MühaziRƏ intellekt sistemləRİNİn komponentləRİNİn müvafiq quruluşU



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə10/18
tarix23.02.2022
ölçüsü0,6 Mb.
#53000
1   ...   6   7   8   9   10   11   12   13   ...   18
Toplu QQM

Ekspert sistemlər – konkret sahənin mütəxəssislərinin biliklərinin məcmusu əsasında 

yaradılan və nisbətən aşağı təcrübəli istifadəçilər üçün nəzərdə tutulan mürəkkəb proqramlar 

toplusudur.

 

 



 

 Ekspert  sistemlərin  əsas  üstünlüyü  bilik  və  məlumatların  yığılması  və  uzun  müddət 

saxlanmasıdır.  İnsandan  fərqli  olaraq  ekspert  sistemlər  istənilən  informasiyaya  obyektiv 

yanaşırlar ki, bu da aparılan təcrübənin keyfiyyətini artırır. Böyük həcmli biliklərin emalını 

tələb edən məsələlərin həllində səhvlərin baş vermə ehtimalı çox aşağıdır.

 

 



 

 Ekspert  sistemlər  biliklər  bazasından  (faktlar  saxlanılan  sistem  hissələrindən),  çıxış 

altsistemindən  (məsələlərin  həll  olunması  üçün  istifadə  olunan  qaydalar  məcmusu),  izahat 

altsistemi, biliklərin mənimsənilməsi altsistemindən və dialoq prosessorundan ibarətdir (Şəkil 

9).  Çıxış  altsistemini  yaradarkən  süni  intellekt  məsələlərinin  həll  metodlarından  da  istifadə 

olunur.


 

 

 



 Ümumilikdə  ekspert  sistemlərin  işləmə  prosesini  belə  təsvir  etmək  olar:  lazımi 

informasiyanı almağı arzulayan istifadəçi ekspert sistemə istifadəçi intefeysi vasitəsilə sorğu 

göndərir; həlledici, biliklər bazasından istifadə edərək müvafiq tövsiyəni hazırlayır və izahat 

altsisteminin köməyi ilə öz fikirlərinin gedişini istifadəçiyə çatdırır.

 

 

 



Ekspert sistemlərin yaradılmasında bir çox əngəllər meydana çıxır. Bu, ilk öncə onunla 

bağlıdır  ki,  sifarişçi  hazırlanan  sistemə  öz  tələblərini  həmişə  dəqiq  olaraq  ifadə  edə  bilmir. 

Bundan əlavə psixoloji bir çətinlik də var ki, bu da mütəxəssislərin sistemin məlumat bazalarını 

yaradarkən  maşının  onları  “əvəz”  etməsindən  qorxaraq  öz  biliklərini  maşına  bilərəkdən  az 

ötürürlər.  Lakin  bu  qorxunun  heç  bir  əsası  yoxdur,  çünki  ekspert  sistemlər  öyrənmək 

qabiliyyətinə malik deyillər, onların ağlı və intuisiyası yoxdur. Hal-hazırda isə yuxarıda bəhz 

etdiyimizə,  yəni  ekspert  sistemlərin  özü-özünə  öyrənmə  qabiliyyətini  kəşf  etmək  üçün 

təcrübələr və işlər aparılır. Həmçinin ekspert sistemlər böyük sahələrdə və ekspert olmayan 

sahələrdə tətbiq olunmur.

 

 



 

 Ümumiyyətlə ekspert sistemlərin hazırlanması sahəsində terminologiya öz şəklini tez-

tez dəyişir, lakin buna baxmayaraq biz əsas terminləri nəzərdən keçirək. 

 

 



 


 İstifadəçi –  predmet sahəsinin mütəxəssisi, hansıki sistem onun üçün nəzərdə tutulub. 

Adətən  onun  ixtisas  səviyyəsi  o  qədər  də  yüksək  olmur  və  o  ekspert  sistemlərin  köməyinə 

ehtiyac duyur.

 

 



Şəkil 6. Ekspert sistemlərin quruluşu

 

 



 

Biliklər üzrə mühəndis – ekspert və biliklər bazası arasında aralıq bufer kimi çıxış edən 

süni intellekt sahəsi üzrə mütəxəssis. Sinonimlər:  koqnitoloq, mühəndis-interpretator, analitik. 

 

 



 

İstifadəçi interfeysi – informasiyanın daxil edilməsi və nəticənin alınması mərhələsində 

ekspert sistemlərlə istifadəçilər arasında dialoqu yaradan proqram kompleksi. 

 

 



 

Biliklər bazası – ekspert sistemlərin əsas komponenti olub, onun “intellektual bacarığını” 

təşkil edir. Ekspert sistemlərin digər komponentlərindən fərqli olaraq biliklər bazası sistemin 

“dəyişilən” hissəsidir, hansıki konsultasiyalar arası (bəzi sistemlərdə elə konsultasiya zamanı) 

təcrübəsi və biliklər mühəndisinin istifadəsi zamanı dola və modifikasiya oluna bilər. Ekspert 

sistemlərə biliklərin təqdim olunmasının bir neçə üsulu var, lakin onların hamısının ortaq cəhəti 

biliklərin simvol formasında  (biliklərin təqdim olunmasının elementar komponentləri mətn, 

siyahı  və  digər  simvol  strukturlarıdır)  təqdim  olunmasıdır.  Bununla  da  ekspert  sistemlərdə 

mühakimələr  prosesi  ardıcıl  simvol  dəyişmələri  kimi  təqdim  olunan  mühakimələrin  simvol 

təbiəti prinsipi ilə həyata keçir. 

 

 

 



Həlledici  –  biliklər  bazasında  olan  biliklər  əsasında  ekspertin  fikirlərinin  gedişini 

modelləşdirən proqramlar. Sinonimlər: deduktiv maşın, çıxış maşını, məntiqi çıxış bloku. 

 

 

 



 İzahat altsistemi –  istifadəçiyə “Bu və ya digər məsləhətlər necə alınmışdır?” və “Nəyə 

görə sistem məhz belə nəticə qəbul etmişdir?” suallarına cavab verən proqram. “Necə” sualına 

cavab – məlumat bazasında istifadə olunan fraqmentlər nəticənin alınması üçün bütün prosesin, 



yəni  bütün  addımların  zəncirvari  nəticəsi  kimi  istiqamətlənməsi  olur.  “Nəyə  görə”  sualına 

cavab kimi sistem bilavasitə əvvəlcə alınmış nəticəyə qayıdır, yəni geri bir addım atır.

 

 

 



Biliklər  bazasının  intellektual  redaktoru  –  biliklər  üzrə  mühəndisin  dialoq  rejimində 

biliklər  bazası  yaratmağa  imkan  verən  proqram.  Özündə,  baza  ilə  işləməyi  asanlaşdıran 

yerləşdirilmiş  menyu  sistemini,  biliklərin  təqdimolunma  dili  şablonunu,  kömək  rejimini 

(“help” – rejim) və digər xidmət vasitələrini birləşdirir. 

 

 

 



 Ekspert sistemlərin hazırlanması kollektivində minimum dörd nəfər olmalıdır:

 

Ekspert;



 

Biliklər üzrə mühəndis;

 

Proqramçı;



 

İstifadəçi.

 

 

 



 Sistemin hazırlanmasında əsas fiqur rolunu biliklərinə əsaslanan biliklər üzrə mühəndis 

oynayır.


 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin