Eylül 2016 İstanbul/Türkiye


Sözün aslını bilenler için incinin aslı



Yüklə 6,61 Mb.
Pdf görüntüsü
səhifə15/59
tarix18.01.2017
ölçüsü6,61 Mb.
#5811
1   ...   11   12   13   14   15   16   17   18   ...   59

Sözün aslını bilenler için incinin aslı

Zahirine bakan mahrum kalır dostlar

diyerek seslenen 

“XII. yüzyılda Orta Asya’da hikmetleriyle büyük bir şöhret kazanmıştır. 

Ahmet Yesevi, Türk tasavvuf edebiyatının ilk büyük ismidir. Şiirleriyle bütün 

Türk ülkelerinde derin izler bırakmıştır. Yesevilik tarikatının da kurcusu olan 

Ahmet Yesevi daha sonra Anadolu’da kurulan pek çok tarikata kaynak olmuş-

tur. Orta Asya ve Türk boylarının bulunduğu bölgelerde yüzyıllarca sevilerek 

okunan Bakırgan Kitabı’nın yazarı olan Süleyman Ata da, Ahmet Yesevi’nin 

halifelerinden biridir. Onun eseri de dinî, tasavvufi ve öğretici şiirlerden oluş-

maktadır.

Divan-ı Hikmet’in özellikleri şunlardır:

Divan-ı Hikmet, dinî, tasavvufi ve öğretici bir eserdir.

Eserin yazılma amacı, halka Islamiyet’i hikmetli bir şekilde öğretmektir.

Dörtlüklerin her birine “hikmet adı verilmiş ve bu hikmetler Orta Asya ve 

Anadolu’da yayılarak halkı derinden etkilemiştir.

Divan-ı Hikmet’teki şiirler, sade bir dille yazılmış, öğretici mahiyette man-

zumelerdir.

42

  Eraslan, AhmedYesevî, II, 161.



43

  Eraslan, AhmedYesevî, II, 161.

44

  Eraslan, AhmedYesevî, II, 161.



45

  Eraslan, AhmedYesevî, II, 161.



170  

Geçmişten Geleceğe Hoca Ahmed Yesevî

Ahmet Yesevi, şiirlerini daha çok 12’li hece vezniyle ve dörtlükler hâlinde, 

Hakaniye  lehçesiyle  yazmıştır.”  http://www.edebiyatogretmeni.org/divani-

hikmet-hoca-ahmet-yesevi/

Mutlaka  bk.  https://tr.wikipedia.org/wiki/Ahmed_Yesevi;  https://

tr.wikipedia.org/wiki/Divan-%C4%B1_Hikmet

Yesevî’nin başarısında, Türklerin zevklerine hitap eden bir şiir üslubunu ya-

kalamış olmasının rolü var mıdır? Bu üslubun eski Türk şiiri ile benzer yönleri 

var mıdır, varsa nelerdir? Ozanlıkla alakası nedir? 

“Eski Türk Şiiri Islamiyet öncesi Türk şiiri hece ölçüsüyle yazılmıştır. Ye-



dili, sekizli, onikili ölçülere çok rastlanır. Kafiye önemlidir, dize başların-

da da kafiye yapılır. Nazım birimi dörtlüktür. Islamiyet öncesi Türk şiirinin 

dili Öz Türkçedir. Şiirler, Türklerin o çağdaki dünya görüşlerini, yaşantılarını, 

duygularını, düşüncelerini doğal bir dille anlatırlar. Şiirlerde doğa, aşk, kahra-

manlık, cesaret, binicilik, at sevgisi, askerlik, ölüm en çok işlenen konulardır.”

Onu müfessir kategorisinde değerlendirmemiz de mümkün değildir. an-

cak Hikmetlerinde bazı ayetlere doğrudan, bazı ayetlere de dolaylı olarak???

Biz bu makalemizde bu ince manaların Kur’an ayetleriyle ilgili olanlarının 

izini süreceğiz.

Kendini zühd ve takvaya adayan Yesevi, yaşadığı manevi tecrübe ve zevk 

hali neticesinde kalbine doğan manaları 

Kalbini sezgi, ilham ve keşfe açan, onda feyizler doğduran ve kendini her-

kesin bildiği zahirin ötesine taşıyan manevi/ruhi zevk hali Kur’an anlayışına 

yansımış, ondan işari manalar elde etmesine vesile olmuştur.

Ulaştığı  ahlaki  olgunluk  ve  manevi  dereceye  bağlı  irfani  tevil  gücünü 

Kur’an’ın ayetlerini yorumlamasına yansımıştır. Yesi’de ve Buhara’da güçlü 

bir  dini  tahsil  görmüş  olmasısebebiyle  Yesevî,kendinden  önceki  tefsirleri, 

hassaten  tasavvufi  tefsirleri  ve  bu  tefsir  türünün  örneklerini  görüp  incele-

miş olmalıdır. Dolayısıyla onun hikmetlerinde, bu tefsir biçiminin hem nazarî 

hem de işari türlerine dair örneklere rastlamak mümkündür. Bu bakımdan 

bu araştırmamızda biz, onun Kur’an ayetlerine yaptığı tasavvufi yorumların 

izlerini kendinden önceki ve sonraki tefsir kaynaklarında tespit etmeye çalı-

şacağız.

Öte yandan Islam dünyasında son derece etkili olan Yesevî’nin kendisin-

den sonraki yorumları etkilemiş olması gerekir. Bu bakımdan onun yorum-


Geçmişten Geleceğe Hoca Ahmed Yesevî 

 171


larını zaman zaman diğer mutasavvıfların yorumlarıyla karşılaştırmak ayrıca 

heyecan verici olacaktır.



Münker ve nekir melekleriyle ilgili yorumu:

Allah, Allah yer altında vatan eyledi

Münker-Nekir “Rabbin kim?” deyip soru sordu;

Arslan Baba’m Islâm’ından beyân eyledi

O nedenle altmış üçte girdim yere.

46

Onun bu dizeleri iki türlü yorumlanabilir: O, ya münker ve nekir melek-



lerini gerçeklikleri olan birer varlık olarak görmemekte, bunun yerine onları 

nefsi terbiye etmenin birer vasıtası olarak görmektedir, ya da onları hakiki 

varlıklar olarak görerek altmış üç yaşından itibaren yaşamaya başladığı meza-

rında onları tahayyül etmektedir.



Sonuç

Tefsir  ilmi  uzmanları  tasavvuf  erbabının  bu  yorumlarını  genel  bir  isim 

altında toplarken iki farklı adlandırma yapmaktadırlar. Bir grup araştırmacı 

mutasavvıfların oluşturduğu tefsir akımını Tasavvufî Tefsir diye adlandırırken, 

diğer bir grup İşârî Tefsir demeyi yeğlemektedir.

46

  Hoca  Ahmed  Yesevî,  Dîvân-ı  Hikmet,Ed.  Mustafa  Tatcı,  Hikmetlerin  Türkçesi:  Hayati  Bice, 



Ankara: Ahmet Yesevi Üniversitesi Mütevelli Heyet Başkanlığı, 2016,s. 51.

XOCA ƏHMƏD YƏSƏVİNİN 

ÖYRƏNİLMƏSİNİN QADAĞAN EDİLMƏSİNİN VƏ  

ONU ARAŞDIRANLARIN GÜLLƏLƏNMƏSİNİN SƏBƏBLƏRİ

Ali SHAMİL

1*

Giriş

Bütün müstəmləkəçi dövlətlər kimi Rusiya da işğal etdiyi xalqları əbədi əsarətində 

saxlamaq üçün uzunmüddətli planlar hazırlayıb həyata keçirir. Bu plan işğal altın-

dakı  xalqların  xiristianlaşdırılması  və  ruslaşdırılmasından  ibarət  idi.  Çar  Rusiyası 

dönəmində bu plan yarıgizli və nisbətən həyata keçirilirdi. Öncə türk və müsəlman 

xalqlarının yüzillər boyu işlətdikləri ərəb əlifbasını dəyişmək, məktəb və mədrəsələri 

bağlamaq, qadınları-anaları xristianlaşdırmaq istəyirdilər. Lakin onlar unudurdular ki, 

islam dinini türkcə yayan Yəsəvi dərvişlərinin rolu heç də məktəb və mədrəsələrdən 

az deyil. Köçəri həyat sürən toplum arasında dəvrişlərin apardığı təbliğatın gücü ki-

tablardan, mədrəsələrdən daha böyük idi. Ona görə də Rusiyanın əsarət altında saxla-

dığı xalqları xristanlaşdırmaq, sonra da Ruslaşdırmaq siyasəti çox ləng gedirdi.

  Bolşeviklər  hakimiyyəti  silah  gücünə  ələ  aldıqdan  sonra  çarizm  ruslaşdırma 

siyasətini sərt və açıq şəkildə həyata keçirilməyə başladı. Öncə dinin hökumətdən 

ayrıldığını elan etdilər. Hakimiyyətlərini möhkəmləndirdikcə dinə qarşı mübarizəni 

də sərtləşdirdilər. Beləcə ateist bir toplum formalaşdırmaq, sonra da beynəlmiləlçilik 

adı altında ruslaşdırmaq siyasəti yeritməyə başladılar.

Çarizmin süqutundan yararlanıb 1918-ci il mayın 28-də  müstəqil dövlətlərini qu-

ran Azərbaycanlılar isə bolşeviklərdən fərqli yol seçdilər. Yeni qurulmuş Azərbaycan 

Xalq  Cümhuriyyətinin 1918-ci  il  iyun  ayının  17-də  təşkil  edilən  kabinetində Xalq 

maarifi və dini etiqad nazirliyi də oldu. Hökumətdə beş dəfə kabinə dəyişikliyi olsa 

da onun dördündə dini etiqad nazirliyi olmuşdur.

Bolşeviklər  1920-ci  idlə  Azərbaycanı  işgal  edərək  demokratik  yolla  seçil-

miş hökuməti dağıtdıqdan sonra qurduqları yeni hökumətdə dini işlər ilə bağlı na-

1

  Dr., Azerbaycan Millî Bilimler Akademisi



Geçmişten Geleceğe Hoca Ahmed Yesevî 

 173


zirliyi  qurmamışlar.Onların  hakimiyyətinin  ilk  illərində  Azərbaycanda  dinə  ikili 

baxış:  1)    loyallar-mötədilçilər  (N.Nərimanov,  S.M.Əfəndiyev  və  b.);  2)  radikal-

lar  (S.Ağamalıoğlu,  R.Axundov,  Ə.Qarayev  və  b.)  olmuşdur  (http://modern.az/

articles/45732/1/#gsc.tab=0).

Hakimiyyətlərini möhkəmləndirdikdən sonra dinə qarşı mübarizəni sərtləşdirməyə 

başlamışlar. 1922-ci ildə Rusiyada din əleyhinə başlayan prosesslər Azərbaycana da 

təsirsiz ötüşməyib. Moskvada “Allahsız” (“Безбожник”) adlı qəzet nəşr olunmağa 

başlayıb. Az sonra, 1923-cü il sentyabrın 12-də Moskva şəhərində Din Əleyhinə Ko-

missiyanın  növbəti  iclasında  “Mübariz  Allahsızlar”  dərnəklərinin  təşkili  ideyasını 

irəli sürülüb. Oktyabr ayının 7-də isə bu təklif “Allahsız” qəzetində dərc edilib (http://

az.azvision.az/news.php?id=12459).

1923-cü  ildə  “Materialistlər  klubu”nda  bir  araya  gələn  Azərbaycan  hökümət 

rəhbərlərindən  S.Ağamalıoğlu, R.Axundov, Ə.Qarayev kimi bolşeviklər namaz qıl-

maq, həccə getmək və s. İslam ayinlərinin zəhmətkeş xalqın fiziki və mənəvi inkişa-

fına yabançı olduğunu iddia edirdilər. Onlar xalq arasında elmi kommunizmi, elmi 

ateizmi təbliğ edərək yalnız dini mövhumata və xurafata deyil, bütövlükdə islama qar-

şı çıxırdılar (http://modern.az/articles/45732/1/). 1924-cü ilin yanvarında Azərbaycan 

K(b)P Siyasi Bürosu “Din əleyhinə komissiya” yaradır.Moskvanın göstərişilə 1924-cü 

ildə Azərbaycanda da Allahsızlar Cəmiyyəti yaradıldı ki bu təşkilat sonralar “Mübariz 

Allahsızlar İttiifaqı”na çevrilir. “Allahsızlar cəmiyyəti”nin işini sürətləndirmək üçün, 

AK(b)P 1929-cu ilin aprelində keçirilən plenumu dinə qarşı mübarizə, çadranın və 

papağın atılması ilə bağlı məsələni də müzakirəyə çıxarılır. İslama qarşı bolşevizmin 

tutduğu radikal siyasət onunla nəticələndi ki, 1930-cu illərin sonlarında Azərbaycanda 

cəmi 20 məscid formal fəaliyyət göstərirdi  (http://modern.az/articles/45732/1/)

Bolşeviklər  hətta  şərqdə  geniş  nüfuz  qazanmış  “Molla  Nəsrəddin”  jurnalını  da 

“Allahsız” adı altında nəşr etməyə başlayırlar. Jurnalın bir neçə sayı nəşr edildikdən 

sonra hökumətin dəstəkləməsinə baxmayaraq bağlanır.

 Sovetlər Birliyinin hər yerində  olduğu kimi, Azərbaycanda da məscid, kilsə və 

sinaqoqların kütləvi bağlanmasına, din xadimlərinin təqib olunmasına başlanır. Quran 

zərərli bir kitab kimi qadağan edildi. 1928-ci ilin dekabrında AK(b)P MK Rəyasət 

heyətinin iclasında “Kəndlilərə mədəni ehtiyacları üçün verilmiş məscidlər haqqında” 

məsələyə baxıldı, bir sıra məscidlər mədəni-maarif müəssisələrinə, anbarlara, isteh-

salat sexlərinə və s.  çevrilir. Bu qərarın təsiri ilə 1929-cu ildə 120 məscid məktəbə 

çevrilir. 



174  

Geçmişten Geleceğe Hoca Ahmed Yesevî

Kollektivləşmə  bolşeviklər  üçün  bütövlükdə  din  əleyhinə  mübarizənin 

gücləndirilməsi  kimi  başa  düşülürdü.  1929-cu  ilin  fevralında  bütün  partiya 

təşkilatlarına ÜK(b)P MK katibi L.Kaqanoviçin imzasıyla “Din əleyhinə mübarizə 

işlərinin gücləndirilməsi tədbirləri haqqında” adlı tam məxfi sənəd göndərilir.Artıq 

dinə qarşı mübarizə sinfi-siyasi mübarizə ilə bərabərləşdirilir. 

1929-cu il aprelin 8-də SSRİ hökumətinin “Dini təşkilatlar haqqında” fərmanından 

dərhal sonra Azərbaycan K(b)P 1929-cu il aprel plenumunda dinə qarşı mübarizə, 

çadranın və papağın atılması ilə bağlı məsələni müzakirə edilir. Plenumun qərarında 

deyilir:  “Allahsızlar  İttifaqının  işi  gücləndirilsin. Azərbaycan  dilində  din  əleyhinə 

müntəzəm işi qaydaya salmaq və genişləndirmək, kəndlərdə qabaqcıl ictimaiyyətçi, 

kolxozçu, komsomolçu və başqalarından ibarət cəmiyyət özəkləri təşkil etmək lazım-

dır” (http://az.azvision.az/news.php?id=12459).

Sovetlərin  apardığı  sərt  siyasətə  baxmayaraq  islam  dinini  insanların  qəlbindən 

silmək mümkün olmurdu. Heç bir yerdə rəsmi qeydiyyatı olmayan, hər hansı  bir 

təşkilat ətrafında birləşməyən dəvrişlər Əhməd Yəsəvinin ənənəsini yaşadaraq ana 

dilində islam dinini təbliğ edirdilər.



1. Əmin Abidi Əhməd Yəsəviyə bağlayan səbəblər

1898-ci il noyabrın 2-də Bakıda daşyonan Mütəllibin ailəsində doğulan Zeynalab-

din sonralar Əmin Abid kimi tanınır. O, ilk təhsilini anası Molla Reyhanın evdə qadın-

lar və uşaqlar üçün açdığı “Quran” kurslarında aldıqdan sonra Bakıdakı 3-cü Aleksan-

dırOğlan gimnaziyasında oxuyur. Yeniyetməliyindən şeirlərini və hekayələrini qəzet 

və jurnallarda Abid, Abid Mütəllibzadə, Abid Mütəllib oğlu, Qozqurab bəy və s. im-

zalarla nəşr etdirir. 1918-1926-cı illərdə İstanbuldakı Darülməllimeyi aliye və Darül-

fünunda oxuyur. Həmin  illərdə Gültəkin imzası ilə antisovet şeirlərini və Əmin Abid 

imzası ilə elmi məqalələrini nəşr etdirir

(AMBA AEİTVSMA fond 39, siyahı 374).

Onun  milli dəyərlərə bağlı bir müsəlman kimi   formalaşmasında anasının və bö-

yük qardaşı Əliabbas Müznibin, eləcə də o dövrki Bakı mühitinin rolu danılmazdır. Ö 

dönəm Bakının küçələrdində hər gün kəşküllü dəvrişlərin türkcə nohə deməsinormal 

bir hal sayılırmış. Bu dəvrişlərin oxuduqları arasında Əhməd Yəsəvinin hikmətləri də 

olmamış deyil.

Əmin Abidin böyük qardaşı çarizmə qarşı qələmi ilə döyüşdüyündən 1911-ci ildə 

həbs edilərək Sibirə sürgün edilmişdi. Müsavat Partiyasının əsasını qoyanlardan biri 

olan, satirik şair, tərcüməçi, publisist, naşir Əliabbas Müznib islama dair çox dəyərli 

əsərlər yazmış və tərcümə etmişdir.  



Geçmişten Geleceğe Hoca Ahmed Yesevî 

 175


Əmin Abidin  1913-1918-ci illərdə nəşr etdirdiyi şeir, hekayə, tərcümə və pub-

lisistik  məqalələrində  Əliabbas  Müznibin  üsyankar  ruhu  aydın  duyulur.    Satirik 

şeirlərində  öz  dilinə  xor  baxanlar,  gününü  sərxoşluqla  keçirənlər  tənqid  edilirdisə, 

ictimai siyasi şeirlərində Türk gənclərini mübariz olmağa, birləşməyə çağırırdı. “Tür-

kün səmasından qanlar damdığından”, “öksüz Vətəndə bayquş yuvası artdığından” 

narahat olan 15-16 yaşlı şair “Şanlı addımlar at, ey Türk oğlu” deyərək hayqırır. 

Bağlar xarab oldu bahar çağında,

Çiçək görünməyir Türkün bağında.

Obasında, çölündə, yaylağında

Məzarlığa bənzər Turan elləri 



(Gültekin, 1999:90).

deyən şair Turan ellərini xarabalığa döndərən imperiyaları da göstərərək yazır:

Bu gün Qərbin göklərində Türkə qarşı

Kəsafətli buludlar da qabarıyor 



(Gültekin, 1999:92).

Yetişməkdə olan nəsli qorxmaz, mübariz olmağa səsləyən, millət və vətən  yolun-

da başdan belə keçməyin şərəf olduğunu söyləyən gənc şair “Türkün dərdi” şeirini 

aşağıdakı misralarla bitirir:

Fəqət, ey arslan yürəkli bəgim!

Ey yigit, qəhərman, rəşid Türküm!

Əldə Türklük nişanı al bayrağı

Bu çəkişmə cəhanına çıkarak

Yaşasın tacidar millət!

Yaşasın şəhriyar millət! 



(Gültekin, 1999:74).

Əmin Abid siyasi cəhətdən ən coşğun, döyüşkən şeirlərini 1920-1926-cı ildə ya-

zaraq Gültekin imzası ilə çap etdirmişdir

(Gültekin, 1999:9-19). Əhməd Cəfəroğlu bu 

şeirlər haqqında yazır: “Gültekin bəgin şeirlərinin qüvvət və gücü, deyə bilərəm ki, 

siyasi mətbuatımızdan daha çox rəğbət görə bilmişdi. Ən yaxşı bəzi şeirləri bəstələnib 

İstanbul əhalisi arasında bu gün də tərənnüm edilməkdədir” 



(Cəfəroğlu, 1932, sayı 

8-9).

Rusiyanın Sovet İttifaqı adı ilə yenidən Qafqazı, Türküstanı müstəmləkə boyun-

duruğu altında saxlamaq cəhdinə qarşı çıxaraq gürcüləri (“Gürcü qardaş”) (

Gülte-


176  

Geçmişten Geleceğe Hoca Ahmed Yesevî



kin, 1999:59), Qafqaz xalqlarını (“Kafkas türküsü”) (Gültekin, 1999:57), dünyanın 

mütərəqqi insanlarını düşmənə qarşı birləşməyə çağırır. Onun “Buzlu Cəhənnəm”, 

“Bayrağım  və  İstiqlalım”,  “Azərbaycan  istiqlalı”,  “Annemə”,  “Canavar”,  “Çeka”, 

“Bolşevik”, “Moskova” və b. şeirləri Sovet ideologiyasını ifşa edən, ona qarşı sərt re-

aksiya verən bir insanın ürək yanğısı ilə yazdığı misralar idi (

Gültekin, 1999:22-60).

Onun 14-20 yaşlarında nəşr etdirdiyi əsərlər ədəbiyyata istedadlı bir vətənsevərin 

gəlişindən xəbər verir.

2. Əmin Abidin elmi əsərləri

Hələ İstanbulda tahsil aldığı vaxtlar Bakıdakı jurnallarda elmi məqalələrini yayımla-

dan Əmin Abid bütün təqib və təzyiqlərə baxmayaraq gecə-gündüz elmi araşdırmalarını 

davam etdirmişdir. Azərbaycanədəbiyyatı tarixində bir çox mövzuya ilk dəfə o toxunmuş-

dur.  Misal  olaraq  Söhbətül-əsmərin  M.Füzuliyə  aid  olduğunu  sübut  edən,  Kitabi  Dədə 

Qorqud haqqında dəyərli araşdırmalar aparan, Tür kiyə, Azərbaycan, Tatar, Özbək, Qaqauz, 

Kərkük vs. Türk xalqlarının beş min manisini müqayisə edən, tarixini müəyyənləşdirən Əmin 

Abiddir. Araşdırıcı sadəcə Azərbaycanda yayımlanan qəzet və jurnallar ilə kifayətlənməyərək 

Ankara, Səmərqənd, Bunakski (Da\ıstan) jurnallarında da araşdırmalarını yayımlamışdır. 

Mirzə  Fətəli  Axundzadənin  əsərləri,  dini  tənqid  etməsi  və  ədəbiyyata  gətirdiyi 

yeniliklərdən dolayı Sovet Azərbaycanında xüsusi qayğı ilə araşdırılıb öyrənilməsi plan-

laşdırılmışdı.  Axundzadənin  ən  yaxşı  araşdırıcılarından  biri  də  Əmin  Abid  idi.  Buna 

görə də onu məcburən Elmlər Akademiyasında işə götürürlər və Əli Nəzmi ilə birlikdə 

Axundzadənin 3 cildlik əsərlərinin nəşrini tapşırırlar. Qısa zamanda bu iş bitmiş olur.  Onun 

Fars dilində əsərlərini Əmin Abid Türkcəyə çevirir böyük bir Ön söz yazıb bəzi mövzular-

da geniş açıqlama verir. Azərbaycan Elmlər Akademiyası Elmi Heyəti Əmin Abidə 1926-

1935-ci  illər  arası  fəalyyətindən  dolayı  heç  bir  dissertasiya  yazmadan  elmlər  namizədi 

dərəcəsi verilməsini təklif edir, ancaq siyasi mülahizələr buna imkan vermir. 

Əmin Abidin M.F.Axundzadə haqqında apardığı araşdırma həcminin böyüklüyünə və 

əhatə dairəsinə görə diqqəti cəlb edir. Beş, altı dil bilməsi, yaxşı əlaqələr qurması ona M. 



Fətəli Axundzadə  (Avropa, Rus iya, Türkiyə, Azərbaycanmətbuatında yayımlanan araşdır-

malara bir nəzər) (Maarif işçisi,1928:40-44, sayı 4(36), sayı 5-6(37-38): 24-32, sayı 

7-8 (39-40):87-93), kimi bir kitabı tamamalamağa şərait yaradır. Qazi Bürhanəddin (Maa-



rif və mədəniyyət,1927 :42-45, sayı 4-5 (39-40)), Füzuli, (Maarif və mədəniyyət,1926: 

32-34, say, 12 (35)), Həbibi (arxivdə saxlanılır – Ə.Ş.), Xətai orta əsrlər (Maarif işçisi

sayı 3 (23): 50-55, sayı  4 (24): 58-61, sayı 6-7 (26-27): 45-62) şairləri ilə birlikdə, 19-cu 

yüzildə Axundzadəni də ortaq türk ədəbiyyatının təmsilçisi kimi araşdıran Əmin Abidi gör-



Geçmişten Geleceğe Hoca Ahmed Yesevî 

 177


düyü bu işlər müasirlərindən fərqləndirir. (Maarif işçisi, sayı 3 (35):20-50) Axundzadənin 

bir çox əsərini ilk dəfə ortaya çıxaran və onlar haqqında bilgi verən Əmin Abid olmuş-

dur. Əmin Abid 1933-36-cı illərin mətbuatında 10-a qədər araşdırmasını yayımlatmışdır. 

Axundzadənin üç cild halında yayımlanan əsərlərinin birinci cildinə Əmin Abidin yazdı-

ğı Önsöz 182, ikinci cildinə yazdığı isə 118 səhifədən ibarətdir. Qaynaqların verdiyi bilgiyə 

görə onun Axundzadə haqqında iki monoqrafiyası və bir neçə araşdırması var. Ancaq 1937-

ci il təzyiqləri bu əsərlərin yayımlanmasına əngəl olmuşdur. 

 Azəri  Ədəbiyyatında Türkçənin Təkamülü  (Maarif  və  Mədəniyyət,1926:17-22, 

say, 2-3 (26-27), Elmi hərəkatlar (Maarif ve Mədəniyyət, 1927:41-43, sayı 9 (44), 

Ədəbiyyat  vəElm  (Maarif  İşçisi,  1927:  49-53),  sayı  9  (29),  Oktyabr  inqılabının 

AzərbaycanƏdəbiyyatına Təsiri (Maarif İşçisi, 1927:67-95), sayı 10(30), Azərbaycan 

proletar  jurnalistikası  tarixinəbir  nəzər  (Dan  Ulduzu,  1928:21-26),  say.1  (13),  sayı 

2  (14):20-23,  sayı,  8-9  (20-21):38-41), Azərbaycan: Yeni  bir  mədəniyyət  mərkəzi 

(Dan  ulduzu,  1928:5-6,  sayı  4-5  (16-17), Türk  Ədəbiyyatında  M.F.Axundov  (Dan 



Ulduzu, 1928:22-25, sayı 4-5 (16-17), sayı 6 (18):9-14), AzərbaycanƏdəbiyyatTarixi 

ətrafında (İnqilab vəMədəniyyət, 1929: 45-47, sayı 1), Böyük Şura Ensiklopediyası 

və Türk Ədəbiyyatı (İnqilab vəMədəniyyət, 1929:37, sayı 2), Türk El Ədəbiyyatına 

elmi bir nəzər (Oğuznamə, Prof. Samoyloviçə) (Dan Ulduzu, 1929:30-32, sayı 5 (29), 

sayı 8 (32): 28-29),  M.F.Axundovun əlifba inqilabı və latın sistemli əlifbası (İnqilab 

vəMədəniyyət, 1929:33-39, sayı 6), Zərərli tənqidlər  (İnqilab vəMədəniyyət, 1929:31-

34, sayı 10), Aşirət Dövründəki Azərbaycan Ədəbiyyatına aid Sənədlər (Azərbaycanı 



Öyrənmə  Yolu,  1930:48-52,  sayı  3  (8)),  Türk  xalqları  ədəbiyyatında  mani  növü 

vəAzərbaycan  bayatılarının  xüsusiyyətləri  (Azərbaycanı  öyrənmə  yolu,  1930:9-42, 

sayı 4-5 (9-10), Aprel Mədəniyyəti vəxarici mətbuat (İnqilab vəMədəniyyət, 1930:34-

36,  sayı  4),    M.F.Axundzadənin  məlum  olmayan  əsərləri  (İnqilab  ve  mədəniyyət

1930:45-49, sayı 11-12) və yayınlanmamış, əl yazması arxivdəsaxlanan Azərbaycan 

Folkloru,Həbibi, Mirza Əli Əkbər Sabir    vb.  Məqalələri  və  adına  qaynaqlarda  rastla-

dığımız,  özünü  oxuya  bilmədiyimiz  məqalələri  də  onun  Azərbaycan  Türklərinin 



ƏdəbiyyatTarixi  kitabının  parçaları  kimi  qiymətləndirilməlidir.  Bu  əsərlər  də  onun 

ƏdəbiyyatTarixini yazmaq metodları haqqında fikir yürütməyə imkan verir. O, həbs 

olunduğu  zaman  KQB  tərəfindən  əl  qoyulan  əsərləri  ilə  birlikdə  1931  və  1936-cı 

illərdə yayımlanmaq üçün nəşriyyata verdiyi kitablar da itir. 



178  

Geçmişten Geleceğe Hoca Ahmed Yesevî



3. Azərbaycanda Əhməd Yəsəviyə münasibət və Əmin Abidin bu mövzuda 

araşdırmaları

Dinə, milli dəyərlərə qarşı sərt təbliğat getdiyi bir vaxtda Əmin Abid elmi əsaslara 

dayanaraq milli dəyərlərimizə, dinimizə sahib çıxmağı təbliğ edən məqalələr yazır. O 

dövrün ən sanballı elmi jurnalı olan “Azərbaycanı öyrənmə yolu”nda belə bir qeyd 

var: “Əhməd Yəsəvinin əsərlərindən Azərbaycanın mətbuatında ilk dəfə olaraq “Ma-

arif işçisi” jurnalında nəşr olunmuşdur” (



Əmin, 1930, 4-5:17). Bu sətirlərin müəllifi 

Əmin Abiddir.

Bu  fikir  Əhməd  Yəsəvinin  Azərbaycanda  ilk  dəfə  tanıdılması  kimi  başa 

düşülməməlidir. Yüz illər boyu dərvişlər Əhməd Yəsəvinin şeirlərini Azərbaycanın 

hər bir kəndində, qəsəbəsində oxuyurdular. Əmin Abid isə Əhməd Yəsəvinin əsərlərini 

Azərbaycanda  Arvopa  metodları  ilə  araşdıran  ilk  alimlərdən  oldu.  Həsənoğludan 

başlamış ta XX yüzillikdə yaşamış bir çox Azərbaycan şairi az və ya çox dərəcədə 

Ə.Yəsəvidən yararlanmışdır. Rusiyanın Qafqazı, Türküstanı işğalı xalqlarımız arasın-

dakı tarixi bağları qırmışdı.  Rusiyanın işğalçı yürüşləri nə qədər zərərli olsa da aydın 

düşüncə sahibləri bundan millətin və xalqın xeyrinə istifadə etməyə çalışdılar. Avropa-

nın inkişaf etmiş texnologiyasını öyrəndilər. Orada ali təhsil aldılar, tarixə, ədəbiyyat 

tarixinə, folklora Avropa metodları ilə yanaşmağa başladılar. Milli düşüncəli aydınlar 

yeni  metodlarla Türk  dünyasını  öyrənməyə,  xalqda  milli  şüur  oyatmağa  çalışdılar. 

Belə araşdırıcılardan biri də Əmin Abiddir.

Ə.Abid 1928-ci ildə Bakıda çapa hazırlanan “Bayatılar” kitabına ön söz yazmaq 

haqqında tapşırıq alır. İşə yüksək milli şüurla yanaşan Ə.Abid yalnız Azərbaycandan 

toplanmış bayatılar haqqında fikir söyləməklə kifayətlənmir, Turfan, Altay, Özbək, 

Mişər, Kazan, Krım, Qaqauz, Anadolu, İran və Dağıstan türkləri arasında geniş yayıl-

mış 4 misralı 7 hecalı şeir şəklini müqaisəli təhlil edir və janrın tarixini də dərindən 

araşdırır. Belə bir ağır və şərəfli işə girişən araşdırıcı heç cür Əhməd Yəsəvinin yazdı-

ğı 7 hecalı dördlüklərdən yan keçə bilməzdi. 

“Maarif işçisi”  dərgisində Əhməd Yəsəvidən bəhs edən, Azərbaycan mətbuatında 

ilk dəfə onun şeirlərini çap etdirən Əmin Abid “Heca vəzninin tarixi” əsərində yazır: 

“Təhkiyəçiliyin ümumi xarakteri göz önünə gətiriləcək olursa, heca vəzninin onlarca 

məqbul görünməsinin mənası qolaylıqla anlaşılır. Qayəsi daha böyük bir əksəriyyətə  

-  məfkurəvi  təlqinlərə  təsir  yapmaq  olan  təhkiyyə  təşkilatı  xalq  ruhunu  nəzərə  al-

maq və xalq ədəbiyyatı elementlərini qullanmaq məcburiyyətində idi. Bunun üçün 

təhkiyyə şeiri milli xalq şeiri olan heca ilə yaradılırdı” (



Yüklə 6,61 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin