MühaziRƏ intellekt sistemləRİNİn komponentləRİNİn müvafiq quruluşU


Ekspert sistemlərinin işlənməsinin texnologiyaları



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə13/18
tarix23.02.2022
ölçüsü0,6 Mb.
#53000
1   ...   10   11   12   13   14   15   16   17   18
Toplu QQM

Ekspert sistemlərinin işlənməsinin texnologiyaları 

  

      Bütün predmet sahələrində ES-lərin işlənməsinin nümunəvi texnologiyası demək olar ki, 



eynidir. Hazırda mütəxəssislər ES-lərin işlənməsini altı ardıcıl məntiqi mərhələyə bölürlər: 

1.  problem sahəsinin və məsələlərin müəyyən edilməsi

2.  prototip sisteminin işlənməsi; 

3.  ES-in işlənməsinin sənaye istismarı səviyyəsinə çatdırılması; 

4.  ekspert  sisteminin qiymətləndirilməsi

5.  sistemin əlaqələndirilməsi

6.  sistemin dəstəklənməsi. 

Problem sahəsinin və məsələlərin müəyyən edilməsi – ekspert sisteminin bütün mərhələləri 

üçün  vacibdir.  ES-in  rəhbəri,  yəni  bilik  mühəndisi  problemi  müəyyən  etməlidir.  Əlverişsiz 

problem seçildiyi halda vaxt və vəsait itkisinə səbəb ola bilər. Problemin həlli üçün vacib olan 

biliklər də sabit, dəqiq və nisbətən daimi xarakter daşımalı və bütün əlaqədar məsələləri əhatə 

etməlidir. 

Prototip  sisteminin  işlənməsi  ES-in  ümumiləşdirilmiş  versiyasıdır.  Prototip  sistem 

ekspertin verdiyi faktların, mühakimə strategiyalarının, obyekt və proseslər arasında əlaqələrin 

düzgünlüyünü  və  kodlaşdırmanı  yoxlamaq  üçün  xüsusi  layihədir.  Prototip  layihə  onlarca 

qaydalardan, freym və nümunələrdən ibarətdir.  

Sənaye ES-lərini işləyərkən br sıra əlavə mərhələlər də ayırırlar: nümayiş üçün prototip-

tədqiqat  üçün  prototip-hazır  prototip-sənaye  sistemi.  Lakin  çox  zaman  nümayiş  üçün 

prototipdən birbaşa sənaye sisteminə keçirilir. Ekspert sisteminin əsas strukturunu müəyyən 

etdikdən  sonra  bilik  mühəndisi  interfeyslərin  işlənməsinə  və  adaptasiyasına  (istifadəçi  ilə 

ekspert arasındakı interfeysin dil imkanları, sadəlik, rahat idarəetmə) başlayır. 



Dördüncü  mərhələdə  ES  işlənildikdən  sonra  səmərəlilik  baxımından  qiymətləndirilir; 

ekspertlər  işə  cəlb  edilir  və  sistem  sınaq  nümunələrində  yoxlanılır,  ilk  növbədə  proqramın 

dəqiq işlənməsi, faydalılığı, məhsuldarlığı qiymətləndirilir. 

Beşinci mərhələdə ES-in mühitində işlədiyi digər proqram vasitələrilə əlaqələndirilməsi, 

həmçinin onun xidmətindən istifadə edəcək şəxslərin öyrədilməsi məsələləri həll edilir. 

ES-in yaradılmasının sonuncu mərhələsi sistemin dəstəklənməsidir. 

  


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin