MühaziRƏ intellekt sistemləRİNİn komponentləRİNİn müvafiq quruluşU


MÜHAZİRƏ 8. EKSPERT SISTEMLƏRININ TƏYINATI. EKSPERT



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə8/18
tarix23.02.2022
ölçüsü0,6 Mb.
#53000
1   ...   4   5   6   7   8   9   10   11   ...   18
Toplu QQM

MÜHAZİRƏ 8. EKSPERT SISTEMLƏRININ TƏYINATI. EKSPERT 

SISTEMLƏRININ STRUKTURU. EKSPERT SISTEMLƏRININ HAZIRLAMASI 

MƏRHƏLƏLƏRI. SON ISTIFADƏÇI ILƏ INTERFEYS. 

 

 

 

 

 

 



 

 Konkret şəxsə aid olan biliklərin əldə olunması ilə əlaqəli iş, yəni biliklərin çıxarılması 

biliklərin mühəndisliyində elə də aşağı səviyyəli rol oynamır.

 

 



 

 İntellektual və ekspert sistemlər üçün biliklərin çıxarılmasının xüsusiyyətləri nədədir? 

Bu sualın cavabı digər bir sualın – “Haradan, nə və necə çıxarmalı?” sualının cavabındadır.

 

 



 

 Bilikləri  haradan  çıxarmalı?  Yuxarıda  qeyd  edildiyi  kimi  intellektual  və  ekspert 

sistemlər üçün biliklər mənbəyi rolunda dərsliklər, sorğu kitabçaları, konkret tədqiqat sahəsinə 

aid araşdırılmış materiallar, iqtisadi informasiya və s. çıxış edə bilər.

 

 

 



 Buna  baxmayaraq  biliklərin  klassik  mənbəyi  həmin  sahənin  ekspertidir,  hansıki  onun 

biliklərini sistem hazırlayıcısı rolunda çıxış edən biliklər mühəndisi mənimsəyir.

 

 

 



 Bəs ekspert kimdir? Bu, ya adi icraçıdan fərqlənən yüksək ixtisaslı mütəxəssisdir, ya da 

xam və ya təzə işçidən fərqli olan təcrübəli insandır. Aydındır ki, tədqiqat sahəsində ekspertin 

bacarığı  nə  qədər  yüksəkdirsə,  onun  tapşırığın  həlli  üçün  istifadə  etdiyi  biliklərin  təsviri 

bacarığı bir o qədər aşağıdır.Votermen bunu bilik mühəndisliyinin paradoksu adlandırmışdır. 

Əgər biz ekspertdən soruşsaq ki, hər hansı bir tapşırığı yerinə yetirərkən konkret nə iş görür, o 

buna cavab olaraq özünün ağlı kəsdiyi formada, lakin mühakimələrin real prosesindən tamam 

ayrı olan bir prosesi izah edəcək ki, burada da ehtiyatlı olmaq lazımdır.

 

 



 

 Belə bir fikir də var ki, ekspertin bilikləri məsələlərin daxili modelləri ilə sistemli hala 

düşür və eyni zamanda ekspertin konkret vəziyyətdə ilk dəfə qarşılaşdığı problemin həlli onun 

yaddaşından  seçilir  və  seçim  ümumi  qanunauyğunluqlar  şəklində  süurlu  olaraq  müəyyən 

olunur.

 

 



 


 Hansı  bilikləri  seçmək  (nəyi  çıxarmaq?).  Əgər  sistemin  funksiyaları  müəyyənləşibsə, 

onda təbii olarq ən vacib olanı bu funsiyaların realizəsi üçün lazım olan çıxış qaydalarını əldə 

etməkdir.

 

 



 

 Hər  şeydən  əvvəl  bu  baza  quruluşudur.  Problem  sahəsinin  baza  quruluşunu 

formalaşdıran  obyekt,  anlayış  və  atributları  saymaq  və  sahənin  xüsusiyyətlərini  bilmək 

vacibdir. Obyekt, bilik və anlayışlar arasında əlaqə qaydalar çıxışı vasitəsilə təşkil edilir.

 

 

 



 Daha sonra şüurluluq meyarları (kriteriya)ortaya çıxır, yəni nəyə görə ekspert problemi 

məhz bu üsulla həll edir? Ola bilər bu üsul yüksək evristik qiymətə malikdir və ya uğursuzluq 

hallarına hazırlıqlıdır? Bu üsula hansı formada kömək etmək olar?

 

 



 

 Ekspert tərəfindən istifadə olunan vasitələrə, məsələn, həllin qəbulunda istifadə edilən 

modellər aiddir.

 

 



 

 Bilikləri  necə  seçmək  lazımdır?  Aşağıdakı  cədvəldə  (Cədvəl  1.1)  sahənin  eksperti  və 

onun təsvirinin əsas biliklərin çıxarış metodları verilmişdir.

 

 



 

 Biliklərin seçmə texnikasını altı əsas sinfə bölmək olar: köməkçi suallarla sorğu, quruluş 

verilmiş sorğu, özünü müşahidə, öz işi haqqında hesabat, dialoq, tənqidi icmal. Öz növbəsində 

hər  bir  sinif  bir  neçə  texniki  metodlardan  ibarətdir.  Əhatəli  informasiyanı  biz  nəzərdən 

keçirməyəcəyik,  bircə  bu  biliklərin  analiz  olunmasından  asılı  olan  biliklərin  seçilməsi  

məqsədinin müxtəlif üsullarla əldə olunmasını nəzərdən keçirəcəyik.

 

 

 



 Hesablama texnikası ilə işləmək bacarığı olan ekspert bilavasitə redaktə olunan proqram 

vasitəsi ilə intellektual sistemlə qarşılıqlı əlaqə yarada bilər. Bu proqram BB haqqında inkişaf 

etmiş  dialoq  interfeysi  və  biliklərə  malik  olmalıdır.  Lakin,  ekspertin  proqramla  əlaqəsinin 

effektivliyi problemi ortaya çıxır.

 

 

 



 Biliklərin  əldə  olunmasının  daha  bir  üsulu  biliklərin  avtomatlaşdırılmış  çıxarılışı  və 

onların  BB-də  yazılmasıdır.  Mütəxəssislərin  biliklərinin  avtomatlaşdırılmamış  yığımı  çox 

zəhmət  tələb  edən  prosesdir.  Bununla  əlaqədar  olaraq  inkişaf  etmiş  intellektual  sistemlərdə 

biliklərin əldə olunması üçün köməkçi alətlər qabaqcadan nəzərə alınır.

 

 

 



Cədvəl 1. Predmet ekspertindən biliklərin çıxarılması metodları

 

 



 

Metod


 

Təsvir


 


İş yerində 

müşahidə


 

Öz iş yerində real məsələləri həll edən ekspertə nəzarət etmək

 

Məsələlərin 



müzakirəsi

 

Konkret məsələlərin həlli üçün verilənlər, biliklər və prosedur 



formalarının üzə çıxarılması

 

Məsələlərin təsviri



 

Hər bir mümkün cavab kateqoriyası üçün ekspertə prototip məsələləri 

təsviri etməyi xahiş etmək 

 

Məsələnin analizi



 

Konkret mühakimə addımlarının məntiqi əsaslarını çıxarmaq məqsədilə 

həll üçün ekspertə bir sıra praktiki məsələləri təqdim etmək

 

Sistemin son hala 



gətirilməsi 

 

Müsahibə (intervyu) zamanı üzə çıxarılmış, qaydaların həlli və istifadəsi 



üçün bir neçə məsələnin təqdim edilməsini ekspertdən xahiş etmək

 

Sistemin 



qiymətləndirilməsi               

 

 Sistemin işini yoxlamağı və prototip sistemin qayda və quruluş 



idarəetməsinin tənqidini ekspertdən xahiş etmək

 

Sistemin 



yoxlanması

 

Ekspert və sistem prototipi tərəfindən müqayisə və qiymətləndirmə üçün 



digər müstəqil ekspertlər tərəfindən misal gətirmək

 

 



İnternet  və  ya  İntranet  həmçinin  biliklərin  çıxarılması  prosesini  asanlaşdırmaq  üçün 

istifadə oluna bilər. Əgər biliklər mühəndisi və ekspertlər müxtəlif  yerlərdədirlərsə elektron 

intervyu vermək olar. Ekspertlər həmçinin BB-ni məsafədən təsdiq və müşaiyət edə bilərlər. 

İnternet  vasitəsi  ilə  sənədləşdirilmiş  biliklər  əldə  oluna  bilər.  Biliklərin  identifikasiyası 

(müəyyən edilməsi) problemdir: intellektual agentlər tərəfindən ifadə edilə bilən məsələdir.

 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin