Ekspert sistemlərin hazırlanması mərhələləri digər proqram məhsullarından əhəmiyyətli
dərəcədə fərqlənir. Ekspert sistemlərin yaradılması təcrübəsi göstərdi ki, onların
hazırlanmasında ənənəvi proqramlaşdırmada qəbul olunan medotologiyanın istifadəsi ya
ekspert sistemlərin hazırlanması prosesini həddindən artıq uzadır, ya da ümumiyyətlə mənfi
nəticələrə gətirib çıxarır.
mümkünlüyü, təsdiq olunması, biliklər mühəndisliyinin metodları həll edilən məsələyə
uyğundur. Ekspert sistemin hazırlanmasının mümkünlüyü üçün ən azından həll ediləcək
tədqiqat sahəsində məsələləri yeni mütəxəssislərdən daha yaxşı həll edən ekspertlər
ekspertlər təqdim olunan məsələnin qiymətləndirilməsində eyni fikirdədirlərsə, məsələyə
ekspertlər istifadə etdikləri metodları adi dillə deyə və izah etmə qabiliyyətinə
malikdirlər, əks halda ekspert biliklərini “çıxarmaq” və onları ekspert sistemlərə daxil etmək
çətin olur;
məsələnin həlli hərəkət deyil, ancaq mühakimə və fikir tələb edir;
qarşıya qoyulan məsələ çox çətin olmamalıdır (yəni, ekspertin bu məsələni həll etməsi
imkanı həftələrlə deyil, bir neçə saat və ya gün olmalıdır);
məsələlər rəsmi şəkildə ifadə olunması zərurəti olmasa da, bu sahədə çalışanlar üçün (ən
azından ekspert üçün) anlaşılan olan ümumi anlayış və məfhumlarla ifadə olunmalıdır.
Verilən məsələdə ekspert sistemlərin istifadəsi mümkün ola bilər, lakin təsdiq olunmaya
bilər. Ekspert sistemlərin tətbiqi aşağıdakı faktorlarla təsdiqlənə bilər:
məsələnin həlli əhəmiyyətli dərəcədə effekt verir, məsələn iqtisadi effekt;
insan-ekspertin istifadə olunmaması ya ekspertlərin sayının azlığından, ya da
ekspertizanın eyni zamanda müxtəlif yerlərdə yerinə yetirilməsinin vacibliyindən asılıdır;
ekspert sistemlərin istifadəsi o zaman məqsədəuyğundur ki, informasiyanın ötürülməsi
anında ekspert informasiya və ya vaxt itirir.
Əgər həll edilən məsələ aşağıdakı xarakteristikaların məcmusuna malikdirsə, onda
məsələ ekspert sistemlərin metodlarına uyğundur:
məsələ riyazi metodlar və ənənəvi proqramlaşdırmada qəbul olunan rəqəmlərlə
manipulyasiya etməklə deyil, təbii yol olan simvollar (yəni, simvolik mühakimələrin köməyilə)
vasitəsilə manipulyasiya etməklə həll edilə bilər;
qoyulan məsələ alqoritmik deyil, evristik təbiətə malik olmalıdır, yəni onun həlli evristik
qaydaların tətbiqini tələb etməlidir.
Qoyulan məsələ kifayət qədər çətin olmalıdır, ona görə ki, ekspert sistemlərin
hazırlanmasına çəkilən xərcləri ödəmək üçün. Lakin o həddindən artıq çətin də olmamalıdır,
ona görə ki, ekspert sistem onu həll edə bilsin.
Ekspert sistemlərin yaradılması prosesində aşağıdakı altı mərhələni özündə birləşdirən
onların hazırlanmasının müəyyən texnologiyaları verilmişdir (Şəkil 10): identifikasiya,
konseptuallaşdırma, formalaşdırma, icra, yoxlama, təcrübi istismar.
İdentifikasiya mərhələsində həllə lazım olan məsələlər, işin məqsədi, ekspert və
istifadəçi tipləri müəyyən edilir.
Konseptuallaşdırma mərhələsində alət vasitələri seçilir və bütün növ biliklərin təqdim
olunma üsulları müəyyən edilir, əsas anlayışlar formalaşdırılır, biliklərin təsvir üsulları
müəyyənləşdirilir, sistemin işi modelləşdirilir, fiksə olunmuş anlayış sistemlərin məqsədinin
adekvatlılığının, həll metodlarının, biliklərin təqdimi və manipulyasiyası vasitələrinin
qiymətləndirilməsi həyata keçirilir.
İcra mərhələsində biliklər bazasının ekspert tərəfindən doldurulması həyata keçirilir.
Nəzərə alsaq ki, ekspert sistemlərin əsasını biliklər təşkil edir, onda biz bu mərhələni ən vacib
və ən çox zəhmət tələb edən mərhələ adlandıra bilərik. Biliklərin əldə olunması prosesi biliklər
üzrə mühəndis tərəfindən real məsələnin həlli üzrə ekspert fəaliyyətinin əsasında həyata keçirir.
Dostları ilə paylaş: