MÜHAZİRƏ 11. EKSPERT SİSTEMLƏRİNİN TƏSNİFATI
Hər bir təsnifat elementlərinin təyinatı və xüsusiyyətləri vardır. Məs., təlim sistemi
kompüter vasitəsilə hər hansı predmeti (fənni) öyrənərkən səhvləri düzəldir və düzgün cavabı
göstərir; öyrənənin fənn sahəsində zəif cəhətlərini təhlil edərək, onların aradan qaldırılması
üçün vasitələr hazırlayır; mənimsəmə dərəcəsindən asılı olaraq biliyin verilmə miqdarını,
həcmini və mürəkkəblik dərəcəsini təyin edir. Bu tip sistemlərə LİSP proqramlaşdırma dilinin
öyrənilməsinə dair “Учитель Лисп” Paskalın təlimi üzrə PROUST sistemini misal göstərmək
olar.
İnterrasiya səviyyəsinə görə hibrid (inteqral) sistemlər diqqəti cəlb edir. Onlar standart
tətbiqi proqram zərflərini (məs., riyazi statistika, xətti proqramlaşdırma və ya məlumat
bazalarının idarəetmə sistemləri) aqreqatlaşdırır (uyğunlaşdırır) və biliklərin manipulyasiyası
üçün vasitə olan proqram komplekslərindən ibarətdir. Hibrid sistemlər tətbiqi proqram zərfləri
üçün intellektual Üstlük (Надстройка), yaxud ekspert bilikləri ilə bağlı olan mürəkkəb
məsələlərin həllində vasitə ola bilər. Lakin avtonom ES-lərə nisbətən, hibrid sistemlərin
işlənməsi xeyli mürəkkəbdir. Çünki müxtəlif metodologiyası olan proqram zərflərini
əlaqələndirmək bir sıra nəzəri və tətbiqi problemlər yaradır.
ES-lərin işlənməsinin instrumental vasitələri də yaradılmışdır. Onları 4 qrupa bölmək olar:
Ənənəvi proqramlaşdırma dilləri (C, C+, Basic, Small Talk, Fortran və s.). Onıar əsasən
ədədi alqoritmlər üçün hesablanmışdır, simvol və məntiqi məlumatlarla işləmək imkanı az
olduğuna görə proqramçıdan çox işləmək tələb edir. Lakin bu dillər ənənəvi maşın
arxitekturasına yaxşı uyğunlaşdırılmışdır.
1) Süni intellekt dilləri - ən geniş yayılanları Lisp və Proloqdur. Onların
universallığı ənənəvi proqramlaşdırma dillərindən aşağı səviyyədədir, lakin
simvol və məntiqi məlumatlarla işləmək üçün geniş imkanları vardır. Süni
intellekt dilləri əsasında xüsusi kompüterlər yaradılır (məs., Lisp - maşın). Bu
dillər ekspert sistemlərinin işlənməsində tətbiq edilmir.
2) Xüsusi proqram instrumentariləri - süni intellekt dillərinə nisbətən daha
yüksək səviyyədə ES-lərin işlənməsini təmin edir. Onlar əsasən Lisp dilinin
proqramxanası və üstlüyüdür. KEE (Knowledge Engineering Enviroument)? FRL
(Frame Representation Language), ARTS və s. bunlara misal ola bilər.
3) Örtüklər (Оболочки, shells) – örtük dedikdə bilik bazası olmayan ES – in
hazır versiyası nəzərdə tutulur. Məs., EMYSYN (Entry MYSİN, Пустой
MYSİN) real massivlə yüklənməmiş ES – dir. Örtüklər ES – lərin
yaradılmasında proqramlaşdırma proseslərini aradan qaldırır. Belə halda yalnız
real məlumatlarla bilik bazasını doldurmaq üçün predmet sahəsində işləyən
mütəxəssis (ekspert) tələb olunur. Kitabxana – informasiya xarakterli bilik
bazaları üçün örtükləri istifadə etmək çətindir. Çünki bir sıra prosesləri
modelləşdirmək çox mürəkkəbdir (məs., referatlaşdırma, biblioqrafik və analitik
icmal tərtibi və s.).
Dostları ilə paylaş: |