iqtisadiyyatın bütün sahələrinə güclü təsir göstərən reklam
fəaliyyəti özlüyündə təsərrüfarçılığın nəhəng sahəsinə çevrilmişdir, öz
sıralarında illik maliyyə dövriyyəsi milyon dollarla ölçülən yüzlərlə
reklam firmalarım birləşdirmiş və yüzminlərlə adamın məşğulluq
sahəsinə dönmüşdür.
Yuxarıda söylədiklərimizi yekunlaşdıraq:
1. Müasir şəraitdə reklam insanın ictimai həyatının mühüm
sahəsinə çevrilmişdir. Həmin baxımdan reklamın iqtisadi, sosial, estetik,
psixoloji və maarifləndirmə rolu nəzərə alınmalıdır.
2. Reklam insan həyatının müxtəlif sahələrində məqsədlərə nail
olmağa
imkan verir ki,
bu da onun kommersiya, siyasi, sosial, fərdi və s.
tiplərini meydana çıxarmışdır.
3. Müasir aləmdə reklamın əhəmiyyətinin artması reklamçılardan
öz sosial məsuliyyətlərinin dərəcəsini dərk etməyi tələb edir. Digər
tərəfdən, reklam fəaliyyətinə cəmiyyət tərəfindən nəzarət mexanizminin
yaradılması lüzumu da günün zəruri məsələsinə çevrilmişdir.
4. Reklam insanların çoxusundan ötrü müxtəlif formalarda öz
təzahürünü tapacaqdır; istehlakçılardan ötrü bələdçi kimi, bazar
fəaliyyətinin stimullaşdırılması amili kimi və s.
Azərbaycan bazarında reklamın perspektivi barədə bir çox fikirlər
yürütmək olar ki, bu da əsasən ölkə iqtisadiyyatmın gözlənilən artımı ilə
bağlı olacaq, firma və şirkətlər artdıqca, istehlakçıların cəlb edilməsi
baxımından reklamın həm kəmiyyətcə, həm keyfiyyətcə inkişafı da
müşahidə ediləcək.
Rusiyanın Crey Global Group kampaniyası Grey Worldwide
kampaniyalar qrupunun bölməsidir, onun tərkibində Grey Worldwide, G
2 və Media Com birləşir. Bunların hamısı reklam, marketinq və media
xidmətlərinin təşkili ilə məşğuldurlar. Əgər əvvəllər klassik reklama
istiqamətlənmə üstünlük təşkil edirdisə, hazırda Grey strukturunda G 2
kampaniyası əsas yer tutur ki, bu da marketinq innovasiyaları sahəsində
ixtisaslaşır.
90