MühaziRƏ intellekt sistemləRİNİn komponentləRİNİn müvafiq quruluşU


MÜHAZİRƏ 7. ƏSAS TƏYİNATLAR. QEYRİ-SƏLİS



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə7/18
tarix23.02.2022
ölçüsü0,6 Mb.
#53000
1   2   3   4   5   6   7   8   9   10   ...   18
Toplu QQM

MÜHAZİRƏ 7. ƏSAS TƏYİNATLAR. QEYRİ-SƏLİS  

PLANLAŞDIRMANIN KOMPLEKS SXEMİ. MƏQSƏDYÖNLÜ HƏRƏKƏTLƏRİN 

PLANLAŞDIRILMASI XÜSUSİYYƏTLƏRİ. PLANLAŞDIRMA MƏSƏLƏSİNİN 

ÇƏTİNLİYİNİN QİYMƏTLƏNDİRİLMƏLƏRİ.

 

 

 

 

 



 Tədqiqat  sahəsinin  spesifikası  layihələşdirilən  intellektual  sistemlərin  fəaliyyət 

xarakterinə,  biliklərin  təqdim  olunma  metodunun  seçilməsinə,  biliklər  haqqında  müzakirə 

üsullarına və s. mühüm dərəcədə təsir göstərə bilər. Eyni zamanda belə bir misal gətirmək olar 

ki, müəyyən tədqiqat sahəsində istifadə olunmağa orientasiya olunmuş süni intellekt sisteminin 

tamamilə başqa sahənin problematikasına uyğun gəlmişdir.

 

 



 

 Problem  sahəsi  haqqında  danışarkən  predmet  sahəsi,  həll  olunacaq  tapşırıqlar, 

məqsədlər,  mümkün  strategiya  və  evristikalar  nəzərdə  tutulur.  Tədqiqat  sahəsini  onun 

fəaliyyətinin  bütün  bilik  və  anlam  kompleksləri  ilə  obyekt  və  ya  istehsalat  sistemi  kimi 

müəyyən etmək olar. Tədqiat sahəsinin araşdırılması zamanı istehsalat sistemində həll olunan 

və  onun  qarşısında  məqsəd  kimi  duran  tapşırıqlar  haqqında  biliklər  lazımdır.  Həmçinin 

istehsalat sisteminin istismarı prosesində istifadə olunan idarəetmənin mümkün strategiyası və 

evristik bilikləri müəyyən edilir.

 

 

 



 İqtisadi  və  istehalat  sistemlərinin  tədqiqi  zamanı  intellektual  sistemlərin  BB-də 

biliklərin formalaşması və onlarla iş görmək məqsədilə istehsalat obyektləri və onlar tərəfindən 

həll  edilən  məsələlərin  xüsusiyyətlərini  də  nəzərə  almaq  lazımdır.  İqtisadi  və  istehsalat 



sistemləri  üçün  obyektin  vəziyyətini  xarakterizə  edən  ölçülə  bilən  və  digər  verilənlərin 

fəaliyyətinin  dinamikliyi,  hadisələrin  tez-tez  dəyişməsi,  böyük  massivlərinin  yenilənməsi 

xasdır. Onlar tez-tez təsadüfi faktorlar səbəbindən tam olmayan müəyyən şərtlərdə fəaliyyət 

göstərirlər.  Bununla  yanaşı,  istehsalların  bir  çoxu  zərərli  və  ya  insanlar  üçün  təhlükəli  olan 

mühitə düşür ki, bu da onların idarəetmə sisteminin etibarlılığına olan tələbatın yüksəlməsini 

irəli sürür.

 

 

 



 Beləliklə,  BB-nin  layihələşdirilməsində  böyük  həcmli  bilik  və  verilənlərin  tez-tez 

dəyişdiyi və yenilənə bildiyi halda onun real zamanda işləməsi üçün müəyyən formada onu 

təşkil etmək lazımdır. İstifadəçilərə (işin tələbləri real zamandadır) təqdim olunan ekspertiza 

və  məsləhətlərin  dəqiq  və  vaxtında  təmin  etmək,  həmçinin  intellektual  sistemlərin  işinin 

etibarlılığını  təmin  etmək  lazımdır.  Bundan  əlavə  iqtisadi  və  istehsalat  sistemlərində  həll 

olunan  tapşırığın  xarakteri  müəyyən  dərəcədə  intellektual  sistemlərin  təşkili  və 

layihələşdirilməsi prosesinə təsir edir.

 

 



 

 Biliklərin  xarakteri,  onların  quruluş  mümkünlüyü,  həcmi,  onlarla  iş  rejimləri 

intellektual  sistemlərin  istifadəsi  sahəsinə  və  yuxarıda  adıçıkilən  intellektual  sistemlər 

tərəfindən həll edilən tapşırıqların realizəsinə əhəmiyyətli dərəcədə təsir edir.

 

 

 



 İqtisadi  və  istehsalat  proseslərinin  idarəetmə  sistemlərində  biliklər  toplusu  kimi 

konkret prosesin təsviri, maliyyə və analitik informasiya komponentlərinin xarakteristikaları, 

faktoqrafik bilik və ya verilənlər çıxış edə bilər. Bu biliklərlə yanaşı idarəetmə məsələlərinin 

həli üçün verilənlərə əsaslanan evristika və ya qaydalar var. Adətən bu qayda və ya evristikalar 

keçmiş təcrübəyə əsaslanır.

 

 



 

 İstehsalın  planlaşdırılması  və  layihələşdirilməsi  zamanı  tapşırıqlarda  biliklərin 

keyfiyyəti rolunda verilənlərin məcmusu və hərəkət qaydaları çıxış edə bilər. 

 

 



 

 Biliklərin əldə olunması iki funksiyanın köməyi ilə realizə olunur: informasiyanın 

kənardan  alınması  və  onun  sistemləşdirilməsi.  Bununla  yanaşı  məntiqi  çıxışlara  sistemin 

öyrənmə  qabiliyyətindən  asılı  olaraq  biliklərin  əldə  olunmasının,  həmçinin  alınan 

informasiyanın müxtəlif formaları vardır. 

 

 



 

 Biliklərin təqdim olunma forması onların istifadəsi üçün sistemin daxilində müəyyən 

olunur. Buna görə də onun qəbul edə bildiyi informasiyanın forması biliklər səviyyəsinə qədər 

informasiyanın  formalaşması  üçün  onun  qabiliyyət  və  bacarığından  asılıdır.  Nə  qədər 

kompüterin məntiqi çıxışlara qabiliyyəti yüksəkdir, bir o qədər insana az yük düşür.

 

 



 


 Beləliklə,  öyrənmə  funksiyalarından  o  tələb  olunur  ki,  kənardan  alınan 

informasiyanın biliklər və onlardan ibarət olan BB-yə dəyişdirilsin.

 

 

 



Biliklərin  mənbəyinin  aşkarlanması  və  onlarla  iş  biliklər  mühəndisinin  əsas 

vəzifəsidir. BB-nin yaradılmasında biliklər mühəndisi çox mühüm funksiyaları yerinə yetirir. 

O,  tədqiqat  sahəsində  yaxşı  orientasiya  olunmalı  və  biliklərin  əldə  olunması  prosesində 

ekspertlə  ünsiyyət  qurmaq  üçün  hansısa  mənada  psixoloq  olmalıdır.  Bununla  yanaşı  o 

həmçinin kompüterlərin proqram təminatı imkanlarını yaxşı bilməlidir. 

 

 



 

 Tədqiqat  sahəsi  haqqında  əsas  bilik  mənbəyi  insan-ekspertdir.  Biliklər  mühəndisi 

onunla dialoq və ya müsahibə (intervyu) rejimində işləyir və obyektlə iş üçün lazımi həcmdə 

bilik  və  məlumat  formalaşdırır.  Sonradan  uyğun  şəkildə  emal  edilən  sorğuların  istifadəsi 

mümkündür.  Bir  neçə  taqşırıq  üçün  kitablar,  texniki  təsvirlər,  təlimatlar  və  sənədlər  əlavə 

informasiya  mənbəyi  rolunu  oynayır.  Obyektin  biliklər  haqqında  intellektual  sistemlərinin 

tətbiqinin  bir  neçə  sahəsini  informasiyanın  emalının  statik  və  informasiyanın  imitasiya 

olunmuş nəticələr haqqında istifadəsi yolu ilə formalaşdırmaq olar. Son zamanlar daha  çox 

BB-nin avtomatlaşdırılmış doldurulması istifadə olunmağa başlayır.

 

 Biliklərin  digər  vacib  mənbəsi  İnternetdir.  Lazımi  informasiya  və  biliklərin  İnternetdə 



ənənəvi axtarışından əlavə hal-hazırda biliklərin axtarılması prosesinə intellektual agentlər cəlb 

olunur. İntellektual agentlər (proqram robotları) biliklərin tapılması üçün sənədlərin daxilində 

işləyə və ya Web-də axtara bilər, sonra isə biliklərlə lazımi formatda geri qayıda bilərlər.

 

 



 

 İntellektual  sistemlər  proses  və  obyektlər  haqqında  öz  biliklərini  sistemə  ötürən 

mütəxəssislərlə birgə hazırlanır. Ekspert və ya mütəxəssislə iş prosesi biliklərin çıxarılması və 

ya biliklərin daha düzgün və korrekt əldə olunmasından ibarətdir. Bu texniki, psixoloji, istehsal 

və  sosial  xarakter  faktorları  özündə  saxlayan  çətin  və  zəhmət  tələb  edən  bir  prosesdir. 

Sözügedən  prosesdə  biliklər  mühəndisi  əsas  rol  oynayır.  Uzun  zaman  kəsiyində  biliklər 

mühəndisi tapşırıqları müəyyənləşdirmək, mühüm anlayışları aydınlaşdırmaq və bu anlayışlar 

arasında  qaydaların  müəyyənləşdirilməsi  və  formalaşdırılması  üçün  ekspertlə  birgə  işləyir. 

Biliklər mühəndisi tədqiqat sahəsini yaxşı bilməli, biliklərin formalaşması və təqdim olunması 

metodlarına malik olmalı və müxtəlif vəziyyətlərə tez oreintasiya olunan psixoloq olmalıdır. 

 

 Ekspert  intellektual  sistemə  tədqiqat  sahəsinin  öyrənilməsinə  kömək  edə  biləcək 



vəziyyətdə və arzuda olmalıdır. O dərk etməlidir ki, intellektual sistemlər iş yerində gələcəkdə 

onu “əvəz” etmək üçün deyil, əksinə ona kömək üçün nəzərdə tutulub.

 

 Biliklər  mühəndisi  adətən  determinləşdirilmiş  (детерминированная)  daxili 



quruluşu  olmayan  pis  müəyyən  olunmuş  tapşırıqlarla  işləməli  olur.  Ekspertlər  öz  təcrübi 

fəaliyyətində  bu  tapşırıqları  məsələnin  bütün  parametrlərinin  analizini  qeyri-mümkün  edən 

məsələnin  həll  operativliyi  şərtləri  və  ya  problemin  mənasının  başa  düşülməsində  olan 

çatışmazlıqları empirik qaydalar olan evristikalardan istifadə etməklə həll edirlər. Buna görə 

də tapşırıqların həllində intellektual sistemlər evristik prosedurların yerləşdirilməsinə çalışırlar.

 



Biliklər  mühəndisinin  işində  çətin  məqam  ekspertə  predmet  konsepsiyalarını 

müəyyənləşdirən  və  formalaşdıran  tədqiqat  biliklərinin  strukturlaşdırılmasına  cəhd  zamanı 

kömək edilməsidir.

 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin