru yarpaq
məhsulu əldə olunmuşdur. 10. IV ayda əkilən şitillərindən I
biçində (2. VIII ay) orta hesabla 3, 0 s/ha, 20. IV ayda
əkilənlərdən 3,2 s/ha, 30. IV ayda əkilənlərdən isə 2,8 s/ha quru
yarpaq məhsulu götürülmüşdür. II biçində (15. X ay) isə bu
əkinlərdən müvafiq olaraq 7,3; 7,6 və 7,2 s/ha quru yarpaq
məhsulu alınmışdır. Gördüyümüz kimi əkinin tez və ya geç
aparılması məhsuldarlığın 0,1- 0,4 s/ha azalmasına səbəb
olmuşdur.
Gəncə - Qazax bölgəsində isə həna şitillərini açıq sahəyə
10. V ayda əkdikdə 12,5 s/ha, 20. V ayda əkdikdə 13,0 s/ha, 30.
V ayda əkdikdə isə 12,1 s/ha quru yarpaq məhsulu əldə
olunmuşdur. 10. V aydakı əkindən I biçində (2. VIII ay) 3,4
s/ha, 20. V aydakı əkindən 3,6 s/ha, 30. V aydakı əkindən isə
3,2 s/ha quru yarpaq məhsulu götürülmüşdür. II biçində (15. X
ay) isə bu əkindən müvafiq olaraq 9,1; 9,4 və 8,9 s/ha quru
yarpaq məhsulu alınmışdır. Bu bölgədə də əkinin tez və ya geç
aparılması məhsuldarlığın I biçində 0,2 - 0,4 s/ha, II biçində isə
0,3 - 0,5 s/ha aşağı düşməsinə səbəb olmuşdur.
Həna şitillərinin açıq sahəyə əkin vaxtının yarpaq
məhsuldarlığına təsirinin öyrənilməsindən belə nəticəyə gəldik
ki, Şirvan bölgəsində həna şitillərinin açıq sahəyə əkilməsinin
ən əlverişli vaxtı 20. IV ay, Gəncə - Qazax bölgəsində isə 20. V
ay hesab olunmalıdır. Çünki, bu tarixlərdə əkilən şitillərdən
başqa tarixlərdə əkinlərə nisbətən daha artıq yarpaq məhsulu
əldə edilmişdir.
69
70
71
|