Biliklər məlumatlara əsaslanır, lakin insanın əqli fəaliyyət nəticəlini
həmçinin onların əlaqə və xassələrini əks etdirən ayrı-ayrı informasiya
keçərək transformasiya olunur: ölçü və müşahidə nəticələri; elektron informasiya
daşıyıcılarında diaqram, qrafik, funksiya və mətnlər; cədvəllər və soraqçalar;
Biliklər– müəyyən predmet sahəsində məsələlərin həllini təmin edən
faktlar, prinsiplər, metodlar, qanunlardır və s.
Biliklər məlumatlar kimi kompüterdə mərhələlərlə transformasiya olunur:
insan təfəkkürü kimi sistemləşdirilmiş formada; maddi daşıyıcılar (dərslik,
metodiki vəsait, elmi və istehsalat xarakterli əsərlər) formasında; biliklərin
təqdimedilmə dilində (semantik şəbəkələr, freymlər və s.); bilik bazaları.
Biliklər – optimal strukturlaşdırılmış, sistemləşdirilmiş məlumatlardır
(metaməlumat), verilənlər barədə verilənlərdir.
Məlumat bazaları məlumatları mühafizə etmək üçün yaradılır. Burada
informasiyanın böyük həcmi və nisbətən az dəyəri xarakterikdir. Biliklər isə bilik
bazalarında mühafizə olunur. Burada isə informasiya kütləsi az və mənəvi
dəyərlidir. Bilik bazası istənilən tip intellektual sistemin əsasıdır.
Dostları ilə paylaş: