Biliyin seçilməsinin (aşkarlanmasının) təcrübi metodları
Bilik mühəndisi ilə ekspertin bilavasitə canlı dialoqu metod kimi izah edildi. Lakin bu
yeganə metod deyil. Hazırda bilik bazalarını yaratmaq üçün biliyin seçilməsinin
(aşkarlanmasının) metodları verilmişdir:
Şəkildə adları çəkilən metodlardan biri, yaxud bir neçəsi konkret
məsələdən və şəraitdən asılı olaraq tətbiq edilə bilər. Təsnifat bölgüsünün
əsasında bilik mənbələrinin müxtəlifliyi durur. Kommunikativ metodlar canlı
bilik mənbəyini, yəni ekspertlə əlaqənin bütün növlərini əhatə edir, tekstoloji
metodlar isə biliyin müxtəlif sənədlərdən seçılməsində istifadə olunur. Bu bölgü
nusbi xarakter daşıyır. Bilik mühəndisi çox zaman müxtəlif metodları iş
prosesesində əlaqələndirməli olur. Məs. o, əvvəlcə ədəbiyyatı öyrənir, sonra
ekspertlə işləyir, əksi də mümkündür.
Kommunikativ metodlar da passiv – qeyri-fəal və fəal metodlara
bölünmüşdür. Passivlik onu ifadə edir ki, həmin metodlar əsasında biliyin
aşkarlanmasında aparıcı rol bilik mühəndisinə deyil, ekspertə məxsusdur.
Ekspertin müşahidələrinin nəticələri və mühazirələri buna misal ola bilər. Fəal
metodlarda isə bu proses əksinədir, yəni bilik mühəndisi əsas rol oynayır. Qrup
metodları bir neçə mütəxəssis-ekspertin biliklərinin kollektiv şəkildə
aşkarlanmasında istifadə edilir. Lakin müasir ES-lərdə fərdi metodların tətbiqi
daha geniş yayılmışdır.
Passiv metoda aid olan müşahidə zamanı bilik mühəndisi ekspertin icra
etdiyi işi izahını, hərəkətlərini, qeydlərini və s. işə müdaxilə etmədən yazır, və ya
videolentə köçürür. Müşahidənin nəticələri ekspertlə müzakirə edilməlidir.
Söhbətin protokollaşdırılması metodunda ekspert yalnız özünün müəyyən
iş fəaliyyətini deyil, həm də onun bütün mərhələlərini izah edir. Bütün izahlar,
mühakimələr, hətta söhbət zamanı edilən qısa fasilələr də protokollaşdırılır.
Mühazirələr – biliyin verilməsinin ənənəvi üsuludur. Mühazirənin yalnız
hazırlanması və oxunması deyil, dinlənilməsi, konspektləşdirilməsi və
öyrənilməsi də əsas cəhətdir.
Fəal metodlar içərisində hazırda ES-lər üçün əksər hallarda fərdi
metodlardan istifadə edilir. Anketləşdirmə, müsahibə, dialoq və ekspert
oyunlarının senarisi və təşkili bilik mühəndisi tərəfindən aparılır. Burada ekspert
oyunları metodu digərlərindən əhəmiyyətli dərəcədə fərqlənir.
Anketləşdirmə - sosioloji və psixoloji tədqiqatlarda daha çox istifadə
edilərək standart xarakter daşıyan metoddur.
Müsahibənin keyfiyyətinə təsir edən üç əsas sual tipi vardır: 1) sualın stili
(aydınlıq, lakoniklik, terminologiya), 2) sualların məntiqi ardıcıllığı, 3) sualın
etik cəhətləri.
Eyni vaxtda bir neçə ekspertin biliyinin aşkarlanması, müzakirələr və
diskusiyalar zamanı orijinal fakt və hadisələrin meydana çıxması ilə nəticələnən
fəal qrup metodlarına beyin həmləsi, dəyirmi masa, işçi oyunlar daxildir.
Beyin həmləsi – yaradıcı təfəkkürün sərbəstliyini və fəallağını artıran
metod kimi geniş yayılmışdır. 40 dəqiqəyə qədər müəyyən edilən bu prosesdə 10
nəfər iştirakçı müəyyən mövzuda tənqid edilmədən zarafat, fantastik, hətta yanlış
ideya söyləyə bilər. Maraqlı odur ki, ideyaların miqdarı pik həddə çatdıqda
iştirakçılar analitik təfəkkür prosesini gücləndirərək deyilməmiş yeni ideyalar
axtarmağa cəhd edirlər.
Biliyin seçilməsi prosesində ekspert oyunları metod kimi istifadə edilir.
Ekspert oyunları üç metodun müəyyən elementlərini özündə birləşdirir: 1)
mütəxəssis hazırlığında və modelləşdirmədə geniş istifadə edilən işgüzar oyunlar;
2) diaqnostik oyunlar; 3) təlimdə daha çox istifadə edilən kompüter oyunları.
İşgüzar oyunların məqsədi müəyyən qrup iştirakçılarının həh hansı
fəaliyyətinin real mənzərəsini nümayiş etdirməkdir. Təlim, istehsalat və elmi-
tədqiqat xarakterli oyunlar fərqləndirilir.
Trenajor oyunları həqiqi təcrübi fəaliyyətə uyğun mənzərə yaratmağa və
eksperti real şəraitdə müşahidə etməyə imkan yaradır. Onlar təlim prosesində
(məs: təyyarəçilərin, atom stansiyası operatorlarının, kosmonavtların, hərbi
qulluqçuların təlimi) daha geniş tətbiq olunur.
Kompüterlərdə yüzlərlə proqramlar işgüzar oyunlarda istifadə olunur:
7. mövqe oyunları (şahmat, dama və s);
8. dinamik oyunlar (hərəkər edən obyektə atəş açmaq, futbol və s.);
9. istifadəçinin süjetə müdaxiləsinə imkan verən dialoq oyunları;
10. təlim xarakterli oyunlar.
Mətnşünaslıq (tekstologiya) metodları sənəd-informasiya daşıyıcılarının
təhlilinə, sintezinə əsaslanır. Mətndə məna etibarı ilə iki cəhəti ayırmaq olar: -
müəllifin fikri, yəni onun model aləmi, oxucunun, yəni bilik mühəndisinin
mütaliə prosesində aldığı məna.
ES-lərin deyilən mərhələləri təcrübi olaraq həyata keçirildikdən sonra
müəyyən predmet sahəsində seçilmiş biliklərin strukturlaşdırılması məsələləri
həll edilməlidir. Strukturlaşdırma predmet sahəsnin qismən formal təsvir
prosesidir. Burada, predmet sahəsinin konseptual və funksional strukturunun
işlənməsinə, bilik bazasının formalaşdırılmasına və proqramla reallaşdırılmasına
diqqət verilir.
Predmet sahəsinin konseptual strukturu, yaxud modeli onun obyektlərinin
və həmin obyektlər arasında qarşılıqlı əlaqələrin təsviridir.
Funksional struktur – məsələni həll edən zaman ekspertin istifadə etdiyi
mühakimələri və qəbul etdiyi qərarları əks etdirən modellərdir.
Predmet sahəsində biliklərin konseptual və funksional strukturunu
formallaşdırdıqdan sonra bilik mühəndisi proqramçı ilə birlikdə bilik bazasında
biliyin təqdimi üçün əlverişli proqramlaşdırma vasitələri müəyyən etməlidir. Belə
vasitələr isə ya translyatorlar, ya da örtüklər ola bilər.
Dostları ilə paylaş: |