MühaziRƏ intellekt sistemləRİNİn komponentləRİNİn müvafiq quruluşU


MÜHAZİRƏ 2. MƏSƏLƏLƏRİN TƏQDİM EDİLMƏSİNİN TƏSNİFATI. MƏNTİQİ



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə2/18
tarix23.02.2022
ölçüsü0,6 Mb.
#53000
1   2   3   4   5   6   7   8   9   ...   18
Toplu QQM

MÜHAZİRƏ 2. MƏSƏLƏLƏRİN TƏQDİM EDİLMƏSİNİN TƏSNİFATI. MƏNTİQİ 

MODELLƏR. ŞƏBƏKƏ MODELLƏRI. PRODUKSION MODELLƏR. 

SSENARILƏR. İNTELLEKTUAL INTERFEYS. ANLAMA SƏVIYYƏLƏRININ 

TƏSNIFATI.

 

 



 

 Yuxarıdakı  şəkildə  (şəkil  2)  verilən  intellektual  sistemin  quruluşu  əlbəttə  ki,  ideal  və 

universal deyil. Mövcud intellektual sistemlərdən heç biri sadalanan komponentlərin hamısını 

özündə birləşdirmir. Bununla yanaşı bu elementlərin varlığı abstrakt (mücərrəd) deyil, tətbiqi 

aspektdə  intellektuallığa  iddia  edən  sistemin  müxtəlif  funksiyalarının  reallaşdırılmasını  əks 

etdirir.  Bu  və  ya  digər  komponent  və  əlaqələrin  intellektual  sistemə  qoşulması  müəyyən 

səviyyədə onun təyinatından, funksiyalarından, tədqiqat sahəsindən və istehsal prosesindəki 

qarşılıqlı  əlaqə  formasından  asılı  olaraq  müəyyən  edilir.  Məsələn,  izahetmə  funksiyalarının 

nizamlama  intellektual  sistemlərinin  bazası  əsasında  texnoloji  proseslərin  idarə  edilməsi 

sistemində  reallaşdırılması  əlverişli  deyil.  Bir  çox  komponentlərə  isə  demək  olar  ki,  hər  bir 

intellektual sistemin quruluşunda rast gəlmək olar.

 

 



 

 Biliklər bazasının (BB) layihələşdirilməsi. İstənilən intellektual sistemin əsasını, özəyini BB 

və  sistemə  qoyulmuş  həllin  çıxış  mexanizmi  təşkil  edir.  Ümumi  şəkildə  desək,  bu 

komponentlər  sistemin  iki  əsas  intellektual  xarakteristikasını  təyin  edir:  istənilən  bir  şey 




haqqında biliklərin saxlanması bacarığı və bu biliklər üzrə əməliyyatların aparılması. Biliklərə 

əsaslanan  qismən  inkişaf  etmiş  sistemlərə  öyrənə  bilən,  yeni  bilikləri  qavrayan,  BB-ni 

genişləndirən, tədqiqat sahəsində dəyişən şərtlər və hadisələrdə biliklərin korrektə edilməsini 

təmin edən sistemlər aiddir. İntellektual sistemlərin layihələşdirilməsi zamanı daha çox vaxt 

və  səy  BB-nin  yaradılmasına  gedir.  Belə  ki,  biliklərin  yığılması,  biliklərin  təqdim  olunma 

modelinin təşkili, onun quruluşunun verilməsi, BB-nin tam dolğunluğu ilə tamamlanması və 

onun daha sonra da aktual vəziyyətdə saxlanılmasını təmin etmək çox mürəkkəb məsələdir.

 

 



 

 BB-nin  layihələşdirilməsi  və  reallaşdırılmasına  keçməzdən  əvvəl  sistemi  işləyib 

hazırlayanların  BB-nin  və  intellektual  sistemlərin  ümumilikdə  hazırlanması  prosesi  ilə 

bilavasitə  bağlı  olan  bir  neçə  sualı  həll  etməlidirlər.  İntellektual  sistemlərin  (o  şərtlə  ki, 

intellektual  sistemlərin  bu  sahədə  hazırlanması  özünü  doğruldacaq)  hazırlanmasının  ilkin 

mərhələsində həll ediləcək tapşırıqların həlqəsini müəyyən etməyə cəhd edək: 

 

Problem sahəsinin (obyektin, tapşırığın, məqsədin) tədqiqi, yəni “BB nəyi ifadə edir” və “nəyə 



görə ifadə edir”;

 

•  Tədqiq olunan problem sahəsi kontekstində “bilik” məfhumunun təyini; 



•  Biliklərin mənbəyini aydınlaşdırmaq, onlarla fəal və ciddi cəhdlə işləmək; 

•  Tapşırıqların həlli üçün biliklərin tipinin müəyyən edilməsi; 

•  Biliklərin quruluşunun müəyyən edilməsi üsulu, yəni “bilikləri necə təqdim etməli”; 

•  Biliklərin təqdimatı üsulunun seçilməsi; 

•  BB-nin quruluşunun müəyyən edilməsi; 

•  BB-nin quruluş hissələri arasındakı qarşılıqlı xarakterin müəyyən edilməsi; 

•  BB-nin doldurulması prosesinə hazırlıq. 

 

 



 Əlbəttə  ki,  intellektual  sistemlərin  yaradılmasının  ilkin  mərhələsində  bu  məsələlərin  sayı, 

tərkibi və ardıcıllığı dəyişə bilər. Bu bir çox faktordan asılıdır: obyektin və problem oblastının 

xarakteri  və  çətinliyindən;  sistemi  işləyib  hazırlayanın  layihələşdirilmiş  sistemə  və  özünə 

qoyduğu  məqsədindən;  biliklərin  müəyyənlik  və  quruluş  pillələrindən;  biliklərin  uğurlu 

toplanması  üçün  şərtlərin,  həmçinin  ekspertlərlə  qarşılıqlı  əlaqədən  və  s.  Lakin  buna 

baxmayaraq burada əsas fikri qeyd etmək lazımdır: BB-nin hazırlanması, onun quruluşunun 

seçilməsi,  biliklərin  təqdim  olunma  üsulu,  intellektual  sistemlərin  layihələşdirilməsində 

ekspertlərlə  görülən  işin  çətinliyi  və  vacibliyi.  Qısaca  da  olsa  bu  məsələlərin  tərkibi  və 

problematikasına nəzər yetirək. Onlardan bir neçəsi haqqında yuxarıda söhbət açmışdıq.

 



 

 

 Biliklərin təqdim olunma üsulunun seçilməsi. BB yaradılarkən əsas məsələ biliklərin təqdim 



olunma üsulunun seçimidir. Biliklərin təqdim olunmasının məqsədi lazım olan informasiyanın 

elə  bir  şəklə  salınmasıdır  ki,  süni  intellekt  proqramı  həllin  qəbulu,  planlaşdırma,  obyekt  və 

hadisələrin tanınması, vəziyyətin analizi, nəticənin çıxarılışı və digər koqnitiv funksiyalar üçün 

informasiyanı asan yolla alsın. İndi isə qısaca olaraq biliklərin təqdim olunması modellərinin 

əsaslarının  bir  neçəsini  BB-nin  hazırlanması  prosesinə  uyğun  olaraq  xarakterizə  edək. 

Predikativ məntiqinin istifadəsi zamanı BB problem sahəsinin hissə-hissə təsvirini təmin edən 

məntiqi formulların məcmusu kimi baxılır.

 

 



 

 Semantik  şəbəkələr  hadisələrin,  anlamların,  vəziyyətlərin,  hərəkətlərin  təpələrdən  və 

künclərdən ibarət işarələnmiş istiqamətlənmiş sütünun (qrafa) köməyi ilə təsvirinə icazə verir. 

Semantik  şəbəkələrin  təqdimi  üçün  ekstensional  və  intensional  biliklərdən  istifadə  olunur. 

 

Ekstensional şəbəkə verilənlər bazasının özəyini, intensional şəbəkə isə BB-nin özəyini 



təşkil edir.

 

 



 

 Freymlər  də  semantik  şəbəkələr  kimi  deklarativ  –  prosedur  quruluşlu  olur.  Bir  çox  freym 

quruluşlarında obyektlərin daha da obstrakt obyektlərdən atributları miras kimi qəbul edən irsi 

münasibətlərin reallaşdırılması mümkündür. Biliklərin belə təşkil edilməsi yaddaşın həcminə 

qənaət  etməyə  imkan verir. Hal-hazırda biliklərin  təqdim  edilməsi üsullarından ən  məşhuru 

hasilat modelləridir.

 

 

 



 Biliklərin  təşkili  zamanı  BB  hasilat  modellərinin  istifadəsinin  hasilat  qaydalarını  özündə 

saxlayır və həll edilən məsələnin mövcud vəziyyətdə verilənlər bazasında informasiya kimi 

saxlanılır. Lazım olan qaydanın inisalizasiyasını idarəetmə bloku (interpretator) həyata keçirir. 

Ən  böyük  çətinliklər  tam  olmayan,  qeyri-səlis  biliklərin  modellərinin  yaradılması  zamanı 

meydana çıxır. Son illər süni intellektdə tətbiqi proqramların yaradılması zamanı tətbiq olunan 

qeyri-səlis biliklərin metodlarının formalaşdırılmasının inkişafı üçün fəal şəkildə işlər aparılır.

 

 

 




 Biliklər bazasının quruluşu və onun intellektual sistemlərin digər komponentləri ilə qarşılıqlı 

əlaqəsi.    BB-nin  təşkili  ilk  növbədə  onun  saxlamalı  olduğu  informasiyanın  xarakterinə 

əsaslanılır.  Bu,  hər  şeydən  əvvəl  öz-özlüyündə  tez  dəyişən  informasiya,  hansısa  fakt  və 

biliklərdir.  Digər  tip  informasiya  –  verilənlərdən  daha  az  dəyişən  bilik  və  qaydaların 

modelləridir. Bundan  əlavə, qaydalar özündə obyektlər haqqında tutarlı məlumat daşıyırlar. 

Onlar  fəaldırlar  və  BB-də  olan  məlumatlar  əsasında  yeni  fakt  və  hipotezlər  yarada  bilərlər. 

Bununla əlaqədar olaraq BB-nin quruluşunu iki əsas altbaza şəklində – qaydalar bazası (QB) 

və verilənlər bazası (VB) təşkil etmək lazımdır.

 

 

 



 VB-də  qeyd  olunan  tədqiqat  sahəsinə  aid  həll  olunan  məsələ  və  verilənlər  haqqında 

faktoqrafik informasiya saxlanılır. Qaydalar bazası tədqiqat sahəsi haqqında biliklərin təqdim 

olunması  modeli  və  həmçinin  bu  biliklərin  aktivləşdirilməsi  əsasında  VB-də  saxlanılan 

verilənlərin elementləri arasında münasibətləri müəyyən edir. Biliklərin təqdim olunma modeli 

yuxarıda qeyd olunan bir və ya bir neçə biliklərin təqdim olunma formasına əsaslanır.

 

 



 

 Bu qayda ilə biliklərin təqdim olunması haqqında ümumi şəkildə iki səviyyədə danışmaq olar: 

birinci  səviyyə  –  faktoqrafik  informasiya,  verilənlər;  ikinci  səviyyə  –    faktoqrafik 

informasiyanın manipulyasiyası üsulunu müəyyən edən təsvir, əlaqə, qayda və prosedurlar.

 

 

 



 Biliklərdən əlavə BB-də tədqiqat sahəsi haqqında digər tip biliklər də saxlanılır: sistem 

aləminin modeli, istifadəçi haqqında biliklər, məqsədlər və s. Bu biliklər əsasən 

təqdimolunmaların ikinci səviyyəsində bloklar və QB- nın quruluş hissəsi şəklində saxlanılır. 

Adı çəkilən bir neçə bilik tipinin elə birinci səviyyədə (VB-də) saxlanması mümkündür. 

Bilik və qaydaların həcmi böyük olduqda informasiyanın emalına sərf olunan vaxt artır. Həll 

seçimi  oblastının  kiçildilməsi  məsələsi  əmələ  gəlir.  İntellektual  sistemlər  onların  qarşısına 

qoyulan məsələlərin həllində hərəkətlərin məqsədyönlülüyünə, biliklərlə işdə hansısa pillədə 

“dərk edilmiş” və konstruktivliyə malik olmalıdırlar. Buna görə də bir çox real zamanda işləyən 

intellektual  sistemlərdə  yeni,  biliklərin  təqdim  olunmasının  üçüncü  səviyyəsi  –    BB-də 

əməliyyat  proseslərinin  rasionallaşdırılması  təminatı  üçün  vacib  olan  metabiliklər  səviyyəsi 

realizə olunur.

 

 



 


 Yuxarıda qeyd edildiyi kimi metabiliklər  – sistemin özü haqqında, yəni öz bilikləri, onların 

quruluşu və öz fəaliyyəti barədə biliklər məcmusudur.

 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin