MühaziRƏ intellekt sistemləRİNİn komponentləRİNİn müvafiq quruluşU


MÜHAZİRƏ 13. L.Ə.ZADƏ NƏZƏRİYYƏLƏRİ



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə16/18
tarix23.02.2022
ölçüsü0,6 Mb.
#53000
1   ...   10   11   12   13   14   15   16   17   18
Toplu QQM

MÜHAZİRƏ 13. L.Ə.ZADƏ NƏZƏRİYYƏLƏRİ 

  

Maşın  intellektinin  səviyyəsini  artırmaq  üçün  Soft  Computing  strukturu 

daha perspektivlidir. Soft Computing-in əsas komponentləri qeyri-səlis məntiq, 

neyron şəbəkələr nəzəriyyəsi və ehtimal mühakiməsidir. Ehtimal mühakiməsi öz 

növbəsində  “qenetik”  alqoritmlər,  xaos  və  öyrənmə  nəzəriyyəsini  birləşdirir. 

Qeyri-səlis  məntiq  –  Fizzy  Logic  (FL)  soft  kompüterinin  aparıcısı    və 




təşkiledicisidir.  Bu  məntiq  hesablamanın  deyilişi  və  interpretasiyasını  (şərh) 

təmin edərək sənaye sahələrində, diaqnostikada, qərarların qəbul olunmasında, 

mürəkkəb sistemlərdə, informasiyanın çatışmadığı şəraitdə istifadə olunur. Süni 

neyron şəbəkəsi paralel hesablama modellərini əvəz edir. Qeyri-səlis məntiq və 

qeyri-səlis çoxluq nəzəriyyəsi – riyaziyyatın bir bölməsi olub klassik məntiq və 

çoxluq  anlayışlarını  ümumiləşdirir.  Qeyri-səlis  məntiq  anlayışı  1965-ci  ildə 

Lütfizadə tərəfindən irəli sürülmüşdür. 

Bu gün dünya elminə L.Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda 

onlar  elm  və  istehsalatda  geniş  şəkildə  tətbiq  olunur.  L.Zadəyə  dünya  şöhrəti 

qazandıran,  onun  dünya  elmində  inqilab  hesab  olunan  qeyri-səlis  məntiq 

(ingiliscə:Fuzzy  Logic,  rusca:Нечеткая  Логика,  türkcə:Bulanık  Mantık) 

nəzəriyyəsidir.  Aparıcı  dünya  şirkətlərinə  inanılmaz məbləğdə  gəlir  gətirən  bu 

nəzəriyyə 1965-ci ildə işlənib hazırlanıb. Nəzəriyyə uzun müddət Amerika elmi 

ictimaiyyəti  tərəfindən  qəbul  edilməsə  də,  ötən  əsrin  80-ci  illərində  Yapon 

alimlərinin diqqətini cəlb edib və yaponlar bu unikal nəzəriyyədən yararlanmaq 

qərarına  gəliblər.  L.Zadə  nəzəriyyəsinin  tətbiqi  gündoğan  ölkəyə  milyardlar 

qazandırıb.  Bu  gün  Yaponiyanın  "Mitsubishi",  "Toshiba",  "Sony",  "Canon", 

"Sanyo",  "Nissan",  "Honda"  və  digər  nüfuzlu  şirkətləri  qeyri-səlis  məntiq 

texnologiyasından  foto  ve  videokameralar,  paltaryuyan  maşınlar,  vakuum 

kimyəvi  təmizləyiciləri  istehsalında,  avtomobillərin,  qatarların,  sənaye 

proseslərinin idarə olunmasında geniş istifadə edirlər. 

L.Zadə  1989-cu  ildə  qeyri-səlis  məntiq  nəzəriyyəsinin  sənayedəki 

uğurlarına  görə  Yaponiyanın  elm  adamlarına  verdiyi  ən  yüksək  mükafat  - 

"Honda" mükafatı ilə təltif olunub.  

Amerikalılar da gec də olsa, L.Zadə nəzəriyyəsinin qiymətini anlamağa, 

ondan  yararlanmağa  başlayıblar.  Bu  gün  bu  nəzəriyyə  Amerikanın  "General 

Motors", "General Electric", "Motorola", "Dupont", "Kodak" və başqa şirkətləri 

tərəfindən istehsalatda geniş tətbiq olunur. 

L.Zadə eyni zamanda "Təəssüratlar nəzəriyyəsi", "Sistemlər nəzəriyyəsi", 

"Sözlə  işləyən  kompüter  nəzəriyyəsi",  "Optimal  süzgəclər  nəzəriyyəsi"  kimi 

dünya elminin inkişafında, onun yeni əsaslar üzərində qurulmasında mühüm rol 

oynamış elmi kəşflərin müəllifidir. 

Qeyd  edək  ki,  L.Zadənin  nəzəriyyələrinin  meydana  gəlməsində  onun 

Qurani Kərimi dərindən bilməsinin də mühüm rol oynadığını düşünənlər var. 

L.Zadənin elmdə Z-çevirmə kimi tanınan işi diskret və rəqəmli idarəetmə

informasiya və kommunikasiya sistemlərinin yaradılmasının əsasını qoymuş bir 

elmi  nəzəriyyədir.  L.Zadənin  məşhur  vəziyyətlər  fəzası,  dinamik  sistemlərin 



idarə olunma və müşahidə olunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını 

təşkil  edir.  Amerika  Birləşmiş  Ştatlarının  Milli  Kosmik  Tədqiqatlar  Mərkəzi 

(NASA)  bu  nəzəriyyələr  əsasında  idarəetmə  sistemlərini  tədqiq  edir, 

layihələndirir və tətbiq edir. 

L.Zadənin  ən  böyük  nəzəriyyəsi  qeyri-səlis  məntiq  nəzəriyyəsidir.  Bu 

nəzəriyyə  riyaziyyatın  əsası  olan  ikili  çoxluq  anlayışına  yeni  ifadə  vermişdir: 

qeyri-səlis  çoxluq.  Elmdə  qeyri-səlis  ölçünün  daxil  edilməsi  təbiətdə  və 

cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa 

imkan  yaratdı.  L.Zadənin  Soft  Computing  nəzəriyyəsi  qeyri-səlis  məntiq, süni 

neyron şəbəkələri, genetik alqoritmlər, xaos nəzəriyyəsi və ehtimal nəticəçıxarma 

paradiqmlərinin  intellektual  kombinasiyalarını  özündə  əks  etdirərək  yeni 

texnologiyaların  əsasını  təşkil  edir.  L.Zadənin  sözlə  işləyən  kompüterlər 

nəzəriyyəsi əsasında işləyən kompüterlərdə informasiyanın qranulyasiyası kimi 

sözlər,  cümlələr  istifadə  olunur.  Bu  tip  kompüterlər  təxmini  məntiqi  nəticə 

çıxarma qabiliyyətinə malik olan və təəssürat əsasında informasiyanı işləyə bilən 

insan beyninə ən adekvat texniki modelidir.  

L.Zadənin  təəssürat  nəzəriyyəsi  dəqiq  ölçmə  aparmadan  ətraf  aləm 

haqqında  tez  və  dolğun  informasiya  almaq  üsullarını  verir.  Bu  nəzəriyyənin 

məqsədi insanda mövcud olan oxşar süni təəsürat sistemini yaratmağın prinsip və 

üsullarını verməkdir. Ümumiyyətlə Lütfi Zadənin qeyri-səlis məntiqini obrazlı 

şəkildə  belə  izah  etmək  olar:  Aristotel  məntiqi  ilə  mühakimə  yürüdən  beyin 

dünyanı yalnız ağ və ya qara rəngdə qavrayır, Zadə məntiqi isə dünyanı bütün 

çalarları  ilə  qavramağa  imkan  verir.  Çünki  Aristotel  məntiqi  ikili  (binar) 

məntiqdir,  Zadə  məntiqi  çoxmənalı  (kəsilməz  qiymətli)  məntiqdir.  Aristotelə 

görə, bir müddəa ya doğru, ya da yalan ola bilər. Zadəyə görə, hər bir müddəanın 

doğruluq dərəcəsi doğru və ya yalan arasında (və ya sıfırla bir arasında) kəsilməz 

qiymətlər alır. Zadə məntiqində real həyatı daha dürüst inikas etmək qabiliyyəti 

var, bu məntiqdə tolerantlıq daha çoxdur. Aristotel məntiqinə görə, bir adam ya 

dostdur,  ya  düşmən  (kim  bizimlə  deyilsə  o,  bizim  düşmənimizdir,  yadıma 

demokratik  olmayan  cəmiyyətdə  siyasi  plyüralizmin  olmaması  düşür),  Zadə 

məntiqinə görə, dostla düşmən münasibətləri arasında sonsuz sayda münasibət 

dərəcəsi var (məsələn, neytral, çox yaxın dost və s.). Professor Albert Eynşteyn 

fizikada  inqilab  etdi,  klassik  mexanika  ilə  kvant  mexanikasının  sərhəddini 

göstərdi. Lütfi Zadə alternativ riyaziyyat (qeyri-səlis riyaziyyat) yaratdı. Elmin 

dili, qeyri-müəyyənlik ölçüsü dəyişdiyindən qeyri-səlis fizika, qeyri-səlis kimya

qeyri-səlis  riyaziyyat  və  başqa  qeyri-səlis  elmlər  yarandı.  Əvvəlki  yazılarımın 

birində  demişdim  ki,  Zadənin  qeyri-səlis  məntiqi  yayılma  sürətinə  və  əhatə 

dairəsinə görə bu gün bir çox alimlərə elmdən çox dini xatırladır. Bu gün qeyri-

səlis məntiq sahəsində 50-dən çox elmi jurnal nəşr olunur, hər il 100-dən çox 



beynəlxalq konfrans və simpoziumlar keçirilir (ikinci belə elm sahəsi tanımıram). 

Zadə bizim üçün dahidir. Düz 20 il Amerika elmi ictimaiyyəti tərəfindən qəbul 

edilməyən qeyri-səlis məntiq nəzəriyyəsi, nəhayət, 1980-ci illərdə yapon alimləri 

tərəfindən  böyük  maraqla  qarşılanmışdır.  Beləliklə,  bu  nəzəriyyə  riyaziyyatın, 

kibernetikanın, informatika və hesablama texnologiyasının inkişafı tarixində yeni 

bir dövr açmışdır. Bu nəzəriyyə bütün dünyada elmə, texnika və texnologiyaya 

geniş  nüfuz  etmişdir.  Paltaryuyan  maşınlardan  tutmuş,  avtomat  sürücüyə  kimi 

yüzlərlə,  minlərlə  sistemdə,  qurğuda  öz  tətbiqini  tapmışdır.  Getdikcə  həmin 

nəzəriyyənin əməli, gücü onun mücərrəd mahiyyətini üstələmişdir. 

 

 



Görkəmli alimin qeyri-səlis məntiq nəzəriyyəsi Amerika Birləşmiş 

Ştatlarında  kosmik  proqramların  həyata  keçirilməsində  mühüm  rol  oynayır. 

Yaponiyada  qeyri-səlis  məntiqə  əsaslanan  fotovideo  cihazlar  buraxılır. 

Danimarkada qeyri-səlis məntiq əsasında işləyən sement sobaları istehsal edilir. 

Avropada çoxlu sistem və qurğular, xüsusi "ağıllı" ekspert sistemlər hazırlanır. 

Hazırda  Yaponiyanın  "Umtachi",  "Mitsubishi",  "Toshiba",  "Sony",  "Orison", 

"Canon", "Riqo", "Sanyu" kimi tanınmış şirkətləri professor Lütfi Zadənin qeyri-

səlis  məntiq  nəzəriyyəsindən  istifadə  edib  böyük  iqtisadi  gəlir  götürürlər; 

məsələn: Yaponiyada "Panasonic" və "Kvassar" adı altında mallar istehsal edən 

"Mitçusita" şirkəti qeyri-səlis texnologiyanın tətbiqindən sonra milyard dollarla 

gəlir  götürmüşdür.  Hazırda  bu  nəzəriyyədən  iqtisadiyyatda,  psixologiyada, 

linqvistikada,  siyasətdə,  fəlsəfədə,  sosiologiyada,  dini  məsələlərdə,  münaqişə 

problemlərində də istifadə olunur. 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin