funksiyalarının hissəvi anlayışını əks etdirir. Mühəndislər riyazi əməllər vasitəsi ilə istiliyin
ötürülməsi, maye axını, kimyəvi reaksiyalar, qarışıqların parçalanması və s. prosesləri təsvir
edə bilərlər. Riyazi həllərin bərabərlik və qaydaları biliklər üçün ardıcıllıq və ya təşkilat
quruluşunu müəyyən edir. Dolğun və hərtərəfli istismar prosesləri prosedur məsələləri üçün
əsas biliklərlə eyni qiymətləndirilir.
terminlərində asan verilir və asan da təsvir olunur. Prosesin gedişi çoxlu müxtəlif vəziyyətlərdə
özünü biruzə verir. O, keyfiyyət xarakteristikalarının istifadəsi ilə müşahidə və proqnoz oluna
bilər. Lakin proses fundamental prinsiplər terminində heç də hər zaman başa düşülən olmur.
Bir çox göstəricilərin keyfiyyət təbiəti, bərabərliklərin məntiqi formada ifadəsi riyazi əməllərin
köməyi ilə birlikdə təsvir olunan mütəmadi olmayan münasibətlər və nəticələri şərtləndirir.
İntellektual sistemlərin BB-si təcrübədə adətən ekspert və əsas biliklərin
kombinasiyasını təşkil edir. Biliklərin bir hissəsi tamamilə keyfiyyət, digər hissəsi isə kəmiyyət
xarakteri daşıya bilər.
Biliklərin təqdim edilməsi və modelləşdirilməsi. Bir çox tədqiqatçıların fikrincə süni
intellekt nəzəriyyəsində biliklərin təqdimatı əsas yer tutur. Biliklər nəyi ifadə edir və onların
verilənlərdən fərqi nədədir?
Biliklər, mühit (konkret tədqiqat sahəsi, obyekt və ya obyektlərin məcmusu) haqqında
obyektlərin xüsusiyyətləri barədə informasiyaları, hadisə və proseslərin qanunauyğunluğunu,
qərar qəbulu üçün informasiyadan istifadə qaydalarını özündə birləşdirən məlumatlar
məcmusunu (şəxsdə, cəmiyyətdə və ya sistemdə süni intellekt) ifadə edir.
İlkin hesablama texnikaları verilənlərin emalına yönləndirilmişdi. Bu, texnika və
proqram təminatının inkişaf səviyyəsi və həm də həll edilən məsələlərin xüsusiyyətləri ilə
əlaqdar idi. Sonrakı həll edilən məsələlərin mürəkkəbləşməsi, onların intellektuallaşdırılması,
hesablama texnikasının inkişafı bilikləri emal edən maşının yaradılması zəruriliyini doğurur.
Biliklərin verilənlərdən ən böyük fərqi şübhəsiz ki, onların interpretasiyalı olmasıdır.
Verilənlərin interpretasiyası üçün proqramın olması vacibdir və onlar özləri dolğun
informasiya daşımırlar, lakin biliklər isə həmişə dolğun informasiya daşıyırlar. Biliklərin digər
fərqləndirici xüsusiyyəti münasibətlərin mövcudluğu, məsələn, “tip-alttip”, “element-çoxluq”
və s. formada olmasıdır. Biliklər, ayrı-ayrı hadisə və faktların birgə vəziyyətə uyğun əlaqələrin
mövcudluğu ilə xarakterizə olunur.
Bir çox tədqiqatçılar süni intellekt sistemlərində təqdim olan biliklərin tipini müəyyən
etməyə cəhd göstərmişlər. Beləliklə, bu siyahı özündə birləşdirir:
Obyektin quruluşunu, formasını, xüsusiyyətlərini, funksiyalarını və imkanlarının
vəziyyətini;
Obyektlər arasında və bu obyektlərin iştirakı mümkün olan əlaqələr və hadisələr;
Fiziki qanunlar;
İş və fəaliyyətin mümkün effektləri, hadisə və vəziyyətlərin yaranmasının səbəb və
şərtləri;
Məqsəd, plan, razılaşma, mümkün niyyət və s.
Feygenbaum öz növbəsində aşağıdakı biliklər tipini ayırır:
Ətraf-mühitin obyekt və kateqoriyaları haqqında; müvəqqəti ardıcıllıq və səbəb-nəticə
əlaqələrini müəyyən edən hadisələr haqqında;
Fəaliyyəti, yəni hər hansı bir işi yerinə yetirmək qabiliyyəti haqqında;
Metabiliklər, yəni “bizim biliklərimizin həcmində və ya bizim imkanlarımız daxilində
biliklər”.
Bütün sistemlər üçün ümumi xüsusiyyəti olan BTD-ni ayırmaq olar. Növbəti aspektlər
bütün BTD-lərə xasdır:
Bütün BTD-lər iki mühitlə, təqdim edilən və təqdim edənlə bağlıdır.
Əgər aşağıdakı məsələlər həll edilərsə, birlikdə BTD-lər təqdimatın əsasını təşkil edərlər:
- Təqdim edilən mühit nədir?
- Təqdim edən mühit nədir?
- Təqdim edilən mühitin hansı aspektləri modelləşdirilib?
- Təqdim edən mühitin hansı aspektləri modelləşdirilib?
- Bu mühitlər arasında hansı uyğunluq var?
BTD-lər üçün ümumi olan bir sıra problemlər vardır. Bu problemlərə aşağıdakıları aid
etmək olar:
Yeni biliklərin əldə olunması və onların əvvəlki biliklərlə qarşılıqlı münasibəti;
Assosiativ əlaqələrin təşkili;
Təqdim olunan elementlərin həcminə görə diapazonun seçilməsi “Obyekt və hadisələr
nə dərəcədə ətraflı təsvir və daxili mühitin hansı hissəsi konkret sistemində təqdim oluna
bilər?” sualı ilə əlaqədardır;
Semantik primitivlərin birmənalı olmaması və seçimi;
Modulluq və başa düşülməsi;
Biliklərin aşkarlığı və əlverişliyi;
Təqdim olunanların deklarativ və prosedur əlaqələrinin seçilməsi, sistemin iqtisadiliyinə,
tamlığına, şifrələmənin asanlığına və başa düşülmə səviyyəsinə nə təsir edir.
Dostları ilə paylaş: