Beləliklə, BB-də biliklərin strukturlaşdırılması lazımi informasiya axtarışı problemi ilə
sıx əlaqədardır. Ən yaxşı axtarış strategiyası məsələnin həllinin bütün mərhələlərində BB-də
olan bütün informasiyanın deyil, ona uyğun olan hissəsinin istifadə olunmasıdır. BB-nin
düzgün strukturlaşdırılması zamanı verilən məsələnin həlli üçün axtarış və lazımi biliklərin
seçilməsi problemi asanlaşır.
Yuxarıdakı şəkildə (şəkil 2) göstərildiyi kimi rasional obrazda həllərin çıxış mexanizmini
reallaşdıran qaydalar interpretatoru funksiyalarını BB-nin yüksək pilləsi olan metabiliklər (və
ya metabiliklər bloku) yerinə yetirir. Onu da qeyd etmək lazımdır ki, BB-nin təşkili və onun
intellektual sistemlərin digər komponentləri ilə qarşılıqlı əlaqəsində müxtəlif variantlar vardır.
Aşağıdakı şəkildə (şəkil 3) süni intellekt sisteminin biliklərin axtarış və generasiyasında
faktoqrafik informasiya və evristika və ya qaydalar təqdim olunur.
Bundan əlavə, BB-nin yüksək pilləsində axtarışın rasional strategiyasının
təkmilləşdirilməsi üçün lazım olan metabiliklər verilmişdir. Lakin biliklərin çıxışı yeni qayda
və biliklərin generasiyası burada BB-də qayda və verilənlərin interpretasiyasında BB-nin
metasəviyyəsi ilə qarşılıqlı əlaqədə olan çıxış blokunun köməyi ilə həyata keçirilir.
Şəkil 3. Məhsuldar sistemlər üçün intellektin istehsalat sisteminin əsas komponentləri
ilə BB-nin qarşılıqlı quruluşu
Məsələnin həlli, qayda və verilənlərlə iş, xüsusi blok olan işçi sahəsində həyata keçirilir.
İşçi sahəsində sorğunun təsviri və ya həll olunan məsələnin, BB-nin qayda və verilənləri, çıxış
mexanizminin prosedur və ya strategiyası təqdim olunur.
Hal-hazırda nisbətən yayılmış məhsuldar sistemlərin istifadəsi zamanı biliklərin təqdim
olunmasının aşağıdakı şəkildə (şəkil 4) verilmiş sistemin əsas komponentlərinin quruluş və
funksional təşkili variantı mövcuddur.
Tədqiqat sahəsi haqqında faktlar və evristikalar məhsuldar qaydalar şəklində saxlanılan
zaman, BB bir çox hallarda “qaydalar bazası”, çıxış mexanizmi isə “qaydalar interpretatoru”
kimi təqdim olunur. BB-də tədqiqat sahəsinin fakt və təsvirləri, həmçinin problemlə bağlı olan
evristikalar saxlanılır. İdarəedici quruluş (qaydaların çıxış və interpretasiyası mexanizmini
reallaşdıran) problemin həllində BB-dən istifadə edir. İşçi yaddaşında (və ya qlobal verilənlər
bazasında) konkret məsələyə daxil olan verilənlər, problem və ya məsələnin vəziyyəti haqqında
informasiya saxlanılır.
Şəkil 4. Məhsuldar sistemlər üçün BB ilə intellektual sistemlərin əsas komponentləri
arasında qarşılıqlı əlaqənin quruluşu
Layihələşdirilən intellektual sistemin biliklər bazasının hazırlanması zamanı qeyd
edildiyi kimi sərəncamda olan bilkləri, yəni məlum olan fakt və informasiyaları təyin və tədqiq
etmək vacibdir. Bunlar, ölçülər haqqında istehsal informasiyaları, dəyişənlər arasında əlaqələr,
tənzimləmənin avadanlıq və əməliyyatları, prosesin idarə edilməsi zamanı müxtəlif vəziyyətlər
ola bilər. İstehsal informasiyalarının əsasını biliklərin iki tipi – əsas (dərin) və ekspert bilikləri
təşkil edir.
Dostları ilə paylaş: