Bilikləri səciyyələndirən xüsusiyyətlər
Biliklər, demək olar ki, getdikcə strukturu mürəkkəbləşən verilənlərin müəyyən
dərəcədə inkişafından alınır. Proqramlaşdırmanın ilkin mərhələlərində ölçü vahidi maşın
sözləri olan verilənlər, sərbəst sayda komponentlər vektoru, sərbəst ölçülü matrislər, müxtəlif
strukturlu cədvəllər, çətin təşkil olunmuş fayl sistemləri və siyahı sturukturları, abstrakt tipli
verilənlərin meydana çıxması ilə mürəkkəbləşməyə başladı. Digər dəyişikliklərin də baş
verməsilə ənənəvi təşkil olunmuş verilənlərdə yeni keyfiyyət xarakterli cəhətlər yarandı.
Bilikləri səciyyələndirən xüsusiyyətlər :
1. Daxili interperetasiya
2. Strukturlaşma
3. Bağlılıq
4. Aktivlik
İntellektual sistemlərdə biliyin təsviri
İntellektual sistemlərin yaradılması üçün əsas problemlərdən biri biliyin
təsviri və ondan istifadə olunmasıdır. Baza biliklərinin yaradılması üçün bir-biri
ilə əlaqədar aşağıdakı problemləri həll etmək lazımdır:
Birincisi, müvafiq sahəyə lazım tətbiqi biliyi formalaşdırmaq lazımdır.
Bunun üçün mütəxəssis-tətbiqçi və riyaziyyatçılar birgə işləməlidir. Problemi
formalaşdırmaq üçün modelin konseptual sxeminin seçilməsi və ya qurulması
tələb olunur.
İkincisi, biliyin təsviri problemidir.
Üçüncüsü, biliyin istifadə olunması problemidir.
Dördüncüsü, texnologiya problemidir. Bu modellərin proqram təminatıdır, yəni
bilik bazası və onu idarə edən sistemin yaradılmasıdır.