28
1)Həyat xassə daşiyicisi olan substratla (məsələn,zülalla) müəyyənləşdirilir;
2)həyat səciyyəvi fiziki-kimyəvi proseslərin məcmusudur.
Məsələn,Arisrotel həyatı qidalanma,böyümə və qocalma (qartlaşma)
kimi;Treviranus -müxtəlif xarici təsirlər çəraitində davamlı oxşar proseslər
kimi;M.Bişa-ölümə müqavimət göstərən funksiyaların məcmusu kimi;İ.P.Pavlov-
mürəkkəb kimyəvi proseslər kimi təsvir edirdi.
Müasir biliklər səviyyəsini nəzərə almaqla həyata
daha tam və dolğun tərifi
M.V.Volkenşteyn vermişdir.Onun təbirincə desək,Yerdə mövcud olan canlı
cisimlər biopolimerlərdən-zülal və nuklein turşularından təşkil olunmuş
özünütənzimləyən və özünütörədən açıq sistemlərdir.Bu tərifdə,əlamət və
xassələrin varisliyini təmin edən nuklein turşularının əhəmiyyəti xüsusilə
vurğulanır.
Canlı orqanizmlərə bir sıra xassələr səciyyəvidir.Əksər hallarda bu xassələr bu
və ya digər dərəcədə cansız təbiət üçün də xarakterikdir ki,bu da təkamül
proseslərinin vahidliyinə dəlalət edir.Lakin,bu xassələrin və onların məcmusunun
canlı və cansız obyektlərdə təzahürü oxşar deyil.Məhz,bu məcmu və təzahüretmə
xarakteri həyatın mahiyyətini müəyyənləşdirir.Ona görə də,canlı orqanizmlərin bir
sıra xassələrini cansız cisimlərlə müqaisədə nəzərdən keçirək.
-
Kimyəvi tərkibin vəhdəti (birliyi,vahidliyi,tamlığı).Canlı orqanizmlərin də
tərkibinə cansız təbiət cisimlərinin tərkibinə daxil olan kimyəvi elementlər
daxildir.Lakin,bu elementlərin nisbəti canlılarda və cansızlarda eyni deyil.Cansız
təbiətin element tərkibi oksigenlə birlikdə əsasən silisium, dəmir, maqnezium,
aliminium və s.-dən ibarətdir.Canlı orqanizmlərin tərkibinin 98%-ni isə dörd
element-karbon,oksigen,azot və hidrogendən ibarətdir.Bundan başqa,canlı
orqanizmlər əsasən cansız təbiətdə rast gəlinməyən dörd iri və mürəkkəb üzvi
maddə qrupundan-bioloji polimerlərdən (nuklein turşuları,zülallar,polisaxaridlər və
yağlar) ibarətdir.
-
Maddələr mübadiləsi.Bütün canlı orqanizmlər ətraf
mühitlə maddələr
mübadiləsinə malikdir -ətraf mühitdən özü üçün vacib olan maddələri udur və
həyat fəaliyyəti məhsullarını ixrac edir.Maddələr mübadiləsi ikitərəfli
prosesdir:birincisi,müəyyən mürəkkəb kimyəvi çevrilmələr
nəticəsində ətraf
mühitdən olan maddələr canlı orqanizmin üzvi maddəsinə oxşadılır və canlının
bədəni (cismi) qurulur;ikincisi,mürəkkəb üzvi birləşmələr sadə birləşmələrə qədər
parçalanır
və bu zaman,onlar canlı orqanizmin maddələri ilə oxşarlığını itirərək
biosintez reaksiyası üçün lazım olan enerjini ayırırlar.Maddələr mübadiləsi
kimyəvi tərkibin və orqanizmin bütün hissələrinin daimiliyini təmin edir və
nəticədə onların fasiləsiz olaraq dəyişən ətraf mühit şəraitində fəaliyyətlərinin
daimiliyi,yəni,homeostaz təmin olunur.Cansız təbiətdə də maddələr mübadiləsi baş
verir.Lakin,qeyri-bioloji maddələr dövranı maddələrin bir
yerdən başqa yerə
29
sadəcə yerdəyişməsini və ya onların aqreqat halının dəyişməsini (məsələn,suyun
buxara və ya buza çevrilməsi) həyata heçirir.
-
Özünütörətmə (reproduksiya) və irsiyyət.Canlı orqanizmlərin artıb-törəmə
prosesində yeni nəsil (övlad,nəvə,nəticə və s) adətən öz valideynlərinə oxşayır
(itdən küçük,inəkdən buzov və s. törəyir).Deməli,çoxalma canlı
orqanizmin
özükimiləri «istehsal» etmək xassəsidir.
Özünütörətmənin əsasını DNT-də
qoyulmuş informasiya əsasında yeni molekul və strukturun yaranması təşkil edir.
Reproduksiya sayəsində nəinki bütöv orqanizm,hətta hüceyrələr də,bölünmədən
sonra sələfləri ilə oxşar olurlar.Belə ki,bir DNT molekulundan onun ikiləşməsi
zamanı başlanğıc molekulu tam təkrarlayan iki «qız» molekul yaranır.Yəni,
özünütörətmə irsiyyətlə sıx bağlıdır.İrsiyyət isə orqanizmin əlamət,xassə və inkişaf
xüsusiyyətlərinin nəsildən nəslə ötürülməni təmin etmək qabiliyyətidir ki,bu da
varisliyi şərtləndirir.
-
Dəyişkənlik,inkişaf və böyümə.Dəyişkənlik dedikdə,DNT molekulunun
dəyişməsi əsasında orqanizmin yeni əlamət və xassələr qazanma qabiliyyəti
nəzərdə tutulur.Dəyişkənlik çoxsaylı müxtəlif « materiallar»yaratmaqla orqanizmin
inkişafı və böyüməsi üçün zəmin yaradır.İnkişaf,canlı və cansız təbiət
obyektlərinin qanunauyğun istiqamətlənmiş dönməz dəyişməsi prosesidir.İnkişaf
nəticəsində sistemin keyfiyyətcə yeni vəziyyəti meydana çıxır.Materiyanın
mövcudluğunun canlı formasının inkişafı orqanizmlərin fərdi inkişafı (ontogenez)
və növlərin tarixi inkişafından (filogenez) ibarətdir.İnkişaf prosesində tədricən və
ardıcıllıqla canlı orqanizmin səciyyəvi struktur təşkili formalaşır.Onun kütləsinin
artması isə makromolekulların,hüceyrələrin elementar strukturunun və
hüceyrələrin özlərinin reproduksiyası ilə şərtlənir.Filogenez,canlı təbiətin yeni
növlərin yaranması və mütərəqqi mürəkkəbləşməsi ilə müşayət olunan dönməz və
istiqamətlənmiş inkişafıdır.
-
Qıcıqlanma və enerjidən asılılıq.İstənilən canlı orqanizm ətraf mühitlə qırılmaz
surətdə bağlıdır:ətraf mühitdən özünə zəruri olan maddələri çıxarır,mühitin
əlverişsiz amillərinin təsirinə məruz qalır,digər orqanizmlərlə qarşılıqlı əlaqəyə
girir və s.Təkamül prosesində canlı orqanizmlərdə qıcıqlanma-xarici təsirlərə
seçmə reaksiya yaranmış və möhkəmlənmişdir.Ətraf mühit şəraitinin hər-hansı
dəyişikliyi orqanizmdə qıcıqlanma yaradır və orqanizmin xarici qıcıqlandırıcılara
cavab reaksiyası onun həssaslıqının göstəricisi rolunu oynayır.Bundan başqa,canlı
orqanizmlər enerjidən asılılıq qabiliyyətinə də malikdir.Enerjinin daxil olması üçün
açıq olan bu sistemlər yalnız onlara kənardan fasiləsiz olaraq enerji və materiya
daxil olduğu şəraitdə dayanıqlıdır. Canlı orqanizm ətraf
mühitdən enerji və
materiya qəbul etdiyi müddətdə mövcuddur(yaşayır).
Dostları ilə paylaş: